“Kimə müraciət edirəmsə mənə kömək edən tapılmır. Bu gün İmişlinin icra başçısı, Rayon Polis İdarəsinin rəisi olmasa məni bir saniyyənin içində heç bir əsas olmadan həbs edərlər ”. Bu sözləri İmişli sakini,jurnalist Məhbub Zülfüqarlı redaksiyamıza göndərdiyi məktubda yazıb. Şikayətçi bildirir ki, bu gün rayonda az qala mafia yaradan biznesmen-məmur Saleh Mehralı oğlu Səmədov onu həbsə atdırmaq üçün bütün imkanlarından istifadə edir:” Saleh Səmədov hakimlə yaxın dostdur və buna görə məhkəməyə təzyiq etdirərək mənimlə bağlı başlanan prosesi tam tərsinə apartdırır. Bunu da xüsusi olaraq qeyd edim ki, Saleh Səmədov bu günlər də məclislərdən birində hakimlə bir yerdə olub və onların şəkilləri də var. Amma dediklərimi heç kəs eşitmək istəmir. Saleh Səmədov o qədər arxeyindir ki, hətta icra başçısını belə məhkəməyə gətizdirəcəyini deyir”. Şikayətçi daha sonra yazır ki, Saleh Səmədov həmçinin YAP rayon təşkilatının sədrini də hədəfə alıb:” Mən bilirəm ki, hazırda məhkəmə aparılsada qərar çoxdan hazırdır və gülməlidir ki, Saleh Səmədov bunu gizlətmirdə. Bunu da deyim ki, hakim Ülvi Qəmbərov iki dəfə töhmət alıb və ondan narazılıq kifayət qədərdir. Yazaraq bildirirəm ki, son məhkəmə prosesində yenə də Saleh Səmədov məni cinayətkar adlandıraraq təhqir etdi. Amma hakim onu susdurmağın əvəzinə özü susdu. Bundan ürəklənən Saleh Səmədov isə dedi ki, Yarməmmədi (başçını nəzərdə tutur), Yastı Salmanı (YAP RT sədrini nəzərdə tutur) bu tribunaya, zala gətir, səni əhf edim, iddiamı geri götürüm. Gördüyünüz kimi Saleh Səmədov tək məni yox, eyni zamanda rayondakı rəhbər şəxsləri də hədəfə alıb və onun məndən başçıya dolayı yolla böhtan atmağımı istəməsi məsələnin nə qədər mürəkkəb olduğunu göstərir. O mənə bu təklifi edəndən sonra isə mən dedim ki, mən sən əxalqda deyiləm ki, prezidentin İmişlidəki güvəncləri haqqında təhqir etmək bir yana, məhkəməyə əsassız dəvət etdirməyi vicdansızlıq sayıram”. Şikayətçi bunu da yazır ki, günlərdir ki, o Saleh Səmədovla olan telefon danışığını çıxartdıra bilmir:”Dəfələrlə müraciət etsəmdə buna baxan yoxdur. Amma o danışığı çıxartsalar hər şey aydın olacaq. Aydın olacaq ki, Saleh Səmədov məni necə təhqir edir, necə hədələyir. Amma hakimin sayəsəndə mən buna nail ola bilmirəm”.Qeyd edək ki, redaksiyamıza ünvanlanan məktub həm də birinci vitse-prezidentə ünvanlanıb. Xatırladaq ki, Saleh Səmədov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?