GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Xəzərin icra başçısı “Gündəm-Xəbər”i məhkəmə ilə hədələyir - Absurd

Xəzərin icra başçısı “Gündəm-Xəbər”i məhkəmə ilə hədələyir - Absurd

Tarix: 15-02-2017, 21:54 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 184
Xəzərin icra başçısı “Gündəm-Xəbər”i məhkəmə ilə hədələyir - Absurd

Rayon İcra Hakimiyyəti vəkil Ramiz Zeynalovun açıqladığı və istinadla verdiyimiz faktlara görə qəzeti yalançılıqda ittiham edir

RİH açıqlama vermək və vəkildən sübutları istəmək yerinə mediaya təzyiq göstərir

Paytaxtın Xəzər Rayon İcra Hakimiyyəti “Gündəm-Xəbər” qəzetini məhkəmə ilə təhdid edir. Qəzetimizin 09.02.2017-ci il tarixli sayında və saat 21:25-də saytımızda “MTN bandasının Xəzər əməliyyətında sensasion gizlinlər“ başlıqlı məqalə dərc olunub.

Yazıda Xəzərin icra hakimi Gülağa İslamovun sərəncamı ilə Eldar Mahmudova və Akif Çovdarova, o cümlədən Rabitə Nazirliyindəki vəzifəlilərə hansı ərazilərin bağışlandığı öz əksini tapıb.

Xəzər RİH məqalədəki iddialar və vəkil Ramiz Zeynalovun dedikləri ilə bağlı münasibət bildirmək, ən azından təkzib vermək yerinə qəzeti məhkəmə ilə hədələyir.

Redaksiyamızın elektron poçtuna göndərilən məktubda deyilir ki, heç bir təsdiqi olmayan yalan faktlara əsaslanmış məqalənizin dərhal saytdan götürülməsini tələb edirik. Əks halda müxbir və sayt məhkəməyə veriləcək.

Əvvəla, Xəzər RİH-nin mətbuat xidməti redaksiyamıza məqalədəki məqamlarla bağlı press-reliz yollamalı yaxud açıqlama verməliydi. Bu, qəbul olunmuş jurnalistika prinsipidir.

Ən yaxşı halda təkzib mətni yollamaq olardı. Ancaq Xəzər rayon icra hakimi Gülağa İslamovun əməkdaşları yazını çıxarmağı tələb edir və əks halda məhkəmə ilə qorxudur.

Qarşı tərəf kimi mövqe bildirməyən RİH dərhal hüquqi müstəviyə keçid edir. Halbuki, məhkəməyə üz tutmaq onların hüququdur. Sadəcə, məqaləni diqqətlə oxumaq lazım idi.

Çünki yazıda açıqlanan faktlar məhz mətbuatda yayılmış xəbərlərə istinadla və ən əsası hüququ bilən, hüquqşünas olan, vəkil fəaliyyəti ilə məşğul olan Ramiz Zeynalovun irihəcmli məqaləsi əsasında hazırlanıb.

Vəkilin sadaladığı faktlar mətbuatda yayılıb və “Gündəm-Xəbər” qəzeti ona istinadla mətni hazırlayıb.

Bu halda hüquqi məsuliyyəti daşıyan da vəkildir. Bu günə kimi Xəzər rayon icra başçısı R.Zeynalovun yaydığı siyahıya reaksiya verməyib, ayrı-ayrı saytlardan xahiş-minnətlə həmin faktları ört-basdır etdirib.

Elə ki, qəzetimizdə bu məqamlar işıq üzü görür, dərhal məhkəmə ilə hədələyir. Hərçənd, redaksiyamıza təkzib məktubu göndərmək mümkündür və ya açıqlama vermək olar. Görünür, bunu Xəzər RİH-ə xatırlatmaq lazım imiş.

Üstəlik, bu gün dövlətin müvafiq orqanları mətbuatı yazıları saytlardan silməkdə qınayır, onların bu hərəkətini reketçilik adlandırır.

Biz isə bunların hamısından uzaq olaraq, icra hakimiyyətinə məsləhət görərdik ki, məqalədə razılaşmadığı məqamlarla bağlı elə haqqında yazı dərc olunan ünvanda mövqeyini bildirsin.

Qeyd edək ki, vəkil Ramiz Zeynalovun açıqladığı faktlar bütövlükdə Eldar Mahmudovun niyə məhz Bakının Xəzər rayonunda daha çox mülklərə sahiblənməsini aydınlaşdırıb.

Məlum olur ki, G.İslamov imzaladığı qanunsuz sərəncamlarla E.Mahmudova torpaqlar, restoranlar, ərazilər ənam verib. R.Zeynalov yazıb ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi var imiş.

Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınmış və İHB Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib.

2013-cü ildə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasında 10 hektar torpaq sahəsi də icra hakimiyyəti başçısı G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova verilib, ərazi hasarlanıb və restoran kompleksi inşa edilməkdədir.

Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan “Abşeron sanatoriyası”nın torpaq sahələrinə aid 5 hektarlıq sahəni qanunazidd olaraq, 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb.

Vəkil isə məktubda daha müdhiş faktlar açıqlayıb. 2011 -ci ildə Buzovna qəsəbə sakini Əzizağa Murtuzayevə məxsus, Qala yolunun solunda “Qala bazar” restoran kompleksi ilə bir cərgədə icra başçısı G.İslamova məxsus pivə zavodu ilə üzbəüz yerləşən, ƏMDK-nın balansında olan 0,40 hektar torpaq sahəsi olan 127 saylı yanacaqdoldurma stansiyası (YDS) qanunsuz olaraq E.Mahmudova verilib.

2015-in may ayında Akif Çovdarov quldur dəstəsi ilə birlikdə Xəzər RİH-ə gələrək, icra hakimiyyəti ilə “Azİmport” MMC arasında bağlanmış podrat müqavilələrini, Forma №2 və görülən işlərin təhvil-təslim aktlarını götürərək külli miqdarda yeyintiləri müəyyən edib. Bunun müqabilində icra başçısı G.İslamovdan 5 milyon manat rüşvət alıb.

Xəzər RİH-nin İctimai-Siyasi Humanitar Məsələr Şöbəsinin müdiri Gülbala Qurbanov o zaman mətbuata deyib ki, Gülağa İslamov PA-ya çağırılıb, məsələ həllini tapıb.

R.Zeynalov müraciətində Zirə qəsəbəsində eks-nazirə və onun məmurlarına hədiyyə edilən obyektləri də sıralayıb. Zirə qəsəbəsi:

1. G.İslamov 2013-cü ildə Zirə qəsəbəsində - qoruğa gedən yolda 15 hektar torpaq sahəsini qanunsuz sərəncamı ilə Əli Əsədova və şəriki "TV Musa ləqəbli" Musa Süleymanova verib. Həmin sahədə mənimsənilmiş pul hesabına zavod inşa edilib və dənizin içinə körpü salınıb.

2. A.Çovdarova isə Zirə qəsəbəsində 10 hektar torpaq sahəsi ayrılıb. Vəkil iddia edir ki, bu torpaq sahəsi Xəzər RİH başçısı tərəfindən 2011-2012-ci illərdə ayrılıb, hasarı isə icra başçısının tapşırığı ilə Zirənin bələdiyyə sədri Firuz Rzayevin hesabına çəkdirilib.

R.Zeynalov müraciətində həmçinin qeyd edir ki, 2004-cü ildən 2011-ci ilə qədər MTN-in Xəzər rayon şöbəsinin rəisi vəzifəsində sabiq nazir E.Mahmudova ən yaxın adamlardan biri olan nardaranlı Həsən Ağayevdir.

Vəkilin bu faktları açıqlaması və bizim hüquqşünasa istinadla bu məlumatları tirajlamağımızda hansı dezinformasiya, əsassız və yalançılıq varsa, buyurub münasibət bildirsinlər, əgər şər-böhtandırsa vəkili də məhkəməyə versinlər.

Hər halda hörmətli vəkilin əlində tutarlı sübutları var. “Gündəm-Xəbər” qəzetinin isə nə Xəzər RİH-ə, nə də başqa dövlət strukturlarına qarşı qərəzi var.

Bir mətbu orqan olaraq oxucular və ictimaiyyət üçün əhəmiyyətli olan faktları, problemləri işıqlandırırıq. Xəzər RİH-in də, digər qurumların da mövqeyini çap etməyə hər zaman hazırıq.

Rafiq Qara
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN bandasının “Xəzər əməliyyatı”nda sensasion gizlinlər - Araşdırma

    MTN bandasının “Xəzər əməliyyatı”nda sensasion ...

    9-02-2017, 21:25

  • 
  • Yasamalın icra başçısı Çovdarovla necə qonşu oldu? - Sensasion araşdırma

    Yasamalın icra başçısı Çovdarovla necə qonşu ...

    15-02-2017, 21:32

  • 
  • MTN generalının Kürdəmir şefi ilə müdhiş əlaqələri faş oldu - Sensasiya

    MTN generalının Kürdəmir şefi ilə müdhiş ...

    13-02-2017, 14:52

  • 
  • İcra başçısı qəzetin satışına qadağa qoydu

    İcra başçısı qəzetin satışına qadağa qoydu ...

    27-11-2015, 18:07

  • 
  • Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı

    Saatlıda ezamiyyə fırıldağı yalan çıxdı ...

    4-07-2015, 11:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu