GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gədəbəydə saxta media əməkdaşları peyda olub

Gədəbəydə saxta media əməkdaşları peyda olub

Tarix: 24-05-2015, 01:08 Bölmə :Manşet Baxış: 0
Gədəbəydə saxta media əməkdaşları peyda olub

Rayonda əksər vəzifə sahiblərini inandırmağa çalşan və onlarla bir çox məsələlərdə “əməkdaşlığa” gedərək pul-para qazanan saxta media əməkdaşlarının əməlləri, yəqin ki, yaxın günlərdə ifşa olunacaq

Gədəbəy rayonu paytaxt Bakıdan olduqca uzaq məsafədə, yəni gözdən uzaq, könüldən qıraq bir ərazidə yerləşdiyindən, hələ ki, onun dərdi uzun, yaraları isə sağalmazdır. Bəlkə də vəziyyətin belə bir həddə gəlib çıxmasının bir çox səbəbləri var ki, bu səbəblər içərisində ən əsası, bu gün rayonda idarəetməni həyata keçirən rəhbərliyin zorakı idarəçiliyinin varlığıdır. Düzdür, zorakı idarəçilik, zorakı düşüncə tərzi, zorakı yanaşma və.s, bugünkü günümüzlə ziddiyət təşkil etsə də, nə etmək olar ki, gədəbəylilərin bəxtinə ilin-günün belə bir zamanında Allah-Təala bu cür idarəçilik nəsib edib. Elə bu səbəbdəndir ki, hal-hazırda Gədəbəydə danışanın dili “kəsilir”, eşidənin qulağı “kar” edilir, kimlərinsə tikdirdiyi obyektər viran qoyulur və.s, və ilaxır...

Bu da bir həqiqətdir ki, əvvəlki rəhbərliyin idarəçiliyindən zinhara gələn əksər gədəbəylilər, vaxtilə elə düşünürdülər ki, Ramiz Yediyarovun gəlişi hər kəsi “ağgünə” çıxaracaq. Amma nə biləydilər ki, onun gəlşi yanan ocaqları söndürəcək, bu günədək rayonun tarixində bənzəri olmayan büdcə oğurluqlarının həyata keçirilməsinə səbəb olacaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar “topa” tutulacaq, “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi həyata keçiriləcək. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda rayonun səhiyyəsində, mədəniyyətində, təhsilində, aqrar bölməsində, iqtisadi sektorunda, ekologiyasında, hüquq-mühafizə orqanlarında, özəl sahələrində, icra sturukturunda və digər qurumlarında analoqu olmayan olaylar baş verir. Məsələn, hal-hazırda rayonun mərkəzi xəstəxanasını əksəriyyət müalicə mərkəzi kimi yox, sanki soyğunçuluq ünvanı kimi qəbul edirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün kənd xəstəxanalarında yaşanan acı durumun göstəricisindən, fəaliyyəti fəaliyyətsizliyə söykənən tibb məntəqələrin varlığından, səhiyyə ocaqlarına məxsus nəqliyyat vasitələrindən şəxsi məqsədlər üçün istifadə olunmasından və.s kimi problemlərin varlığından, nə qədər istəsən yazmaq olar. Rayonun mədəniyyət sahəsi də, sanki ölü bir ünvanı xatırladır. Təhsil ocaqlarında yaşanan durum haqda məlumatlı olan hər kəs isə, bəlkə də baş götürüb

qaçmağa ünvan axtarar. Aqrar bölmədə yaşanan inhisarçılığın “pik” nöqtəyə çatması, hansısa acı bir sonluğun baş qaldırmasına sanki işarədir. Hüquq-mühafizə orqanlarındakı zorakılıq, qurama məhkəmə qərarları, saxta ittihamların varlığı və.s-də, onu söyləməyə əsas verir ki, belə bir sahələrə nəzarətin həyata keçirilməsi üçün istifadə olunan “dirijor çubuğu,” hələ də icra hakimiyyəti aparatında bərk-bərk saxlanılır. Ünvanlı sosial yardım verənlərin onu alanlarla qurduğu işbirliyinin şərtlərinə gəlincə isə, onu deyə bilərik ki, razılaşdırılmış şərtlərə heç dünyanın ən geridə qalmış “Banan” ölkəsində belə rast gəlmək mümkün deyil. Çünki, “SABEZ” adı ilə tanınan qrum əməkdaşlarinın, yerli icra nümayəndəliyinin səlahiyətliləri ilə əlbir olaraq, hər il sadə kənd sakinlərini “tora” salmaları, əksəriyyət üçün sanki adi məsələlərdən biri hesab olunur. Aşağı icra nümayəndəliyindən tutmuş, yuxarı icra strukturuna qədər bütün vəzifələrin qiymət göstəricisinin də, Yediyarov “qanunları” ilə tənzimlənməsini eşidib bilən hər kəs, yəqin ki, yolunu ruhi-əsəb dispanserlərindən salmağa məcbur olar.

Rayonun mərkəzi küçələrinin, ətraf ərazilərinin təmiri zamanı hansı məbləğdə büdcə vəsaitinin oğurlanmasını dəqiq bilənlər, ehtimal etmək olar ki, birdə yolunu Gədəbəydən salmayacaqlar. Adicə bir misalı qeyd edək ki, rayonun Saratovka kəndindən Şınıx zonasına çəkilən yolun asfaltlanması zamanı, hansı maxinasiyalara qol qoyulduğunu kim bilməsə də, yəqin ki, həmin yolu gəlib-gedənlər dəqiq bilərlər. Çünki, təqribən 20 km uzunluğunda olan yola 5-6 sm qalınlığında asfalt örtüyünün vurulması, külli miqdarda vəsaitin oğurluğundan xəbər verir. Uzun illərdir ki, Şınıxın kəndlərinə mavi qaz xətti çəklişinin həyata keçirilməsi və bu yöndə sakinlərin mavi qaza olan təminatlarının ödənilməsi barədə vədlər verilsə də, sanki verilən vədlər boş-boş xülyalardan başqa bir şey olmur. Elə bu kimi səbəblər üzündəndir ki, hər il qış fəsli gələndə rayonun meşə təsərrüfatına elə bir “dağ” çəkilir ki, ümumi mənzərəni görən hər kəsin sanki ağlamağı da tutur. Amma, nə fayda!

Ümumiyyətlə, bu gün Gədəbəy rayonu haqda nə qədər istəsən tənqidi məqalə yazmaq, saysız-hesabsız problemlərini qabartmaq olar. Çünki, Gədəbəyə rəhbərlik edən komandanı rayonun gələcəyi deyil, əldə edəcəkləri büdcə oğurluqlarının həcmi, qol qoyacaqları maxinasiyaların miqyası düşündürür. Amma, belə bir vəzifə sahiblərindən fərqli olaraq, “Gündəm xəbər” qəzeti olaraq hər zaman sadə vətəndaşların, halal zəhməti ilə məşğul olan sahibkarların və digər şəxslərin yanında olmuşuq, problemlərinin ictimailəşməsinə də çalışmışıq. Məsələn, vaxtilə Gədəbəydə yaşayıb sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əli Abdullayevin üz-üzə qaldığı problemlər və onların həlli istiqamətində verdiyimiz dəstək də, yəqin ki, əksəriyyətə bəlli həqiqətdir. Amma, nə etmək olar? O, mübarizə yolundan

dönməsə də, yaşadığı ömür yolundan dönməyə məcbur oldu ki, bu da hələ ki, bizim üçün müəmmalı qalmaqdadır.

Belə bir səbəblər üzündəndir ki, ötən illər ərzində “Gündəm xəbər” qəzeti olaraq daim Gədəbəyin problemlərinə toxunmuşuq və onların ictimailəşməsinə də çalışmışıq. Başlıca məqsədimiz o olub ki, bu rayon da digər şəhər və rayonlar kimi inkişaf etsin, sakinlərinin üz-üzə qaldıqları saysız-hesabsız problemlər həllini tapsın. Yəni, bundan sonra da, mövqeyimizi belə bir yöndə davam etdirəcəyimizə qərarlıyıq. Amma bəlli yanaşmamıza baxmayaraq, son günlər redaksiyamıza sensaiya doğura biləcək belə bir məlumat da daxil oldu ki, Gədəbəydə saxta media əməkdaşları peyda olublar. Və onlar rayonda yüksək çinli vəzifə sahiblərindən tutmuş, orta ranqlı vəzifə sahiblərinə qədər, hər biri ilə “Gündəm xəbər” qəzetinin adından danışırlar. Hətta, onların qarşısında öhdəlik də götürürlər ki, bundan sonra “Gündəm xəbər” qəzetində Gədəbəy rayonunun problemlərindən bəhs olunmayacaq.

Verilən məlumatlarda o da vurğulanır ki, həmin şəxslər rayonun daha çox təhsil şöbəsinə, sosial müdafiə mərkəzinə, səhiyyə sahəsinə, mədəniyyət şöbəsinə və digər sahələrinə “əl qoyub” minbir maxinasiyalara imza atırlar. Və çox zaman da, icra hakimiyyəti başçısının adından yararlanmağı bacarırlar. Odur ki, həmin vəzifə sahiblərinin diqqətinə çatdırmaq istəyirik ki, Gədəbəy rayonunda redaksiya rəhbərliyinin səlahiyyət verdiyi heç bir əməkdaşı yoxdur. Əgər həmin şəxslər belə bir addımlarını təkrar atalarsa, dərhal redaksiya rəhbərliyinə və hüquq-mühafizə orqanı əməkdaşlarına məlumat verilməsini hər kəsdən xahiş edirik.

Gədəbəylə bağlı problemlərin varlığını, bundan sonra da diqqət mərkəzində saxlayacağıq. Odur ki, hər kəsin üzləşdiyi problemlərin həlli ilə bağlı redaksiyamıza müraciət etməsi tövsiyyə olunur.

Əli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Samir Şərifovun başı üzərindən talanan milyonlar

    Samir Şərifovun başı üzərindən talanan milyonlar ...

    8-01-2016, 18:25

  • 
  • Trampın Qüds qərarı: Livandakı ABŞ səfirliyi qarşısındakı nümayiş zamanı zorakı toqquşmalar baş verib

    Trampın Qüds qərarı: Livandakı ABŞ səfirliyi ...

    11-12-2017, 10:39

  • 
  • Bərdədə həyata keçirilən idarəçilik, əksər sakinləri zülmə salır

    Bərdədə həyata keçirilən idarəçilik, əksər ...

    24-01-2017, 12:31

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35

  • 
  • Gədəbəydən rəsmi sənədlərlə mövqe bildirildi- FOTOLAR

    Gədəbəydən rəsmi sənədlərlə mövqe bildirildi- ...

    27-04-2022, 13:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu