GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

Tarix: 11-11-2016, 16:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 556
Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?


Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə "Ağa" təyin edən nazirliyə gedib çıxır
“Gündəm Xəbər”in ötən sayında özünü təhsil naziri Mikayıl Cabbarovun sinif yoldaşı kimi təqdim edən və Gəncədə fəaliyyət göstərən 8 saylı regional hesablaşma mərkəzinin rəis müavini vəzifəsini daşıyan Vüsal Məmmədovun "işgüzarlığından" bəhs edən açıqlamamızı, geniş ictimaiyyətin diqqətinə də çatdırmışdıq. O, “Təhsil Naziri uşaqlıq dostumdur" deyərək, hal-hazırda 8 saylı Maliyyə Hesablaşma Mərkəzində vəzifəsindən asılı olmayaraq, hər kəsi ilə hesablaşmağa məcbur edib. Necə deyərlər, “kəndxudanı gör, kəndi çap”. Daha öncədən də məlumat verdiyimiz kimi, o, təhsilə satıcılıqdan gəlsə də, təhsil sahəsində öz qayda-qanunları ilə özünün marağına cavab verən iş də qura bilib. Belə ki, onun bildirdiyinə görə, “ixtisasca hüquqşünas olmağıma baxmayaraq Mikayıl Cabbarov nazir təyin olunduqdan az sonra, məni satıcılıqdan təhsilə gətirdi və Gəncədəki 1saylı Peşə Liseyinin direktor da təyin etdi”.

Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

Bəli, bu gün Vüsal Nüsrəddin oğlu Məmmədov hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində rəis müavini işləsə də, liseyİ də əldən buraxmır. O, özünə münasib olan və əvvəllər də dəmir yolunda mexanik işləyən, eyni zamanda işdə törətdiyi xətalar ucbatından daşıdığı vəzifəsindən uzaqlaşdırılan Hüseyn Hüseynovu, ustalıqdan direktorluğa qədər yüksəltməklə, təsir dairəsində saxladığı "obyekti"ni ona havalə edib. Hal-hazırda adı çəkilən liseydə əsaslı təmirin gecikdirilməsinə səbəb də, Vüsal Məmmədova məxsus sexlərin fəaliyyət göstərməsidir. Belə ki, 1 saylı Peşə Liseyinin həyətindəki emalatxanda mebel, metal və xalça sexləri fəaliyyət göstərir. Sexlərdə mətbəx, ofis və məktəblər üçün mebellər və s. istehsal olunur. İstehsaldan əldə olunan gəlirlər də, birbaşa Vüsal Məmmədova çatdırılır. Görəsən necə olub ki, bu cür fəaliyyət növü ilə məşğul olan sexlər Vergilər Nazirliyi ilə bərabər, Təhsil Nazirliyinin də nəzərindən yayınır? Liseyin həyətində fəaliyyət göstərən sexlərdən əldə olunan gəlirlərdən başqa, adı dərs jurnallarında gedən, amma özü dərs üzü tanımayan tələbələrin təqaüd kartlarından görəsən xəbəri olan varmı? Məsələ ilə bağlı Hüseyn Hüseynovla görüşsək də, onun məsələyə münasibətindən belə aydın oldu ki, onu liseyə formal olaraq direktor əvəzi təyin ediblər. Əslində adı hallanan sexlərin və təqaüd kartlarının ona heç bir aidiyyatı yoxdur. Yəni, bütün bunların bir ucu Vüsal Məmmədova, bir ucu isə, onu əvvəlcə liseyə direktor, sonra isə hesablaşma mərkəzinə "Ağa" təyin edən nazirliyə gedib çıxır.

Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

Bundan başqa, əldə etdiyimiz daha bir ilginc məlumat da var ki, Vüsal Məmmədov bacısını liseyə təsərrüfat işləri üzrə direktor müavini, Nəcəf adlı dostunu isə, tədris işləri üzrə direktor müavini təyin edib. Müəllim və tələbələrin (əgər onların əksəriyyəti də yerindədirsə) tanımadıqları daha kimlər.... Liseydən əldə olunan gəlirlər yəqin ki, ancaq Vüsalın bildiyi istiqamətdə xərclənilir. Bütün bunlara görə Vüsal Məmmədov özünü bazar iqtisadiyyatına uyğun kökləyir və "biz pul qazanmağı bacaran oğlanlarıq" da deyir. Ticarət aləmində yaxşı təcrübə toplayan rəis müavini, bu gün ticarətdə öyrəndiyini təhsildə də tətbiq edir. Hətta, iş o yerə çatıb ki, Vüsal Məmmədovun etibar etdərək liseyə direktor müavini təyin etdiyi Hüseyn Hüseynov da, onun tövsiyyələrinə rəğmən KİV haqqında qanunlara deyil, özünün dediyi kimi Mikayıl Cabbarov “bizə jurnalistlərin suallarına qətiyyən cavab verməyin, sualları varsa, göndərin nazirliyə” deyir. Hal-hazırda isə, liseydə dərsə davamiyyət olaraq tələbələr gözə dəyməsələr də, sexlər dayanmadan fəaliyyət göstərməkdədirlər. Bunların müqabilində Vüsal Məmmədovun dediyinə görə, Gəncə çayının kənarında tikilən və təmir olunan obyektə də pul xərcləyir. Görəsən bu obyektin təhsilə nə aidiyyəti var? Bəlkə həmin obyekt onun özünün və yaxud da.... Nə isə, bu barədə növbəti sayımızda. Həmin obyektin kimə məxsus olması ilə bağlı apardığımız araşdırmalardan sonra, ictimaiyyətə bu yöndə geniş açıqlamalar verəcəyik.

Mikayıl Cabbarovun sinif yoldaşı, 1saylı peşə liseyində hansı sexləri açıb?

Hal-hazırda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində əsaslı cari təmir işləri üçün 2016-cı il büdcə vəsaitindən 6 rayona və Gəncəyə ayrılan vəsaitin necə xərclənməsindən görəsən nazirin xəbəri varmı? Deyəsən Vüsal Məmmədovun sözündə böyük bir həqiqət var, o da onun əməlli-başlıca pul qazanmağı bacarmasıdır. Axı, Vüsal Məmmədov təhsil sahəsinə gəlməzdən öncə o, ticarətdə “saqqal ağardıb”. Belə çıxır ki, təhsil şöbələrinin regional mərkəzlərdə birləşməsi haqqında ölkə başçısının 2014-cü ildə imzaladığı və 2015-ci il yanvarın 1-dən qüvvəyə minən sərəncamının hələlik tam olaraq yerinə yetirilməməsi, sadəcə olaraq sərəncamın bir istiqamətdə aparılmasına, sadəcə olaraq maliyyəni ələ keçirməkdən başqa nəyəsə xidmət etməyib. Hələlik Gəncəbasarda aparılan "islahatlardan" görünür ki, ölkə başçısının verdiyi sərəncamın xeyrini, təhsil strategiyasına uyğun olmadan Mikayıl Cabbarovun adı ilə onun dostu, səlahiyyətlərini təhsilin həm təchizat, həm də kadr məsələrini icra edən Vüsal Məmmədov görür.
Araşdırmamız davam edəcək

Mehriban Əzizqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır”

    Nazirin sinif yoldaşı Gəncəbasarda “at oynadır” ...

    4-11-2016, 13:42

  • 
  • Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı

    Mikayıl Cabbarovun islahat layihəsi yarımçıq qaldı ...

    16-10-2014, 14:43

  • 
  • Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək vəzifəyə təyinat aldı

    Mikayıl Cabbarovaun uşaqlıq dostu daha yüksək ...

    31-07-2013, 15:30

  • 
  • Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı

    Mikayıl Cabbarovun rektorlara qarşı yeni planı ...

    16-03-2015, 00:06

  • 
  • Mikayıl Cabbarovdan direktorlara növbəti xəbərdarlıq

    Mikayıl Cabbarovdan direktorlara növbəti ...

    16-09-2013, 13:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu