GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Kapitalbank”ın Saatlı rayon filialında görünməmiş özbaşınalıq

“Kapitalbank”ın Saatlı rayon filialında görünməmiş özbaşınalıq

Tarix: 26-11-2016, 00:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 628
“Kapitalbank”ın Saatlı rayon filialında görünməmiş özbaşınalıq

Subsidiyalar əhalinin kredit borcuna silinib

Redaksiyamıza Saatlı rayonundan şikayət məktubu daxil olub. Yerli sakinlər “Kapitalbank”ın Saatlı rayon filialının fəaliyyətindən narazıdırlar. Belə ki, Saatlı sakini İlham Süleymanov yazır ki, rayionda əhali kənd təsərrüfatına ayrılan subsidiyaların alınması zamanı əziyyət çəkir: “Kapitalbank”a doğru insan axınının olduğunu gördükdə bunun səbəbini soruşdum. Dedilər ki, “torpaq pulu” buraxılır. Yəni ki, taxıl və digər bitkilərin əkini və biçini üçün dövlət tərəfindən verilən subsidiya. Mən də «Kapitalbank»ın rayon filialına tərəf üz tutdum. Bankın qarşısında adam əlindən tərpənmək olmurdu. Məlumat üçün bildirim ki, düz bir ilə yaxın olar ki, kənd camaatı dadı məmurların, adı isə onların olan subsidiyanı səbirsizliklə gözləyirdi. Gecikmiş olsa da, insanların üzündə bir sevinc var idi”. Şikayətçi yazır ki, Saatlı sakinləri olduqca çətin vəziyyətdə yaşayır: “Qazsız, işıqsız, işsiz və dilənçi vəziyyətindəyik. Subsidiyalar verilən gün isə bankomatın qarşısında dayanan camaatın üzündəki sevinc qəzəbə çevrildi. Sakinlər «Kapitalbank»ın müdiri Sakit Zahidovun, eləcə də digər səlahiyyətlilərin qarasınca nifrət dolu danışırdılar. Sən demə, dövlətin əkin-biçin üçün verdiyi subsidiya yoxa çıxıb. Taxıl pulu kəsirlə verilsə də, digər bitkilərə ayrılan pulların hara getdiyi və kimlər tərəfindən götürüldüyü məlum deyildi. Bankın qarşısında ara əməlli-başlıca qarışmışdı. Qəzəbli camaat dövlətin onlara verdiyi pulu Sakit Zahdovdan tələb edirdi. Sakit Zahidov isə öz növbəsində saymazyana şəkildə ora-bura var-gəl edərək bircə onu deyirdi: «Gedin əliniz hara çatır, şikayət edin». Maraqlı burasıdır ki, kimlərin ki, «Kapitalbank»a kredit borcu var idisə, onların heç biri bir manat da ala bilmədi. Hamısı Sakit Zahidov tərəfindən götürülmüşdü. Bir sözlə, kredit borcu olanların oduna 4-5 ailənin də təsərrüfatını yandırdılar. Göründüyü kimi, sözdə kənd təsərrüfatının inkişafından utanıb çəkinmədən danışan yerli icra məmurları əməldə aldığı qəpik-quruş pensiya ilə əkin-biçinlə məşbul olan kənd camaatını bax beləcə istismar edir”. Saatlı sakini İlham Süleymanov yazır ki, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri dövlətin verdiyi subsidiyalardan kredit borcunun çıxılmasının qanusuz və yolverilməz olduğunu deyir: “Qanunverici orqan olan Milli Məclisin deputatları da həmçinin. Sakit Zahidov isə görün nə deyir? «Kapitalbank» Paşayevlərindir. Bütün pullar da onlara gedir. Hər küçədən keçən efirə çıxıb ağzına gələni danışır. Bəli, Sakit Zahidov açıq-aşkar dövlətə və prezidentə meydan oxumaqla qanunları ayaqları altına atır və nüfuzlu ailənin adından istifadə etməkdən belə çəkinmir. Sakit Zahidovun qorxub-çəkinmədən belə arxayın danışmasının bilirsiniz, səbəbi nədir? Əlbəttə ki, pulu-parası. Onu da deyim ki, sadə vətəndaşların əzildiyi bu rayonda pul həmişə qanunlardan üstün tutulur. Qaldı ki, Sakit Zahidova vətəndaşlara qənim kəsilən bu adam nədən bol olmasa da pul sarıdan demək olar ki, heç vaxt korluq çəkməyir. O, məhkəmənin funksiyasını da özü yerinə yetirir. Məhkəmə qərarı olmadan kredit götürmüş vətəndaşların maaş və pensiya kartlarında çörəkpulu saxlamadan pulun hamısını götürür. Kimə şikayət edəcəksən? Sakit Zahidovun pulu, parası qarşısında hamı ram olaraq, ancaq onun maraqlarını müdafiə edirlər. İcra başçısı Siracəddin Cabbarov da artıq bir aya yaxın olar ki, qapısını vətəndaşların üzünə bağlayıb. Deyilənə görə başı pambığa qarışıb. Qul əməyi olan pambığın kimlər tərəfindən əkildiyini deyə bilməsəm də, lakin bircə onu bilirəm ki, kəndlinin təsərrüfatı bu gün özünün tənəzzül dövrünü yaşayır. Pul, toxum azot və mineral gübrələr yox, dövlətin «Lizinq» ə verdiyi texnikalar da ancaq Sakit Zahidov kimi pulu olan varlı-hallı məmur işbazların xidmətində dayanır”.

Həsən

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən ...

    17-10-2015, 13:28

  • 
  • “Kapitalbank”ın inkassator maşını aşdı: ölən və yaralanan var

    “Kapitalbank”ın inkassator maşını aşdı: ölən və ...

    10-02-2014, 12:35

  • 
  • Bank Respublikada müdhiş fırıldaq

    Bank Respublikada müdhiş fırıldaq ...

    24-04-2014, 10:36

  • 
  • Vergilər naziri ilə qohum olmağı hədəfləyən “Kapitalbank”ın filial müdiri haqda şok iddialar

    Vergilər naziri ilə qohum olmağı hədəfləyən ...

    3-06-2015, 00:14

  • 
  • Saatlı rayonu satışa çıxarılıb?

    Saatlı rayonu satışa çıxarılıb? ...

    13-06-2013, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu