GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişlidə çoban sahibkarı “oyuna salıb”

İmişlidə çoban sahibkarı “oyuna salıb”

Tarix: 13-12-2016, 23:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 574
İmişlidə çoban sahibkarı “oyuna salıb”

Rahib Nuriyev: “Etdiyim şikayətlə bağlı lazımi araşdırmalar aparmaq əvəzinə, rayon prokurorluğunda cinayəti törətmiş şəxslə bağlı, cinayət işinin rədd edilməsi barədə əsassız Qərar qəbul olundu”

Bu da bir həqiqətdir ki, əksər hallarda paytaxt Bakıya nisbətən bölgələrdə qanunun aliliyinin təmin edilməsi istiqamətində fərqli addımlar atılır ki, bu da çox zaman hansısa xoşagəlməz amillərin baş verməsi ilə də nəticələnir. Belə olan halda əziyyət çəkən, minbir zülmə, olmazın haqsızlığa və s. düçar olanlar, daha çox sadə sakinlər olurlar. Bu kimi səbəblər üzündəndir ki, “Gündəm Xəbər”in redaksiyasına sakinlər tərəfindən ünvanlanan şikayət məktublarının sayı durmadan çoxalır, hər kəs üz-üzə qaldığı problemlərin ictimailəşməsinə də çalışır. Məsələn, bir neçə gün bundan əvvəl redaksiyamıza İmişli rayonu Araz küçəsi-46 ünvanında yaşayan Nuriyev Rahib Amanxan oğlu tərəfindən şikayət ərizəsi daxil olub. O, yazmış olduğu ərizəsində üz-üzə qaldığı problemin varlığından bəhs edir və həm onun həllinə köməklik göstərməyimizi, həm də problemin ictimailəşdirilməsini də xahiş edir. Rahib Nuriyev qeyd edir ki, “06 aprel 2016-cı il tarixdə üzləşdiyim problemlə bağlı İmişli rayon Polis Şöbəsinə rəsmi qaydada müraciət edib bildirdim ki, fermer təsərrüfatımda çoban işləyən Murad Mehdiyev adlı şəxs, şəxsi mülkiyyətimdə olan 105 baş xırdadırnaqlı heyvanlarımı xəbərim olmadan satmış və əldə etdiyi pulları da mənimsəmişdir. 08 aprel 2016-cı il tarixdə isə, üzləşdiyim problemlə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə də zəng edib bildirdim ki, təsərrüfatımda çoban işləyən Murad Mehdiyev 105 baş xırdadırnaqlı heyvanlarımı satmış və pulları da mənimsəmişdir. Hər iki quruma etdiyim şikayətlə bağlı lazımi araşdırmaların aparılması üçün, toplanmış iş materialları İmişli rayon Prokurorluğuna göndərildi. Etdiyim şikayətlərə baxmayaraq, təəssüf doğuran hal o oldu ki, qol qoyulan cinayət işi ilə bağlı rayon prokurorluğunda heç bir cinayət işi qaldırılmadı. 02 may 2016-cı il tarixdə isə, İmişli rayon Prokurorluğunun böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Əzimov Elşad Yaşar oğlu tərəfindən toplanmış 51C-16 saylı materiallar üzrə, Azərbaycan Respublikası CPM-nin 39.2; 85; 207 və 212-ci maddələrinə əsasən, Mehdiyev Murad Əziz oğlunun mənə məxsus 105 baş xırdadırnaqlı heyvanları mənimsəməsi faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul edilir. Halbuki CPM-nin 39.1.1; 39.1.12 və 39.2-ci maddələrində belə bir əsaslarla cinayət işinin başlanmasının rədd edilməsi halı nəzərdə tutulmamışdır. Eyni zamanda, CPM-nin 39.2-ci maddəsində o da qeyd olunur ki, hər hansı şəxs barəsində başlanmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və təqsirliyi sübuta yetirilmədikdə xitam verilir.

Bu gün hesab edirəm ki, etdiyim şikayətlərimlə bağlı aparılan araşdırmalar bitərəfli qaydada aparılmış və mülkiyyətimdə olan 105 baş xırdadırnaqlı heyvanlarım mənimsənildiyindən, mənə külli miqdarda ziyan da dəymişdir. Belə olan halda zərər vuran şəxsdən həmin zərər alınaraq mənə ödənilməli və onun barəsində qanuna müvafiq tədbirlər də görülməlidir. Amma, mənimsəmə hadisənin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, bu gün də Murad Mehdiyevlə bağlı hər hansı addım atılmır. Hələ bu azmış kimi onun özü və atası, elə hallar olur ki, mənə hədə-qorxu da gəlirlər.

Onu da qeyd edim ki, mənimsəmə hadisəsi baş verməzdən öncə, mən “Respublikabank”ın İmişli rayon şöbəsindən 27 min manat kreditə pul götürmüşdüm. Həmin pulun müəyyən hissəsinə bəzi sakinlərin satışa çıxartdıqları pay torpaq sahələrini, müəyyən hissəsinə isə, xırdadırnaqlı heyvanlar almışdım. Məqsədim ölkəmizdə heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsinə köməklik göstərmək idi. Onu da vurğulayım ki, 11 dekabr 2015-ci il tarixdə Murad Mehdiyevlə ümumi xırdadırnaqlı heyvanları sayarkən, fermer təsərrüfatımda 290 baş qoyun, 87 baş quzu olub. Onlardan 14 başı öldüyü üçün, təsərrüfatımda 363 baş xırdadırnaqlı heyvan qalmışdı. 05 aprel 2016-cı il tarixdə isə, Murad Mehdiyevin iştirakı ilə heyvanları təkrar sayarkən 70 baş qoyun, təqribən 4 aylıq 35 baş körpə quzular əskik oldu. İlk olaraq ondan 105 baş xırdadırnaqlı heyvanların hansı səbəbdən yox olmasının səbəbini soruşdum. O, ona

ünvanladığım suala heç cür cavab verə bilmədi və yalnız onu vurğuladı ki, “mən sənə çobanlıq edərəm, əmək haqqımı hesablayarsan, o halda sənə dəymiş ziyanı ödəyə bilərəm”. Mən həmin vaxt onun təklifi ilə razı olmadım və Murad Mehdiyevin qol qoyduğu cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdim. Təəssüf doğuran hal o oldu ki, etdiyim şikayətlə bağlı lazımi araşdırmalar aparmaq əvəzinə, rayon prokurorluğunda cinayəti törətmiş şəxslə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız Qərar qəbul olundu.

Baxmayaraq ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, “Vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunur ki, “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən də müdafiə olunur”. Konstitusiyanın 26-cı maddəsinin 1-ci hissəsində də göstərilir ki, “Hər kəs qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququna malikdir”. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsində də göstərilir ki, “Mülkiyyətin heç bir növünə üstünlük verilmir və xüsusi mülkiyyət hüququ da qanunla qorunur”.

Bu qədər mükəmməl qanunlarımızın varlığna baxmayaraq, etdiyim şikayətlə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olduğu halda, hər şey əksinə oldu. Yəni, cinayəti törətmiş Murad Mehdiyevlə bağlı heç bir tədbir görülmədi. Bu da mənim Konstitusiya ilə qorunan hüquq və azadlığımın pozulması deməkdir. Onu da bildirim ki, təsərrüfatımda çoban işləyən Murad Mehdiyevin əvvəllər evi yox idisə, o, 2016-cı ilin fevral ayında özü üçün torpaq sahəsi almış və mişar daşları ilə ev də tikdirmişdi. Onun belə bir addımı bir daha onu sübut etməyə əsas verir ki, 105 baş xırdadırnaqlı heyvanı satan Murad Mehdiyev, əldə etdiyi gəlirlə həm özünə ev tikdirmiş, həm də əldə olunan pulları minbir yollarla da mənimsəmişdir”.

Rahib Nuriyev “Gündəm Xəbər”ə ünvanladığı şikayət ərizəsində, ona məxsus təsərrüfatda çobanlıq etmiş və 105 baş xırdadırnaqlı heyvanlarını mənimsəmiş Murad Mehdiyevin əməllərinə hüquqi qiymət verilməsini tələb edir. O, eyni zamanda rayon prokurorluğunda cinayəti törətmiş şəxslə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə əsassız Qərar qəbul olunmasını da, olduqca təəccüblə qarşılayır. Belə bir səbəb üzündən də, Rahib Nuriyev hüquq-mühafizə orqanlarının rəhbərlərindən, o cümlədən ölkəmizin Baş Prokuroru cənab Zakir Qaralovdan xahiş edir ki, ona bir neçə min manatlıq ziyan vurmuş Murad Mehdiyevin əməllərinin lazımınca araşdırılması üçün, aidiyyəti üzrə tapşırıqlarını versin. Yəqin ki, o halda əsl həqiqətlər üzə çıxacaq və cinayəti törətmiş şəxslə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul olunmuş əsassız Qərarın, hansı maraqlar çərçivəsində qəbul edilməsi təsdiqini də tapacaq.

Mövzuda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Problemin varlığını diqqətdə saxlayacağıq.

Mirzə

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Qusar rayon Məhkəməsindən daha bir şikayət

    Qusar rayon Məhkəməsindən daha bir şikayət ...

    3-06-2015, 13:53

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    31-03-2015, 18:42

  • 
  • “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

    “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik ...

    25-01-2016, 17:51

  • 
  • Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

    Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı ...

    1-08-2016, 22:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu