GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Bağçalı Evlər” MTK-da məhkəmə qərar və Qərardadlarını saymayanlar.

“Bağçalı Evlər” MTK-da məhkəmə qərar və Qərardadlarını saymayanlar.

Tarix: 25-12-2016, 14:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 910
“Bağçalı Evlər” MTK-da məhkəmə  qərar və Qərardadlarını saymayanlar.

Son zamanlar Həcc ziyarətinə gedib şeytana daş ataraq günahlarını yuyanlar, sonra aramıza qatılıb “Hacı” qiyafəsində şeytanlıq edənlərin sayı durmadan artır. Azərbaycanda çoxlu hacı var. Kimin ki, cibinə pul düşür, dönüb olur “Hacı”. Əvvəl şeytana daş atır, sonra da günahsız insanlara. Doğrudur, aramızda əsl hacılar çoxdur və onlara hörmətimiz sonsuzdur, qarşılarında baş əyirik. Amma məmləkətimizdə alayı hacılar əfsuslar olsun ki, az deyil. Bu gün iş adamlarımız arasında həcc ziyarətinə gedib, nəfsinə sahib olmayanlara, ciblərindəki pulun istisiylə Azərbaycan qanunlarını saymayanlara da çox rast gəlirik.

Həccə getmək – nəfsinə sahib olmaq deməkdir. Hacı – haramdan uzaq olmalıdır. İnsanların haqqını yemək, ah – naləsini qazanmaq ən azı…

Əgər xatırlayırsınızsa, Şıxəli Qurbanovun qatili – yəni onu zəhərləyən diş həkimi də hacı idi. Mən hacılar tanıyıram ki, nanayçılarla gecə həyatının 3 saatına 3 min manat verir, amma şəhid ailəsinin haqqını tapdayır. Bir “hacı”nı da tanıyırdım. Vaxtilə vəzifədə idi. Elə ki, əsəbləşdi, xoşu gəlməyən adamı böyük soyuducuda saatlarla saxlayırdı. Vallah, belə hacıları görəndə onların Həcc ziyarətində daş atdıqları şeytana belə yazığım gəlir.

Bu yaxınlarda bir Hacı haqqında da eşitdim və onun adı ilə bağlı məkanda qanunsuzluqların şahidi oldum. Onun yaxşı, yaxud pis hacı olması haqqında bir söz demirəm. Yəqin ki, yazdıqlarımı oxuduqdan sonra oxucular onun haqqında özləri nəticə çıxaracaqlar. Haqqında söhbət açmaq istədiyim hacı “Əlincə” futbol klubunun təsisçisi Hacı Məhərrəm Novruzovdur.

Hacı Məhərrəm Novruzov kimdir?

Səmimi deyim ki, Hacı Məhərrəm Novruzovu şəxsən tanımıram. Onun haqqında mətbuatdan oxuduqlarımı bilirəm, bir də bir makler – qadın alverçisi olan birinin dilindən onun adını çox eşitmişəm. Kim bilir, bəlkə də, onun adından şeytanlıq edib yalandan istifadə edirlər, ya da onun baş verən hadisələrdən xəbəri belə yoxdur. Mətbuatdan öyrəndiyimə görə Hacı Məhərrəm Novruzov əslən Naxçıvanlıdır. Masazırda bina tikintisi ilə

məşğul olur, futbola sərmayə yatırır, stadion, məktəb tikdirib. Bir vaxtlar mətbuata öz mətbuat rəhbərini işdən çıxarmaqla gəlib Hacı Məhərrəm, sonra Qurtuluş 93-də açdığı məktəbin direktoru olan qızı Səidə Kəlbalıyeva ilə. Günxəbər.com saytından əldə etdiyim məlumata görə, Hacı Məhərrəmin qızı Bakıda yaşaya – yaşaya Naxçıvan Özəl İnstitutunun əyani şöbəsini bitirib. Sonra atasının açdığı məktəbə direktor təyin olunub. Hətta Hacı qızının məktəbdə dərslərin hərraca çıxma xəbərləri belə yayılsa da, nədənsə mən buna inanmaq istəmədim. Yox, Hacı qızı bunu etməz, çörəyinə haram qatmaz. Xalqının rifahı naminə çalışan Hacı Məhərrəm Novruzov da buna imkan verməz. Fikirləşdim ki, yəqin Hacı Məhərrəm Novruzovun düşməni çoxdur, odur ki, onun adını qadın alveri ilə məşğul olan makler də hallandırır, onu sevməyənlər də. Lakin canlı şahidi olduğum bir hadisədən sonra əmin oldum ki, Hacı Məhərrəm Novruzovun ayağının altını qazanlar elə onun inandığı adamlardır. Yəni, inanıb, isti ofisində yer edib oturtduqları elə Hacı Məhərrəm Novruzova əsl düşməndirlər.

“Bağçalı evlər” MTK-məhkəmə qanunlarını saymır.

Bu yaxınlarda “Bağçalı evlər” MMc-də baş verən qanunsuzluq bir daha sübut etdi ki, Hacı Məhərrəm Novruzovu qaralamaq istəyənlər elə onun özünün çörək verdiyi şəxslərdir.

Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 2” yaşayış massivi ev 7b, mənzil 17 ətrafında baş verən hadisələrdən belə məlum oldu ki, “Bağçalı evlər” ofisinin əməkdaşları üçün məhkəmə qərarları və Qərardadları heç nədir.

Belə ki, Əliyeva Aytac Rasim qızı Əliyev Əjdər İlqar oğluna qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 2 yaşayış massivində yerləşən ev 7b, mənzil 17-yə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əliyeva Aytacın vəkili Gürsel Atakişiyev ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq Abşeron rayonu, “Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində yerləşən 7b saylı binanın 17 saylı 1 otaqlı mənzil müqaviləsinin başqa şəxslərin adına dəyişdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

Abşeron rayonu 08 dekabr 2015-ci il qərardadına əsasən göstərilən ünvandakı müqaviləsinin başqa şəxslərin adına dəyişdirilməsi qadağan edilmişdir. Qərardadda yazılır:

Qərara aldı:

Cavabdeh Əliyev Əjdər İlqar oğluna məxsus olan Abşeron rayonu, “Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində yerləşən 7b saylı binanın birinci blokunda 4-cü mərtəbəsində 1 otaqlı, sahəsi 50,8 kv.m olan 17 saylı mənzilə dair müqavilənin başqa şəxslərin adlarına dəyişdirilməsi mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehə və başqa şəxslərə qadağan edilsin. Qərardadın icrası Abşeron Rayon İcra Şöbəsinə və “Bağçalı Evlər” MTK-ya həvalə edilsin. Qərardad dərhal icra edilsin.”

Qeyd edək ki, Qərardad “Bağçalı Evlər” MTK-ya icra üçün təqdim edilmiş, onlar da Qərardadı aldıqlarını öz imzaları ilə təsdiq etmişdilər. Sözsüz ki, həmin sənədlər məhkəmədə qalır. Lakin nədənsə və ya hansısa şəxslərin nəfsinin çoxluğundan həmin sənədlər “ Bağçalı Evlər”MMC-nin ofisində yoxa çıxır.

Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2015-ci il Qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 28 mart 2016-cı il Qətnaməsi qət etmişdir ki, Əliyeva Aytac Rasim qızı azyaşlı övladı ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 2” yaşayış massivi, ev 7B ünvanında yerləşən 17 saylı mənzilə köçürülsün.

26 avqust 2016-cı il tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi Abşeron Rayon Məhəmə icrası şöbəsinin icra məmuru Murtuzov Fəqan Əfqan oğlu, icra məmuru Şirinov Vüsal Rəfail oğlu, polis mayoru Hüseynov Samir Aydın oğlu, polis – serjantı Məmmədov Seymur Əliəşrəf oğlunun iştirakı ilə icra olunmuş və Əliyeva Aytac Rasim qızı övladı ilə yuxarıda qeyd olunan mənzilə köçürülmüşdür.

Qeyd edək ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan

şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

“Bağçalı Evlər” MMC-nin hüquqşünası hara baxır?

Hal – hazırda Abşeron Rayon Məhkəməsində “Qurtuluş 2” yaşayış massivi, ev 7b, mənzil 17 ətrafında məhkəmə prosesləri davam edir. Məhkəmə Qərardadına görə həmin mənzilə dair müqavilənin başqa şəxslərin adına dəyişdirilməsi mübahisəyə mahiyyəti üzrə baxıb qurtaranadək Əliyev Əjdərə və başqa şəxslərə qadağan edilmişdir.

Lakin əfsuslar olsun ki, məhkəmənin Qərardadının icrası üçün “Bağçalı Evlər” MTK-sında imza atılsa da, Hacı Faiq Süleymanov, oranın hüquqşünası və ofisin bir çox məsul işçiləri bu Qərardadı və Azərbaycan qanunlarını saymamış, mübahisəli mənzilin müqaviləsini dəyişərək Əliyev Əjdər İlqar oğlunun adından Əliyeva Rasimə Qarakişi qızının adına keçirmişlər. Bu azmış kimi, məhkəmə tərəfindən onlara bu evlə bağlı göndərilmiş bütün qərar və Qərardadları müəmmalı şəkildə guya itirmişlər. Həmçinin Əliyev Əjdər atası Əliyev İlqarla əlbir olaraq yenidən evin qapısının açarını dəyişmiş, Əliyeva Aytacı övladı ilə birlikdə hüquqlarını pozmuş, məhkəmə qanunlarını heçə saymışdır.

Hal – hazırda Əliyev Əjdər İlqar oğlu, atası Əliyev İlqar Əjdər oğlu, anası Əliyeva Rasimə Qarakişi qızının məhkəmə qanunlarını pozduqları ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edilmişdir. Həmçinin Abşeron Rayon Məhkəməsində “Bağçalı Evlər” MTK-nın məhkəmə Qərardadını pozması ilə bağlı da iddia qaldırılıb.

“Bağçalı Evlər” MTK-nın nümayəndələri ilə söhbət zamanı məlum oldu ki, Əliyev Əjdər onlara subay olması ilə bağlı sənəd təqdim etdiyi üçün, evi öz anasının adına sənədləşdiriblər. Deməli, Əliyev Əjdər İlqar oğlu , atası Əliyev İlqar Əjdər oğlu və anası Əliyeva Rasimə Qarakişi qızı dələduzluq edərək “Bağçalı Evlər” MTK-nı qrup .əklində aldatmış, istəklərinə nail olmuşlar. Həmçinin sözsüz ki, adı çəkilən MTK-da kimlərsə maddi maraq güdmüşlər ki, məhkəmə qərar və Qərardadlarını qəsdən itirmiş, bu dələduzlarla əlbir olmuşlar.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, sənədlərin saxtakarlıqla dəyişdirilməsi dələduzluqdur. Bu dələduzluğun bir neçə şəxs tərəfindən həyata keçirilməsi isə qrup şəklində dələduzluqdur. Azərbaycan

Respublikası Cinayət Məcəlləsinin 178.1- yəni, Dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, 178.2- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 178.2.4- xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək həbs oluna bilərlər. Deməli başda Əjdər Əliyev və onun ailəsini dələduzluğa görə 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

Məni düşündürən isə başqa məqamdır. Əcəba “Bağçalı Evlər” MTK-da bu qanunsuzluqları edərək, məhkəmə qanunlarına, Azərbaycan qanunlarına hörmətsizlik edənlərdən kim Hacı Məhərrəm Novruzovun ayağının altını qazıyır ki, onun sahib olduğu ofisdə bu cür qanunsuzluqlar edir? Kimlər Hacı Məhərrəmin çörəyini yeyib, arxadan ona daş atır? Əliyevlər ailəsi Hacı Məhərrəmlə yaxın münasibətdə olduqlarını deyirlər. Sonra da iddia edia edirlər ki, guya o dələduzluğu həyata keçirmək üçün 5 min manat rüşvət ödəyiblər. Bizlər isə buna inanmaq istəmirik. Bildiyimiz budur Hacı Faiq “ Bağçalı Evlər” MMC-yə bir neçə aydır ki, rəhbərlik edir. Lakin oranın hüquqşünası var. Əcəba nədən o həmin qanunsuzluqları etməyə göz yumub? Bundan əlavə, Əliyeva Aytacın səlahiyyətli nümayəndəsi oranın hüquqşünasına məhkəmə sənədlərini təqdim etsə də, nədənsə hüquqşünas bu sənədləri Hacı Faiqə təqdim etməyib. Görəsən nədən və niyə?

Son söz əvəzi...

Çox qəribədir ki, son zamanlar bir çox pullular, iş adamları obyekt açıb onu öz şilləvuranlarına işlədirlər. Bu gün artıq nanayçıların da şillə vuranı var, dələduzların da, vəzifə sahiblərinin də. Şilləvuranlar dəstəsi yaratmaq artıq dəbə minib. Elə bir məqam yetişib ki, artıq itlər adamları dişləmir, şilləvuranlar itləri dişləyir. Sonra itlər veterinarlara gedirlər ki, görsünlər onları dişləyən şilləvuranlar quduz imiş, yoxsa yox? İtlər də anlayırlar ki, əgər onları şilləvuranlar dişləsə, quduzlaşa bilərlər. Əgər şilləvuranlar quduz olmasa, onu yanında heç kim saxlamaz.

Hacı Məhərrəm Novruzovun “Baxçalı Evlər” MTK-sında şilləvuranların olub-olmaması haqqında məlumat verə bilmərik. Amma bildiyimiz budur ki, orada Azərbaycan qanunlarını təhqir edib, heçə sayan,

dələduzlarla əlbir olub saxta sənədlərə imza atanlar var. Azərbaycanda qanun Şahdır. Azərbaycan qanunlarına qarşı dələduzluq edənlər, onu hərraca çıxaranlar isə sözsüz ki, cəzasız qalmayacaqdır. Çünki, qanun qapazı elə ağırdır ki, heç kəs bu ağırlıqdan ayağa qalxa bilmir.

Çinarə VÜQAR

G
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı zəvvarlar vətənə dönür

    Azərbaycanlı zəvvarlar vətənə dönür ...

    28-09-2015, 15:29

  • 
  • Onlar həccə gedə bilməyəcəklər

    Onlar həccə gedə bilməyəcəklər ...

    29-05-2016, 15:08

  • 
  • İndiyədək yayımlanmayan videoda ayaq altda qalan insanların fəryadı – Məkkə faciəsindən (Video izlə)

    İndiyədək yayımlanmayan videoda ayaq altda qalan ...

    30-09-2015, 18:19

  • 
  • Əlixan Musayev Hacı Şahindən nə istəyir?

    Əlixan Musayev Hacı Şahindən nə istəyir? ...

    14-05-2014, 10:14

  • 
  • Həccə gedənlərin sayı iki dəfə azalıb

    Həccə gedənlərin sayı iki dəfə azalıb ...

    2-09-2016, 12:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu