GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakimiyyətin nüfuzlu vəzifə sahiblərinə “meydan oxuyan” mafiyanı kimlər himayə edirlər?

Hakimiyyətin nüfuzlu vəzifə sahiblərinə “meydan oxuyan” mafiyanı kimlər himayə edirlər?

Tarix: 13-03-2017, 23:04 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 699
Hakimiyyətin nüfuzlu vəzifə sahiblərinə “meydan oxuyan” mafiyanı kimlər himayə edirlər?

Vüqar Rəşidov Azərbaycanı tərk etsə də, bu gün o, bəzi şəxslərin siyasi mühacir adı altında ölkəmizi tərk etmələrinə şərait yaratdığı da iddia olunur

Bir müstəqil mətbu orqan olaraq “Gündəm Xəbər” qəzetinin səhifələrində daim sosial əhəmiyyət kəsb edən məsələ və problemlərlə bağlı açıqlamalar dərc etdikcə, redaksiyamızın ünvanına yerlərdən çoxsaylı oxucu məktubları ünvanlanır və onların ictimailəşdirilməsi də xahiş olunur. Bir neçə gün bundan əvvəl yəqin ki, əksəriyyət üçün də maraq kəsb edə biləcək mövzunun “Gündəm Xəbər”ə göndərilməsi, sözün həqiqi mənasında bizim də diqqətimizi cəlb etdi. Belə ki, göndərilən açıqlamada vaxtilə MTN-nin əməkdaşı olmuş və etdiyi dələduzluq əməllərinə görə Nəsimi rayon Polis İdarəsində barəsində cinayət işi açılmış, eyni zamanda heç bir müxalif siyasi partiyanın üzvü olmadan ölkəmizi tərk edərək Latviya dövlətindən sığınacaq almış Vüqar Rəşidov adlı şəxsin əməllərindən bəhs olunur. “Gündəm Xəbər”ə daxil olan açıqlamada qeyd olunur ki, bu şəxs Latviyada yaşasa da, hal-hazırda Azərbaycanda saxta viza sənədləri düzüb-qoşmaqla məşğul olur və belə bir yolla da fəaliyyətini davam etdirməkdədir. Riqada oturub saxta viza biznesini idarə edən Vüqar Rəşidova, bu gün Bakıda və digər ünvanlarda yaşayan ayrı-ayrı şəxslərin də lazımınca dəstək verdikləri bildirilir. Həmin şəxslərdən vaxtilə “Favorit” restoranında çalışmış atası Rəşidov Rəşid Vahab oğlunun, əslən Laçın rayonunun Hacıxanlı kəndindən olan və hal-hazırda isə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yaşayan Hümbətov Namiq Zakir oğlunun, Mətləb adlı başqa bir şəxsin, eyni zamanda Namiq Hümbətovun yaxın qohumu olan və Latviyada təhsilini davam etdirən Nicat Novruzov adlı tələbənin də, Vüqar Rəşidova lazımınca dəstək verdiyi bildirilir.
Çatdırılan açıqlamada o da qeyd olunur ki, Vüqar Rəşidova saxta viza biznesini yaşatmaqda köməklik edənlərin fəaliyyətləri haqda, yerli hüquq-mühafizə orqanı əməkdaşları məlumatlı olsalar da, nədənsə onlarla bağlı hər hansı tədbirlər görülmür. O halda sual oluna bilər ki, qanunsuz yolla fəaliyyət göstərən belə bir dəstənin üzvlərini kimlər müdafiə edirlər? Yaxud da, Rəşid Rəşidovun və digərlərinin fəaliyyətlərini araşdırmaq üçün, onların harada olmalarını dəqiqləşdirmək mümkün deyilsə, bəs xaricə getmələrinə kimlər şərait yaradıblar? Bu cür yanaşmaların varlığı da, əslində böyük şübhələrin əmələ gəlməsinə səbəb olmaqdadır.
Usandırıcı hal odur ki, Vüqar Rəşidovun rəhbərliyi ilə düzülüb-qoşulan saxta viza biznesi əməliyyatında, üstüstə ayrı-ayrı şəxslərdən 20 min avrodon çox pul da alındığı bildirilir. Hələ bu azmış kimi, əlavə bir neçə nəfərə xarici ölkələrdə işləmək və xəstələrini müalicə etdirmək adı altında saxta viza verilir. Həmin şəxslərdən biri isə, məhz qonşu Güncüstan Respublikasının aidiyyəti qurumları tərəfindən saxlanılaraq 6000 lari cərimə olunduğu da bildirilir.
Vüqar Rəşidov Azərbaycanı tərk etsə də, bu gün o, bəzi şəxslərin siyasi mühacir adı altında ölkəmizi tərk etmələrinə şərait yaratdığı da iddia olunur.
Diqqəti cəlb edən hal odur ki, aldadılan şəxslər ilk əvvəl viza almaq məqsədilə pulları Vüqar Rəşidovun atası Rəşid Rəşidovun “Unibank”ın Əcəmi filialında açılan AZ44UBAZ0723945464102USD001-dollar və AZ89UBAZ07239454641020EUR001-avro hesabına köçürürlər. Vüqar Rəşidov Bakıdakı əlaqələndiriciləri vasitəsilə lazımi məlumatları əldə etdikdən sonra, o, köçürülən pulların Riqaya transfer olunmasına da nail olur. Belə bir yolla da, adı çəkilən şəxslər aldadılırlar. Təəssüf doğuran hal odur ki, baş verən olaylarla bağlı zərərçəkən şəxslərdən bəziləri Bakı şəhər Baş Polis İdarəsinə müraciət etsələr də, qol qoyulan qanunsuzluqlarla bağlı toplanmış iş materialları Binəqədi rayon Polis İdarəsinə göndərilir. Verilən məlumatda o da bildirilir ki, toplanmış iş materialları hal-hazırda Binəqədi RPİ-nin əməkdaşı Elgiz Məmmədovun icraatındadır. Adı çəkilən qurumda isə, problemi araşdırmaq əvəzinə, məhz “dondurmaq”la məşğul olurlar.
“Gündəm Xəbər”ə belə bir açıqlama daxil olduqdan sonra, saxta viza biznesinə dəstək verənlərdən biri Namiq Hümbətovla, 07 mart 2017-ci il tarixdə saat 15:50 radələrində əlaqə saxladıqda, ilk olaraq o, sadalananların yalan olduğunu bildirsə də, az sonra baş verənləri təsdiqlədi. Hətta, o, onu da bildirdi ki, “mənim funksiyam Vüqar Rəşidovun tapşırığını yerinə yetirmək olub. Çünki, mən ayrı-ayrı şəxslərdən pulları almışam və Rəşid Rəşidovun adına açılmış hesab nömrələrinə də köçürmüşəm” deməklə kifayətləndi. Baş verənləri analiz etdikdə, biz də müəyyən mənada olub-keçənlərdən xəbərdar ola bildik.
Faciə odur ki, bu cür saxta viza biznesi ilə məşğul olan, ayrı-ayrı şəxslərə “torba tikən” Vüqar Rəşidov, “Qazeta Analitik İnformasiya Mərkəzi”nin rəhbəri olaraq edaletsizlik.com saytında dərc etdirdiyi “Sevinc Babayevanın ölümündə Fuad Ələsgərovun əl izləri” adlı məqaləsində, məhz Prezident Administrasiyası Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərovu əsassız olaraq ittiham edir və onu “mafiya babası” olmaqda da qınayır. Bu şəxs dərc etdirdiyi məqaləsində onu da vurğulayır ki, guya Fuad Ələsgərov PA-nın rəhbəri Ramiz Mehdiyevin birbaşa göstərişləri ilə hərəkət edir və 2010-cu ildən başlayaraq, Azərbaycanda orqan transplatasiyası əməliyyatlarının başında da durur. Bu cür açıqlamaları oxuyub olduqca təəssüf hissi keçirdik. Şər-böhtan xarakterli ittihamlarla ictimaiyyəti çaşdırmağa çalışan Vüqar Rəşidova isə onu bildirmək istəyirik ki, Latviyada gizlənib Azərbaycanın siyasi rəhbərliyində təmsil olunan nüfuzlu şəxslər barəsində əsassız ittihamlar səsləndirmək, heç kimə heç zaman başucalığı gətirməyəcək. Bu cür əsası olmayan açıqlamaların dərci qarşı tərəfi deyil, məhz ittihamı səsləndirən tərəfi zərbə altında da qoyacaq. Saxta viza biznesi ilə məşğul olub ayrı-ayrı şəxslərin başına “corab toxuyan” bir kimsədən, bəyəm bundan artıq nəsə gözləmək olar? Düşünürük ki, yox! Yaxşı olar ki, ölkəmizin nüfuzlu vəzifə sahiblərini ittiham etməkdənsə, əsassız açıqlamalar dərc etməkdənsə, qanunsuz addımlardan daşınmaq daha yaxşıdır. Maraqlıdır ki, ölkəmizin nüfuzlu vəzifə sahibi olan şəxslərlə bağlı ağır ittiham səsləndirənlər, bu gün də azadlıqda olduqlarından sərbəst fəaliyyətlərini davam etdirməkdədirlər. Belə olan halda görəsən onları himayə edənlər kimlərdirlər? Odur ki, bir qədər düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir. Araşdırmamız davam edir. Açıqlamada adı çəkilən hər kəsin də mövqeyini dərc edə bilərik.
Mövzunu diqqətdə saxlayacağıq.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirin Cəfərinin həbslə üz-üzə qalması, ölkə ictimaiyyətini yenidən qarışdırdı

    Şirin Cəfərinin həbslə üz-üzə qalması, ölkə ...

    20-03-2016, 02:51

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • Azərbaycanda çap mediası ölümlə üz-üzə

    Azərbaycanda çap mediası ölümlə üz-üzə ...

    7-03-2017, 19:19

  • 
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

    Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş ...

    16-10-2015, 12:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu