GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hərbi hissədə dəhşətli olay

Hərbi hissədə dəhşətli olay

Tarix: 11-10-2016, 14:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 759
Hərbi hissədə dəhşətli olay

Əsgərlərin şərəf və ləyaqəti alçaldılıb, onlardan pul tələb edilib

Əsgərlərin şərəf və ləyaqətini alçatmaqda, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Məhəmməd Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhəmməd Lətifov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər rütbəsində xidmətdə olarkən digər əsgər yoldaşlarından zorakı yolla pul və digər əşyalara tələb edib. O, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 2015-ci ilin fevral ayının əvvəllərində əsgər Kamal Vəliyev ilə birlikdə su gətirmək üçün xidmət etdikləri tağımın şərti olaraq “Ceyran” adlanan döyüş postunun yaxınlığında yerləşən bulağa gediblər.

Bu zaman Məhəmməd Lətifov Kamil Vəliyevin arxada qaldığını bəhanə edib. O, “düş qabağa, cəld ol, tez get”, -deyərək Kamilə zorakılıq göstərib. Bununla da o, tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub.

“Məzuniyyətə gedəcəyəm, mənə pul verməlisiniz”

Daha sonra Məhəmməd Lətifov fevralın 16-da, səhər saatlarında onunla birlikdə döyüş postunda xidmət edən əsgərlər - Mirsadıq Abbaszadə, Fərid Oğulzadə, Kamil Vəliyev, Əvəz Hüseynov və Tehran Bağışovu postun sığınacağının arxasına çağırarıb.

Məhəmməd orada əsgərlərə bildirib ki, məzuniyyətə gedəsiyəm, mənə pul verməlisiniz, hünəriniz var verməyin. O, həmçinin əsgərlərin şərəf və ləyaqətlərini alçatmaqla hədələyərək fevral ayı üzrə verilmiş aylıq pul təminatından ona 5-8 manat pul vermələrini hədə-qorxu ilə tələb edib.

Bir əsgərə iki dəfə zorakılıq

Məhəmməd Lətifovun hədələrindən qorxuya düşən Mirsadıq Abbaszadə və Fərid Oğulzadə hər biri 5 manat, Kamil Vəliyev 8 manat, Əvəz Hüseynov 10 manat və Tehran.Bağışov 6 manat məbləğində pulu ona veriblər.

Məhəmməd Lətifov həmin ilin fevral ayının sonlarında yenidən Kamil Vəliyevə qarşı zorakılıq göstərib. O, Kamili döyüş postunun ərazisindəki odun doğranılan yerdə odunları birlikdə doğramağa çağırıb. Onun çağırışına gec gələn Kamili yumruqla sinəsindən bir zərbə vurub.

Bundan əlavə, Məhəmməd Lətifov martın 2-də, axşam saatlarında xidmət etdiyi tağımın döyüş postunun sığınacağında növbəti gün üçün döyüş növbətçiliyi cədvəlinin tərtib edilməsi zamanı heç bir səbəb olmadan əsgər Niyaməddin Salahovdan ertəsi gün saat 06:00-dan 08:00-dək onun yerinə döyüş növbətçiliyinə çıxmasını tələb edib.

10 əsgərə hədə-qorxu tələbi

Bu zaman Niyaməddin onun tələbinə etiraz edib və kimsənin əvəzinə döyüş növbətçiliyinə çıxmayacağını bildirib. Həmin vaxt Məhəmməd Niyaməddini döyərək zorakılıq göstərib.

Daha sonra Məhəmməd Lətifov martın 5-də, saat 18 radələrində əsgərlər – Elvin Həsənli, Kamil Vəliyev, Niyaməddin Salahov, Tehran Bağışov, Əvəz Hüseynov, Bəxtiyar İdrisov, Ağaxan Məlikov, Qulam Süleymanov, Mirsadıq Abbaszadə və Fərid Oğulzadəni döyüş postunun sığınacağının arxasına çağırıb. O, hədə-qorxu ilə ə.sgərləri sıraya düzüb və sıranın qarşısında həmin əsgərlərin ünvanına nalayiq ifadələr işlədib, onların şərəf və ləyaqətini alçaldıb.

“2 gün ərzində 20 manat verməlisiz”

Daha sonra Məhəmməd tələbini yerinə yetirilməyəcəyi halda həmin əsgərlərin günlərini qara edəcəyini və onları döyəcəyini deyib. O, əsgərlərin hər birindən 2 gün ərzində onun Xaçmaz rayonunda

yaşayan dostu Əlihəsən Hüseynovun adına 20 manat məbləğində pul göndərtmələrini tələb edib.

Onun bu tələbinə etiraz edən əsgər Elvin Həsənliyə yaxınlaşıb və yaxasından tutaraq təpiklə bir zərbə vurub. Məhəmməd Lətifov daha sonra Elvini yerə yıxaraq üzünü digər əsgərlərə tutub və bildirib ki, kim pul göndərməsə, onu da bu əsgərin gününə salacam.

“Atam xəstədir, kasıb adamlarıq”

Daha sonra Məhəmməd “kimin nə sözü var təklikdə gəlsin mənə desin” deyərək sıranı dağıdıb. Bu zaman Kamil Vəliyev ona yaxınlaşaraq “atam xəstədir, kasıb adamlarıq, imkanımız yoxdur, mən göndərə bilməyəcəm” deyə bildirib.

Məhəmməd Kamilin bu cavabından bərk əsəbləşib. O, Kamil Vəliyevin sifət nahiyəsinə bir sillə zərbəsi, daha sonra sinəsindən bir yumruq zərbəsi vurmaqla haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə və ona qarşı zor tətbiq göstərib. Daha sonra Kamildən 20 manat pulu dediyi adamin adına göndərməsini təkrar tələb edib.

Onun hədələrindən qorxmuş Kamil Vəliyev, Niyaməddin Salahov, Əvəz Hüseynov, Bəxtiyar İdrisov, Ağaxan Məlikov, Qulam Süleymanov və Fərid Oğulzadə həmin gün valideynlərinə zəng edərək müxtəlif bəhanələrlə onları aldadıblar.

Aldanan valideynlərdə Məhəmməd Lətifovun dostu olan Xaçmaz rayon sakini Əlihəsən Hüseynov adına hər biri 20 manat göndərdiblər.

Digər əsgərlər Mirsadıq Abbaszadə və Tehran Bağışovun valideynləri isə poçt vasitəsilə həmin pulu göndərə bilməyiblər. Daha sonra Mirsadıq Abbaszadənin qardaşı Mirnahid Abbaszadə martın 7-də, Tehran Bağışovun qardaşı Təbriz Bağışov martın 9-da Bakı şəhərində yaşayan və Məhəmməd Lətifovla dostluq münasibətlərində olan Tale Mehrabov ilə görüşüblər. Onların hər biri Taleyə 20 manat veriblər.

Restorandan yeyib-içmək almaq tələbi

Məhəmməd daha sonra martın 8-də, günorta saatlarında Mirsadıq Abbaszadə və Qulam Süleymanovu yanına çağırıb. O, hər iki əsgərin qarşısında yeni tələb qoyub.

Bu dəfə Məhəmməd onlardan tələb etdiyi pullarla döyüş postunun yaxınlığında yerləşən “Turist” restoranından yemək-içki almalarını və 17 dəqiqədən sonra posta qayıtmalarını tələb edib.

Daha sonra Məhəmməd qoyduğu vaxt ərzində restorandan posta qayıda bilmədiklərini bəhanə edərək hər iki əsgərə qarşı zorakılıq göstərib. O, Mirsadıq Abbaszadəyə “boynuyoğun, mən sənə deməmişdim ki, 17 dəqiqəyə gəl, niyə gec gəlibsən?” deyib və onun boynunun arxasından iki-üç sillə zərbəsi vurub.

Əsgərlərin əməkahqlarından alınan “haqq”

Məhəmməd Lətifov daha sonar mart ayının ortalarında şəxsi heyətə aylıq pul təminatı paylandıqdan sonra onunla eyni tağımda xidmət edən Mirasadıq Abbaszadə, Fərid Oğulzadə, Kamil Vəliyev və Əvəz Hüseynovu xidmət etdikləri döyüş postunun sığınacağının arxasına çağırıb.

O, əsgərlərin əmlakını hədə-qorxu ilə tələb etməklə onları sıraya düzüb və sıranın qarşısında həmin əsgərlərə tələb etdiyi pulu verməyəcəkləri günlərini qara edəcəyini və onları döyəcəyini deyib.

Həmin vaxt Məhəmməd postun yaxınlığında yerləşən “Turist” restoranından yemək və spirtli içki almaq üçün onlardan pul vermələrini tələb edib. Onun hədələrindən qorxan Mirsadıq Abbaszadə 5 manat, Fərid Oğulzadə 3 manat, Kamil Vəliyev 14 manat və Əvəz Hüseynov 5 manat verib.

Bayram günü törədilən cinayət

Məhəmməd Lətifov növbəti cinayət əməlini novruz bayramı günü, 20 mart 2015-ci il tarixdə törədib. O, həmin gün saat 18 radələrində Tural

Qurbanzadə ilə birlikdə xidmət etdikləri tağımın döyüş postunun yaxınlığında yerləşən bulaqdan su gətirməyə gedib.

Məhəmməd Lətifov yolda həmin vaxt bölüyün dayaq məntəqəsindən bayram payını götürərək posta qayıdan əsgərlər - Elvin Həsənli, Qulam Süleymanov, Niyaməddin Salahov və Əvəz Hüseynovu görüb. O, Əvəz Hüseynovun üzərində öz üstünlüyünü nümayiş etdirərək onu öz əvəzinə su gətirməyə məcbur etməyə qərar verib.

Məhəmməd bu məqsədlə Əvəzə yaxınlaşıb və sinəsindən tutaraq itələyib. Daha sonra zorakılıq göstərərək əlindəki su qablarını ona verib və bulaqdan su gətirməyə göndərib.

6 il 6 ay cəza

Məhəmməd Lətifov Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3-cü (təkrar, zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə), 332.2.1, 332.2.2-ci (təkrar, iki və ya daha çox şəxs barəsində tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Məhəmməd Lətifov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli həbs edildiyi 26 avqust 2015-ci il tarixdən hesablanıb.

Hökmdən narazı qalan Məhəmməd Lətifov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Məhəmməd Lətifovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhəmməd Lətifov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü həddindən artıq ağırdır. O, qeyd edib ki, cəza təyin edilərkən məhkəmə barəsində olan yüngülləşdirici halları nəzərə almayıb: “Məhkəmə gənc olduğumu, təhsilli olduğumu, birinci dəfə cinayət

əməli törətməyimi, əməlimdən səmimi peşman olmağımı qiymətləndirməyib”.

Daha sonra prosesdə çıxış edən dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Məhəmməd Lətifovun apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “DED” əsgərlərin məhkəməsi başa çatdı

    “DED” əsgərlərin məhkəməsi başa çatdı ...

    21-02-2015, 12:02

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Hərbi hissədən qaçan əsgər yaxalandı

    Hərbi hissədən qaçan əsgər yaxalandı ...

    2-12-2012, 16:40

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • “Yaxamdan tutaraq məni divara çırpdı”

    “Yaxamdan tutaraq məni divara çırpdı” ...

    20-09-2016, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu