Gənc ailənin harayı: “Həkim bizi övlad üzünə həsrət qoydu”
“Gündəm Xəbər”in redaksiyasına tez-tez müxtəlif şikayət məktubları daxil olur. Bu məktubların bir qismi Azərbaycandakı yarıtmaz səhiyyə sistemi ilə bağlıdır. Növbəti belə məktubu Ucar rayonundan almışıq.
Ucar rayonunun Şahlıq kənd sakini Muradov Xəzər Çingiz bildirir ki, Mingəçevir şəhərində yerləşən "Tələbə" poliklinkasının ailə planlaşdırması şöbəsinin həkimi İradə Mirzəliyevanın savadsızlığı və saxtakarlığına görə həyat yoldaşı ağır xəstəliyə yoluxub və gənc ailə övlad üzünmə həsrət qalıb: “2012-ci ildə Muradova Vəsilə Məhərrəm qızı ilə ailə həyatı qurduq. İki il övladımızın olmamasından narahat olduq və 2014-cü ilin mart ayında Mingəçevir şəhərində yerləşən "Tələbə" Poliklinkasının Ailə Planlaşdırması şöbəsinin həkimi İradə Mirzəliyevaya müraciət etdik. Ulturasəs müayinəsi kabinetində oturan İradə həkim həyat yoldaşım Vəsiləni müayinə etdi və ona ağır dozalı iynələr təyin etdi.
O, pollekulların yoxlanılması adı ilə ayda 3 dəfə olmaqla bir il həyat yoldaşımı ulturasəs müayinəsindən keçirdi və hər dəfə ağır dozalı iynə-dərmanlar yazdı. Hər dəfə də müayinə zamanı saxtakar həkim İradə Mirzəliyevaya pul ödəyirdik”.
Şikayətçi yazır ki, müalicədən müsbət nəticə gözləsələr də, əksinə həyat yoldaşı Vəsilə xanımın vəziyyəti ağırlaşıb: “Aparılan səhv müalicəyə görə yoldaşımın uşaqlığına infeksiya düşdü və başqa xəstəxanada təcili cərrahiyyə əməliyyatı keçirməli oldu. Cərrah bildirdi ki, səhv müalicə nəticəsində yoldaşının uşaqlıq borusunda çürümə baş verib. Buna görə yoldaşımın uşaqlıq borusu cərrahiyə yolu ilə kəsilib götürüldü. Bununla da İradə Mirzəliyevanın səriştəsizliyi və saxtakarlığı nəticəsində yoldaşım ömürlük şikəst, ailəmiz isə övlad üzünə həstər qaldı”.
Xəzər Muradov yazır ki, saxtakar həkimin qanunsuz əməllərindən etdikləri şikayəti araşdıran Mingəçevir şəhər prokurorluğu öz maddi maraqlarını dövlət qanunlarından üstün tutub törədilən cinayətin üstünü ört-basdır edib saxtakar, səriştəsiz həkimin əməllərinə haqq qazandırıb: “Mingəçevir rayon prokurorluğunun Nurlan adlı müstəntiqi bizi hədələdi ki, İradə Mirzəliyevanın həyat yoldaşı MTN-də işləyir, sizi həbs etdirər. Azərbaycan səhiyyəsini yaman günə salan İradə Mirzəliyeva kimi saxtakar, savadsız və səriştəsiz həkimlərin əməlləri ifşa edilməli, belə kadrlar səhiyyə sistemindən qovulmalıdırlar.Çünki burada sağlam insanların gələcək arzularının puç olmasından, sağlamlıqlarının təhlükə qarşısında qalmasından söhbət gedirsə, heç kəsə güzəşt getmək olmaz. Biz İradə Mirzəliyevanın qanunsuz əməlləri barədə çoxlu sayda şikayətlər etsək də ,heç bir tədbir görülməyib. Çünki bu saxtakar həkim haram yolla topladığı pulları özü kimi saxtakar prokuroravə müstəntiqlərə verərək qanunsuz əməllərinin üstünü ört-basdır edə bilib. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm. Bizi övlad üzünə həsrət qoyan saxtakar və savadsız həkim İradə Mirzəliyevanın barəsində ciddi tədbirlər görülməsinə göstəriş verməyinizi xahiş edirəm. Bu həkim təcili olaraq səhiyyə sistemindən qovulmalıdır. Çünki bu savadsız həkim bundan sonra da digər sağlam insanları şikəst edəcək. Xahiş edirik ki, bu barədə ciddi, təcili tədbirlər görəsiniz”.
Sorğu
Yeni dizaynımız necədir?