GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Yevlaxda sahibkarlardan “xərac” yığılır

Yevlaxda sahibkarlardan “xərac” yığılır

Tarix: 23-12-2016, 21:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 738
Yevlaxda sahibkarlardan “xərac” yığılır

Buna səbəb, Qoca Səmədovun şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara divan tutmasıdır
Bu ilin fevralında Prezident İlham Əliyev keçirdiyi müşavirədə daha çox sosial etiraz aksiyalarına reaksiya verdi və hakim komandada yer alan məmurlara sərt xəbərdarlıqlar da ünvanladı. Düzdür, o, konkret ad çəkməsə də, müşavirədə iştirak edənlərə ümumi şəkildə həm İsmayıllıda, həm də İmişlidə baş verənləri bir daha xatırlatdı. Ölkə rəhbəri belə bir olayların baş verməsində, əsas günahkarın məmurlar olduğunu da dilə gətirdi. O, hətta onu da vurğuladı ki, “icra başçıları yerlərdə sahibkarları işlədirlər, sonra da pullarını vermirlər. Belə bir yollarla sahibkarları incidirlər, onları hakimiyyətdən narazı salırlar. Rəhbər şəxslər atdıqları belə bir addımlarının məsuliyyətini heç cür dərk etmirlər”.
Hətta, ölkə başçısı regionlarda sahibkarlıqla bağlı məsələlərə də toxunaraq onu bildirdi ki, “sahibkarları bu kimi işlərə cəlb etmək olmaz. Amma, onları icra başçıları müxtəlif işləri görməyə vadar edirlər. Sahibkarlar yenidənqurma işlərində böyük həcmdə xərc çəkirlər, sonra da onların pulları ödənilmir. İcra başçılarının atdıqları belə bir addımlar haqda məlumatlar mənə çatdırılır. Bir daha deyirəm ki, icra başçı və digər vəzifə sahibi olan hər kəs bilsin ki, sahibkarları incidənlər mütləq cəzalandırılacaqlar”.
Əgər fevral müşavirəsində Prezident konkret məmur adı çəksəydi, o halda yəqin ki, Yevlağın icra başçısı Qoca Səmədovun adı ilk sıralarda çəkilərdi. Danılmaz həqiqətdir ki, onun Yevlax şəhər İcra Hakimiyyətinə başçı təyin olunması, şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vəziyyətini daha da ağırlaşdırdı. Belə ki, Elmar Vəliyevin Gəncə şəhərinə başçı göndərilməsi, Qoca Səmədovun isə Yevlağın rəhbərliyinə gətirilməsi, şəhərdə yeni ab-havanın da əmələ gəlməsinə səbəb oldu. Yəni, çox keçmədi ki, şəhərin müxtəlif ərazilərində söküntü işlərinə qərar verildi. Əvvəlki rəhbərliyin dövründə inşa olunan tikililər, bir çox sosial əhəmiyyət kəsb edən obyektlər, sakinlərə məxsus fərdi yaşayış evlərindən bəziləri və s. söküldu və onların yerləşdiyi ərazilərdə yeni ticarət obyektləri tikildi.
“Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, son vaxtlar Yevlaxda yaşanan ab-hava daha dözülməz duruma düşüb. Buna səbəb, Qoca Səmədovun şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara divan tutmasıdır. Baş verənlər haqda redaksiyamızı məlumatlandıran şəhər sakini bildirir ki, “viran edilən obyektlərin alt hissəsindəki torpaq sahələrini, icra başçısı yaxın ətrafında olan şəxslərin adlarına sənədləşdirir və belə bir addımı ilə də, böyük bir cinayətə imza atır. Əsas diqqəti cəlb edən hal isə, şəhərin bulvar və küçələrinin, mərkəzi ərazilərinin və digər yerlərinin yenidən qurulması adı altında, hər ay sahibkarlardan zorla “xərac” yığılmasıdır”. Sakinlərin “Gündəm Xəbər”ə verdikləri məlumatlara görə, “xərac” məsələsi ilə birbaşa icra başçının köməkçisi Zahid Qarayev məşğul olur. Sözsüz ki, o, icra başçısının “dobro” deməsi olmadan, belə bir addımını ata bilməz. Rəhbərliyin tələbinə əməl etməyən, yəni müəyyən olunmuş “xərac”ı verməyən sahibkarlar, hətta həbs olunacaqları ilə də hədələnirlər. Elə ki, icra başçısının, yaxud da onun köməkçisinin hərəkətlərindən kimsə şikayət edir, o halda həmin şəxslər lazımi formada cəzalandırılırlar.
Əslən Yevlaxdan olan iş adamlarından biri bildirir ki, “şəhərin böyük kəndlərində və iri yaşayış məntəqələrində də oxşar addımlar atılmaqdadır. Məsələn, şəhərdən bir az kənarda yerləşən Xaldan qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən də, zor gücünə “xərac” yığılır. Hansı obyekt sahibi “xərac”ı vermirsə, vay onun halına olur. Hətta, elə hallar da olur ki, irəli sürülən tələbə əməl etməyənlər yumruq-təpik zərbələrinə də tuş gəlirlər. Yerli hüuq-mühafizə orqanlarına edilən şikayətlər isə, heç bir halda rəsmi qeydiyyata götürülmür. Diqqəti cəlb edən hal odur ki, Xaldan qəsəbəsindəki obyektlərin çoxu, məhz Qoca Səmədova məxsusdur. Onun obyektinin həndəvərində olan obyekt sahibləri, ara-sıra zülmə salındıqlarından bezirlər. Çünki, onlara məxsus obyektlərə tez-tez vergi yoxlamaları göndərilir, bir sözlə onları bezdirməyə çalışırlıar. Son anda da o olur ki, həmin sahibkarlar obyektlərini dəyər-dəyməzinə satıb şəhəri tərk edirlər.
Onu da vurğulayaq ki, satışa çıxarılan obyektlərin əksəriyyətini Qoca Səmədova yaxın şəxslər alırlar. Düzdür, həmin obyektlər icra başçısına yaxın şəxslərin adlarına sənədləşdirilsə də, yenə də rəhbərliyin təsir dairəsində olur. Belə bir səbəblər üzündəndir ki, bu gün Yevlaxda icra başçısı və onun “klan”ı ən imkanlı şəxslər hesab olunurlar.
Problemin varlığını diqqətdə saxlayacağıq və araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Akif

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə sahibkarlar talanır

    Gədəbəydə sahibkarlar talanır ...

    17-02-2013, 11:02

  • 
  • Quba sahibkarları icra başçısına hədə yolladılar

    Quba sahibkarları icra başçısına hədə yolladılar ...

    14-07-2013, 20:15

  • 
  • İlham Əliyev hakim komandanı topa tutdu

    İlham Əliyev hakim komandanı topa tutdu ...

    13-02-2013, 10:54

  • 
  • Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır

    Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır ...

    7-02-2013, 10:34

  • 
  • Qoca Səmədovun əsas rəqibi Namiq Süleymanovdur

    Qoca Səmədovun əsas rəqibi Namiq Süleymanovdur ...

    23-05-2014, 09:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu