GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş həkim xəsarət alan şəxsin haqqını niyə “yeyib?”

Baş həkim xəsarət alan şəxsin haqqını niyə “yeyib?”

Tarix: 5-07-2017, 14:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 517
Baş həkim xəsarət alan şəxsin haqqını niyə “yeyib?”


“Bütün bunlardan sonra, dəqiq məlumat da əldə edə bildim ki, “Azbentonit” MMC-də vəzifə sahibi olanların arxa-dayağı sabiq nəqliyyat naziri Ziya Məmmədovdur”

Sovet dönəmində hər bir istehsal prosesində texniki təhlükəsizlik qaydalarına əməl etmək, lazımi normativ qaydalara əməl etmək və s. istehsal prosesinə məsul olan vəzifə sahiblərinin qarşısına əsas şərt olaraq qoyulurdu. İndi isə hər kəs etiraf edə bilər ki, sövet dönəmində qarşıya qoyulan sərt qaydalara bu gün lazımınca əməl olunmur. Belə bir halın varlığı da, çox zaman faciələrə yollar açır. Xoşagəlməz hal o olur ki, vəzifə sahiblərinin günahı ucbatından istehsal prosesində xəsarət alanlar, əksər hallarda qanunvericiliyin tələblərinə uyğun lazımi təminolunmalarla təmin olunmurlar və belə bir halların varlığı da, çox zaman məhkəmə müstəvisinə qədər uzanır.
Kürdəmir rayonu Mollakənd sakini, hal-hazırda Abşeron rayonu Saray qəsəbəsi M.Hüseynzadə küçəsi ev-26 ünvanda müvəqqəti yaşayan Ağayev İftixar Tehran oğlu “Gündəm Xəbər”ə ünvanladığı şikayət ərizəsində yazır ki, “mən 2003-cü il tarixdən Xırdalan şəhəri Ziya Tağıyev küçəsi-36 ünvanda fəaliyyət göstərən “Azbentonit” MMC-də işləyirdim. Adı çəkilən cəmiyyətin 15 iyun 2004-cü il tarixdə, ölkə rəhbəri cənab İlham Əliyevin iştirakı ilə rəsmi açılışı da oldu. 2007-ci il tarixdə Xırdalan şəhərində yerləşən və “Azbentonit” MMC-nin nəzdində fəaliyyət göstərən kisə sexində işləyərkən, təsadüf nəticəsində sağ əlim dəzgaha düşdü və dörd barmağım kəsildi. Həmin vaxt kisə sexinin rəisi Sakit müəllim baş verən hadisə ilə bağlı cəmiyyətin sədri Aydın Məmmədovu məlumatlandırdı. Rəhbərliyin vermiş olduğu tapşırıq əsasında məni, MMC-in texniki təhlükəsizlik şöbəsinin rəisi Tahir Kazımovun və əlavə bir-iki nəfər şəxsin iştirakı ilə, dövlət nömrə nişanı 01-AA-135 olan avtomobillə Topçubaşov adına xəstəxanaya apardılar. Xəstəxanada olduğum vaxt Tahir Kazımov adı çəkilən səhiyyə müəssisəsinin rəhbərliyi ilə hansısa formada danışıq aparır və baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat verməmək barədə razılıq da əldə edir. Çox keçmədi ki, sağ əlimin kəsilmiş dörd bağrmağı əməliyyat olundu və həkimlər ağrıkəsici iynə vurduqdan sonra, məni kirayədə yaşadığım evə apardılar. Sağ əlimin xəsarət alması səbəbindən, bu gün əmək qabiliyyətimi tamamilə itirmişəm və heç bir əmək fəaliyyəti ilə məşğul olmuram.
Onu da bildirim ki, baş verən hadisədən bir qədər vaxt keçdikdən sonra “Azbentonit” MMC-in sədri Aydın Məmmədovun tapşırığı ilə, adı çəkilən cəmiyyətin səlahiyyətlisi Səhrab Osmanov mənə guya əlillik pensiyası düzəltmək adı altında, Topçubaşov adına xəstəxananın baş həkimi ilə danışıq aparır. Həmin vaxt o, xəstəxanadan lazımi sənədləri əldə edir və mənim istehsalatda deyil, guya evdə əlimin üstünə şüşə düşüb xəsarət yetirməsi haqda saxta sənəd təsdiq etdirir. Təsdiq olunmuş sənəddə nə mənim, nə hüquq-mühafizə orqanı əməkdaşlarının imzası olmadığı halda, yalnız xəstəxananın baş həkiminin imzası var. Saxta sənədin imzalanmasını eşitdikdən sonra aidiyyəti üzrə şikayət edəcəyimi bildirdikdə, cəmiyyətin səlahiyyətliləri mənə hədə-qorxu da gəldilər. Amma, onların etdikləri hədə-qorxulardan çəkinmədim və birbaşa Əmək Müfəttişliyinə, Vergilər Nazirliyinə, Abşeron rayon Məhkəməsinə, hətta Ali Məhkəməyə belə müraciət etsəm də, çox təəssüflər olsun ki, iş yerində xəsarət almağım haqda aktı və cəmiyyətin verməli olduğu kompensasiyanı ala bilmədim. Bütün bunlardan sonra, dəqiq məlumat da əldə edə bildim ki, “Azbentonit” MMC-də vəzifə sahibi olanların arxa-dayağı sabiq nəqliyyat naziri Ziya Məmmədovdur. Məhz belə bir səbəblər üzündən də, aidiyyəti qurumlar etdiyim şikayətlərin heç birinə məhəl qoymadılar. Belə bir halın varlığı da, mənim dövlət qurumlarının fəaliyyətinə şübhə ilə yanaşmağıma səbəb oldu. Çünki, bütün qurumlara ünvanladığım müraciətlərdən hər hansı cavabı əldə edə bilmədim.
2015-ci ilin may ayında “Azbentonit” MMC-in sədri Aydın Məmmədov daşıdığı vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə, Ziya Məmmədovun yaxın qohumu Elşad Bayramlı, icraçı direktor vəzifəsinə isə Hüseynağa Ağayev təyin olundu. Baxmayaraq ki, hər iki vəzifə sahibinə 2007-ci ildə kisə sexində işləyərkən xəsarət almağımı və üz-üzə qaldığım problemlə bağlı haqqıma qovuşa bilmədiyimi ünvanladığım müraciətlərimdə bildirsəm də, hər iki vəzifə sahibi də etdiyim müraciətlərimə məhəl qoymadılar. O halda dərk etdim ki, Ziya Məmmədovun “barmağı” olan yerdə, mən heç bir halda haqqıma qovuşa bilməyəcəyəm. Onu da vurğulayım ki, 25 may 2015-ci il tarixdə “Azbentonit” MMC-nin adı dəyişdirildiyindən, bu gün onun adı “Qrant İnşaat Sənaye” MMC adlanır.

Baş həkim xəsarət alan şəxsin haqqını niyə “yeyib?”


Bütün bunlardan sonra, 2007-ci ildən üz-üzə qaldığım problemin varlığını, vəzifə sahiblərinin vəzifə borclarını yerinə yetirməmələrini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq üçün, üz-üzə qaldığım olayların varlığını ictimailəşdirmək qərarına gəldim. Düşünürəm ki, problemin ictimailəşdirilməsi hansısa maraqlar çərçivəsində vaxtilə saxta sənədin hazırlanmasında iştirak edən Topçubaşov adına xəstəxananın baş həkimi vəzifəsini daşımış şəxsin də, müəyyən mənada ittiham olunmasına səbəb olacaq. Çünki, baş həkim atdığı addımı ilə haqqın deyil, birbaşa nahaqqın yanında oldu və mənim bir vətəndaş olaraq haqqımın-hüququmun tapdaqlar altına atılmasına da səbəb oldu”.

Araşdırmamız davam edəcək.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirin bank əməliyyatları nəyə hesablanıb?

    Nazirin bank əməliyyatları nəyə hesablanıb? ...

    26-01-2017, 00:28

  • 
  • Qazaxda baytarlıq xidməti idarəsinin “müalicə”yə ehtiyacı var

    Qazaxda baytarlıq xidməti idarəsinin “müalicə”yə ...

    21-06-2015, 07:40

  • 
  • “Halal“ standartı üzrə məhsul istehsal olunmur - Rəy

    “Halal“ standartı üzrə məhsul istehsal olunmur - ...

    25-01-2014, 01:29

  • 
  • Bərdədə icra başçısı stomotoloqları “ayağa qaldırır”

    Bərdədə icra başçısı stomotoloqları “ayağa ...

    27-04-2017, 12:39

  • 
  • “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi

    “Maral” restoranı və milli-mənəvi əxlaq məsələsi ...

    21-06-2015, 07:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu