GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Rabitəbank” və icra başçısı bağlı qapı arxasında ev yıxır

“Rabitəbank” və icra başçısı bağlı qapı arxasında ev yıxır

Tarix: 17-10-2016, 19:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 015
“Rabitəbank” və icra başçısı bağlı qapı arxasında ev yıxır

Oqtay Qaraoğlu: “Həmin gün “Rabitəbank”ın səlahiyyət verdiyi Abbas Abbasov icra başçısı ilə bağlı qapılar arxasında danışıqlar apardı və içəridən çıxdıqdan sonra, aparılan danışığın məğzi ilə bağlı mənə hər hansı məlumatı vermədi”
Gədəbəydə yaşanan çoxsaylı problemlərin varlığı günü-gündən artdıqca, o halda icra hakimiyyəti aparatının həyata keçirdiyi yarıtmaz idarəçiliyə lazım olan qiyməti vermək mümkün olur. Belə ki, əslən Gədəbəydən olan və 17 aydan çox müddət ərzində üz-üzə qaldığı problemlərlə bağlı “Gündəm Xəbər”i məlumatlandıran Əliyev Oqtay Qara oğlu qəzetin əməkdaşına bildirir ki, “mən ötən aylar ərzində bütün dövlət qurumlarına müraciətlərimi ünvanlasam da, təəssüflər olsun ki, bu gün də problemim həllini tapmır. Buna səbəb, Gədəbəy rayon İcra Hakimiyyətinə başçı təyin olunan Ramiz Yediyarovun, hələ 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini daşıyarkən mənimlə şəxsi ədavətdə olmasıdır. Elə ki, Ramiz Yediyarov 2012-ci ildə icra hakimiyyətinə başçı təyin olundu, o halda mənim günüm-güzaranım lap qaranlıq olur. Bunu onunla əsaslandırıram ki, mənim rayonun M.Quliyev küşəsində yerləşən 38,5kvm-lik mağazamı, icra başçısı 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan darmadağın etdirib. Hansı ki, həmin mağazamı 2011-ci “Rabitəbank”a girov qoyub 50 min manat kreditə pul götürmüşdüm. Onu da vurğulayım ki, həmin mağazam şəxsi mülkiyyətimdə idi və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08 iyul 2008-ci il tarixdə 0001695 saylı çıxarış da əldə etmişdim. Amma, bütün bunlara baxmayaraq şəxsi mülkiyyətimdə olan mağazamı qeyd olunan tarixdə tarmar etdirməklə, məni “Rabitəbank”la üz-üzə qoydular. Belə bir səbəb üzündən də, həmin illərdə kreditə götürdüyüm pulu banka ödəyə bilmədim və bank tərəfi girovluğa qoyulmuş əmlakımın darmadağın edildiyini bildi və iddia tələbini ikinci girovluğa qoyulmuş əmlaka, yəni Bakı şəhəri, Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənziliə yönəltdi. İkinci girovluğa qoyulmuş mənzil yaxın qohumum 1973-cü il təvəllüdlü İbrahimova Esmira Rüstəm qızının adına olduğu üçün, bank tərəfinin iddia tələbi əsasında məhkəmə prosesi Bakı şəhəri Binəqədi rayon Məhkəməsində keçirildi.
Onu da bildirim ki, mənim əmlakım məhkəmənin müəyyən etdiyi ekspert komissiyası tərəfindən 50 min manat dəyərində, ikinci girovluğa qoyulmuş mənzil isə, 70 min min manat dəyərində qiymətləndirilmişdi. İkinci girovluğa qoyulmuş mənzillə bağlı Binəqədi rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, həmin mənzilin açıq hərrac yolu ilə satılması və əldə olunan pul vəsaitinin “Rabitəbank” ASC-nə ödənilməsi barədə Qətnamə çıxarıldı. Çıxarılmış məhkəmə qətnaməsindən sonra, onun icrası ilə bağlı lazımi sənədlər Binəqədi rayon İcra Şöbəsinə göndərildi və çox keçmədi ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 12 fevral 2016-cı il tarixdə mənim adıma, İbrahimova Esmira Rüstəm qızına, İbrahimova Aysel Elman qızına və Seyfarlı Aqşin Elman oğluna bildirişlər də çatdırıldı. Çatdırılan bildirişlərdə hərracın Səbail rayonu Badamdar qəsəbəsi M.Müşfiq küçəsi-2A ünvanında keçirildiyi və mənzilin ilkin qiymət olaraq 70000 min manata qiymətləndirildiyi qeyd olunsa da, satışın isə 44625 manata həyata keçirildiyi bildirildi. Hərrac mərkəzində satış başa çatdıqdan sonra, həmin mənzilə dair sənədlər 14 mart 2016-cı il tarixdə icra şöbəsinə qaytarılır. Hal-hazırda Bakı şəhəri Biləcəri qəsəbəsi Biləcəri Yolu ev-1, mən-5 ünvanında yerləşən mənzildə yaşayan beş nəfərlik ailə üzvləri, bayıra atılmaq təhlükəsi ilə üz-üzə qalıblar. Bu da bir ailənin faciəsi deməkdir. Əgər mənə vurulmuş maddi ziyana görə Gədəbəy RİH-i tərəfindən vaxtında kompensasiya verilsəydi, o halda belə bir problem də yaşanmazdı. Mən bu gün də kompensasiyamı Gədəbəy rayon İcra Hakimiyyətindən tələb edirəm.
Onu da vurğulayım ki, bir neçə gün bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyyətində olarkən, adı çəkilən qurumun səlahiyyətli vəzifə sahiblərindən biri mənə bildirdi ki, “üz-üzə qaldığın problemlə bağlı, səni və “Rabitəbank”ın səlahiyyətli şəxslərindən birini, icra başçısı 04 oktyabrda günün ikinci hissəsində qəbul etməyə hazırdır”. Belə olan halda 03 oktyabrda “Rabitəbank”ın Səbail rayonu “Axundov bağı”na yaxın ərazidə yerləşən “Problemlər şöbəsi”nə getdim və şöbənin baş direktoru Ceyhun İbrahimovun adına rəsmi məktub da təqdim etdim. Məktubda qeyd etmişdim ki, Gədəbəy rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri bildirirlər ki, “üz-üzə qaldığın problemlə bağlı icra başçısı səni və “Rabitəbank” ASC-nin səlahiyyətli şəxsini qeyd olunan tarixdə qəbul etməyə hazırdır”. Düzdür, bank tərəfi əməli addımını atdı və özünün əməkdaşı Abbasov Abbas Eyyub oğlunun adına etibarnaməni təsdiq edərək, ona icra başçısı ilə danışıq aparmaq səlahiyyəti də verdi. 04 oktyabrda mən Abbas Abbasovla birlikdə icra hakimiyyətində oldum və Ramiz Yediyarovun qəbuluna da yazıldıq. Hər ikimiz icra hakimiyyətinin gözləmə zalında gözləsək də, çox keçmədi ki, icra başçısının səlahiyyət verdiyi şəxs Abbas Abbasovu icra başçısının qəbuluna apardı. Amma, əvvəlcədən mənə məlumat verilmişdi ki, icra başçısı hər ikimizi birlikdə qəbul edəcək. Çox təəssüflər olsun ki, bu belə olmadı.
Həmin gün “Rabitəbank”ın səlahiyyət verdiyi Abbas Abbasov icra başçısı ilə bağlı qapılar arxasında danışıqlar apardı və içəridən çıxdıqdan sonra, aparılan danışığın məğzi ilə bağlı mənə hər hansı məlumatı vermədi. Hansı ki, problemlə üz-üzə qalan tərəf mənəm və aparılan danışığın mahiyyəti mənim üçün olduqca önəm daşıyırdı.
05 oktyarbda yenidən “Rabitəbank”ın Səbail rayonu “Axundov bağı”na yaxın ərazidə yerləşən “Problemlər şöbəsi”nə getdim və həmin gün şöbə direktorunun müavini məni qəbul etdi. Müavinlə söhbət əsnasında onun diqqətinə çatdırdım ki, hələ 2014-cü ilin sentyabr ayında mağazamın sökülməsi haqda məlumat əldə edərkən, “Rabitəbank” ASC-nin baş direktoru Ceyhun İbrahimovu, baş verə biləcək olay haqda məlumatlandırmışdım. Həmin vaxt o, Gədəbəy RİH-nin başçısı ilə danışıq aparmaq üçün, Osman Mansurov adlı əməkdaşlarını nümayəndə təyin etdi. Osman Mansurov da icra başçısı ilə təkbətək görüşdü və keçirilən görüşün mahiyyəti haqda mən heç bir məlumat vermədi. “Rabitəbank” ASC əməkdaşlarının bu cür addımları da, artıq məndə böyük şübhələrə yol açır. Yəni, belə bir qənaətə gəlirəm ki, görəsən bank əməkdaşları hansı maraqlar çərçivəsində icra başçısı ilə bağlı qapılar arxasında görüşlər keçirir və mənə bu haqda heç bir məlumat vermirlər.
Onu da vurğulayım ki, 05 oktyabr günü “Rabitəbank” ASC “Problemlər şöbəsi”ndə müavinlə görüşüb, onun iş otağından çıxarkən baş direktor Ceyhun İbrahimovla üz-üzə gəldim. Dərhal ona bildirdim ki, artıq mən məcbur olub sizin əməllərinizdən “Rabitəbank” ASC-nin sədri cənab Zakir Nuriyevə yazılı şikayətimi ünvanlayacağam. 06 oktyabr günü isə, şəxsən Zakir Nuriyevə üz-üzə qaldığım problemlərlə bağlı, məni qəbul etməsini ona ünvanladığım teleqramda bildirdim. Düzdür, qarşı tərəfdən bu günə qədər cavab əldə edə bilmədiyim üçün, son anda məcbur olub adı çəkilən qurumun Qaynar xəttinə (133-ə) zəng etdim. Qaynar xəttə ümumi məqsədimi bildirərkən qarşı tərəf vurğuladı ki, “ünvanladığınız teleqram çatıb, amma əlaqə nömrəniz olmadığı üçün teleqramla bağlı sizə məlumat verə bilməmişik”. Çox keçmədi ki, baş idarədən İbrahim adlı şəxs mənimlə əlaqə saxlayıb bildirdi ki, “sizi Ceyhun müəllim gözləyir. Xahiş edirəm ki, onun qəbuluna gedəsiniz”. Elə ki, onun yanında oldum, o halda müavinlərinin iştirakı ilə məni qəbul etdi və bir qədər yaşanan problemlə bağlı müzakirələr də apardıq. Son anda o, vurğuladı ki, “sənə məxsus mağazanın alt hissəsində yerləşən 60 kvm-lik torpaq sahəsi, heç vaxt bankın girovluğunda olmayıb. Yəni, həmin torpaq sahəsi bu gün də sənin şəxsi mülkiyyətindədir. Torpaq sahəsinin üst hissəsində yerləşən, hansı ki, 12 fevral 2015-ci il tarixdə darmadağın edilmiş 38,5kvm-lik mağaza bizim girovluğumuzda idi. Belə bir səbəb üzündən də, sənin haqqın çatır ki, qeyd olunan torpaq sahəsi ilə bağlı bu gün də əsaslı tələbini irəli sürəsən”.
Ümumi müzakirələrin sonunda onu da vurğuladım ki, mən artıq məcburam ki, “Rabitəbank” ASC “Problemlər şöbəsi”nin səlahiyyət verdiyi şəxslərin və Gədəbəy rayon İH-i başçısının əməlləri barədə ölkə rəhbərinə müraciətimi də ünvanlayım. Mən icra hakimiyyəti rəsmlərinə, o cümlədən icra aparatında hüquq şöbəsinə rəhbərlik edən Zülfüqar İsgəndərova onu da tövsiyyə edirəm ki, həmin torpaq sahəsinə aid çıxarışı həm hərf-hərf, həm də diqqətlə oxusunlar. O halda yəqin ki, hər şey açıq-aydın bəlli olacaq ki, 60 kvm-lik torpaq sahəsi bankın girovluğunda deyil, məhz mənə, Oqtay Qaraoğluna məxsusdur. Onu da vurğulayaq ki, Gədəbəy rayon mərkəzində yerləşən qeyri-yaşayş sahələrinə aid torpaq sahəsinin hər kvm-nin hansı qiymətə olduğu, yəqin ki, rayon rəhbərliyinə dəqiq məlumdur”.
P.S. Hörmətli oxucular! Növbəti sayımızda Oqtay Qaraoğlu “Rabitəbank”dan kreditə pul götürərkən hansı olaylarla üz-üzə qalmasından, icra hakimiyyəti aparatı əməkdaşlarının ona qarşı etdikləri haqsızlıqlardan bəhs edəcəyik. Bizi izləyin.

Akif Quliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • Başçı və komandası saxtakarlıqla məşğuldur

    Başçı və komandası saxtakarlıqla məşğuldur ...

    28-06-2016, 18:55

  • 
  • Gədəbəyli sahibkarın açıqlamaları

    Gədəbəyli sahibkarın açıqlamaları ...

    23-05-2016, 17:36

  • 
  • PA-dan verilən tapşırıq, yenə də saya salınmadı

    PA-dan verilən tapşırıq, yenə də saya salınmadı ...

    19-10-2015, 19:34

  • 
  • Gədəbəydə sahibkar gözümçıxdıya salınıb

    Gədəbəydə sahibkar gözümçıxdıya salınıb ...

    12-10-2015, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu