GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Agentlər Azərbaycanda sürücüləri necə boğaza yığıb...

Agentlər Azərbaycanda sürücüləri necə boğaza yığıb...

Tarix: 5-08-2017, 12:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 456
Agentlər Azərbaycanda sürücüləri necə boğaza yığıb...


Azərbaycanda avtomobillərin icbari sığortası ilə məşğul olan şirkətlərin daha müştəri qamarlamaq həsirliyi sürücüləri boğaza yığıb. Sığorta müqaviləsinin bitməsinə 2 ay qalmışdan ölkənin bütün sığorta şirkətlərinin agentləri sürücülərə az qala hər gün zəng vurur, onlara “sığorta müqaviləsinin vaxtının bitməkdə olduğunu” xatırladır və bəribaşdan onların şirkətində icbari sığorta müqaviləsini yeniləməyi təklif edirlər. Virtualaz.org qeyd edir ki, belə şikayətlərlə redaksiyamıza da müraciətlər var.

Məsələ bundadır ki, sığorta şirkətlərinin agentləri hansısa yolla sürücülərin barəsində şəxsi məlumatlara çıxış əldə edərək onların mobil telefon nömrələrini əldə edirlər. Bəzi məlumatlara görə sürücülər barədə şəxsi şəxsi məlumatlar İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemindən hansısa yolla əldə edilir.

Adının çəkilməsini istəməyən sığorta agenti də virtualaz.org-a bu məlumatların İcbari Sığorta Bürosu tərəfindən sığorta şirkətlərinə satıldığını deyir.Onun sözlərinə görə, buna görə şirkətlər büroya müəyyən məbləğdə ödəniş edirlər.

“Qır-saqqız” agentlərdən qurtulmağın yolları – ekpsert təklif edir

Ekspertlər də bu problemin son vaxtlar kütləviləşməsindən narahatdırlar. Sığorta eksperti İlkin Nəcəfovun virtualaz.org-a bildirdiyinə görə, artıq belə halların qarşısının alınması üçün tədbirlər görməyin vaxtı çatıb

“Bu məsələ çox aktualdır və son vaxtlar kütləviləşib. Müştərilərin iradı haqlıdır, operator qızlara şərt qoyulub, maaşlarını almaq üçün məcbur nömrələri tapmalıdırlar. Bu qızlar ona görə müştəridən “qır-saqqız” kimi yapışırlar. Bu da müştərilərdə diskomfort yaradır. Artıq belə hallar kütləviləşib. Yəqin ki, tənzimləyici – həm İSB, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən tədbirlər görəcək”, - deyə ekspert bildirir.

Ekspert deyir ki, əvvəllər sığorta haqlarını yığmaq mümkün olmurdu. Tənzimləyicinin və icbari sığorta bürosunun apardığı mütərəqqi tədbir nəticəsində artıq bu gün icbari sığorta üzrə debütor borclar sıfırdır. Burada da analoji həll yolu tapılacaq. “Ola bilər ki, nömrələrə məhdudiyyət tətbiq edilsin. Qaynar xətt yaradılsın və müştərinin nömrəsinə başqa şirkətlərdən zəng olunanda o da şikayətini bildirsin. Belə sığorta şirkətləri ilə bağlı tədbir görülərsə, neqativ halların qarşısı alınacaq”.

Sığorta şirkətləri inkar edir: “Ancaq öz müştərilərimizə zəng edirik…”

Bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb yaranmış problem aydınlaşdırmağa çalışdıq. Lakin sığorta şirkətləri agentlərinin qeyri-müştərilərə zəng etdiklərini inkar edirlər. “Atəşgah” sığorta şirkətindən virtualaz.org-a belə şikayətlərin olduğunu təsdiqlədilər. Şirkətin əməkdaşı Ayla Aslanlı bildirdi ki, rəhbərlik bununla bağlı danışmaq istəmir: “Bizə də belə zənglər olur, müştərilər zəng edib narazılıq edirlər. Bizim özümüzün məlumat bazamız var, ola bilsin ki, o sürücülər nə vaxtsa bizim müştərimiz olub. Sizin şikayətiniz varsa, rəhbərliyə çatdırarıq. Amma bizim rəhbərlik bu barədə suallara cavab vermək istəmir”, - deyə şirkət nümayəndəsi bildirdi.

“Ata Sığorta” şirkətinin sığorta mütəxəssisi Günel Rəsullu isə onların şirkətindən sürücülərə bu cür zənglərin olunmadığını dedi: “Biz məlumat bazamızda şəxsi məlumatları olan müştərilərizimə zəng edirik. Ancaq sığorta müqaviləsinin vaxtı bitənə yaxın zəng edirik. Boş-boşuna heç kimə zəng etmirik”, - deyə mütəxəssis bildirir.
“Azsığorta” şirkətindən də müştərilərə bu cür zənglərin olunmadığını dedilər. Şirkətin əməkdaşı Ülviyyə Vəliyevanın virtualaz.org-a bildirdiyinə görə, onlara indiyə qədər daxil olan şikayətlər zəng olunmasından deyil, zəng olunmamaqla bağlı olub: “Bizə adətən, müştərilər zəng edib deyirlər ki, müqaviləmizin vaxtı bitib, amma siz zəng edib yadımıza salmamısınız. Bu da əməkdaşlarımızın sayının az olmasıyla bağlıdır. Hələ indiyə kimi bizə zəng etməyə görə şikayət edən olmayıb. Biz bizim olmayan müştərilərə zəng etmirik”, - deyə şirkət əməkdaşı bildirir.

İSB: Fərdi məlumatları üçüncü tərəfə ötürmürük

Sürücülərə sığorta şirkətləri tərəfindən olunan bezdirici zənglərdən İcbari Sığorta Bürosunda (İSB) da xəbərdardırlar. Bürodan virtualaz.org-un sorğusuna cavab olaraq bildirilib ki, bu cür hallar İSB-nin qarşı olduğu və mübarizə apardığı neqativ təzahürlərdən biridir. Çünki sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin fərdi məlumatları və əlaqə vasitələri qanunvericiliklə müəyyən olunmuş qaydada sığorta sirrini təşkil edir.

“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə informasiya sistemi elə təşkil olunub ki, həmin sistemdə olan məlumatlara hazırda 13 sığorta şirkətinin, 1000-dən artıq sığorta vasitəçisinin (agentin) və bir neçə müxtəlif profilli təşkilatın çıxışı vardır. Odur ki, İSB yuxarıda sadalanan məlumatların akkumulyasiya olunduğu yeganə instansiya deyil, hətta bəzi hallarda sözügedən məlumatlar Büronun informasiya sisteminə daxil olanadək artıq bir sıra qurumların informasiya ehtiyatlarında toplanmış olur. Büronun informasiya sistemlərinin arxitekturası orada saxlanılan məlumatların toplu halında çıxarılmasını mümkünsüz edir. Birmənalı şəkildə bəyan edirik ki, İSB heç bir halda sığortalıların və sığortaolunanların fərdi məlumatlarını hər hansı bir üçüncü tərəfə təqdim etmir”.

İSB-dən onu ba bildirdilər ki, Buroya tez-tez analoji şikayətlər daxil olur və onların araşdırılması zamanı müxtəlif ssenarilər ortaya çıxır və araşdırma zamanı məlum olur ki, bir sıra hallarda bu cür neqativ təzahürlərə məhz sığorta vasitəçiləri tərəfindən rəvac verilir: “Sığorta vasitəçiləri fəaliyyət göstərdiyi müddətdə müxtəlif sığorta şirkətləri ilə əməkdaşlıq edirlər və bu müddətdə həmin sığorta şirkətlərinin müştəriləri olan vətəndaşların fərdi məlumatlarından ibarət olan məlumat bazası toplayırlar. Hansısa bir mərhələdə əməkdaşlıq etdiyi sığorta şirkəti ilə yolları ayrılan bəzi vasitəçilər sonradan həmin məlumatları qanunsuz olaraq digər sığortaçıya və ya üçüncü tərəfə ötürə, hətta sata bilir. İSB icbari sığorta sektorunda müşahidə olunan bu cür yolverilməz halları qətiyyətlə pisləyir, bunun yolverilməz olduğunu bəyan edir və bazar iştirakçılarını müştəri uğrunda mübarizəni qanuni və ədalətli yollarla aparmağa çağırır. Sığorta sirri sayılan fərdi məlumatların arzuolunmaz və icazəsiz istifadəsinin qarşısının alınması üçün belə hallarla rastlaşan vətəndaşlardan bu barədə məlumatı araşdırılmaq üçün İcbari Sığorta Bürosuna və Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirmələri xahiş olunur”, - deyə məlumatda bildirilir./virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcbari tibbi sığorta ilə bağlı işçi qurupu yaradıldı

    İcbari tibbi sığorta ilə bağlı işçi qurupu ...

    26-02-2014, 12:29

  • 
  • Qazaxda özəl sığorta bazarı

    Qazaxda özəl sığorta bazarı ...

    22-06-2015, 18:56

  • 
  • Sığorta fırıldaqçıları barədə xəbərdarlıq

    Sığorta fırıldaqçıları barədə xəbərdarlıq ...

    17-04-2015, 15:30

  • 
  • Sığorta şirkətində 220 minlik frıldaq

    Sığorta şirkətində 220 minlik frıldaq ...

    20-06-2013, 11:28

  • 
  • İşsizlərə sığorta pulu veriləcək

    İşsizlərə sığorta pulu veriləcək ...

    17-11-2015, 13:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu