GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

Tarix: 16-10-2015, 12:01 Bölmə :Ölkə Baxış: 0
Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

Bütün bunlardan sonra biz belə bir qənaətə gəldik ki, qəzetimizin elektron poçtuna göndərilən məktub, hansısa qərəzli qruplaşmanın düzüb-qoşduğu və heç də həqiqəti əks etdirməyən açıqlama imiş

Sadalanan faktlar, heç də həqiqəti əks etdirmirmiş

Sentyabr ayının birinci ongünlüyündə qəzetimizin elektron poçtuna, Sabunçu Telefon Qovşağında işləyən bir qrup xanımlar adından şikayət məktubu daxil olmuşdu. Həmin gün qəzetimizin əməkdaşı daxil olan məktubu, bəlkə də özü üçün əhəmiyyət kəsb edən mövzulardan biri hesab etmiş və rəhbərliyin başqa bir tədbirdə iştirak etməsi səbəbindən, açıqlamanın işıq üzü görməsinə səbəb olmuşdur. Məqalənin dərcindən sonra açıqlamanın məzmununa diqqət yetirdikdə o da məlum olurdu ki, elektron poçtumuza məktub göndərən şəxs və yaxud da şəxslər, qovşağın rəisi Nəriman Salmanova qarşı olduqca qərəzli mövqe tutmuş və onunla bir növ düşmənçilik etdikləri çirkin niyyətlərini də ortaya qoymuşdular. Əməkdaşımızın günahı ucbatından məqalənin işıq üzü görməsinə baxmayaraq, qərara aldıq ki, bu yöndə araşdırmalarımızı davam etdirək və əsl həqiqətləri də ortaya çıxarmağa çalışaq. Bir məqamı da xüsusilə qeyd etmək istəyirik ki, “Gündəm Xəbər” qəzeti olaraq gündəlik çoxsaylı oxucularımızdan məktublar alırıq. Ünvanlanan hər bir məktubda, daha çox sosial problemlərin varlığından, məmur özbaşınalıqlarından, ədalətsiz məhkəmə qərarlarından, süründürməçilik amillərinin tüğyan etməsindən və digər olaylardan bəhs olunur. Düzdür, bir mətbu orqan olaraq daim çalışırıq ki, oxucularımızın hər bir probleminin ictimailəşdirilməsinə də nail ola bilək. Məqsədimiz, “Gündəm Xəbər” qəzeti ilə çoxsaylı oxucu auditoriyası arasında əlaqələri qoruyub saxlamaq olur. Çünki, tam əksəriyyət təsdiq edə bilər ki, bugünkü gündə “Gündəm Xəbər” qəzeti, qəzet bazarına daxil olan və oxucuları tərəfindən oxunan qəzetlərdən biridir. Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov haqda göndərilən açıqlama da, bu səpkili məktublardan biri olub. Elə ki, qəzetimizin 11-17 sentyabr 2015-ci il tarixli sayında “Telefon qovşağının rəisi haqqında şok iddialar” başlıqlı məqalə işıq üzü gördü, çox keçmədi ki, daxil olan məlumatlar əsasında müxtəlif yollarla araşdırmalar aparmağa başladıq. Yəni, ilk öncə əməkdaşlarımızdan birini qeyd olunan ünvana ezam etdik ki, sadalanan faktlarla bağlı lazımi araşdırmalar aparıb, redaksiya rəhbərliyinə dəqiq məlumatları çatdıra bilsin. Əməkdaşımızın Sabunçu Telefon Qovşağında olması və qovşaq rəhbərliyinin xəbəri olmadan apardığı araşdırmalar, bütün qaranlıq məsələlərə tam aydınlıq gətirməyə imkan verir. Çünki, qovşağın təqribən 29 nəfər qadın işçisi ilə söhbəti zamanı, onların hər biri işıq üzü görən məqaləyə qəti etiraz etdiklərini bildirirlər. Hətta, onu da vurğulayılar ki, “biz neçə illərdir ki, bu qovşaqda işləyirik və Nəriman müəllim də bizə rəhbərlik edib. Ötən illər ərzində ondan hansısa pislik görməmişik, nalayiq söz danışdığını belə eşitməmişik. Arzu edərdik ki, hər bir vəzifə sahibi Nəriman müəllim kimi insani xarakterə, yüksək əxlaqi dəyərə malik bir şəxs olsun. Çünki, ondan hər zaman nümunəvi davranış, xalqımızın əxlaqına uyğun yanaşma da görmüşük. Bu belə olduğu halda, işıq üzü görən məqalədəki açıqlamaları olduqca pisləyirik, onu qərəzli, əsası olmayan açıqlama hesab edirik” deyirlər. O halda istər əməkdaşımız, istərsə də redaksiya rəhbərliyi əksər mətləblərdən məlumatlı ola bildi ki, göndərimiş məktub həqiqəti əks etdirməyən bir açıqlama imiş. Hətta, bu yöndə aparılan araşdırmalar azmış kimi, bəzi KİV nümayəndələrinin də Nəriman müəllimin hansı xarakterə, hansı düşüncə tərzinə malik vəzifə sahibi olması haqda danışdıqlarını dinlədikcə, məqalənin dərcinə sözün həqiqi mənasında, redaksiya rəhbərliyi olaraq biz də təəssüfləndik. Çünki bilib başa düşdük ki, rəhbərlik etdiyi kollektivinin qayğısına qalan, hər bir işçisinin problemini öz problemi hesab edən və lazım gəldikdə onların problemlərinin həllinə köməklik edən, sadə təbiətli olması ilə əksər vəzifə sahiblərindən fərqlənən bu şəxsə qarşı aparılan oyun qaydaları, hansısa qərəzli qruplaşmanın düzüb-qoşduğu mərkli planlardan biridir. Çünki, sadalanan faktlar aparılan araşdırmalar zamanı, heç vəhclə öz təsdiqini tapmır. Onu da qeyd edək ki, Nəriman Salmanov haqda dərc olunan açıqlama, həmin gün redaksiya rəhbərliyinin Bakı şəhərindən kənarda keçirilən tədbirdə iştirakı və verilən tapşırıqlara redaksiya əməkdaşının səhlənkar yanaşması səbəbindən işıq üzü görmüşdü. Əməkdaşımızın bəlkə də məsuliyyətsizliyi ucbatından işıq üzü görən məqalə, son olaraq onun daşıdığı vəzifəsindən uzaqlaşdırılmasına və əldə edə biləcəyi qonararının verilməməsinə səbəb oldu.

“Gündəm Xəbər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sadalanan faktlar, heç də həqiqəti əks etdirmir

    Sadalanan faktlar, heç də həqiqəti əks etdirmir ...

    19-10-2015, 19:18

  • 
  • Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar və əldə olunan həqiqətlər

    Gəncədəki 10 saylı məktəbdə aparılan araşdırmalar ...

    14-01-2017, 13:16

  • 
  • İcra başçısı qəzetin satışına qadağa qoydu

    İcra başçısı qəzetin satışına qadağa qoydu ...

    27-11-2015, 18:07

  • 
  • Göygöldən göndərilən “ultimatium” nəyə hesablanıb?

    Göygöldən göndərilən “ultimatium” nəyə hesablanıb? ...

    12-06-2018, 18:30

  • 
  • GDU-nun mövqeyi şübhələrə əsas verir

    GDU-nun mövqeyi şübhələrə əsas verir ...

    7-11-2017, 16:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu