GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

"Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI

Tarix: 2-06-2017, 15:38 Bölmə :Kirminal Baxış: 459
"Onu dəsmalla boğub, meyitini torbalara yığdıq, üstünü betonladıq" - DƏHŞƏTLİ CİNAYƏTİN ETİRAFI


Əməkdar artist Aygün Bəylərin qətl törədən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Elnur Alxasov, Fuad Məmmədzadə, Cavid Alxasov, Ramil Əsirov və Elnur Əsirovun cinayət işi üzrə məhkəmə başlayıb.

gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər Elmir Alxasov və Ramil Əsirov özünü qismən təqsirli bilsə də, digərləri özlərini qəti olaraq təqsirli bilməyib. Məhkəmə təqsirləndirilən şəxslərə sərbəst ifadə verməyi təklif edib. Bu zaman Elmir Alxasov vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib.

O bildirib ki, zalda, ümumiyyətlə, heç kimin olmamasını istəmirlər. Digər təqsirləndirilən şəxslərdə vəsatətin təmin olunmasını istəyiblər. Zərərçəkmiş Elnur Hümmətovun hüquqi nümayəndəsinin vəkili Bəylər Məmişov isə təqsirləndirilən şəxsin vəsatətin təmin olunmamasını istəyib: "Təqsirləndirilən şəxs niyə görə qapalı prosesin keçirilməsini izah edə bilmir. Əgər onlar istintaqdakı kimi bir-birinin əleyhinə ifadə verəcəklərsə, o zaman qapalı keçirilə bilər. Lakin indiki halda prosesin qapalı keçirilməsinə heç bir səbəb yoxdur".

Vəsatət təmin edilməyib.

Təqsirləndirilən şəxslərdən Fuad Məmmədzadə prosesdə ifadə verib.

O, ifadəsində qeyd edib ki, təqsirləndiriləndən Elmir Alxasovla sinif yoldaşı olub: "Elmirlə məktəbdən sonra bir neçə dəfə görüşmüşük. Mən universiteti bitirdikdən sonra kompüter mütəxəssisi çalışırdım. Elmir bir gün mənə zəng elədi ki, tanışın evini təmir edirlər. Pulları olmadığında təmiri özləri edirlər. Kömək lazım olduğunu dedi. Bildirdim ki, işdən çıxandan sonra gəlib kömək edərəm. 2 gün gedib onlara kömək elədim. Palçıq qarışdırdım, daş daşıdım. Bu uşaqları da orda tanımışam. Evin də Cavidə məxsus olduğu mənə məlum oldu".

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Elmir ona zəng edərək yeyib-içməyə çağırıb: "Ev başa çatmışdı. Elmir zəng elədi ki, sən də təmir zamanı kömək eləmisən, gəl, ye iç. Dedim, işdən çıxandan gələrəm. Dedilər, Abbas dalınca gələcək. Saat 2 idi. İş vaxtım qutardı. İşdən də tez çıxanda maaşım kəsilirdi deyə tam vaxtında çıxdım. Abbas gəldi, onun avtomobili ilə Qalaya gəldik. Evə çatmağımıza 100 metr qalmış Elmiri gördük. Rəngi ağappaq olmuşdu. Səbəbini soruşduq, heç nə demədi. Evə girən zaman otaqda yerdə meyit gördüm. Elnur Hümmətov yerdə uzanmışdı, ağzından köpük və qan gəlirdi. Heç nə soruşa bilmədim, ürəyim bulandı. Tualetə getdim. İçəridə Ramil vardı. Mənə dedi, sənlik bir şey yoxdu, qohumlar arasında söz-söhbət olub. Sən heç kimə heç nə demə. Desən, səni də, ailəni də öldürərik. Mən Abbasdan xahiş elədim ki, məni evə aparsın. Biz ordan çıxdıq, məni evə gətirdilər. O gündən bəri heç biri ilə görüşməmişəm, əlaqə saxlamamışam. Ölkədən getmişdim, sonradan geri qayıtdım".

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs istintaq dövründə bir neçə dəfə ifadə verib: "Birinci dəfə ifadə verməkdən imtina etmişəm. Sonra polisdə bizə təzyiq edildi, ifadəni onlar deyəm kimi yazıb qol çəkdirdilər. Orda şəkər tutdum. Şoka düşdüm. Müalicə Müəssisəsinə köçürtdülər. Daha sonra ifadəmi verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, heç zaman narkotik maddələrdən istifadə etməyib: "Nə satışı ilə məşğul olmuşam, nə də becərilməsi ilə. Mənim bu uşaqların narkotiklə əlaqəsinin olmasından xəbərim olmayıb. Olsaydı, heç zaman münasibət saxlamazdım".

Zərərçəkmişin nümayəndəsi Bəylər Məmişovun sualına cavab olaraq Fuad Məmmədzadə bildirib ki, qorxduğundan bu barədə heç kimə məlumat verməyib: "Məni təhdid eləmişdilər. Qorxduğumdan bu barədə heç kimə heç nə deməmişəm. Ümumiyyətlə, heç kimlə danışmamışam".

Prokuror bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadənin istintaqa verdiyi ifadələrlə məhkəmədə danışdıqları arasında ziddiyyət var. Dövlət ittihamçısı buna görə onun istintaqa verdiyi ifadələrin elan edilməsini istəyib.

Hakim vəsatəti təmin edib. Onun istintaqa verdiyi ifadələr elan edilib.

Fuad Məmmədzadə istintaqa ifadəsində bildirib ki, internet vasitəsi ilə bir sayta girməklə kod adı "AK-48" adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim. Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən "Kapitalbank"ın filialında toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "AZ 1102″ indeksli poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim.

Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib".

Təqsirləndirilən şəxsin istintaqa ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: "Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata bilməsi şübhəsi yaratdı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim".

Fuad Məmmədzadə ifadəsində həmçinin Elnur Hümmətovu narkotik vasitə əkdikləri evə gətirmələrindən, sonra onu öldürmələrindən danışıb: "Ramil və onun qardaşı Elnur dəsmalı Elnur Hümmətovun boğazına dolayaraq boğdular. Bu zaman Elnurun səsi kəsildi. Onun öldüyünə əmin olduqdan sonra meyiti torbalara yağdıq. Saat 16 radələrində Abbas avtomobillə Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazaraq, meyiti orada basdırdıq, üstünü də betonladıq".

Fuad Məmmədzadənin sözlərinə görə, Abbas vəd etdiyi kimi becərdikləri marixuananı 150 kibrit qutusunda qablaşdırıb: "Hər bir qutunu 70 manata satdıq. Əldə edilmiş 15 min manat puldan mənə 2 min manat verildi. Qalan pul isə qrupun digər üzvləri arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, ifadə verən zaman təzyiqi qalxdığından düzgün ifadə verə bilməyib.

Məhkəmə prosesi iyunun 16-da davam edəcək. Gələn prosesdə Aygün Bəylərin qardaşının dindirilməsi gözlənilir.

Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.

Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi "VAZ-210" markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.

Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.

Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kafedə cinayət törədən məhkəmə qarşısında

    Kafedə cinayət törədən məhkəmə qarşısında ...

    29-03-2015, 12:55

  • 
  • Maştağada qətl törədən məhkəmə qarşısında

    Maştağada qətl törədən məhkəmə qarşısında ...

    18-01-2016, 12:12

  • 
  • Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser MƏHKƏMƏ QARŞISINDA

    Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser ...

    16-06-2015, 09:47

  • 
  • MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ilahiyyatçı özünü günahkar bilmir

    MTN-də Şeyxin əleyhinə ifadə verməsi istənilən ...

    20-07-2016, 02:04

  • 
  • Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında

    Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında ...

    14-01-2016, 12:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu