GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizova meydan oxuyan tapıldı

Eldar Əzizova meydan oxuyan tapıldı

Tarix: 1-02-2013, 10:27 Bölmə :Ölkə Baxış: 1 170
Eldar Əzizova meydan oxuyan tapıldı

“Şərq bazarı”nın sahibi icra başçısının istəyi
ilə həyata keçirilən layihənin icrasını dayandırıb


Eldar Əzizov icra hakimiyyəti başçısı kimi Gəncədən Sumqayıta gəldiyi ilk aylarda yerli sakinlərin də iştirak etdiyi toplantılarda müxtəlif sahələr üzrə problemlərin ciddi müzakirə olunduğu görüntüsü yaranırdı. Başçı hətta camaatın yanında ayrı-ayrı məmurların ünvanına sərt tənqidlər səsləndirməkdən çəkinmirdi.
Əslində Sumqayıt kimi bir şəhərdə işləməkdən ötrü bu taktika səmərəlidir. Çünki burada uzun illər formalaşan və müxtəlif proseslərə təsir göstərmək gücünə malik qüvvələrin öhdəsindən onların üzərinə yerimədən gəlmək mümkün deyil. Xatırlayırsınızsa, mərhum dövlət başçısı Heydər Əliyev 2003-cü ilin mart ayında Sumqayıtda keçirilən müşavirədə həmin klanların başında duranların adlarını çəkərək yeni başçı Vaqif Əliyevin, necə deyərlər, əl-ayağına dolaşmamağı tapşırmışdı. O zamandan bəri bu qüvvələrin bəziləri yenə belə demək mümkünsə, qınlarına çəkildilər. Sumqayıtda ən yetərli gücə malik hesab olunan “Azərkimya” Dövlət Şirkətinin keçmiş rəhbəri Fikrət Sadıqov isə 2005-ci il parlament seçkiləri ərəfəsi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub sonradan azadlığa buraxılmaqla zərərsizləşdirildi. Bununla belə, Mərkəzi Univermağın özəlləşdirilməsi prosesində saysız-hesabsız qanunsuzluqlara yol verən Zaman İsgəndərovun dəstəsi ayaqda qalmışdı. Ancaq Eldar Əzizovun gəlişi ilə onun da təsir dairəsi kifayət qədər daralıb. Bunun başlıca səbəbi yeni başçının ətrafına demək olar ki, tamamilə yeni komanda yığması ilə bağlıdır. Yeri gəlmişkən, Eldar Əzizov Sumqayıta gələnə qədər şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev də atını istədiyi kimi çapırdı. Yeni başçı artıq onu da tamamilə küncə sıxışdırıb. Nəticədə bələdiyyə tamamilə səlahiyyətsiz bir quruma çevrilib. Təbii ki, bütün bu oyunların başında Eldar Əzizovun daha çox, həm də kimsənin maneçilik törətmədən pul qazanmaq niyyətləri dayanır. Məlum olduğu kimi, Gəncədən gələndən bəri Sumqayıtda istədiyi hər bir ssenarini uğurla reallaşdıra bilib. Bir sözlə, indi Eldar Əzizovun qarşısında heç bir maneə olmadığını düşünmək olar. Amma...
Bu günlər məlum olub ki, icra başçısının işləri heç də rəvan getmir. Bunun səbəbkarı isə “Şərq bazarı” kimi tanınan ticarət mərkəzinin sahiblərindən biri Rəşid Babayevdir.
Eldar Əzizova meydan oxuyan tapıldı

Ötən yazılarımızdan birində xəbər verdiyimiz kimi ötən ilin noyabr ayında həmin ticarət mərkəzinin həndəvərindəki 66 nəfər kiçik sahibkara məxsus mağazanışəhər Sanitar Epidemioloji Stansiyanın işçiləri Arxitektura, Memarlıq və Şəhərsalma İdarəsinin rəis müavini Hacı Kamil Məmmədovun sifarişi ilə möhürləmişdilər. Bəhanə isə guya həmin mağazaların müasir standartlara cavab verməməsi göstərilirdi. Ancaq əsl səbəb bu deyildi. Məlum olduğu kimi, Hacı Kamil Eldar Əzizovun bu şəhərdə ən inanilmış pul yığanıdır. O vaxt da əvvəlcə hər sahibkardan 5 min manat tələb olunsa da, sonradan bu məbləğ 3 minə endirilmişdi. 66 sahibkardan yığılan həmin pul Hacı Kamilə çatandan bir müddət sonra mağazaların yenidən fəaliyyətinə razılıq verildi, hətta mağazaların qarşına alkopon üzlüklər çəkilməsi prosesinə başlanıldı. Fotolarda da gördüyünüz kimi xeyli tikinti işləri aparılıb. Lakin xeyli müddətdir proses dayanıb. Apardığımız araşdırma zamanı məlum olub ki, prosesə mane olan Rəşid Babayevdir. Əlbəttə, özünü bu ərazinin ağası hesab edən Babayev bunu elə-belə etməyib. Etibarlı mənbənin bildirdiyinə görə, onun Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi İsmayıl Quliyevə verdiyi rüşvət müqabilində Arxitektura, Memarlıq və Şəhərsalma İdarəsinin layihəsini ləğv etdirmək üçün qərar çıxarılmasına nail olub.Qeyd etdiyimiz kimi adıçəkilən idarə əslində icra başçısının məhz alkopon üzlük siyasətini həyata keçirməklə pul yığır. Deməli, 66 sahibkarın mağazasının ətrafında aparılan iş həm də birbaşa Sumqayıt şəhər İcra hakimiyyətinin qərarı idi. Rəşid Babayev isə heç nədən çəkinmədən başçıya qarşı çıxır. Daha doğrusu, Eldar Əzizova meydan oxuyur.
Eldar Əzizova meydan oxuyan tapıldı

Onu da qeyd edək ki, əslində həmin 66 mağazanın Rəşib Babayevin sahibi olduğu “Şərq bazarı”nın ərazisinə heç bir dəxli yoxdur. Bu səbəbdən sual yaranır: Rəşid niyə belə edir? Onunkeçmiş baş prokuror Eldar Həsənovun bacısı Afət Həsənova ilə həqiqətən ortaq olduğu RTŞ şirkəti-əvvəl “Şərq bazarı” adlanırdı- var. Ancaq 66 mağazanın bu şirkətin ərazisinə daxil deyil. Bunu sübut edəcək sənədlər də var. Hətta Apelyasiya Məhkəməsi, Ali Məhkəmə, nəhayət Ali Məhkəmənin Plenumu birmənalı olaraq ədalətli qərar çıxararaq mağazaların sahibkarlara məxsus olduğunu təsdiqləyib. Buna baxmayaraq RTŞ-nin ortaqları olan cütlük dəfələrlə həmin sahibkarların mağazalarını ələ keçirməyə cəhd ediblər. Hətta sahibkarlardan bəziləri səfir Eldar Həsənova müraciət edərək bacısının onun nüfuzundan istifadə edərək sahibkarlara qarşı qanunsuz davranışlarına son qoyulmasına yardım istəyiblər. Eldar Həsənov isə bu işdə adının hallandırılmasını istəmədiyini bildirib.
Eldar Əzizova meydan oxuyan tapıldı

İndi daha bir sual ortaya çıxır: Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin hakimi bu ərazidə araşdırma aparmadan, 66 sahibkarın rəyini nəzərə almadan, Arxitektura, Memarlıq və Şəhərsalma İdarəsinin və İcra Hakimiyyətinin hüquqi nümayəndəsinin rəyi olmadan necə qanunsuz qərar çıxarıb? Rəşid Babayev kimə arxayındır? Eldar Əzizovun təbirincə desək, Sumqayıtda aparılan abadlıq, yenidənqurma prosesinin ona dəxli yoxdurmu?
Kimsə razılaşmayıb iddia edə bilər ki, Hacı Kamilin 66 sahibkardan mağazaların qarşısına alkopon üzlüklər vurulması məqsədilə layihə üçün 200 min manatı həqiqətən veriblərmi? Mənbəmiz isə iddia edir ki, həmin məbləğ Hacı Kamilin sağ əli kimi tanınan Zaur vasitəsilə ona çatdırılıb. Biz bir jurnalist kimi araşdırma apardıq və maraqlı bir məsələ ortaya çıxdı. Məlum oldu ki, bunca pul verilməsinə baxmayaraq görüləcək işlə bağlı heç bir layihə yoxdur. Məhz Rəşid Babayevin də əsas bəhanəsi budur ki, işlər layihəsiz görülür. O, bununla həm də Hacı Kamilə və Zaura anladır ki, sizin pul alıb razılıq verdiyiniz tikinti işinin layihəsi yoxdur. Onun fikrincə, həmin cütlük ciddi qanunsuzluq edirlər. Əslində isə Rəşid Babayev bununla Eldar Əzizova da ciddi ismarış yollayır. Bu, başçıya meydan oxumaq deyilmi? Rəşid Babayevin iddiasına görə, əgər burada görüləcək işlə bağlı layihə olsaydı, Zaur həmin sənədi ortalığa çıxarardı. Rəşid Babayev üstünə gediləcəyi halda bu faktla bağlıRespublika Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edəcəyini də istisna etmir. Biz ərazidə bir neçə gün müşahidə apardıq. Tikinti prosesi tamamilə dayandırılıb. Rəşid Babayev isə əmindir ki, Eldar Əzizovun adamları onun üstünə gələ bilməyəcəklər. O hətta yaxın ətrafına deyib ki, tikintini dayandırması ortada heç bir layihənin olmadığını bir daha təsdiqləyir.
Eldar Əzizova meydan oxuyan tapıldı

Rəşid Babayevin başçıya meydan oxumasının digər səbəbi də var. Çünki Eldar Əzizovun istəyi ilə aparılan abadlıq işləri tezliklə “Şərq bazarı”nın sərhədinə çatacaq. Bu zaman Babayevdən külli miqdarda pul istəniləcək. Əslində Babayev və Həsənovaya məxsus olan bazar ərazisi tamamilə bərbad vəziyyətdədir. Fotodan da göründüyü kimi, o boyda binada yalnız Babayevin kabineti təmir olunub. Qalan ərazi uçulub-tökülür, ətraf çox vaxt zibillə dolu olur.
Rəşid Babayevin Eldar Əzizova meydan oxuması davam edir. Bu oyunda kimin qalib gələcəyi bəlli deyil. Əzizov şübhəsiz ki, yeni ssenari hazırlayır. Əgər həmin ssenari reallaşsa Babayev əlli-ayaqlı gedəcək. Mövzuya qayıdacağıq.

P.S. Dünən günün sonunda aldığımız məlumata görə, ərazidə tikinti işlərinin davam etdirilməsi üçün ən yüksək səviyyədə göstəriş verilib və hüquq-mühafizə orqanlarına prosesə heç kəsin maneçilik törətməsinə imkan verilməməsi tapşırılıb.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizova yeni vəzifə verildi - Yenilənib

    Eldar Əzizova yeni vəzifə verildi - Yenilənib ...

    1-09-2015, 20:25

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26

  • 
  • Eldar Əzizova qəribə etiraz: kişi yolkanın başına çıxdı (FOTO)

    Eldar Əzizova qəribə etiraz: kişi yolkanın başına ...

    29-12-2013, 15:01

  • 
  • Eldar Əzizova qarşı üsyan hazırlanır

    Eldar Əzizova qarşı üsyan hazırlanır ...

    21-12-2012, 12:54

  • 
  • Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini zaldan qovdu

    Zakir Fərəcov idarə müdirlərini hədələdi, birini ...

    10-09-2015, 18:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu