GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası haqda müdhiş - İddialar

Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası haqda müdhiş - İddialar

Tarix: 4-04-2017, 22:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 734
Nazirlə ASC rəhbərinin pambıq korrupsiyası haqda müdhiş - İddialar

Heydər Əsədovla Əhməd Əhmədzadənin aqrar sektoru məhv etməsi, kombayn və artezian biznesi haqda müfəssəl bilgilər “Gündəm-Xəbər”də

Saatlıdakı müşavirədən sonra İctimai Televiziyada pambıq müzakirəsinə hansı deputatlar çağırılmışdı? - Absurd mənzərə

Prezidentin Saatlıda keçirdiyi pambıq müşavirəsi olduqca əhəmiyyətli idi. Dövlət başçısı mühüm mesajlar verdi, bu yöndə görülən işlərdən, nəticələrdən danışdı, çatışmazlıqları qeyd etdi və məmurlara tapşırıqlar verdi.

Üç deputatın “yığımı”

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlərboyu xalqımız pambıqçılıqla məşğul olub. Ona görə də bu sahənin inkişaf etdirilməsi və dövlət səviyyəsində dəstək verilməsi mühüm islahatdır.

Artıq neft erası bitir və postneft dövrü başlanıb. Bu da qeyri-neft sektorunun, əsasən də aqrar sahənin inkişafını labüd edir. O baxımdan dövlətin pambıqçılığa dəstəyi vacibdir.

Ancaq ötən həftə İctimai Televiziyada jurnalist Anar Yusifoğlunun aparıcısı olduğu verilişdə bu mövzuda müzakirəyə dəvət olunan qonaqlar təəccüb doğurmaya bilməzdi.

“Aktual mövzu” proqramında pambıqçılıq mövzusunda üç deputat - Mətbuat Şurasının sədri Əflatun Amaşov, Tahir Rzayev və Sahib Alıyev iştirak edirdilər.

Ə.Amaşovun bu mövzuda dəvət almasını dolayısı ilə izah etmək olar ki, Saatlıdan deputat seçilib və hardas məntiqə uyğundur.

Halbuki, mediadakı problemləri daha dərindən bilən Ə.Amaşov üçün pambıqçılıqdan danışmaq çox çətin idi. Verilişi izləyənlər də təsdiqləyər ki, bu sahə üzrə bilgiləri zəif olan

Ə.Amaşov məsələyə mütəxəssis kimi qiymət verə bilməzdi. Ancaq Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü olan Tahir Rzayevin daha peşəkar çıxışı gözlənilirdi.

Əfsus ki, T.Rzayev də pambıqçılığın nədən ibarət olduğu, necə yetişdiyi, bu sahənin inkişafının düsturunun nə olduğunu efirdə aça bilməmişdi.

Moskvada jurnalistika fakultəsini bitirmiş, “Lider” TV-də siyasi icmalçı olan deputat Sahib Alıyevin də İTV-dəki pambıqçılıq polemikasında nə işi vardı, anlamaq olmur.

Milli Məclisdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olan S.Alıyevin sahəsi xarici siyasətdir. Aqrar sektoru demək olar ki, bilməyən bir millət vəkilini efirə çıxarmaq gülməlidir.

Bu məsələdə İTV rəhbərliyini və həmin proqramını aparıcı və redaktor korpusunu da qınamaq lazımdır. Çünki pambıqçılıq mövzusunda dəvət etdikləri qonaqlardan ikisi mediaya bağlı deputatlardır. Onların pambıq barədə bilgiləri bank işçisinin cərrah işini biləcəyi qədərdir.

Verilişi izləyən tamaşaçılar da şahiddirlər ki, Ə.Amaşov və S.Alıyev Saatlıdakı müşavirədən müəyyən fikirlər bildirməkdən əlavə pambıqçılıq haqda dərin mülahizələr, faktlar irəli sürə bilmədilər.

T.Rzayev barəsində də eyni sözləri demək olar. Halbuki, efirə aqrar sektoru bilən aqronom, ekspert, Milli Məclisin İqtisadi Komitəsinin üzvü olan deputatlardan birini dəvət etmək olardı.

Ə.Amaşov çap və elektron medianın problemlərindən, deputat olduğu Saatlıdakı sosial çətinliklərdən ətraflı danışa bilər.

S.Alıyev isə regionda və dünyada baş verən siyasi prosesləri təhlil etmək qabiiyyətinə malikdir. Biz isə onların timsalında pambıqçılığın müzakirəsinə şahid olduq.

Əslində, müstəqillik illərində pambıqçılığın niyə inkişaf etməməsi, səbəbləri, sahələrin istifadəsi, nəticələr və görülən işlər haqda aqronomlar danışa bilərdi.

Kombayn və artezian biznesi

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, ümumiyyətlə, illərlə bu sahənin məhv olunmasında məmurların böyük xidməti olub.

Bu gün də həmin məmurlar arasında pambıqçılığın inkişafına əngəl törədənlər var. Kənd təsərüfatı naziri Heydər Əsədovun rayon icra hakimiyyətləri ilə birgə korrupsiya şəbəkəsi quraraq aqrar sektoru məhv edir.

KTN şefi aqrar sektoru məhv etməklə və fermerlərə divan tutmaqla büdcədən kənd təsərrüfatına ayrılmış milyonları yağmalayır. Bu mənimsəmələrdə nazir təkbaşına deyil və korrupsiya əməliyyatlarına icra hakimləri də şərik olublar.

Araşdırmalar zamanı aydın olub ki, istər pambıq yığımı, istərsə sahələrin artezianla təmin olunması, istərsə texnika təminatında ciddi yeyintilərə yol verilib. Bu da fermerlərə və kəndlilərə baha başa gəlir. Nəticədə onlar məmurlar tərəfindən soyulur.

Nazirlik guya kombayn çatışmazlığı təəssürat yaradıb. Halbuki, ölkədə kifayət qədər kombayn var. Sadəcə, bu texnika fermerlərə rüşvət müqabilində verilir. Ona görə də pulu olan kombayanı əldə edə bilər.

Bu işləri əslində, KTN-nin yerlərdəki idarələri həyata keçirməlidir. Lakin məlum olub ki, H.Əsədovun yerlərdəki idarələri müqəvvadır və formal xarakter daşıyır.

KTN rəhbəri həmin korrupsiya fəaliyyətini yerlərdəki icra başçıları ilə reallaşdırır. İcra başçılarının göstərişi altında fermerlər kombayn əldə edə bilir.

Əldə etdiyimiz bilgilərə görə, digər qanunsuzluq su artezianları ilə bağlıdır. Qanunla 12 hektar əraziyə bir artezian vurulur. Bu bölgü işi də icra başçıları tərəfindən aparılır.

KTN-nin yerlərdəki idarələri artezianları pulsuz verməlidir. Bu barədə ölkə rəhbərliyinin tapşırıqları var. Ancaq icra hakimləri bir artezianı 20-25 min manata vurur.

Hər fermerdən 25 min manat alınanda il ərzində milyonlar dövr edir. Nazirlə icra başçları isə bu pulları xımır-xımır yeyir, sakitcə bölüşdürürlər. Habelə, bu məsələdə “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin də böyük qazancı var.

Belə ki, polis bəndlər qurur, çayların axını yalnız oliqarx-məmurlara məxsus sahələr gedib çatır. Fermerlər və kəndlilər isə məmur özbaşınalığı nəticəsində ağır durumla üzləşir.

Saatlı korrupsiyası - Detallar

“Gündəm-Xəbər”in verdiyi məlumata görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadənin də pambıqçılıq və əkin sahələrinin suvarılması işində korrupsiya piramidasında yer aldığı deyilir.

Suvarma biznesində odioz məmura çevrilmiş Əhmədzadə kimsəni saymır. Nə şikayətlərə, nə barəsində ittihamlara münasibət bildirir, nə qurumun mətbuat xidməti mətbuatın suallarını cavablandırır. Bu həm də prezidentə hörmətsizlikdir.

Məsələn, elə pambıq müşavirəsi keçirilən Saatlıda Əhmədzadənin korrupsiya əməlləri haqda medida iddialar var.

Mətbuat üzərindən apardığımız araşdırma zamanə məlum olub ki, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir.

Bildirilir ki, idarənin rəisi Tahir Rzayev həm Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, həm də Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovla əlbir olub.

Belə ki, Tahir Rzayev dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayırdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.

Məlumata görə, dövlətin rayonun Suvarma Sistemləri İdarəsinə ayırdığı pulları bir neçə təsərrüfat hesablı kiçik müəssisənin hesabına köçürür. Əslində həmin kiçik müəssisələrin bank hesablarından və möhür ştamplarından savayı heç bir şeyi yoxdur.

Amma sənədləşdirmə zamanı göstərilir ki, məhz bu kiçik müəssisələr rayonun suvarma sistemlərini yeniləyir, təmir və bərpa edirlər. Ortada isə heç bir yenilənmədən və təmir, bərpa işlərindən söhbət gedə bilməz.

Məlumatda bildirilir ki, Tahir Rzayev sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir.

Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000 - 60 000 manat göstərilir. Bu pulla isə normalda bir neçə yeni su nasosu almaq mümkündür.

Onu da eyək ki, Azərbaycanın iqlimi imkan verir ki, kənd təsərrüfatı sahəsindən kifayət qədər büdcəmizə xarici valyuta gətirə bilərik.

Artıq bu istiqamətdə böyük layihələrə start verilib, o cümlədən, pambıqçılığın inkişafına çox diqqət yetirilir, baramaçılıq, üzümçülük sahələri artırılır. Ancaq bu işlərdə də bir çox problemlərin şahidi oluruq.

Bir çox rayonlardan gələn şikayətlərə görə rayon icra başçıları büdcə təşkilatlarında çalışanları zorla pambıq yığımına cəlb edirlər və yığdıqları pambığın pulunu vermirlər. Bildirirlər ki, dövlətdən maaş alırlar.

Mediada yayılan xəbərlərə görə, Heydər Əsədov rayonlara göstəriş verib və müəyyən sabotajla məşğuldur. Elə pambıq yığımına pulların verilməsinin kökü də buradan qaynaqlanır.

Bir müddət əvvəl Müasir Müsavat Partiyasının sədr Hafiz Hacıyev demişdi ki, Heydər Əsədov ermənilərlə həm pambıq, həm maldarlıq sahələri üzrə müqavilə bağlayıbmış.

Bu müqavilə ilə alınan dərmanların hamısı da saxta çıxıb. Sahibkarlar həmin dərmanlardan birin götürüb analizə göndərsələr görəcəklər ki, o dərmanlar, ancaq heyvanları tələf etməkdən ötrüdür.

Bir müddət qabaq Sabirabadda olan hadisəni yada salaq: pambığı zərərverənlərdən təmizləmək üçün dərman verdilər, amma əksinə olaraq zərərverənlər daha da inkişaf etdilər.

Göründüyü kimi, Əhmədzadə və Əsədov əlbir olaraq güclü, tamahkar komandası ilə ölkənin aqrar sektoruna zərər vurmaqdadırlar.

Dövlət rəhbərliyi bu sahənin inkişafı üçün proqram hazırlayır, icrasına tapşırıqlar verir, işlər görülür, amma bəzi qüvvələr də öz maraqlarını təmin etmək məqsədi güdürlər. Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini dərc etməyə və geniş müsahibəsini təqdim etməyə hazırıq.

Rafiq Qara
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çin Azərbaycanda pambıq istehsal edəcək

    Çin Azərbaycanda pambıq istehsal edəcək ...

    11-02-2016, 21:35

  • 
  • Hər kiloqram xam pambığa görə subsidiya veriləcək

    Hər kiloqram xam pambığa görə subsidiya veriləcək ...

    23-09-2016, 01:02

  • 
  • Azərbaycanın pambıq bazarında qeyri-sabitlik davam edir

    Azərbaycanın pambıq bazarında qeyri-sabitlik ...

    11-01-2013, 10:55

  • 
  • Müəllimlərdən sonra həkimlər pambıq yığmağa aparıldı - GÖYÇAYDA

    Müəllimlərdən sonra həkimlər pambıq yığmağa ...

    14-10-2016, 01:31

  • 
  • "O zaman büdcəni doldura bilərik ki..."

    "O zaman büdcəni doldura bilərik ki..." ...

    23-02-2016, 16:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu