GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Dedi ki, MTN-nin rəhbərliyinə 300 min dollar pul verməlisən”

“Dedi ki, MTN-nin rəhbərliyinə 300 min dollar pul verməlisən”

Tarix: 20-02-2017, 23:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 746
“Dedi ki, MTN-nin rəhbərliyinə 300 min dollar pul verməlisən”

Vüsal Ələkbərovun cinayət işində Eldar Mahmudova rüşvət ittihamı

Şahid: “Biz o vaxtı MTN-ni milləti talayan nazirlik kimi adlandırıdıq”

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işi hakim Siyavuş Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılır.

Cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Elşən Mədətov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına müqavilə bağlamaqla öz adına illik 12 faizlə 623.000 avro əmanət qoyub: “Faizləri ilk aylarda aldım, 2008-ci ilin iyun-iyul aylarında isə faizlər gecikdirildi. 2008-ci ilin avqustunda Fransaya istirahətə getdim, qayıdanda filial müdiri Zal Yusifovun həbs olunduğunu bildim”.

“Məni həbs etməklə hədələdi”

Elşən Mədətovun sözlərinə görə, həmin il oktyabr ayının əvvəllərində MTN-in istintaq baş idarəsinin Vüsal Ələkbərov adlı şöbə rəisi mobil nömrəsinə zəng edərək, onu MTN-ə çağırıb: "Növbəti gün səhər saatlarında MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alınaraq tanımadığım əsgər məni MTN-nin inzibati binasının başında olan dəmir qapıdan içəri ötürdü. İçəridə məni mülki geyimli şəxs qarşıladı və məni liftlə 4-cü və ya 5-ci mərtəbəyə qaldırdı. Orada boş otağa daxil olduq. Orada 5 saata yaxın tək oturduqdan sonra məni gətirən şəxs qapısının önündə “şöbə rəisi Vüsal Ələkbərov” yazılmış otağa gətirdi. Özünü MTN-nin istintaq baş idarəsinin şöbə rəisi kimi təqdim edən şəxs mənimlə söhbət etdi. Dedi ki, sən banka

əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşularaq bank müdiri Zal Yusifovla bankı talamısız, ona görə də MTN-nin rəhbərliyinə 300.000 dollar pul verməlisən, yoxsa səni də Zal Yusifovla eyni ittihamla tutacağır.

“100 min dollara razılaşdı”

İş adamı daha sonra ifadəsində qeyd edib: “Vüsal Ələkbərov bu hədələrinə cavab olaraq dedim ki, banka qanuni yolla pul qoymuşam. Vüsal da “nə olsun ki, qanuni qaydada banka pul qoymusan? Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, rəhbərliyin tapşırığıdır” deyə məni həbs etməklə qorxutdu. Mən də həbs olunamğımdan qorxaraq Vüsalla söhbət etdim, 100.000 dollara razı olmağı xahiş etdim. Həmin söhbətlər zamanı Vüsal otaqdan çıxaraq rəisi Mövlam Şıxəliyevin yanına getdi, məsləhətşərək qayıtdı və həmin məsləhətləşmələr əsasında da 100.000 dollara razılaşdı, məni ifadə almadan buraxdı”.

“Vüsal məni MTN-ə çağırdı”

Elşən Mədətov qeyd edib ki, bundan sonra pul toplamağa başlayıb: “Özümdə 45.000 dollar vardı, qardaşım Kamal Mədətovdan 50.000, qayınatam Kələş Qafarovdan 5.000 dollar borc aldım. 15-20 gündən sonra, yəni 2008-ci ilin oktyabrın sonlarında, günün ikinci yarısında Vüsal Ələkbərova zəng etdim, pulun hazır olduğunu bildirdim. Vüsal məni MTN-ə çağırdı. Mən də günün ikinci yarısında 100.000 dollar pulu sarı-ağ kağızdan olan kiçik zənbilə qoydum, üzərini də örtdüm. Özümə məxsus “Mercedes 600” markalı maşınla sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-ə getdik. Birinci dəfə olduğu kimi MTN-nin binasının giriş qapısında qeydiyyatdan keçdim və müşayiətlə Vüsal Ələkbərovun otağına getdim. Kiçik zənbildə olan pulu təklikdə Vüsal Ələkbərova verdim. 10-15 dəqiqə otaqda Vüsalla söhbət etdikdən sonra MTN-dən çıxaraq evə qayıtdım”.

“Yenə də 300 min dollar verməlisən”

İş adamının ifadəsinə görə, 2008-ci ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən zəng edərək, onu MTN-ə çağırıb: “MTN-nin əsas giriş qapısında Vüsal “Toyota” markalı “CİP”lə dayanmışdı: “Mən onun maşınına əyləşdim. Vüsal “rəhbərlik deyir ki, sənin pulunu qaytarım, çünki sənin əleyhinə ifadə var, Zal və onun oğlu sənin barəndə ifadə veriblər ki, onlarla əlbir olub, bankın pulunu talıamısız, buna görə də ümumilikdə 300.000 ABŞ dolları verməlisən”, -deyərək mənə 15-20 gün vaxt verdi. Həmçinin hədə-qorxu gəldi ki, bu söhbətləri başqa yerlərdə danışma, yoxsa uşaqlarını da ilişdirərik. Bu təhdidlərdən qorxaraq evdə olan bütün qızılları Mərkəzi Univermaqda və “Moskva” univermağında tanımadığım şəxslərə satdım. Dostum Qaçar Əzimovdan 45.000, qayınatam Kələş Qafarovdan 15.000 dollar borc aldım və yenə də 100.000 dollar topladım. Noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, əvvəlki kimi sürücüm Zahid və qaynım Samitlə birlikdə MTN-ə getdim.

Saat 16 radələrində Vüsalın otağına qalxdım, 100.000 dollar toplaya bildiyimi deyərək yalvardım. Vüsal otağına gətirdiyim 100.000 dolları götürdü və rəhbərliyə məruzə edərək mənə bir söz deyəcəyini bildirdi. 2-3 gün sonra Vüsal zəng vurdu, xəbər verdi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. 10 gün mənə vaxt verdi”.

“Vüsal muştuluq verərək: “Təbrik edirəm, rəhbərlik razılaşdı” deyə bildirdi”

Elşən Mədətov bildirib ki, dostu Qaçarın vasitəsi ilə hazırda adını xatırlamadığı tanışından 20.000 dollar, yeznəsi Nəsrəddin Sultanovdan 30.000 dollar borc alıb: “Dekabr ayının əvvəllərində Vüsal Ələkbərova zəng etdim. Ona dedim ki, cəmi 50.000 dollar pul topalamışam, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut, pulumu qaytar, istəyirsən

düzəltdiyim 50.000 dolları qəbul et. Vüsal rəhbərliyə məruzə edərək mənə xəbər verəcəyini bildirdi. Vüsal Ələkbərov təqribən bir saat sonra zəng edərək muştuluq verərək: “Təbrik edirəm, rəhbərlik razılaşdı” deyə bildirdi”.

“Mal-qaramı və evini sataraq borclarını qaytarıb”

Elşən Mədətovun sözlərinə görə, növbəti günlərin birində saat 19 radələrində Vüsalın tapşırığı ilə, onun yaşadığıYasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına avtomaşınında sürücüsü Zahid və qaynı Samitlə birlikdə gedib: “Orada 50.000 dollar məbləğində pulu rəngli sellofan torbaya bükdüm və Vüsala zəng etdim. Az sonra ora gələn Vüsala torbanı verdim. Növbəti vaxtlarda isə özümə məxsus Şirvan şəhərində yerləşən “Qulu” restoranını, həmçinin Sabirabad rayonunun Həşimxanlı kəndində yerləşən dəyrmanı sataraq borclarımı qaytardım. Beləliklə, Vüsal Ələkbərov tərəfindən hədə-qorxu gəlinməklə məndən 250.000 ABŞ dolları alındı, tutulmağımdan qorxduğum üçün bu pulları ona verdim, bacanağım Mehrac Qurbanovdan da eyni qaydada hədə-qorxu gəlinməklə külli miqdarda pul alınıb. Mehrac borca düşüb, öz fermasında olan 200-300 baş mal-qaramı və evini sataraq borclarını qaytarıb”.

“Elşən həbs olunacağından bərk qorxub”

Bu epizod üzrə ifadə verən şahid Nəsrəddin Sultanov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına həyat yoldaşı Kəmalə Sultanovanın adına müqavilə bağlamaqla illik 12 faizə 161.000 manat əmanət qoyub: “2009-cu ilin əvvəllərində “Texnikabank” ASC-nin vəzifəli şəxsləri barəsində MTN-nin istintaq baş idarəsində şöbə rəisi Vüsal Ələkbərov məni və həyat yoldaşım Kəmaləni çağıraraq şahid qismində dindirdi. Orada ifadə verərək, bankdan pulun qaytarılmasını tələb etdik. Filialda əmanəti olan qaynım Elşən Mədətovu da Vüsal Ələkbərov həmin iş üzrə bir neçə dəfə MTN-nin baş

istintaq idarəsinə çağırıb. Elşən Mədətovun deməsinə görə, Vüsal Ələkbərov ondan 250.000 dollar tələb edib. Bununla əlaqədar məndən də 30.000 manat borc alaraq Vüsal Ələkbərova çatdıracağını bildirən Elşən Mədətov həbs olunacağından bərk qorxub. Buna görə də Vüsalın tələbi ilə razılaşmalı olub”.

Nəsrəddin Sultanov əlavə edib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Onun sözlərinə görə, Vüsal Ələkbərova pul verməyib: “Vüsal Ələkbərov soruşdu ki, banka qızımın və yoldaşımın adına qoyduğum pulları haradan almışam? Mən MTN rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin. Biz o vaxtı MTN-ni milləti talayan nazirlik kimi adlandırıdıq”.

“Eşitdim ki, pulu MTN-nin vəzifəli şəxslərinə verib”

Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov şahid qismində ifadə verərək bildirib ki, 2008-ci ildə Elşən Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib: “Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə verib”.

Elşən Mədətovun sürücüsü Zahid Əliyev bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: “Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər,

tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində daha sonra qeyd edib ki, MTN əməkdaşı Vüsal Ələkbərova pullar onun maşınında aparılıb. Onun sözlərinə görə, Elşən Mədətov bir dəfə pulu MTN-də, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib: “Yasamal rayonunda pulun kimə verildiyini gördüm. İstintaq zamanı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim”.

Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: “Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır”.

Bu iş üzrə də təqsirləndirilən Vüsal Ələkbərov özünü müdafiə xarakterli ifadə verərək bildirib ki, “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Zal Yusifovun və digərlərinin mənimsəmə, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktlarına dair ibtidai istintaqı aparılan cinayət işi üzrə istintaq qrupunun rəhbəri olub: “Həmin cinayət işi üzrə Elşən Mədətov əmanət müqaviləsi bağlamaqla filiala külli miqdarda pul depozitə yatırıb. Filial müdiri Zal Yusifov 100 nəfərdən artıq digər zərərçəkmiş şəxslər kimi Elşən Mədətovun da pulunu bankın balansına almayaraq talayıb. İş üzrə Elşən Mədətov şahid qismində dindirilib, sonra isə zərərçəkmiş şəxs kimi tanınıb. İş məhkəməyə göndərilənə qədər Elşən Mədətov pulunu Zal Yusifovdan mülki iddia verərək tələb edib. Elşən Mədətovu Zal Yusifovla Hüseyn Səfərov tanış edib. Həmin şəxsin pullarını filiala depozitə qoyulmasının səbəbkarı Hüseyn Səfərovun özü olub. Elşən Mədətovdan heç vaxt pul istəməmişəm. Ondan hansısa məbləğdə pul almaq məqsədilə nə Mövlam Şıxəliyevdən, nə də başqasından məsləhət, göstəriş almamışam”.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

    'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: O, ...

    10-02-2017, 11:49

  • 
  • MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

    MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar ...

    10-02-2017, 22:02

  • 
  • MTN-nin şöbə rəisinin məhkəməsində şok ittiham

    MTN-nin şöbə rəisinin məhkəməsində şok ittiham ...

    18-02-2017, 13:23

  • 
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

    “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar ...

    13-02-2017, 16:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (200)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu