GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədidəki yanğınla bağlı şahidlərdən şok açıqlamalar

Binəqədidəki yanğınla bağlı şahidlərdən şok açıqlamalar

Tarix: 18-11-2016, 23:44 Bölmə :Ölkə Baxış: 671
Binəqədidəki yanğınla bağlı şahidlərdən şok açıqlamalar

“MTN əməkdaşları görüntü yaddaşı olan qutuya da müdaxilə etdilər”

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova bildirib ki, onların vəsatəti əsasında çağırılan şahidlərin dindirilməsini istəyib.

Dövlət ittihamçısı bildirub ki, zərərçəkmiş və əsas şahidlərin dindirilməsi başa çatandan sonra əlavə şahidlərin dindirilməsi məsələsi müzakirə edilə bilər.

Hakim bildirib ki, cinayət işi üzrə əsas şahidlərin dondirilməsi başa çatıb. Bildirib ki, dindirilməyən zərərçəkmişlərdən ikisi qalıb: “Həmin zərərçəkmiş xaricdədir. Onu da dindirmək mümkün deyil. Digər zərərçəkmiş natarusdur, o da prosesə gəlməyib. Məlumat verib ki, yoldadır, buna görə də prosesdə 15 dəqiqəlik fasilə elan olunur”.

Qısa fasilədən sonra vəkilin əlavə şahidlərin çağırılması barədə vəsatət müzakirə edilib. Dövlət ittihamçısı vəsatətə münasibət bildirərək deyib ki, əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur: “Əsas şahidlərin ifadələri kifayət edir. O şəxslər Miryusif Mahmudovun işçiləridir, hansı məzmunda ifadə verəcəkləri indidən bəllidir”.

Məhkəmə kollegiyası vəsatəti təmin edib.Əlavə şahid Mansur Hüseynov deyib ki, “Global Construction”da baş mühəndis işləyib: “Bizim şirkət şifariş qəbul edərkən direktor İlqar Vəliyev görüşlər keçirib, razılaşdırırdı. Mən inşaat rəhbərim Toğrul Məmmədovdan tapşırıq alırdım. Təsisçi Miryusif Mahmudov bu işlərə müdaxilə etmirdi. Poiuretan məhsulun hansı formada vurulması ilə bağlı qayda yoxdur. Bəzi binalarda karkaz qurulurdu bəzilərində yox”.

Şahid əlavə edib ki, yanğın hadisəsindən bir saat sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşkarə gəlib və Miryusis Mahmudovu da aparıldığını eşidib: “Sonra Miryusif MTN-dən mənə zəng vurdu və bildirdi ki, işçilərlə bağlı sorğu-sual edilib”.

Daha sonra digər əlavə şahid Zahir Əliyev ifadə verib. O bildirib ki, Azadlıq prospektdə olan binada işləyib. Onun sözlərinə görə, “Global Construction” MMC-də iş icraçısı işləyib: “2013-cü ilin martından isə sahələrdə yox, şirkətdə işləməyə başladım. Azadlıq prospektində olan binanı Binəqədi Icra Hakimiyyətinin sifarişi ilə tikinti işləri görülüb.

Sonra natarus Ilqar Məmmədov ifadə verib. O bildirib ki, təüsirləndirilən şəxslərdən heç kimi tanımır. İstintaqa verdiyi ifadəsini təsdiqləyən Ilqar Məmmədov hadisənin baş verməsini danışıb: “Əvvəlcə yanğını gördükdə işimizə davam etdik. Amma yanğın artdığı üçün işçiləri ofisdən çıxardıq. Yanğından əvvəl orada şübhəli şəxs və ya oradan qaçan görməmişəm. Son vaxtlar belə hadisələri mətbuatdan eşitmişəm”.

İlqar Məmmədov bildirib ki, hadisə ilə bağlı yanğınsöndürənə zəng edib. O əlavə edib ki, bir neçə dəqiqə sonra yanğın böyüyüb: “Yanğın söndürənlər təxminən 25 dəqiqə sonra gəlib. Bu da yanğının çoxalmasına səbəb oldu”.

Vəkillərin sualına cavab verən Ilqar Məmmədov bildirib ki, yanğından əvvəl və ya sonra orada şübhəli şəxsin görməsi mümkün deyil: “Hadisədən bir gün əvvəl saat 7-də işim bitib və evə getmişəm. Mən həmin binada yaşamıram. Səhərdə işə gələndə xidməti otağımda olmuşam. Kameramda yoxdur ki, ətrafı izləyim. Binaya bitişik yarımçıq tikilini icarəyə götürmüşəm. Həmin tikilonin üstü də görsənmir. Mən həmin tikilinin üstünü yoxlamamışam. Bu mənim işimə də adiyatı yoxdur. Bizim ofisdən yalnız yuxarı mərtəbələtəri görürəm. Tüstünün baş verdiyini yeri heç kim görə bölməz. Tüstünün başlama vaxtını görmənişəm. Kəşfiyyatçıda deyiləm ki, həmin tüstülənmə vaxtını görüm”.

Əlavə şahid qismində ifadə verən İlqar Səfərov iifadəsində deyib ki, 2012-2013-cü illərdən “Global Constuction” MMC-də iş icraçısı vəzifəsində çalışıb. Onun sözlərinə görə, Bakıxanov qəsəbəsində yerləşən binanın fasadlama işlərini həyata keçirib: “Tikintiyə nəzarəti şirkət direktorunun tikinti məsələləri üzrə müavini Toğrul Məmmədov həyata keçirirdi. Şirkətə rəhbərliyi baş direktor İlqar Vəliyev icra edirdi. Poliuretan üzlüklərini binaların əyri səthlərini düzəltdikdən sonra vururduq. Burada beynəlxalq təcrübə nəzərə alınırdı. Yanğın baş verən gün mən ofisdə olmuşam. Sonradan ofisə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları gəldi”.

Digər şahid Amid Muxtayev 2012-ci ilin avqust ayından “Global Constuction” MMC-də bitmiş iş həcmlərinin qəbulu üzrə mütəxəssis vəzifəsində çalışıb: “İşimiz ondan ibarət idi ki, təmir yekunlaşandan sonra biz əraziyə gedib, onu yoxlayırdıq. Şöbə rəisi Zahir Əliyev, baş direktor İlqar Vəliyev idi”.

Samir Hacızadə isə ifadəsində deyib ki, 2007-ci ildən “Global Constuction” MMC-də baş direktorun marketinq və satış məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, şirkətin baş direktor tərəfindən idarə edildiyini, təsisçilərin bu işə müdaxilə etmədiyini deyib. Şahidin sözlərinə görə, poliuretan məhsullarının yanğın testini həyata keçiriblər: “Məhsulun keyfiyyətini nümayiş etdirmək üçün bunu video görüntü kimi yaydıq. Material çətin yanan maddələrdən hazırlanmışdı. Bizim şirkət keyfiyyət göstəricilərinə görə, dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb”.

Şahid əlavə edib ki, yanğın hadisəsindən 6 gün əvvəl şirkətə sabiq Milli Təhlükəsizlik Nazirliyinin bir neçə əməkdaşı gəlib: “Miryusif Mahmudov məni çağırıb, şirkətin kataloqlarını istədi. Qonaqlar gedəndən sonra gördüm ki, Miryusif müəllimin qanı qaradı. Səbəbini soruşduqda mənə dedi ki, bizə hədə-qorxu gəlib, pul tələb edirdilər. Guya onlar Xətaidə yanan bina işini araşdırırdılar. Mən həmin şəxsləri yanğın günü ofisimizdə də gördüm. Onlar bir çox sənədləri ofisdən apardılar. Sonra MTN əməkdaşları görüntü yaddaşı olan qutuya da müdaxilə etdilər”.

Proses noyabrın 17-də davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyov həbs olunublar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “MTN əməkdaşları ofisimə basqın etdi”

    “MTN əməkdaşları ofisimə basqın etdi” ...

    11-11-2016, 12:24

  • 
  • “Miryusif dedi ki, ofisə sür, ora MTN əməkdaşları gəlib”

    “Miryusif dedi ki, ofisə sür, ora MTN əməkdaşları ...

    18-11-2016, 23:57

  • 
  • “Biz ilkin verilən məhsullara görə belə rəy vermişik”

    “Biz ilkin verilən məhsullara görə belə rəy ...

    28-10-2016, 22:57

  • 
  • Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi

    Dəhşətli yanğının günühkarı özünü təqsirli bilmədi ...

    12-10-2016, 19:02

  • 
  • “Günümə 20 manat istəyirəm”

    “Günümə 20 manat istəyirəm” ...

    1-08-2016, 22:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu