GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Tarix: 21-02-2017, 15:31 Bölmə :GündəmXəbər / Manşet Baxış: 770
Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Rafiq Dadaşov: “Kənd qəbristanlığıdakı yaşıllıqların məhvinə, deməli “icazə razılaşması” Rəfayıl Tahirovun “kabinet”ində həll olunub ki, bu cür addımlar da atılıb”
Ətraf mühitdə əmələ gələn hər bir olay zaman-zaman diqqətimizi cəlb etdiyindən, bu gün də bir mətbu orqan olaraq ekoloji sahədə yaşananları ictimailəşdirməyi, hər kəsi baş verənlərlə bağlı məlumatlandırmağı, sanki əsas vəzifə borclarımızdan biri hesab etmişik. Belə bir səbəblər üzündəndir ki, ölkəmizin müxtəlif regionlarından sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları şikayət məktublarının ardı-arası kəsilmir və çox zaman onlar, ekoloji sahəyə cavabdehlik daşıyan vəzifə sahiblərini ittiham etməkdən də çəkinmirlər. Belə bir vəzifə sahiblərindən biri də, ETSN-nin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində müdir əvəzi vəzifəni daşıyan Rəfayıl Tahirovdur ki, bu şəxsi Lənkəran rayonu Vilvan kənd sakinləri Dadaşov Rafiq Salam oğlu və Fərziyev Bəxtiyar Paşa oğlu, redaksiyamıza ünvanladıqları şikayət məktublarında daha çox ittiham edirlər. Onlar ünvanladıqları şikayət ərizələrində qeyd etmişdilər ki, “ekologi tarazlığın qorunmasına cavabdehlik daşıyan Rəfayıl Tahirov, hələ bir müddət bundan əvvəl iştahasını cilovlaya bilmədiyindən, məhz kəndimizin 200-300 illik tarixi olan qədimi qəbristanlığıdakı yaşılllıqlara “qənim kəsildi”. Düzdür, ona məqsədini həyata keçirməkdə Vilvan kənd icra nümayəndəsi Hikmət Abbasov və kəndimizin bələdiyyə sədri Hafizə xanım Quliyeva da, müəyyən mənada dəstək olublar. Çünki, hər iki vəzifə sahibi kəndimizin belə bir problemlərinə də cavabdehlik daşıyırlar”. Adı çəkilən kənd sakinlərinin redaksiyamıza ünvanladıqları şikayət ərizələrini əsas tutaraq, “Gündəm Xəbər” qəzetinin 03-05 fevral 2017-ci il tarixli sayının 6-cı səhifəsində “Lənkəranda “yaşıl soyqrım” davam etdirilir” başlıqlı tənqidi açıqlama dərc etdik. Düzdür, açıqlamanın dərci ciddi rezonans doğurdu və müəyyən müzakirələrə də səbəb oldu.
Maraqlı hal o oldu ki, açıqlamanın dərcindən sonra 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbərliyi özünü müdafiə etməyə, daha dəqiq desək “sudan quru çıxmağa” çalışır və redaksiyamızın elektron poçtuna hazırladıqları mövqelərini də göndərir. Hətta, adı çəkilən qurumun rəhbərliyi göndərdikləri mövqelərini dərc etməyi də xahiş edir. Bəli, bu cür yanaşmaya təbii baxmaq lazımdır və KİV haqqında Qanuna görə, bir redaksiya olaraq qarşı tərəfi dinləməyə və mövqelərini dərc etməyə də borcluyuq. Amma, məsələnin digər maraqlı tərəfləri var. Çünki, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbərliyi tərəfindən redaksiyamızın elektron poçtuna göndərilən mövqedə qeyd olunur ki, “sözügedən qəbirstanlıqda təmizlik işləri apararkən, ağacları kəsən Lənkəran rayonu Vilvan kənd sakini Əliyev Şamil Şərafət oğlu barəsində qanunamüvafiq qaydada protokol tərtib edilərək, şöbənin 18 yanvar 2017-ci il tarixli qərarı əsasında inzibati məsuliyyətə cəlb edilmişdir”. Bu cür mövqe açıqlaması onu söyləməyə əsas verir ki, cənab Rəfayıl Tahirov təqribən 2 ha ərazisi olan Vilvan kənd qəbristanlığında həyata keçirilmiş “yaşıl soyqrım”a, hansısa formada don geyindirmək istəyir. Məgər kənd qəbristanlığı ərazisində boy atan və təqribən 50-150 il ömrü olan ağacları yerli-dibli kəsib götürmək, təmizlik işlərinin aparılması deməkdir? Bundan əlavə, təqribən 13-15 nəfər şəxsi cəlb etməklə, “URAL” markalı yük maşınına doğranmış ağacları yükləmək, məgər adı çəkilən kənd qəbristanlığıda təmizlik işlərinin aparılması deməkdir? Bəlkə də, cənab Rəfayıl Tahirovun prizmasından baxdıqda, kimlərsə bu cür addımların atılmasına təmizlik işlərinin aparılması kimi də yanaşa bilər. Amma, bizim bilib dərk etdiyimiz bir həqiqət var ki, o da qəbristanlıq ərazisində təmizlik işləri aparılır dedikdə, məhz ərazinin lazımsız alaq otlarından, qurumuş ağaclardan, müəyyən vasitələr səbəbindən ərazidə olan kağız parçalarından və digər zird-zibillərdən təmizlənməsi nəzərdə tutulur. Yəqin ki, bizim bilib dərk etdiyimizi hər kəs təsdiqləyər və Vilvan kənd qəbristanlığında ağacların yerli-dibli kəsilib götürülməsini, tam əksəriyyət “soyqrım harayı” kimi də qiymətləndirər.

Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Əlavə olaraq onu da bildirək ki, məqalə çapa hazırlanarkən əməkdaşımızın Vilvan kənd sakinləri Dadaşov Rafiq Salam oğlu və Fərziyev Bəxtiyar Paşa oğlu ilə əlaqə saxlaması, bəzi mətləblərə aydınlıq gətirməyə də imkan verdi. Belə ki, şikayətçi kənd sakinləri yaşanan problemə haqda onu da bildirdilər ki, “əgər kənd sakinlərindən kimsə hansısa ağacı icazəsiz kəsərsə, o halda 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yüksək məbləğdə cərimələnərlər. Qaldı ki, kənd qəbristanlığıdakı yaşıllıqların məhvinə, deməli “icazə razılaşması” Rəfayıl Tahirovun “kabinet”ində həll olunub ki, bu cür addımlar da atılıb. Qəbristanlıqda təmizlik işləri aparılıb və “Vilvan kənd sakini Əliyev Şamil Şərafət oğlu barəsində qanunamüvafiq qaydada protokol tərtib edilərək şöbənin 18 yanvar 2017-ci il tarixli qərarı əsasında inzibati məsuliyyətə cəlb edilib” deyə verilmiş cavab, birbaşa ağ-yalandan başqa bir şey deyil. Çünki dəqiq məlumatım var ki, yaşanan problem ictimailəşdikdən sonra Rəfayıl Tahirov özünü müdafiə etməyə çalışıb və Vilvan kənd sakini Şamil Əliyevlə danışaraq “problemi üzərinə götür, mən sənə sonrakı vaxtlarda lazımi dəstək olacağam” deyə, onu razı sala bilir. Bu cür addımlar atmaqla o, hələlik “çulunu sudan çıxartmağa” qabil olub”. Bəli, bu cür cavabları dinlədikcə o qənaətə gəldik ki, cənab Hüseyn Bağırovun etibar etdiyi, hətta geniş səlahiyyət verdiyi Rəfayıl Tahirov, bu gün etibarsız vəzifə sahiblərindən biri hesab olunur. Çünki, heç cür inana bilmərik ki, birbaşa ekologiyamızın varlığına cavabdehlik daşıyan Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseyn Bağırov, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə Rəfayıl Tahirovu müdir əvəzi təyin edərkən, bu şəxsə “ekologiyanı məhv et” deyə tapşırıqlarını versin.
Hörmətli oxucular! Yuxarıda qeyd etdiyimiz kimi “Gündəm Xəbər” qəzetinin 03-05 fevral 2017-ci il tarixli sayının 6-cı səhifəsində “Lənkəranda “yaşıl soyqrım” davam etdirilir” başlıqlı tənqidi açıqlamanın işıq üzü görməsindən sonra, 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəhbərliyi redaksiyamızın elektron poçtuna hazırladıqları mövqelərini göndərdi və onu dərc etməyimizi də xahiş edib. Odur ki, qarşı tərəfin göndərdiyi açıqlamanın nöqtəsinə, vergülünə toxunmadan olduğu kimi dərc edirik. Açıqlamanı oxuyun və həm qeyd etdiklərimizi, həm də şəkillərdə gördüklərinizi müzakirə edib, yekun qərara gəlin. Daha yaxşı olar ki, ümumi qənaətinizi redaksiyamıza da çatdırasınız.


Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Qarşı tərəf:
İnternet səhifənizdə “Lənkəranda “yaşıl soyqrım” davam edir” məqaləsi ilə əlaqədar diqqətinizə çatdırırıq ki, Lənkəran rayonu Vilvan kənd sakinləri Dadaşov Rafiq Saleh oğlu və Fərziyev Bəxtiyar Paşa oğlunun “kənd qəbirstanlığında ağacların kəsilməsi” ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 23 dekabr 2016-cı il tarixdə daxil olmuş şikayət ərizəsi 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılmış və sözügedən qəbirstanlıqda təmizlik işləri apararkən ağacları kəsən Lənkəran rayonu Vilvan kənd sakini Əliyev Şamil Şərafət oğlu barəsində qanunamüvafiq qaydada protokol tərtib edilərək şöbənin 18 yanvar 2017-ci il tarixli qərarı əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən ərazi əməkdaşlarımız tərəfindən nəzarətə götürülmüşdür.
Xahiş edirik ki, bizim mövqeyimizi də öz internet səhifənizdə dərc edəsiniz.
Hörmətlə, 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəhbərliyi


Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq
Lənkəranda Rəfayıl Tahirovdan rəhbərinə etibarsızlıq

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarşı tərəf mövqeyini bildirdi

    Qarşı tərəf mövqeyini bildirdi ...

    12-02-2017, 14:32

  • 
  • Lənkəranda “yaşıl soyqrım” davam etdirilir

    Lənkəranda “yaşıl soyqrım” davam etdirilir ...

    4-02-2017, 21:00

  • 
  • İdarə rəisindən xanım işçisinə “seks” təklifi- ŞOK OLAY

    İdarə rəisindən xanım işçisinə “seks” təklifi- ...

    15-02-2017, 21:45

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27

  • 
  • Etibar müəllimin etibarsızlığı

    Etibar müəllimin etibarsızlığı ...

    26-10-2015, 21:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu