Əslində Əfqan Muxtarlının “günah”ının nədən ibarət olmasının fərqində deyilik. Ancaq onu deyə bilərik ki, Muxtarlı müstəqil jurnalistdir. Əslində bizim ölkədə jurnalist azadlığının olmaması məmləkətimiz üçün problemə də çevrilib. Kimdir bu ölkədə jurnalistləri qova-qova “namərd” edən? Əlbətdə ki, hakimiyyətdə təmsil olunan bəzi məmurlardır bu cür işlərin arxasınca yürüyən. Heç kimə sirr deyil ki, Azərbaycanda təmiz və şəffaf xətt tutan jurnalistlər bu gün də var. Ancaq bunların fəaliyyətinə mane olanlar da az deyil. Çünki şəffaf fəaliyyət göstərən media nümayəndələri, təziyiqlərlə üzləşirlər və normal iş şəraitindən məhrum olunurlar. Bu da ölkədə demokratiyanın boğulmasını diqqət mərkəzinə gətirir. Əslinə baxsaq dünyanın bir çox ölkələrin də rəsmi səfərdə olan Azərbaycan prezidenti heç vaxt istəməz ki, rəhbərlik etdiyi ölkənin hansısa jurnalisti və ya sıravi bir vətəndaşı təziyiqlərlə üzləşsin.
Azərbaycan hüdudlarından kənarda xoşa gəlməz sözlər adımıza ünvanlansın. Təbii ki, prezidentə çatdırılan informasiyaların əksəriyyəti yalandır və düzgün çatdırılmır. Məsələn Azərbaycan mediasında vəziyyət “çoooxxx” yaxşıdır deyən məmurlar bilməlidirlər ki, “Azərbaycan” “Respublika” “İki Sahil” “Səs” və digər rəsmi qəzetlər onsuzda dövlət büdcəsindən himayə olunur, bəs müstəqil qəzetlərin inkişafı üçün nəzərdə tutulan yardıma şərik etmək nəyə lazımdır? Əgər o sırada müstəqil qəzet varsa. Təbii ki, yoxdur. Heç bir ictimai rəyə 2 faiz belə təsir edə bilməyən qəzetlər dövlətin büdcəsindən hərəsi ildə 120 min manat yardım adı altında pul alırsa və müstəqil media yayımına, azad reklam bazarına məmurların təziyiqləri ilə maneyələr yaradılırsa görün Azərbaycan mətbuatı nə gündədir. Bu kimi basqılar altında qalan media nümayəndələri nəinki Gürcüstandan, lap elə Mozambikdən və Zimbabedən də sığnacaq istəmək məcburiyyətində qalacaqlar. Birmənalı şəkildə bilmək lazımdır ki, mətbuat ölkənin güzgüsüdür. Dövlətimizin büdcəsinin inildəməsi Azərbaycanda bu və ya digər formada talançılığın nəticəsidir. Bu cür hadisələr dünyanın demokratiq ölkələrinin gözünü yormaqdadır. Əfqan Muxtarlını tutmaqdansa, tutmamaq daha ağıllı siyasət olardı. Təbii ki, Əfqan Muxtarlı jurnalistdir, onun həbsi belədə səsli küylü olmalıyıdı. Ən doğrusu onu aç-burax etmək və öz ölkəsində normal fəaliyyət göstərməsinə şərait yaratmaqdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?