GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ramiz Həsənov nədən Saleh Səmədovu himayə edir?

Ramiz Həsənov nədən Saleh Səmədovu himayə edir?

Tarix: 21-06-2017, 20:30 Bölmə :Siyasət Baxış: 1 159
Ramiz Həsənov nədən Saleh Səmədovu himayə edir?


Təzyiqlərə məruz qalan jurnalist prezidentə müraciət etdi

Müstəqil jurnalist Məhbub Zülfüqarlı üzləşdiyi problemlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Surəti Ədliyyə Naziriyi yanında Məhkəmə Hüquq Şurasına, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyevə,İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə ünvanlanan müraciət redaksiyamıza da daxil olub.

İmişli şəhəri, L.Vəliyev küçəsi, 38 saylı evin sakini Məhbub Zülfüqarlı bildirir ki, 8 mart 2017-ci il, saat 10:47-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi, İmişlidı məmur-biznesmen kimi tanınan Saleh Səmədov və onun yaxdın adamı - Bələdiyyənin keçmiş sədri İftixar Əliyev bələdiyyənin hazırkı sədri Mehman İsmayılovu təhdid edib, hətta ona xəsarət yetiriblər. O zaman Daxili İşlər Nazirliyi məsələyə operativ reaksiya versə də, məhkəmə müstəvisində şəhər bələdiyyəsinin hazırki sədri Mehman İsmayılova qarşı ədalətsizlik baş verir: "Ardıcıl məhkəmə prosesləri həm şəhər bələdiyyəsinin işini tormozlayır, həm də məhkəməyə cəlbolunduğum üçün mənim jurnalist kimi peşə fəaliyyətimə maneəçilik yaradır: " İmişli məhkəməsinin hakimləri - sədr Qurban Hacıyev, eləcə də Ülvü Qəmbərovun ardıcıl olaraq birtərəfli qaydada dostluq etdikləri Saleh Səmədovu, İftixar Əliyevi müdafiə etməsi artıq səbrimizi tükəndirir, yaşam hüququmuzu, vətəndaşlar arasında mötəbər nüfuzumuzu sarsıdır. Onlar bizə psixoloji sarsıntı yaşatmaqla ləzzət alırlar".

Məhbub Zülfüqarlı yazır ki, 7 iyun 2017-ci il, saat 10:45-də Mehman İsmayılovun məhkəmə prosesini aparan məhkəmə sədri Qurban Hacıyev Saleh Səmədovun dostudur: "Saleh Səmədovun nümayəndəsi Elnur Tağıyev işindəki ciddi nöqsanlara görə RİH-dən və şəkər zavodundan qovulub. Məhkəmə sədir və Elnur Tağıyevin iclas zamanı etdiyi hərəkətlər Mehman İsmayılovun nümayəndələrinin dərin etirazına səbəb oldu. M.İsmayılovun nümayəndəsi Davud Zülfüqarov vəsadət verdi ki, məhkəmə sədri Qurban Hacıyev Saleh Səmədovla dostdir, ona görə də məhkəmə prosesi başqa rayona keçirilməlidir.

Hakim Davud Zülfüqarovun iradlarına haqq qazandırıb, barışığa çalışacağına vəd etdi.

Davud Zülfüqarov bildirdi ki, İmişli ərazisinin böyük hissəsini alan Saleh Səmədov bələdiyyəyə 130 min manat vergi borcunu ödəmir: "Mehman İsmayılovun onun əməlləri barədə Prezident Administrasiyasına, Ədliyyə Nazirliyinə yazdığı şikayəti araşdırılmalı olsa da, əvəzində həmin şikayət məktubu hansı yollarlasa 20 gündən sonra S.Səmədova verilib. Bu, Azərbaycanda 5-ci kalonun güclü olması faktı deyilmi?

Belə çıxır ki, yoxsul oğlu Bələdiyyə sədri ola bilməz".

Davud Zülfüqarlı bildirdi ki, M.İsmayılovu sədrliyə bələdiyyə üzvləri seçib, Ədliyyə Nazirliyi təsdiq edib: "İndi kimi istəyirsiniz gəlib seçin, təyin edin və biz də rahatlanaq. 9 aya yaxındır ki, S.Səmədovun spirt zavodunun üfunətli iyindən boğuluruq. Bu səbəbdən nəvələrimi, ailəmi, qızımı götürüb evdən çıxmışam, evimi satdığa qoymuşam. S.Səmədov isə telefonla mənə bildirir ki, çəkdiyim xərci verin, bu iş bitsin".

D.Zülfüqarov bildirdi ki, S.Səmədov biznesmen-məmur olsa da, artıq yeni müxalifət kimi danışır, siyasətə girişdiyini bəyan edir: "Belə deyilmi, möhtərəm hakim?".

Məhbub Zülfüqarlı yazır ki, bu sözdən sonra hakim "mən yenə də barışıq təklifi edirəm” dedi: "Davud Zülfüqarlı isə bildirdi ki, S.Səmədov bir bələdiyyə sədrliyinə görə nəslimizi təhdid edir"

Məhbub Zülfüqarlı yazır ki, elə həmin gün saat 12:30-da məhkəmədə Ülvü Qəmbərovun sədrliyi ilə Saleh Səmədovun ona qarşı qaldırdığı şikayətə baxılıb: "Qərarın surətini 9 iyun 2017-ci ildə aldım.

S.Səmədovun nümayəndəsi mənim bütün saytlarda yerli məmurlara, biznesmenlərə qarşı tənqidlərimin surətinə baxmağımı istədikdə, Ⅶ"bəndənizə qarşı qisasın həcmini artıq müəyyən etdim" dedim.

Nümayəndə Elnur Tağıyevə bildirdim ki, başçını, YAP-ın rayon təşkilatı sədrini, biznesmenlər Əvəz Şükürovu, Şükür Aslanovu, Hacı Tofiq İsayevi, deputatlar İltizam Əkbərlini, qismən Əhəd Əhmədovu, Çingiz Qənizadəni, Əsabil Qasımovu zaman-zaman tənqid etmişəm. Bu hörmətli şəxslərin mənə qarşı gizli, açıq rəğbətlərini duymuşam, heç biri məni təhqir, təhdid, təqib etdirməyib, məhkəmə yollarında qoyub, psixoloji sarsıntıya, gərginliyə saldırmayıb. Saleh Səmədovun mənə yaşatdığı acılar səbəbindən 20 mart 2017-ci ildə əzizlərimi yad edə bilmədim. Novruz Bayramı gecəsi onlar qətl olunudular".

Jurnalist yazır ki, Saleh Səmədovun arxası hansısa qüdrətli nazirə söykəndikdən sonra o, heç kimi saymır, insanların şəxsiyyətini alçaldır, heysiyyəti ilə oynayır: "Axı pul spirtdədir. Bizlər məcbur olub ərazidən köçmək istəyirik. Şikayət etmədiyimiz rəsmi şəxs qalmayıb. Qeyd edim ki, bununla bağlı 16 səhifəlik müraciətə 421 nəfər sakin imza atıb. Ancaq Saleh Səmədovun spirt zavodu fəaliyyətini davam etdiri, biz usə əzab çəkməkdə davam edirik. Şəhər sakini Pənahov Nazim Göbəktala kəndinə köçməyə məcbur olub.

Saleh Səmədov barədə 421 nəfərin şikayətini cənab Prezident İ.Əliyev Səhiyyə Nazirliyinə göndərib.

13 mart 2017-ci il tarixli DTX-ya müraciətim, bu orqan tərəfindən 16 mart 2017-ci ildə Səhiyyə nazirinə, oradan isə GEM-ə göndərilib. GEM baş direktor vəzifəsini icra edən İmran Abdullayev , 19.04.2017-ci il, №04-22/III2 saylı məktub göndərərək təsdiq edir ki, ötən ilin oktyabrında kollektiv şikayət ərizəsi əsasında, mütəxəsislər həmin obyektə baxış keçirib, xoşagəlməz qoxuya malik olan çirkab suları təmizlənmədən və zərərsizləşdirilmədən müəssisənin giriş qapısından10-15 metr məsafədə qazılmış sahəsi 200-250 m2 olan üstü açıq xəndəyə axıdılır. Xəndəyin çirkab su ilə dolu olması, yaxınlığında xoşagəlməz qoxunun olduğu müəyyən edilmişdir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olmuşdur".


Məhbub Zülfüqarlı yazır ki, Bələdiyyə sədri Mehman İsmayılovun Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə yazdığı şikayətin surətini Saleh Səmədova kurator verib: "Bu,məhkəmədə araşdırıldı. Budur, məmur özbaşınalığı, vəzifədən sui-istifadə. Saleh Səmədov Mehman İsmayılovu boğaza yığıb. Bələdiyyəyə 130 min manat vergi borcunu ödəmək xahişinə görə Saleh Səmədov məhkəmə vasitəsi ilə Mehman İsmayılovdan 25 min manat tələb edir. Krılovun "Qurd və quzu" təmsilində qurd çayın yuxarısında durub quzunu ittiham edir ki, suyu sən bulandırdın".

Jurnalist yazır ki, cənab prezident islahata start verib, Saleh Səmədov isə islahat, bələdiyyəyə vergi borcunu ödəmək əvəzinə, İmişli sakinlərinə məhkəmələrlə divan tutmağa hazırlaşır: "Saleh Səmədov yaxın ətrafına "Bütün sərvətimi dağıdacağam, Mehman İsmayılovu, Davud və Məhbub Zülfüqarlıları diz çökdürəcəm” deyib. Sübahir Qurbanova 350 min patent ödəyən məmur-sahibkarın bizləri susdurmaq üçün 200 min ödəməsi onun üçün dəryadan bir fincan su içmək kimidir.

8 mart 2017-ci ildə məni ağır şəkildə təhqir edən Saleh Səmədov elə sanır ki, onu təhqir etmiş, böhtan atmışam.Əslində həmin təhqirə görə S.Səmədov cəzalanmalı idi.O, isə əksinə, qardaşımın kürəkəni Mehman İsmayılovu arxasız, pulsuz görüb, nəinki özü, ətrafında peyk kimi hərlənən İftixar Əliyevi də Mehman İsmayılova qarşı qaldırıb, rayonda intriqanın təməlini qoyub. Mehman İsmayılova qarşı son bir ayda 8 dəfə məhkəmə prosesi başladıblar. Qardaşım Davud isə kürəkəninə sədr və üzvlükdən istefa verməyini diləyib. İntriqalardan, ara qarışdıranların, pulunun gücünə arxayın olanların hər şeyə gedə biləcəyindən, dövlət rəsmilərinə şikayətlərimizin cavabsız olmasıdan, həyati təhlükəsizliyimizə zəmanətin olmamasından ehtiyatlanır. Haqlıdır. Saleh Səmədovun qardaşı və ətrafı Bələdiyyə sədrini xəstəxanalıq edirlər, tədbir görülmür, onları həbs etmirlər.Yoxsul biri bunlara söyüş söyərsə, həbsxanadan çıxmasına imkan verməzlər".

Daha sonra jurnalist yazır:

"Cənab prezident! Bu gün 13 iyundur. 13 mart 2017-ci il Sizə Bakıdan- Mərkəzi poçtdan məktub göndərmişdim.Martın 16-da İmişli RİH başçısı mənimlə görüşərək, təhlükəsizliyimə zəmanət verildiyini bildirmişdi. Həmin tarixdə DTX operativ olaraq məktubumu Səhiyyə nazirinə və Standartlaşdırma Metrologiya və Patent Dövlət Komitəsinə göndərmiş, 24 mart 2017-ci il Komitə rəsmilərindən biri mənim mobil telefonuma zəng edərək sorğu etdikdə, Saleh Səmədovun məni təhqirini olduğu kimi bildirdim. Komitə rəsmisi isə “Əstəğfürullah, o, tərbiyəsizin barənizdə dediyini heç olmasa, siz olduğu kimi deməyin” – desə də, Saleh Səmədovun mobil nömrəsindən mənə zəngini araşdırmadan bir ay sonra cavab yazdı ki, "S.Səmədovun izahatını aldıq , sizi təhqir etmədiyini yazdı".

DTX-nın operativ olaraq Səhiyyə nazirliyinə göndərdiyi məktuba həmin nazirliyin və GEM-in doğru-dürüst cavabı məni və sakinləri qane edib, təşəkkür etmişəm. Hansısa səbəblərdən Baş Prokurorluq məktubumu Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə göndərib.Axı mən özüm həmin komitəyə məktub və email göndərmişdim.

12 iyun 2017-ci il saat 11:45-də Qurban Hacıyevin sədrliyi ilə S.Səmədovun hamisi olduğu İftixar Əliyevin məhkəmə prosesində İ hər ikimizi hakimin gözü qarşısında təhqir etməsini hakimin diqqətinə çatdırdım. Sözsüz ki, protokola qeyd etdirməzdi. Hakim

diqqətimizə çatdırdı ki,S.Səmədovu Standartlaşdırma Komitəsinin sədri Ramiz HəsənovAran zonasına rəhbər təyin edib, biz çıxara bilmərik.Guya ki, biz Komitə sədrindən S.Səmədovun çıxarılmasını tələb etmişdik. Həm də hakim diqqətimizə çatdırdı ki, Ramiz Həsənov bizim cəzalandırılmağımızı tələb edir. Prosesdə İ.Əliyev hakimdən tələb etdi ki, “İmişlililər yığılıb bu 5-6 nəfəri İmişlidən qovub çıxartmalıdır". İ.Əliyev hakimə deyirdi ki, Bələdiyyənin qanuni sədri mənəm, M.İsmayılov qeyri- qanuni sədrdir, mənim sədrliyimi zəbt edib. Bunlar sübut etdi ki,”dava yorğan davasıdır”. Bələdiyyə sədrliyi alver predmetidir. Hakim də “uzaqgörənlik” edib, “gedin Saleh Səmədovdan üzr istəyin, mən barışdıran-zad deyiləm, başçı V.Hacıyevdən xahiş edəcəyəm ki, Mədəniyyət evində yığıncaq keçirsin, kimi istəyirlərsə, bələdiyyə sədri seçsinlər, kimin nüfuzu varsa, İmişlilər təsdiq etsin”, - dedi.

Hakimin sözünə M.İsmayılov sərt cavab verdi:"Bələdiyyə sədrini , bələdiyyə üzvləri seçir,mən istefa verim, təzədən kimi seçsələr, hörmətlə yanaşaçam.Davanın sədrlik davası olduğunu Siz də bizə sübut etdiz.

Möhtərəm Prezident!

Xahiş edirəm ki, 13 mart 2017-ci il tarixli Bakıdan - Mərkəzi Poçtdan Sizə göndərdiyim məktubum yenidən araşdırılsın. Xahiş edirəm ki, bu 3 ayda bizlərə qarşı davam edən təhqir, təhdid və təqiblərə son qoyulsun. Mən artıq intihar etməkdə qərarlıyam.

Sizdən xahiş edirəm ki, S.Səmədovun, onun himayə etdiyi İftixar Əliyevin bələdiyyə sədrliyini alver predmetinə çevrilmələrinin, bizi intriqalara çəkib, sarsıntı, psixoloji gərginlikdə saxalamasına son qoyulsun. Yaşam hüququmuzun təhlükədə olduğunu nəzərə alaraq, bu məsələləri nəzarətə götürməyinizi xahiş edirəm.

Cənab Prezident! Saleh Səmədovun bütün əmlakları - Kral şadlıq sarayı, çay evləri, Bakıdakı market-mağazaları hansı pullar hesabına əldə etdiyi, Sübahir Qurbanova 350 min manatı hansı qazancı ilə ödəməsinin, Dövlət Komitəsi sədri Ramiz Həsənovun nədən bizim cəzalandırılmağımızı istəməsinin səbəblərini araşdırılmasına göstəriş verməyinizi rica edirəm".

Samir
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyə sədri ölkə rəhbərliyinə müraciət etdi

    Bələdiyyə sədri ölkə rəhbərliyinə müraciət etdi ...

    25-05-2017, 17:13

  • 
  • Vilyam Hacıyev İmişliyə deputat “seçir”

    Vilyam Hacıyev İmişliyə deputat “seçir” ...

    10-09-2015, 22:28

  • 
  • Vilyam Hacıyev Prezident Admnistrasiyasında kimdən tapşırıq alıb?

    Vilyam Hacıyev Prezident Admnistrasiyasında ...

    2-10-2015, 18:43

  • 
  • AMİP funksioneri: "İcra başçısı rayonda olmayanda...." - İmişlidə məmurlar arasında qarşıdurma güclənib

    AMİP funksioneri: "İcra başçısı rayonda ...

    29-01-2017, 21:02

  • 
  • Ramiz Həsənovun adamı sahibkarlara qan uddurur

    Ramiz Həsənovun adamı sahibkarlara qan uddurur ...

    27-08-2013, 16:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu