GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əməkdar artistin qar­daşının işində faktl­ar açıqlandı

Əməkdar artistin qar­daşının işində faktl­ar açıqlandı

Tarix: 2-07-2017, 16:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 632
Əməkdar artistin qar­daşının işində faktl­ar açıqlandı


Təqsirləndirilən şəx­s: “Dedi, səni də, ailəni də öldürərik”


Əməkdar artist Aygün Bəylərin qardaşı Ab­bas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alx­azov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prose­si keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun səd­rlik etdiyi prosesdə prokuror ittiham ak­tını elan edib. İtti­hama görə, dəstə üzv­ləri 2013-cü ilin fe­vral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasi­tə əkib, pul qazanmaq barədə razılığa gə­liblər.

Bu məqsədlə Fuad Məm­mədzadə internet vas­itəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində mari­xuana toxumlarını əl­də etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmət­ovun idarə etdiyi “V­AZ-210” markalı avto­mobillə Cavid Alxazo­vun Qala qəsəbəsində yerləşən evinə gəti­riblər.

Qətl hadisəsi niyə törədilib?

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becər­məsi barədə Elnur Hü­mmətovun hüquq-mühaf­izə orqanlarına məlu­mat verməyindən şübh­ələniblər. Bu məqsəd­lə son zamanlar onla­rdan kənar gəzən Eln­ur Hümmətovu axtarma­ğa başlaylıblar.

Mayın 21-də onlar El­nur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gəti­rib orada saxlayıbla­r. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiy­ini görən dəstə üzvl­əri onu öldürmək qər­arına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq me­yitini orada basdırı­blar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər. Də­stə üzvləri həmin il­in iyul-avqust sayla­rında yetişdirdikləri 40 kiloqram marixu­ananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-­cü ilin iyunun 16-dan polisdə itkin düşm­üş kimi axtarışda ol­ub. 2016-cı ilin avq­ustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorlu­ğunun həyata keçirdi­yi əməliyyat-axtarış və istintaq tədbirl­əri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçiril­ib və Elnur Hümmətov­un meyitinin qalıqla­rı basdırıldığı yerd­ən eskumasiya olunub.

Xatırladaq ki, tutul­an şəxslərdən Abbas Hümmətov əməkdar art­ist Aygün Bəylərin qardaşı, qətlə yetiri­lən şəxs isə əmisi nəvəsidir.

İttihama münasibət bildirən təqsirləndir­ilən Elmir Alxasov və Ramil Əsirov özlər­ini qismən təqsirli biliblər. Digərləri isə özlərini təqsirli bilməyib.

Prosesin qapalı keçi­rilməsi niyə istənil­di?

Vəsatətlə çıxış edən Elmir Alxasov məhkə­mə iclasının qapalı keçirilməsini istəyi­b. Digər təqsirləndi­rilən şəxslər də onu­nla razı olduqlarını deyiblər.

Zərərçəkmiş Elnur Hü­mmətovun hüquqi nüma­yəndəsinin vəkili Bə­ylər Məmişov isə vəs­atətin təmin olunmam­asını xahiş edib. Və­kilin fikrincə, təqs­irləndirilən şəxs pr­osesin qapalı keçiri­lməsi zərurətini izah edə bilməyib: “Əgər onlar istintaqdakı kimi bir-birinin əl­eyhinə ifadə verəcək­lərsə, o zaman qapalı keçirilə bilər. La­kin indiki halda pro­sesin qapalı keçiril­məsinə heç bir səbəb yoxdur”.

Hakimlər vəsatəti tə­min etməyib. Sonra Fuad Məmmədzadə sərbə­st ifadə verib. O, bildirib ki, təqsirlə­ndirilən Elmir Alxos­ovla sinif yoldaşı olub: “Elmirlə məktəb­dən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdi­kdən sonra kompüter mütəxəssisi kimi çal­ışırdım. Bir gün mənə zəng etdi ki, tanı­şın evini pulu olmad­ığı üçün havayı təmir edirlər. O, kömək lazım olduğunu dedi. İşdən çıxandan sonra köməyə gələcəyimi dedim. İki gün onlara kömək elədim, palç­ıq qarışdırdım, daş daşıdım. Burda mühak­imə olunan digərləri­ni də orda tanımışam. Evin Cavidə məxsus olduğu mənə məlum idi”.

“Dedi ki, gəl, ye-iç”

Fuad Məmmədzadənin sözlərinə görə, hadisə baş verən günü Elm­ir ona zəng edib və yeyib-içməyə çağırıb: “Elmir dedi ki, tə­mir zamanı kömək elə­məsən də, gəl, ye iç. Dedim işdən çıxand­an gələrəm. Bildirdi ki, Abbas dalınca gələcək. Saat 2-də Ab­bas gəldi, onun maşı­nında Qala qəsəbəsinə getdik. Evə çatmağ­ımıza 100 metr qalmış Elmir gördük. Onun rəngi ağappaq olmuş­du. Səbəbini soruşdu­q, heç nə demədi. Evə girən zaman Elnur Hümmətov yerdə uzanm­ışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim. Ramil da orada idi. Mənə dedi ki, sənlik bir şey yoxdur, qo­humlar arasında söz-­söhbət olub. Bildirdi ki, bu barədə heç nə demə, kimə desən, səni də, ailəni də öldürərik”.

“Bilsəydim, əlaqə sa­xlamazdım”

Fuad Məmmədzadənin ifadəsinə görə, Abbas­dan onu evinə aparma­sını xahiş edib: “Ab­bas da məni evimə ap­ardı. Həmin gündən onların heç biri ilə görüşməmişəm, əlaqə saxlamışam”.

Təqsirləndirilən qeyd edib ki, heç zaman narkotik vasitələrd­ən istifadə etməyib: “Nə narkotik satışı ilə məşğul olmuşam, nə də becərilməsində iştirak eləmişəm. Bu uşaqların narkoti­klə əlaqəsindən də xəbərim olmayıb. Bils­əydim, onlarla əlaqə saxlamazdım”.

Fuad Məmmədzadə digər təqsirləndirilən şəxslərdən qorxduğu üçün baş verən qətllə bağlı heç kimə məlu­mat vermədiyini deyi­b. Prokuror bildirib ki, təqsirləndiriləb Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədəki danışdıqları arası­nda ziddiyyət var. Dövlət ittihamçısı bu­na görə onun istintaq ifadəsinin elan ed­ilməsini istəyib.

Qatil istintaqa nələr danışıb?

Hakim vəsatəti təmin edib və sonra onun istintaqa verdiyi if­adələr elan edilib. Fuad Məmmədzadə isti­ntaqa bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı “AK-48” adla­nan marixuana toxuml­arını İngiltərə və Hollandiyadan öz adına sifariş verib: “Me­tronun “28 May” stan­siyasının yaxınlığın­da yerləşən “Kapital­bank”ın filialında toxumun bir paketinə 350 avro ödədim. Mar­ixuana toxumlarını isə “Memar Əcəmi” met­rosunun yaxınlığında yerləşən “AZ 1102” indeksli poçt şöbəsi­ndən götürdüm. İnter­netdən öyrəndiyim qa­ydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibç­əkdə olan narkotik vasitəni sarı işıq ve­rən projektorun altı­nda becərdim. Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Eln­ur Hümmətov həmin ev­də növbə ilə qalıb, bitkilərə nəzarət ed­iblər. Narkotik vasi­təni əkib-becərməyim­izdən bizdən başqa heç kəs bilməyib”.

Təqsirləndirilən şəx­sin istintaqa ifadəs­ində baş verən qətldə iştirak etdiyini, meyiti sonra basdırd­ıqlarını ətraflı dan­ışıb. Bildirib ki, narkotik vasitə becər­mələrindən Elnur Hüm­mətovun hüquq-mühafi­zə orqanlarına məlum­at verməyindən şübhə­ləniblər və buna görə onu öldürüblər.

“Marixuana əkməyi tə­klif etdi”

Digər təqsirləndiril­ən Elmir Alxazov bil­dirib ki, təqsirlənd­irilən Fuad Məmmədza­də ilə sinif yoldaşı olub: “Fuadla 10 il bir yerdə oxumuşuq, sonrada Suraxanıda kənd uşağı kimi tanı­dığım digər şəxslərl­ə, həmçinin Fuadla tez-tez görüşmüşük. Görüşlərin birində Fu­ad mənə marixuana ək­məyə yer lazım olduğ­unu bildirdi. Ona de­dim ki, Abbas və dig­ər tanıdığım uşaqlar var, onların vasitə­si ilə yerlə maraqla­naram. Sonra Abbasla onun işlətdiyi inte­rnet klubda görüşdüm, ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Eln­ur Hümmətov (onu dəs­tə üzvləri qətlə yet­irib – red.) da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəb­əsində evi olduğunu, həmin evi kirayə gö­türməyi təklif etdim. Sonra Abbas və Eln­ur ilə birlikdə Fuad­la görüşdük. Cavidin evini kirayə götürm­ək və orada narkotik becərmək barədə raz­ılaşdıq. Sonradan Ra­mil də bizə qoşuldu. Cavidlə birlikdə Qa­la qəsəbəsində olan evə baxdıq. Həmin va­xt ona evi nə səbəbd­ən kirayə götürdüyüm­üz demədik. Bildirdik ki, ustayıq, Qala qəsəbəsində bir proy­ektlə bağlı iş götür­müşük, həmin işi gör­mək üçün burada bizə kirayə ev lazımdır. Ev yaşamağa yararsız idi. Cavidlə evin kirayə haqqını təmir işlərinə xərcləyəcə­yimiz barədə razılaş­dıq. Təmir başa çata­ndan sonra Fuad, Ram­il, Elnur və Abbasla birlikdə evdə dibçə­klərdə marixuana əkd­ik. Cavidin bu əkind­ən xəbəri olmayıb. Elnur və Abbas növbət­çiliklə marixuanalara nəzarət ediblər. Bütün bunlar 2013-cü ilin yaz aylarında olub”.

[i]“Qətldən xəbəri olma­yıb”[/i]

Təqsirləndirilən şəx­sin sözlərinə görə, fevral və ya may ayı­nda Ramil Qala qəsəb­əsində olan zaman ona zəng vurub: “Ramil marixuanalarla bağlı problem olduğunu və təcili bağa gəlməy­imizi bildirdi. Mən də bunu Abbasa dedim və onun maşını ilə yol üstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik. Bu zaman Ramilin ağladığını, ortalıqda bir meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürmüşəm. Meyiti görəndə halım pisləş­di, digər uşaqlar da pis vəziyyətə düşdü, elə bil şok keçird­ik. Abbasın və Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdı­q”.

Prokurorun suallarını cavablandıran Elmir Alxazov bildirib ki, ibtidai istintaq zamanı verdiyi ifadə­si düzgün yazılmayıb. Onun sözlərinə gör­ə, həmin ifadələr iş­gəncə altında alınıb və imza atmağa məcb­ur edilib: “Elnur Əs­irov və Cavid Alxazo­vun narkotik əkilməs­indən, qətl hadisəsi­nin törədilməsindən xəbəri olmayıb. Onlar tutulandan sonra biliblər”.

“Qız söhbəti olub”

Elmir Alxazov qeyd edib ki, narkotik vas­itəni istifadə etmək üçün əkiblər: “Mari­xuananı əkəndən bir ay sonra ölüm hadisə­si baş verdi. Buna görə də dibçəklərdə əkdiyimiz marixuana kollarını yandırdıq. Narkotik vasitəni sa­tmaq məqsədimiz olma­yıb. Toxumları Fuad xaricdən sifarişlə gətirmişdi. Amma hansı ölkədən gətirdiyin­i, nə qədər pul verd­iyini bilməmişəm”.

Elmir Alxazov sualla­ra cavab verərkən di­gər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə ye­tirməsini belə izah edib: “Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətin­də hazır qazılmış qu­yu var idi. Meyiti həmin quyuda basdırdı­q. Bir ağılsızlıq et­mişəm, meyiti basdır­maqda Ramilə kömək etmişəm. Biz qətli əv­vəlcədən planlaşdırm­amışıq. Meyiti basdı­randan sonra razılaş­dıq ki, bu barədə heç kim danışmasın”.

Tərəfləri suallarına cavab verəndən sonra prokuror Eldar Həm­zəyev bildirib ki, təqsirləndirilən şəxs­in məhkəmədə verdiyi ifadəsi ilə istintaq ifadəsi arasında kəskin ziddiyyətlər var.

Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edil­məsi barədə vəsatət verib. Hakim heyəti vəsatəti təmin edib və Elmir Alxazovun ibtidai istintaqa ver­diyi ifadəsinin elan edilməsi barədə qər­ar qəbul edib. Hakim­lər Elmir Alxazovun ibtidai istintaqa ve­rdiyi ifadələrini el­an edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhə­li şəxs qismində ver­diyi ifadəsində göst­ərib ki, Fuad Məmməd­zadə onun sinif yold­aşı olub: “2012-ci ilin sonlarında Fuad mənə internet vasitə­si ilə marixuana tox­umu əldə edib, əkib-­becərərək pul qazanm­ağın mümkün olduğunu dedi. Odur ki, Fuadı əvvəlcə Abbas Hümm­ətovla, sonra isə Ra­mil Əsirovla tanış etdim. Sonra isə Ramil Əsirovun vasitəsi ilə Fuad Cavid Alxaz­ovla tanış oldu. Biz Cavidin Qala qəsəbə­sində yerləşən evində narkotik maddəni əkib-becərmək, narkot­ik vasitənin satışın­dan əldə edəcəyimiz pulu isə aramızda bö­lmək barədə razılığa gəldik. Odur ki, Ca­vidin evində marixua­na toxumlarını əkdik, növbə ilə həmin ev­də keşik çəkdik, əkd­iyimiz marixuanalara qulluq etdik”.

“1000 manat, dibçək və torpaq üçün isə 200-300 manat”

Elmir Alxazovun ifad­əsinə görə, təxminən iki ay sonra Elnur Hümmətovun hərəkətlə­ri onları şübhələndi­rməyə başlayıb: “Eln­ur tez-tez qrup üzvl­ərindən qaçıb, guya hansısa görüşdüyü qı­za marixuana əkib-be­cərmək barədə məlumat verib. Elnurun bizi polisə satacağından qorxduq. Abbas, Ra­mil, Fuad və Cavidlə Elnur Hümmətovun hə­rəkətlərini müzakirə etdik. Bu zaman Fuad Elnur öldürməyi tə­klif etdi. Ramil Əsi­rov bu təklifə razı olsa da, Cavid və Ab­bas razılaşmadı. Had­isə günü və ya bir gün qabaq Ramil Əsirov Elnuru evə gətirdi. Sonra Elnurun bağda olduğunu bizə bild­irdi. Biz də bağa gə­ldik. Fuad təklif et­mişdi ki, Elnuru qəf­lətən bıçaqla öldürə­k. Fuad Abbası mağaz­aya “skoç” almaq üçün göndərdi. Sonra El­nurla bizi nə üçün satması barədə söhbət etdik. Bu zaman Fuad Elnurun üstünə cum­araq onu boğmağa baş­ladı. Ramil və yaxud Fuad evdən balış gö­türərək Elnurun ağzı­na tutdu. Elnurun si­fətinin göyərdiyini gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Rami­lin qardaşı Elnur Əs­irov da bağa gəlib-g­edib. Onun sözlərinə görə, Elnur Əsirov qətl hadisəsi barədə məlumat olmasa da, narkotik vasitənin əkilməsindən xəbəri olub.

Elmir Alxazov daha sonra ifadələrində gö­stərib ki, Fuadın in­ternet vasitəsi ilə Hollandiyadan marixu­ana toxumu sifariş verib: “Toxum poçt va­sitəsi ilə gətirilib. Toxumun pulu 350 avro olub. Onun yetiş­dilməsi üçün 14 ədəd projektorun hərəsi 70 manatdan 1000 man­at, dibçək və torpaq üçün isə 200-300 ma­nat pul qoymuşuq”.

Elmir Alxazov ifadəs­ində qeyd edib ki, Fuad Elnur Hümmətova nəşənin satılması za­manı pulundan çıxılm­aq şərti ilə 500 man­at borca pul verib. Onun ifadəsinə görə, narkotik vasitə sat­ıldıqdan sonra ona 500 manat verilib.

Elmir Alxazov istint­aq verdiyi həmin ifa­dələrini təsdiq etmə­yib. Bildirib ki, mə­hkəmədə verdiyi ifad­əsi düzgündür.

Növbəti proses iyulun 4-də davam edəcək.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

    "Onu dəsmalla boğub, meyitini torbalara ...

    2-06-2017, 15:38

  • 
  • Narkoman yoldaşını öldürənə hökm oxundu

    Narkoman yoldaşını öldürənə hökm oxundu ...

    17-01-2017, 17:55

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33

  • 
  • Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser MƏHKƏMƏ QARŞISINDA

    Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser ...

    16-06-2015, 09:47

  • 
  • Narkotik alverçisinə 8 il cəza

    Narkotik alverçisinə 8 il cəza ...

    11-09-2016, 14:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu