İnternet səhifənizdə “Lənkəranda “yaşıl soyqrım” davam edir” məqaləsi ilə əlaqədar diqqətinizə çatdırırıq ki, Lənkəran rayonu Vilvan kənd sakinləri Dadaşov Rafiq Saleh oğlu və Fərziyev Bəxtiyar Paşa oğlunun “kənd qəbirstanlığında ağacların kəsilməsi” ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 23 dekabr 2016-cı il tarixdə daxil olmuş şikayət ərizəsi 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılmış və sözügedən qəbirstanlıqda təmizlik işləri apararkən ağacları kəsən Lənkəran rayonu Vilvan kənd sakini Əliyev Şamil Şərafət oğlu barəsində qanunamüvafiq qaydada protokol tərtib edilərək şöbənin 18 yanvar 2017-ci il tarixli qərarı əsasında inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən ərazi əməkdaşlarımız tərəfindən nəzarətə götürülmüşdür. Xahiş edirik ki, bizim mövqeyimizi də öz internet səhifənizdə dərc edəsiniz. Hörmətlə, 1 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəhbərliyi
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?