GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdədə icra başçısı stomotoloqları “ayağa qaldırır”

Bərdədə icra başçısı stomotoloqları “ayağa qaldırır”

Tarix: 27-04-2017, 12:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 720
Bərdədə icra başçısı stomotoloqları “ayağa qaldırır”


RİH başçısının vermiş olduğu tapşırıqlardan sonra, 73 nəfər stomoloqdan 69-nun fəaliyyətinə “embarqo” tətbiq olunur

Son vaxtlar ayrı-ayrı şəhər və rayonlarda, digər iri yaşayış məntəqələrində stomotoloq fəaliyyəti ilə məşğul olanlarla bəzi vəzifə sahibləri arasında yaşanan, hətta qarşıdurma həddinə qədər yüksələn problemlərin varlığı, hal-hazırda gündəmi zəbt edən mövzulardan birinə də çevrilməkdədir. Görəsən problemlərin kökündə nələr durur və onların əmələ gəlməsinə səbəb olan amillər hansılardır? Bu yöndə müəyyən araşdırmalar apardıqda o da məlum olur ki, yaşananlarda tərəflərdən biri deyil, hər iki tərəf müəyyən günahın sahibidirlər. Çünki müfəssəl məlumatlara malikik ki, bölgələrdə stomotoloq fəaliyyəti ilə məşğul olan bir çox şəxslər tibbi təhsilə malik deyillər, göstərdikləri fəaliyyət növünə görə çox zaman vergidən yayınırlar, iş yerlərində lazımi gigiyenik qaydalara əməl etmirlər, vaxtlı-vaxtında tibbi müayinədən keçmirlər, hətta stomotoloq fəaliyyəti ilə məşğul olmaları üçün aidiyyəti qurumlardan lisenziya belə almırlar və s. vəilaxır. Bu cür qanunsuzluqlar və bir çox çatışmazlıqların varlığı, əksər vəzifə sahiblərinin əllərinə girəvə də verir. Məsələn, adicə bir faktı qeyd edək ki, bu gün Bərdə şəhəri də belə qarşıdurmaların yaşandığı bölgələrdən biridir. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbənin bildirdiyinə görə, əgər 10 mart 2017-ci il tarixə kimi adı çəkilən şəhərdə 73 nəfər stomotoloq fəaliyyəti ilə məşğul olurdusa, RİH başçısının vermiş olduğu tapşırıqdan sonra, onlardan 69-nun fəaliyyətinə “embarqo” tətbiq olundu. Yalnız indi şəhərin mərkəzi ərazisində fəaliyyət göstərən “Ömürdən pay” klinikasında, hansı ki, bu günə kimi çoxsaylı insanların ömürünə “qənim kəsilən” ünvanda və özəl diş poliklinikasının yaxınlığında Mahir adlı şəxsə məxsus stomotoloji mərkəz fəaliyyət göstərməkdədir.

Bərdədə icra başçısı stomotoloqları “ayağa qaldırır”


Xoşagəlməz hal odur ki, Bərdə RİH-nin başçısı stomotoloqların fəaliyyətinə düşünülmüş “embarqo” tətbiq edərkən, heç də əsas amilləri nəzərə almayıb. Yəni, icra başçısı addımını atarkən dövlətin, xalqın mənafeyini deyil, daha çox şəxsi maraqlarını güdüb. Baş verənlərlə bağlı “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, bu gün icra başçısı hər stomotoloqun qarşısında belə bir şərt qoyub ki, “kim fəaliyyətini davam etdirmək istəyirsə, o halda on gün ərzində 5 min manat “haqq-hesab”ı ünvan üzrə çatdırmalıdır. Kim də “haqq-hesab”ı çatdıra bilməyəcəksə, o halda həmin şəxsə fəaliyyətini davam etdirməyə imkan verilməyəcək” deyə tapşırıqlarını verib. Belə bir şərt fantastik məbləğ olduğundan, çox keçmir ki, icra başçısının tətbiq etdiyi idarəçilikdən və zorakı addımlarından “cana doyan” stomotoloqlar, üz-üzə qaldıqları problemlərin varlığını bəzi xəbər portallarına ötürülər və ictimailəşməsinə də nail olurlar.
Baş verən olaylardan sonra ortaya incə məqamlar da çıxır. Əgər RİH-nin başçısı cənab Vidadi İsayev xalqının, dövlətinin mənafeyini düşünürsə, stomotoloqların fəaliyyətini qanunsuz fəaliyyət növü hesab edirsə, yəni onların fəaliyyətlərinin dayandırılması haqda göstəriş verirsə və az sonra “5 mini çatdırın ki, fəaliyyətinizi davam etdirə biləsiniz” şərtini qoyursa, deməli icra başçısının məqsədi tələb olunan “haqq-hesab”ları əldə etməkdir. Belə olan halda, günahın daha çox hansı tərəfdə olması mübahisə predmetinə də çevrilir. Çünki, yaşanan ab-havanın varlığı göstərir ki, bir tərəfdə işsizlərin sayı artır və yeni narazılıq hissi baş qaldırır. Digər tərəfdən isə, icra başçısına qarşı ictimai inam azalır və stomotoloq fəaliyyəti ilə məşğul olanlar, qarşı tərəfi korrupsiyaya şərait yaradan tərəf kimi də qəbul edirlər.
Baş verənlərdən görünür ki, RİH-nin başçısı stomotoloqların fəaliyyətini iflic etməklə, əslində onun məqsədi rayon ərazisində qayda-qanunu bərpa etmək deyik, daha çox pərdəarxası maddi maraqlarını təmin etməkdir. Vəziyyətin belə bir macəraya yönəlməsi onu sübut edir ki, tərəflər arasında əmələ gələn narazılıq hissi, gec-tez hansısa xoşagəlməz olayların baş verməsi ilə də nəticələnəcək. Daha yaxşı hal olar ki, rayon rəhbərliyi ona verilmiş səlahiyyətlərindən istifadə etməklə, qanun-qaydanın bərpa edilməsi yöndə müvafiq addımlarını atsın. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Ətraflı növbəti saylarımızda.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50

  • 
  • Gədəbəy səhiyyəsi “ölüm ayağında”

    Gədəbəy səhiyyəsi “ölüm ayağında” ...

    4-04-2017, 23:03

  • 
  • Qubada polis rəisi stomotoloqları “tasa otuzdurub” - ŞOK İDDİA

    Qubada polis rəisi stomotoloqları “tasa ...

    4-04-2017, 22:54

  • 
  • Etibar müəllimin etibarsızlığı

    Etibar müəllimin etibarsızlığı ...

    26-10-2015, 21:23

  • 
  • Yevlaxda sahibkarlardan “xərac” yığılır

    Yevlaxda sahibkarlardan “xərac” yığılır ...

    23-12-2016, 21:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu