GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MTN-nin şöbə rəisinin məhkəməsində şok ittiham

MTN-nin şöbə rəisinin məhkəməsində şok ittiham

Tarix: 18-02-2017, 13:23 Bölmə :Ölkə Baxış: 541
MTN-nin şöbə rəisinin məhkəməsində şok ittiham

Zərərçəkmiş iş adamı MTN-nin vəzifəli şəxslərini Etibar Əliyevlə əlbir olmaqda ittiham etdi

“Dövlət Sərhəd Xidmətinin hesabında olan 8-10 milyon manatı vəsaitini bankda talayıblar”

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işi hakim Siyavuş Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılır.

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Mehrac Qurbanov bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialında müqavilə bağlamaqla, öz adına illik 12 faizə 623.300 avro məbləğində əmanət qoyub: “İlkin olaraq 7-8 ay ərzində həmin faizləri almışam. 2008-ci ilin oktyabr ayında MTN-nin istintaq baş idarəsinin Vüsal Ələkbərov ad-soyadlı şöbə rəisi nömrəmə zəng edərək məni istintaqa çağırdı. Zəngdən 2-3 gün sonra, səhər saatlarında MTN-ə getdim. Əsas giriş qapısında qeydiyyata alınaraq iki nəfər tanımadığım avtomatlı əsgərin müşayəti ilə xatirlamadığım mərtəbəyə qaldırıldım. Orada bir xidməti otağa aparıldım. Həmin otaqda Vüsal Ələkbərov təklikdə bildirdi ki, sən banka əmanət kimi pul qoymusan, həmin puldan imtina etməlisən, əgər imtina etməsən, başına oyun açacağıq, hansı yolla olursa-olsun səni tutduracağıq. Ona halal pulumdan imtina etməyəcəyimi bildirdim. Vüsal mənə dedi ki, bizə 300.000 ABŞ dolları verməlisən, bu pulun müqabilində sənin də əmanətinin qaytarılmasına köməklik edək, 15 gün ərzində əmanətin sənən qaytarılacaq. Amma bu pulu bizə verməsən, səni tutacağıq, bu rəhbərliyin göstərişidir”.

“Mövlam dedi ki, Vüsalın bildirdiyini etməlisən”

Mehrac Qurbanov qeyd edib ki, həmin vaxt Vüsal Ələkbərov onun ifadəsini alıb: “İfadəmi aldıqdan sonra 10 vərəqdə imza nümunələrimi götürdü. Həmçinin məni istintaq baş idarənin rəisi Mövlam Şıxəliyevin yanına apardı. Mövlam Şıxəliyev mənə dedi ki, Vüsal Ələkbərovun dediklərini etməlisən, biz də sənə kömək edərək banka qoyduğun əmanəti qaytaraq. Həmin vaxt Mövlam Şıxəliyev bu sözləri mənə acıqlı şəkildə dedi. Tutulmaqdan qorxduğum üçün pul verməyə razılaşdım. Çox yalvar-yaxardan sonra Vüsal Ələkbərov 200.000 ABŞ dolları verməyimə razılaşdı. Lakin “pulu sabah çatdırmalısan” dedi”.

“50 min manat borc aldım”

İş adamı əlavə edib ki, həmin gün saat 20 radələrində MTN-dən buraxılıb: “Qorxduğum, hədə-qorxu altında qaldığım üçün pul toplamağa başladım. Şirvan şəhərinə gedərək tanışım İsmayl Əhmədova öz fermamdan 3600 manata 30 baş qoyun satdım, qardaşlarım – Hüseyn Qurbanovdan 10.000 manat, Heydər Qurbanovdan 15.000 manat, bibim oğlu Kərim Tağıyevdən 20.000 manat, bacılarımdan yadımda qalmayan məbləğdə, Sabirabad rayonunun Həşimxanlı kəndində yaşayan Səmədağa adlı şəxsdən 50.000 manat borc aldım. Topladığım 200.000 ABŞ dollarını sarı rəngli sellofan torbaya qoyaraq Vüsalın hazırda xatırlamadığım mobil nömrəsinə zəng vurdum. Onun tələbi ilə birbaşa MTN-ə getdim. Oradan bir daha saat 17 radələrində Vüsala zəng edərək olduğum yeri bildirdim”.

“200 min dolları Vüsal Ələkbərova verdim”

Mehrac Qurbanovun sözlərinə görə, Vüsal Ələkbərov MTN-nin əsas giriş qapısında dayananlara tapşırdığı üçün onu qeydiyyata alaraq xidməti otağına aparıblar: “Otaqda sellofan torbada

gətirdiyim 200.000 ABŞ dollarını təklikdə Vüsal Ələkbərova verdim. Sonra ondan banka qoyduğum əmanətin nə vaxt qaytarılacağını soruşdum. Vüsal bu barədə mənə zəng edərək məlumat verəcəyini dedi. MTN-dən çıxandan sonra qardaşım oğlu Mahir Qurbanovun idarə etdiyi “Mercedes S klass” markalı avtomobillə evə getdim. 15 gün sonra Vüsal Ələkbərova zəng etsəm də, cavab ala bilmədim”.

“Bacanağımdan da 250 min dollar aldığını eşitdim”

Mehrac Qurbanov qeyd edib ki, borc aldığı şəxslərə MTN-dən Vüsal Ələkbərov adlı şöbə rəisinin hədə-qorxu yolu ilə ondan pul aldığını deyib: “Bunun nəticəsində borca düşmüşəm. Sonra qalan mal-qaramı, fermamı dəyər-dəyməzinə satmışam. Həmin ərəfədə bacanağım Elşən Mədətov da həmin banka əmanət qoyması ilə əlaqədar Vüsal tərəfindən çağırılaraq 250.000 dollar məbləğində pul alınıb. Bundan sonra biznesi dayanan Elşən infarkt keçirib”.

“Məni MTN-də 4-5 saaat qaranlıq otaqda saxladılar”

Mehrac Qurbanovun sözlərinə görə, ləğv olunmuş MTN-nin istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyevlə mobil telefon vasitəsi ilə bankda olan əmanətin qaytarılması ilə bağlı danışıb: “Hadisədən uzun müddət keçdiyindən Mövlam Şıxəliyevin xarici görünüşünü təsvir edə, sifəti yadımda qalmadığından tanıya bilmirəm. 15 yanvar 2016-cı il tarixdə üzləşdirilmə zamanı Vüsal Ələkbərovu tanımaqda çətinlik çəkməyim və səhv salmağım da hadisədən uzun müddət keçməsi ilə əlaqədar olub.Vüsal Ələkbərov ilk dəfə məni MTN-ə çağırdığı gün 4-5 saat qaranlıq otaqda saxlayıb”.

“Müxtəlif məbləğlərdə borc pul alıb”

Bu iş üzrə şahid qismində ifadə verən Mahir Qurbanov bildirib ki, əmisi Mehrac Qurbanov 2008-ci ilin noyabr-dekabr aylarında ona zəng edərək MTN-nin binasının yanına gəlməsini istəyib: “Mən də ora gedərək MTN-nin əsas nəzarət-buraxılış məntəqəsinin önündən əmimi götürdüm. Sonralar əməmdən “Texnikabank” ASC-də olan əmanətinə görə pul tələb edildiyini eşitdim. Bunun dəqiq səbəbini, pulu kimə və necə verməsini bilməmişəm. Əmim atam Hüseyndən 10.000, digər qohumlarımdan müxtəlif məbləğlərdə borc pul alıb”.

Heydər Qurbanov bildirib ki, 2008-ci ilin oktyabr-noyabr aylarında qardaşı Mehraca pul lazım olub: “Mən də mal-qaramı satdım, 10 min manat toplayaraq qardaşıma verdim”.

Digər şahid Kərim Tağıyev bildirib ki, dayısı oğlu Mehrac Qurbanovun 2008-ci ilin oktyabr-noyabr aykarında MTN əməkdaşları tərəfindən hədələnərək, pul tələb edilib: “Bu səbəbdən Mehrac məndən də pul istədi. Ona 18 min manat verdim. O, pulu düzlədərək MTN əməkdaşlarına verməsəydi, onu tutacaqdılar”.

Daha sonra zərərçəkmiş iş adamı Hüseyn Səfərovun epizodu üzrə şahid qismində Oqtay Abuzərov ifadə verib. Məlumat üçün bildirək ki, 2008-ci ildə Hüseyn Səfərov MTN tərəfindən qanunsuz olaraq həbs edilib və azadlığa buraxılması üçün 2 milyon dollarını alıblar.

“Həbsdən azad etmək üçün 2 milyon dollar istəyirlər”

Oqtay Abuzərov qeyd edib ki, Hüseyn Səfərovun qızı Günayın həyat yoldaşı onun qohumu olub: “2008-ci ilinnoyabr-dekabr ayları olardı. Hüseyn Səfərovun qızı bizə gəldi və dedi ki, atasını həbsdən azad etmək üçün 2 milyon dollar istəyirlər. O qədər

pulları olmadığını, pulu toplamağa başladıqlarını dedi. Məndən də 100 min manat istədi. Ona həmin məbləğdə pulu verdim. Sonra Günay yenə də bizə gəldi və pul tam düzəlmədiyini, yenə də 30 min manat istədi. Ona həmin deyilən məbləğdə pulu verdim. Bir neçə gündən sonra Hüseyn Səfərov azadlığa çıxdı. Mənə pulumun 80 min manatı qaytarılıb, amma qalan pulu qaytarmağa Hüseyn Səfərovun imkanı olmayıb”.

Daha sonra Vüsal Ələkbərovun vəkillərinin havadan, sudan suallar verməsi Hüseyn Səfərovu hövsələdən çıxarıb: “Biz burada artıq heç nə istəmirik. Vəkillər şahidlərə məntiqsiz suallar verirlər. Onlar cinayətkarı müdafiə edirlər, bizim də pulumuzu versinlər”.

“Pulu MTN –də, küçədə alıb”

Vüsal Ələkbərov isə heç kəsdən pul almadığını, zərərçəkmişlər onun pul tələb etməsi barədə rəy formalaşdırdıqlarını deyib. Hüseyn Səfərov isə Vüsal Ələkbərova belə cavab verib: “Bizdə Vüsal Ələkbərov pul alıb. Pulu MTN –də, küçədə alıb. Burada etiraf etmir, adamın kişiliyi olar, qüruru olar. Bunlar pulumuzu alıblar, indi deyirlər ki, pul almamışıq. Etibar Əliyev bura gəlsin. Onunla çox söz-söhbətimiz açılacaq. Dövlət Sərhəd Xidmətinin hesabında olan 8-10 milyon manatı vəsaitini bankda talayıblar. Sonrada Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya saldılar ki, dövlətin mənimsənilən həmin pulunu gizlətsinlər. Bu məsələllər araşdırılmalıdır. Mövlam Şıxəliyev niyə gizlənir? O, dövlətə xəyanət edib, alçaq generaldır. Vüsal Ələkbərov hamıdan pul alıb, amma heç nəyi etiraf etmir. Akif Çovdarov bir az abırlıdır, bir neçə epizodu etiraf edir, onun şərəfi var. Amma bunlarda şərəf yoxdur”.

Daha sonra Vüsal Ələkbərov həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. O, iddia edib ki, vəsatətlər versə də, onun heç bir vəsatəti təmin edilməyib və müdafiə hüququ pozulub.

Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, Vüsal Ələkbərovun bir çox vəkili var, həmin vəkillərin savadına şübhə oluna bilməz. Dövlət ittihamçısı Vüsal Ələkbərovun müdafiə hüququnun pzoulmadığını deyib: “Onun müdafiə hüququnun pozulması ilə bağlı iddiası əsassızdır. Buna görə də vəsatəti təmin edilməsin”.

Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, Vüsal Ələkbərovun məhkəmədə heç bir hüququ pozulmayıb: “O yalan danışır, vəkilləri onu yaxşı müdafiə edirlər. Buna görə də vəsatət rədd edilməlidir”.

Digər zərərçəkmiş Namil Rzayev bildirib ki, Vüsal Ələkbərov aldığı pulları məhkəmədə etiraf etmir: “Onun pulları qaytarmaq fikri yoxdur. Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsinin əleyhinəyəm”.

Sonra Vüsal Ələkbərov başqa vəsatətlə çıxış edib. O, bildirib ki, cinayət işi üzrə istintaq orqanı qərəzli olub: “Bizdə konkret məlumatlar var ki, xeyrimizə ifadə verilib. Həmin ifadələr müstəntiq tərəfindən işə əlavə edilməyib. Buna görə də həmin ifadələrin istintaq orqanından tələb edilməsini istəyirik”.

Dövlət ittihamçısı bildirib ki, məhkəmədə konkret sübutlar üzrə araşdırma aparılır: “Vüsal Ələkbərov məhkəməyə şahidlərin siyahısını təqdim etməlidir. Bundan sonra həmin şahidlərin ifadəsi ilə bağlı qərar qəbul etmək olar. Biz bilmirik ki, hansı şahidlərin

ifadəsi nəzətrdə tutulub. Buna görə də vəsatət təmin edilməməlidir”.

Hakim Vüsal Ələkbərovun diqqətinə çatdırıb ki, məhkəmə ittiham çərçivəsində işə baxır və ittihamdan kənara çıxa bilməz. Bu səbəbdən Vüsal Ələkbərovun növbəti vəsatəti baxılmamış saxlanılıb.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar açıqlanır

    MTN-nin şöbə rəisinin məhkəməsində yeni faktlar ...

    10-02-2017, 22:02

  • 
  • Vüsal Ələkbərovun məhkəməsi başladı

    Vüsal Ələkbərovun məhkəməsi başladı ...

    26-01-2017, 23:40

  • 
  • “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar gətir”

    “Eldar Mahmudovun göstərişi var, 1 milyon dollar ...

    13-02-2017, 16:52

  • 
  • 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

    'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: O, ...

    10-02-2017, 11:49

  • 
  • Akif Çovdarov danışmağa başlayır

    Akif Çovdarov danışmağa başlayır ...

    28-11-2016, 00:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (225)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu