“Gündəm Xəbər”in ötən saylarının birində DSMF Ağstafa rayon şöbəsində yaşanan problemlərin varlığına toxunmuşduq. Yazıb bildirmişdik ki, uzun illərdən bəri adı çəkilən qurumu sanki “özəlləşdirən” Oqtay Məsmalıyev, bu gün Ağstafanın ən zəngin oliqarx məmurlarından biri hesab olunur. Çünki, daşıdığı vəzifəsinə güvənən və rayonun bəzi idarə, müəssisə və təşkilat rəhbərləri ilə “separat” işbirliyinə girən bu şəxs, hal-hazırda nəniki “staj məsələləri”ndən, hətta müəssisələrdə çalışan işçilərin sayını real saydan xeyli az göstərməyə razı olmaqdan da, hər ay filan qədər “haqq-hesab” əldə edə bilir. Belə bir səbəblər üzündəndir ki, adı çəkilən nazirliyin rayon şöbəsinə rəhbərlik edən Oqtay Məsmalıyevin, bu gün Ağstafada özü üçün lazımi şərait yaratması, hətta arıçılıq təsərrüfatı ilə məşğul olması da bildirilir. Hələ onun Bakı şəhərində və digər ünvanlarda olan əmlakının varlığı barədə ətraflı açıqlama verməsək də, bilib eşitdiyimiz müəyyən həqiqətlər var. Yerli sakinlərdən bəzilərinin iddialarına görə rəhbərlik etdiyi qurumu təsir dairəsində saxlayan və müəyyən qanunsuzluqlara qol qoymaqla idarəçiliyini həyata keçirən Oqtay Məsmalıyev, atdığı addımları ilə adını bu gün sanki məşhur etməkdədir. Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Sorğu
Yeni dizaynımız necədir?