GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » GDU-nun “media mafiyası”nın arxasında kimlər durur?

GDU-nun “media mafiyası”nın arxasında kimlər durur?

Tarix: 16-06-2017, 19:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 074
GDU-nun “media mafiyası”nın arxasında kimlər durur?


Belə bir hallar yolverilməz olsa da, təssüflər olsun ki, hal-hazırda bu cür xoşagəlməz olaylar mövcuddur və GDU-nu da ağuşuna alıb

Deyirlər ki, dünya praktikasında bir neçə biznes sahəsi var ki, onların içərisində ən gəlir gətirənlərindən biri də söz alveridi. Yəni, necə "söz? " Sözdü də, dedin nəsə qazanarsan? Onlar da, yəni xaricdə yaşayanları nəzərdə tuturam, deyə bilmərəm ki, bizlərdə bu əksər hallarda gopalogiya olur. Bizləri və sizləri deyə bilmərəm, amma hal-hazırda GDU-da gedən proseslər elə həmin söz alverindən başqa nəyəsə oxşamır. Təbii ki, hər sahədə olduğu kimi, təhsil sahəsində, əsasən də ali təhsil ocaqlarında korrupsiya və rüşvətxorluq, neqativ hallar yoxdur desək, yəqin ki, yalan danışmış olarıq. Oxucu dərhal bizim səmimiliyimizə şübhə ilə yanaşar. Hətta, həmin neqativ halları təhlil, yaxud da tənqid edəndə, belə insanların şəxsi (haşiyəyə çıxaraq belə bir sözün üzərinə gəlirəm, şəxsi həyat sözü artıq elə bu məhfumun toxunulmazlığından xəbər verir. Gəlin qanun çərçivəsində danışaq. Kiminsə şəxsi əmlakı oğurlandıqda oğruya azadlıqdan uzun illər məhrumetmə cəzası verilir, amma kiminsə şəxsi həyatını müzakirə edənlərə cəza növü şamil olmadığından danışanların sayı günü-gündən çoxalır. Hətta, iş o yerə gəlib çatıb ki, bu kimi məsələlərə soyuqqanlılıqla qulaq asıb hərdən fikir söyləmədən biganəlik nümayiş etdiririk). Desəm ki, çox qəribə bir zaman kəsiyindəyik, yəqin ki, yanlışlıq olmaz. İllər öncəyə qayıdaraq sovetlər dönəmini xatirimizdə canlandıraq. Ataların belə bir zərb-məsəli var ki, sağlığında "kor Fatma, öləndə badam gözlüm". Heç kimə sirr deyil ki, sovetlər dönəmində qanunların aliliyinin varlığını tez-tez dilimizə gətirsək də, o illərdə yaşayanlar bilirlər ki, TQDK fəaliyyət göstərənə qədər təhsil haqqında danışarkən, ilk öncə ağlımıza təhsil almaq üçün "pul" gəlirdi. Bəs bu gün nələr baş verir? Mətləbdən heç də uzaq düşməyək. Həmin illərdən istər ali, istər orta təhsil ocaqlarında çalışanların başından, deyəsən o illərin dumanı heç cür çəkilə bilmir. Bu gün də təssüflər olsun ki, müəyyən qrup adamlar (üzr istəyirəm heç kimi təhqir etmək istəmirəm) hələ də istəklərinə nail olmaq üçün, mətbuatdan yararlanırlar. Bu faktdır, danılmaz həqiqətdir.
Belə bir neqativ halları görmək, təbii ki, əsl medianın yaralı yeridir. Çünki, bunları sağlam jurnalistika adlandırmaq yersizdir, bu artıq reket jurnalistikanın əsas qoludur. Belə bir hallar yolverilməz olsa da, təssüflər olsun ki, hazırda bu cür xoşagəlməz hallar mövcuddur və GDU-nu da ağuşuna alıb.
Bir müddət öncə xəbər portallarının birində gözüm bir yazıya sataşdı. Yazıda qeyd olunurdu ki, ali təhsil ocaqlarında baş alıb gedən korrupsiya və rüşvət bataqlığından bəhs edən yazıların sayı, səhv etmirəmsə 2016-cı ildə 10 minə çatıb. Dərc olunan yazıların çox hissəsi isə, məhz Gəncə Dövlət Universitetinin payına düşür. Görəsən səbəb nədir ki, adı çəkilən bu təhsil ocağındakı qalmaqallara son verilmir? Doğrudanmı korrupsiya və rüşvətxorluq adı çəkilən təhsil ocağında hədsiz səviyyədə tüğyan edir? Əgər bu belədirsə, nəyə görə GDU haqqında TN-nin rəhbərliyi hər hansı tədbiri görmür?
Artıq uzun illərdir ki, mətbuatda GDU ilə bağlı yazıların ardı-arası kəsilmir. Hətta, bu günlərdə saytların birində GDU-nun kafedra müdirlərindən birinin rektoratlıqda universitetin rektoru Yusif Yusifovun keçirdiyi iclas zamanı hansısa xanım işçiyə qarşı mədəniyyətsiz davranması, xanıma qarşı nalayiq söyüşlər söyməsi barədə kafedrada səsyazısı yayılmışdı. Bu artıq yol verilməz haldır. Çalışdığı təhsil ocağnda alim olmaq deyil, bir kişi olaraq hansısa qadına qarşı rektorun nalayiq davrandığını görən azərbaycanlı kişisinin buna münasibət göstərməməsi, hələ ki, onu işdə, işdən kənar yerlərdə, bir sözlə müzakirə obyektinə çevirmək utanc gətirəcək bir haldır. Mövzudan ayrılmadan deyək ki, səsin montaj olması və ya olmaması barədə mülahizələrimizə qərar vermədən öncə belə bir sual çıxır. Tutaq ki, sayt əməkdaşı adı qeyd olunan kafedra müdirinin səsini montaj edib. O halda ortaya belə bir sual da çıxır ki, həmin sayt əməkdaşının kafedra müdiri ilə nə qərəzçiliyi ola bilər? Nəyə görə universitetdə digərlərinin deyil, məhz onun səsini montaj edərək yayımlayıblar. Hər bir olayın müəyyən səbəbi olmalıdır. Hərhalda bu bizim işimiz olmasa da, bütün zamanlarda jurnalistləri lüzumsuz xəbər yaymaqda günahlandıranlar ola bilər ki, bu məsələdə haqlıdırlar. Səs yazısına gəlincə isə onu deyə bilərik ki, əgər həmin səs yazısı montaj olmuş olsa, yəqin ki, səs sahibi dərhal hüquq-mühafizə orqanlarına müraciət etmiş olar.
Bu gün elə zaman kəsiyindəyik ki, yaşadığımız illər quruculuq, yenidənqurma illərinə təsadüf edir. O baxımdan da bütün sahələrdə olduğu kimi yeni-yeni reformalar keçirilən təhsil sahəsində də, neqativ halların varlığı danılmaz faktdır. Necə deyərlər, iş olan yerdə nöqsan da olar. Amma, hansı nöqsanlar?
GDU ilə bağlı yazılara diqqət yetirib müəyyən araşdırma apardıqdan sonra belə bir nəticəyə gəlmək olar ki, Molla Nəsrəddin demişkən “dava yorğan davasıdır”, yəni dava rektorluq kürsüsü uğrundadır. Görəsən özünü xəstə təxəyyülün məhsulu olaraq bu kürsüdə rektor görmək istəyən kimdir?
İlk öncə onu deyək ki, özünü rektor görmək istəyən şəxs bilməlidir ki, rektor kürsüsünə layiq olanın təyinatını ölkə başçısı verir. Mətbuata dirsəklənib özünü xülyalarda rektor görənin belə bir arzuda olması, ilk öncə onun saxta alim adına yiyələnməsindən başlayıb desək, yəqin ki, yanılmarıq. Əks təqdirdə rektorluq kürsüsündə oturmaq üçün çalışdığı təhsil ocağının ölkə mətbuatında dayanmadan "işıqlanmasını" təşkil edən və ya onun komanda üzvləri bu gün bir vətəndaş, bir alim olaraq adı çəkilən təhsil ocağının korrupsiya, rüşvət, plagiatlıq, elmi nəaliyyətlərin olmaması haqqında deyil, yalnız pul, vəzifə haqqında düşünürlər. Ölkə mətbuatında GDU ilə bağlı dərc olunan əksər məqalələri oxuduqca araşdırmalarımızın nəticəsi bizi belə bir anlama gətirir ki, əksər məqalələrin bir məqsədi, bir hədəfi var ki, o da rektorluq kürsüsü uğrundadır. Hörmətli oxucular! Bu haqda daha geniş açıqlamalarımızı və apardığımız araşdırmaların nəticəsini növbəti saylarımızda sizinlə bölüşməyə çalışacağıq.
"Gündəm Xəbər" redaksiyası olaraq GDU-nun müəllim və tələbə heyyətinin fikir və rəylərini də dinləməyə hazırıq.
P.S. Yeri gəlmişkən onu da nəzərinizə çatdırırıq ki, Gəncə şəhərindən MM seçilən yeganə qadın deputat hal-hazırda GDU-da elm və innovasiyalar üzrə prorektor vəzifəsində çalışır. Görəsən baş verənlərə onun münasibəti necədir? Hərhalda xalqı MM-də təmsil edən xanım deputatın, GDU-da baş verənlərlə bağlı fikri medianı izləyənlər üçün də maraqlı olar.
Ardı var.

Mehriban Əzizqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GDU-dan daha bir xəbər

    GDU-dan daha bir xəbər ...

    2-11-2015, 12:08

  • 
  • GDU-da "fövqəladə vəziyyət”

    GDU-da "fövqəladə vəziyyət” ...

    21-12-2015, 13:33

  • 
  • GDU-da tələbənin ölümünə  səbəb nə oldu?

    GDU-da tələbənin ölümünə səbəb nə oldu? ...

    19-01-2017, 15:03

  • 
  • GDU-da böyük ajiotaj yaranıb

    GDU-da böyük ajiotaj yaranıb ...

    12-11-2015, 23:40

  • 
  • GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə iclas”

    GDU-da MM-ə seçkilərlə bağlı "fövqəladə ...

    30-10-2015, 23:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu