GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Tarix: 13-02-2017, 14:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 805
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

"Mən Qarabağda döyüşmüşəm, komissarlıq isə deyir ki, orada olmamısan"

Azərbaycanda məmur özbaşınalığı, müxtəlif qanunsuzluqular, vəzifə sahiblərinin özünü hakimi-mütləq kimi aparmaları, dövlət əmlakının talanması, rüşvətxorluq, korrupsiya, vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətmək halları baş alıb gedib. “Gündəm Xəbər” qəzeti olaraq, tez-tez bu mövzuda yazılar dərc edirik. Məhz elə bu səbəbdəndir ki, bizə müraciət edənlərin sayı gündən-günə artıq. Ölkənin müxtəlif bölgələrindən vətəndaşlar bizə müraciət edir, üzləşdikləri problemləri ictimailəşdirməyimizi xahiş edirlər. Biz də öz növbəmizdə redaksiyamıza ünvanlanan şikayət məktublarına həssaslıqla yanaşır, onları dərc edir, vətəndaşları narahat edən problemləri, məmur özbaşınalıqları, vəzifə cinayətləri ilə bağlı faktları tədbir görülməsi üçün aidiyyəti qurumların diqqətinə çatdırırıq. Bu gün də bu ənənəmizə sadiq qalaraq, Sumqayıtdan aldığımız şikayət məktubunu dərc edəcəyik. Onu da qeyd edək ki, məktubu Qarabağda könüllü vuruşan keçmiş döyüşçü yazıb. Rəsmi sənədləri ola-ola 25 ildir ki, ona Qarabağ veteranı statusunu vermirlər. Bildirirlər ki, sən ümumiyyətlə, orda olmamısan.

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Söhbət Qarabağ uğrunda döyüşlərdə iştirak edən Sumqayıt sakini Nəcəfov İrza Məmiş oğlundan gedir. O, illərlə müxtəlif qapıları döysə də, heç kim onun halal haqqını almasına köməklik göstərmir. Bu səbəbdən dəİrza Nəcəfov Müdafiə naziri , general-polkovnik Zakir Həsənova şikayət məktubu ünvanlayıb. Məktubun surəti redaksiyamıza da daxil olub.
3-cü qrup əlil, Sumqayıt şəhəri, 13 mk/r , bina 22, mən.48-də yaşayan İrza Nəcəfov Müdafiə naziri Zakir Məmmədova müraciətində 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə işrirak etdinini və bu barədə sənədləri olduğunu bildiri, buna baxmayaraq, Qarabağ veteranı statusunu ala bilməmisəndən şikayətçidir.

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Həmin müraciətində Qarabağ müharibəsi iştirakçısı yazır: "Cənab nazir, yazıb sizə bildirmək istəyirəm ki, mən Nəcəfov İrza Məmiş oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyim, Qubadlıda döyüşdüyüm halda 25 ildir Qarabağ veteranı satusunu ala bilmirəm. 1992-ci ildə "Veteranlar haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.Ancaq mən Qarabağda vuruşduğum halda və bu haqda o zaman mənim hərbi biletimdə, eləcədə digər sənədlərimdə rəsmi qeydlər olsada, mən bunu sübut edə bilmirəm. Mənim erməni qəsbkarlarına qarşı vuruşmağım, Qarabağ veteranı olmağım təsdiq olunmur".

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Şikayətçi qeyd edir ki, 1992-ci ildə Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb və düşmənə qarşı hərbi əməliyyatlarda iştirak esib: "Dəfələrlə Sumqayıt hərbi komissarlığına müraciət etməyimə baxmayaraq, hər dəfə mənə cavab verirlər ki, "sən adda admın adı döyüşçü kimi bizdə yoxdur". Sübut edə bilmirəm ki, döyüşlərdə olmuşam. Mənə bu barədə vəsiqə vermirlər. Halbuki mən Qubadlının müdafiəsi uğrunda tankçı kimi 4 ay vuruşmuşam, mənə o boyda texnika verilib, “BMP-2”-nin ekipaj komandiri olmuşam".

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

İrza Nəcəfov bildiri ki, o, SSRİ dövründə əsgərlikdə olub. Belə ki, 1983-1985-ci illərdə Kiyev Ali Hərbi Tank Mühəndisləri Məktəbində tank idarəetməsi üzrə instruktor kimi xidmət edib, sürücü-mexanik olub: " Əvvəllər mən 6 ay hərbi təlim toplanışında olmuşam. Sonra isə məni həmin hərbi məktəbə göndərdilər və orada kursantlara tank sürmək üzrə təlim geçdim. Müstəqillik dövründə - 1992-ci ilin təxminən mart-aprel aylarında hərbi xidmətə çağırış üçün bildiriş gəldi, mən də getdim. 29 yaşım var idi. Podpolkovnik İsrafilovun (adı yadımda deyil) qəbuluna gəldim. O, məndən soruşdu ki, “nə sənədin var?” Mən də bütün sənədlərimi göstərdim. Soruşdu ki, “əlilsən?” Dedim, bəli. Mən 3-cü qrup əlil idim. Bel fəqərəmdə əzik olduğuna görə ayağıma da təsir etmişdi. Dedi ki, sən xidmətdən azadsan. Tacəddin adlı “praporşik” də vardı orada. Podpolkovnik İsrafilov dedi ki, səni döyüşə aparmağa ixtiyarımız, icazəmiz yoxdur. Mən dedim ki, könüllü gedirəm. Onda İsrafilov dedi ki, ərizə yaza bilərsən. Ərizəmi yazdım, o, isə təsdiq elədi. Sənədlərimi o zaman səhv etmirəmsə, Sumqayıtın hərbi komissarı olan Qarayevə verdi. Dedi ki, bu daha sənin öz işindi, biz sənə cavabdeh deyilik . O zaman keçmiş hərbi mütəxəssislərə ehtiyac var idi. Məni könüllü kimi sənədləşdirdilər. O zaman Milli Ordunun təzə yaranan vaxtları idi. Biz könüllülər çağırışçılarla bir yerdə xidmətə başladıq. Bizi Salyan kazarmasına göndərdilər. Orda mənim kimi mütəxəssislər yığılmışdı. Bir müddət hərbi toplanışda təlim keçəndən sonra bizi Üçtəpəyə poliqona göndərdilər. Poliqonda da təlimlər keçəndən sonra bizi evə buraxdılar və dedilər ki, gözləyin, nə vaxt çağırış gəlsə, sizi çağıracayıq. Avqust ayının əvvəlləri idi , hərbi komissarlığın əməkdaşı qapını döyüb dedi ki, hazırlaş göndəriş var".

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

İrza Nəcəfov bildiri ki, hərbi paltarı geyinib Bakıdakı komissarlığa gedib: "Oradan isə bizi əmrlə Prişibə, indiki Göytəpəyə göndərdilər. Orda tank hərbi hissəsi var idi. 5-10 gün bizi yoxladılar, texnika ilə təmin etdilər, mərmi atmaq, tank sürməklə bağlı yenidən təlimlər keçdilər. Ekipaj komplektləşdi. Ekipajımızda mexanik, ”navodçik” var idi. Mən də ekipaj komandiri oldum. Bir müddətdən sonra tankları eşAlona qoydular və bizi cəbhə bölgəsinə - Horadizə yolladılar.Oradan isə Qubadlıya yola düşdük".

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Şikayətçi yazırki, orda Milli Qəhrəman, rəhmətlik Əliyar Əliyevin batalyonunda 5 gün qalandan sonra Qubadlının Güləbirddə yerləşən batalyonuna qoşulublar: "Bundan sonra döyüşlərdə iştirak etdik. Noyabr ayına qədər döyüş əməliyyatlarında ekipajımla iştirak etdim. Noyabr ayında bizi qanuni şəkildə əmrlə tərxis etdilər. Bu haqda hərbi biletimdə Qərargahın imzası da var.Yəni bütün xidməti dövrüm aşıq-aşkar səndələrdə öz əksini tapıb. Biz 15 nəfər idik və noyabr ayında 100 günlük hərbi toplanışın müddəti qurtardı. Əslində toplanış elə Üçtəpədə qurtarmışdı. Amma biz Qubadlıya hərbi ezamiyyətə göndərilmişik, müddətimizdən artıq xidmət etmişdik. O vaxt müdafiə naziri Rəhim Qazıyev idi. Qərargahın rəisinin tərxis olunmağımız baradə sənəddə imzası var. Özbaşına çıxıb gəlməmişəm. 5-ci batalyonun tərkibində Suarası, Fərcan və digər kəndlərdə gedən döyüşlərdə iştirak etmişəm. Bizdə insan itkisi olmayıb, texnika itkisi olub, hara deyib komandanlıq, BMP-ni ora da sürmüşəm. Biz Lənkəran diviziyasının təkibində gedirdik. Sənədlərdə belə idi.Tərkibində vuruşduğumuz və orada bizim birbaşa tabeçiliyində olduğumuz Qubadlının 5-ci batalyonun komandiri Vaqif Cabbarov idi . İndi isə mənim Qarabağ veteranı statusu almaq üçün müraciət etdiyim komissarlıqdan deyirlər ki, mən adda adamın ümumiyyətlə döyüşlərdə iştirak etməyi haqda heç bir sənəd yoxdur. Tərxis olunandan sonra mən bir müddət Rusiyada yaşadım. Qayıtdıqdan sonra da gəldim və dediyim kimi dəfələrlə Sumqayıt hərbi komissarlığına müraciət etdim. Onlar da sorğu göndərib. Hər dəfə də onlara eyni cavab gəlirdi ki, belə adam döyüşçü kimi qeydiyyatda deyil. Əvvəllər cavab birbaşa müraciət edənə yox, yerli hərbi komissarlığa gəlirdi. İndi isə bildiyimə görə Müdafiə Nazirliyinin Mərkəzi Arxivlər İdarəsi müraciət edənin ünvanına cavab göndərir. Mənə maraqlı gələn odur ki, necə ola bilər ki, mənim hərbi xidmətim haqda heç bir məlumat olmasın. Ola bilməz ki , neçə milyonluq “BMP 2”ni sürə-sürə, nə qədər texnika bizim ixtiyarımızda ola-ola və bütün əmrlər, arayışlar, sənədlər olduğu halda arxivdə bu barədə heç bir məlumat olmasın. Döyüş əməliyyatlarında iştirak etmişəm, məzuniyyət kağızlarım var belə . Məzuniyyəti 1-ci döyüşdən sonra veriblər mənə. 1-ci döyüşdə bizim ekipaj 10 nəfərlə ermənilərin qabağını aldı. Həmin döyüş zamanı bizimlə çiyin-çiyinə vuruşan əsgərlər güllələrini boşaldıb geri çəkildilər, dedilər bizim gülləmiz yoxdur. Biz BMP-lərlə qabağa getdik, kəndin aşağısından da bizim döyüşçülər avtomat atəşlərini düşmənə yağdırdılar. Biz fənd işlətdik. Ermənilər sayca çox və texnika üstünlüyünə malik olsa da, biz əlavə qüvvələrin köməyə gəlməsini öz aramızada danışdıq. Bilirdik ki, ermənilər danışıqları dinləyir. Ermənilər elə bildi ki, bizə köməyə xeyli sayda desant gəlib və mövqelərini tərk edib geri çəkildilər. SSRİ zamanında mənə verilən hərbi biletdə də sonradan müstəqillik dövründə qeyd olunub ki, “Qarabağ döyüşlərində iştirak edib. Belə çıxır ki sənədin möhürünü mən özüm vurmuşam, saxtadır?! Bu sənədi qəbul etmirlər. Özü də mən əlil ola -ola müharibəyə getmişəm. Mən getməyə də bilərdim və heç kim də məni aparmazdı, amma mən könüllü getmişəm və buna görə sevinirəm. Çünki vətənimin dar günündə laqeyd qala bilməzdim. Hər dəfə sorğuya rəsmi cavab gəlib ki, döyüşlərdə iştirak edən adam kimi qeydiyyatda deyiləm. Mənimlə vuruşanların bir çoxu mənə deyib ki, biz hərbi kitabçanın köhnəsini verib təzəsini almışıq. Onlara heç bir problem olmadan Qarbağ veteranı statusu verilib. Silahları, texnikanı hamısını qayıtdıqdan sonra qərargaha qaytarmışıq. Xidmət müddətim qanuni və rəsmi şəkildə ,dövlət səviyyəsində olub və bu mənə verilən sənədlərdə də dediyim kimi qeyd olunub. Mən müharibəyə getməmişdən öncə işləyirdim. Mənə işdən müdür dedi ki, sən aşbaz kimi cəbhəyə gedəcəksən. Mən də razı olmadım, dedim döyüşçü kimi gedəcəm".

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Qarabağ döyüşçüsü daha sonra müraciətindəqeyd edir: "Hörmətli nazır Zakir Həsənov! Xahiş edirəm mənim Qarabağda döyüşməyimin öz təsdiqini tapması üçün müvafiq orqanlara göstəriş verəsiniz. Xahiş edirən ki, bu məsələni obyektiv araşdırsınlar və mənim haqqım bərpa olunsun. Hətta bu haqda məlumat Müdafiə Nazirliyinin arxivində hansısa səbəbdən olmasa belə, bu qədər sənəd ola-ola bunu müəyyən etmək güman edirəm elə də çətin məsələ deyil. Mənə veteran kitabçasından və bunun üçün verilən müavinətdən çox məsələnin mənəvi tərəfi çox pis təsir edir. Mən Qarabağda vuruşduğum halda mənə deyilir ki, orada sən adda adam olmayıb.

Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir
Qarabağ döyüşçüsü, 3-cü qrup əlil 25 ildir veteran statusu ala bilmir

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri 5 min metrlik boru kəmərini satıb

    Göyçayda görünməmiş özbaşınalıq: bələdiyyə sədri ...

    9-02-2017, 21:42

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir

    Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir ...

    5-07-2013, 15:13

  • 
  • Yeni həbslər: 45 məmur tutuldu

    Yeni həbslər: 45 məmur tutuldu ...

    20-09-2013, 12:19

  • 
  • 143 məmur 100 cinayəti necə bölüşdü

    143 məmur 100 cinayəti necə bölüşdü ...

    15-07-2016, 13:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (16)
Avqust 2025 (571)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu