GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”

Tarix: 8-08-2017, 18:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 722
Saxta etibarnamənin təsdiqi notariusu “bitirə bilər”


Dilarə Babayeva: “Bu gün İmişlidə bəzi məmurlar, onların ailə üzvləri qanunlarımızı saya salmırlar, qulluq mövqeyindən düşünülmüş və məqsədli şəlikdə istifadə edirlər”

Bu günlərdə İmişli rayonu Alməmmədli kənd sakini Babayeva Dilarə Zakir qızının “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladığı şikayət ərizəsini oxuduqca, sanki əksər mətləblərdən biz də xəbərdar ola bildik. Belə ki, xanım şikayətçi yazdığı ərizəsində qeyd edir ki, “Gündəm Xəbər” qəzetinin 03 iyul 2017-ci il tarixli sayında, üz-üzə qaldığımız problemlə bağlı açıqlama dərc olunmuşdu. Həmin açıqlamada qeyd etmişdim ki, İmişli rayonunda Mustafayev Vaqif Əli oğlu adlı şəxsin rəhbərlik etdiyi, eyni zamanda adı çəkilən rayonun Bəcrəvan kənd sakini olan Qürbət adlı şəxsin iştirakçısı olduğu, həmçinin Beyləqan rayonunun İkinci Şahsevən kənd sakini Əliyev Şirvan Məzahir oğlunun və Ağdam-Tərtər notariat kontorunun notariusu vəzifəsini daşıyan Adil Rüstəmovun da üzvü olduğu cinayətkar qrupun əməllərinə göz yuman, heç bir əməli addımlarını atmayan, öz çirkin işlərinə İmişli rayon Məhkəməsini də qatmaq istəyən aidiyyəti qurumların, ələlxüsus İmişli rayon Polis Şöbəsi ilə bərabər, İmişli rayon Prokurorluğunun da hərəkətləri barədə sualları, aidiyyəti üzrə ünvanlamaqdır. Odur ki, qeyd etdiyim vəzifə sahiblərinə suallarımı ünvanlayıb cavab əldə etmək istəyirəm.
İlk sualım ədliyyə naziri cənab Fikrət Məmmədovadır.
Cənab Nazir! Mən dəfələrlə Sizin adınıza teleqram və müraciətlərimi göndərmişəm. Ünvanladığım teleqram və müraciətlərimdə yazıb bildirmişəm ki, bu gün Ağdam-Tərtər notariat kontorunun notariusu vəzifəsini daşıyan Adil Rüstəmov, mənə məxsus olan, amma texniki pasportu hazırda həbsdə olan övladım Aslanov Xosrov Xanoğlan oğlunun adına olan 30-BG-206 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobili, oğlum həbs olduqdan dörd ay sonra, məhz onun xəbəri olmadan, saxta etibarnamə əsasında cinayətkar qrupun üzvlərindən birinin adına keçirmişdir. Adil Rüstəmov belə bir addımını atmaqla həm mənə, həm də övladıma maddi və mənəvi ziyan vurub. Ədliyyə Nazirliyinin müvafiq qurumları notariat kontoru notariusunun belə bir çirkin əməlləri ilə bağlı niyə əsaslı tədbirlər görmür? Ola bilərmi ki, Nazirlik bu şəxsin əməllərini cinayət əməli hesab etmir?
Növbəti sualım daxili işlər naziri cənab Ramil Usubovadır.
Cənab Nazir! Yuxarıda qeyd etdiyim hadisə ilə bağlı Sizə də dəfələrlə teleqram və müraciətlərimi göndərmişəm. Hər dəfə də yazıb vurğulamışam ki, cinayət əməllərinə qol qoyan qrupun üzvləri İmişli polisi tərəfindən müdafiə olunur. Bir sözlə, adı çəkilən rayonun polis əməkdaşları etdiyim müraciətlərə baxmayaraq, qol qoyulan cinayət əməlləri ilə bağlı lazımi araşdırmalar aparmır, düşünülmüş şəkildə süründürməçilik hallarına yol verirlər. Belə olan halda ortaya çoxsaylı suallar çıxır. Polis əməkdaşları vətəndaşların pozulmuş hüquqlarını müdafiə etməlidir, yoxsa cinayətkar quruplaşmanın əməllərinə don geyindirməlidir? Odur ki, bir nazir olaraq ünvanladığım suallara cavab verməyinizi Sizdən xahiş edirəm.
Sonuncu sualım isə baş prokuror cənab Zakir Qaralovadır.
Cənab Baş Prokuror! Üz-üzə qaldığımız problemlə bağlı ən çox müraciət və teleqramlar ünvanladığım qurumlardan biri də, Azərbaycan Respublikasının Baş Prokurorluğudur. Ünvanlanan müraciət və teleqramlara ən çox yazılı cavab verən də, elə adı çəkilən qurumdur. Amma bu gün İmişli rayon Prokurorluğu, sanki müstəqil bir qurum hesab olunur. Çünki, prokurorluq əməkdaşları cinayətkar qruplaşmanın əməlləri ilə bağlı lazımi araşdırma işləri aparmır, dəfələrlə etdiyim müraciətlərə məhəl qoymur, yeri gəldikdə şikayət edən tərəfi hədələməkdən də çəkinmirlər. Məsələn, haqlı olmağıma baxmayaraq, bir müddət bundan əvvəl prokurorun 1-ci müavini məni mobil telefonu ilə hədələməkdən, hətta təhqir etməkdən də çəkinmədi. O halda sual oluna bilər ki, İmişli rayon Prokurorluğunun əməkdaşları hansı maraqlar çərçivəsində belə bir yanaşmalarını ortaya qoyurlar? Deməli, atılan addımların həm də “müəmma doğuracaq” məqamları var ki, ...
İmişli rayon sakini Dilarə Babayeva “Gündəm Xəbər”ə ünvanladığı şikayət ərizəsində bir çox detallara toxunur və bəzi məqamların ictimailəşdirilməsini də xahiş edir. Xanım şikayətçi vurğulayır ki, “bir vətəndaş olaraq mən də dövlətimizi sevən, hər an dövlətçiliyimizi qorumağa, yaşatmağa çalışan şəxslərdən biriyəm. Odur ki, mən də ölkə rəhbərimiz cənab İlham Əliyevə güvənir, dövlətimizin və xalqımızın parlaq gələcəyini, yalnız və yalnız yürüdülən dövlət siyasətinin varlığında görürəm. Ölkə rəhbərimizə ona görə inanıram ki, cənab Prezident etdiyi çıxışlarında daim xalqımızı narahat edən məsələ və problemlərə toxunur, onların həlli istiqamətində dəyərli və məzmunlu fikirlərini hər kəsə çatdırır. Eyni zamanda o, hər zaman bildirir ki, “məmurlar xalqın xidmətçisi olmalıdırlar, onların özləri, övladları qudurğan hərəkətlərə yol verməməlidirlər. Belə hərəkətlərə yol verənləri ciddi şəkildə cəzalandıracağam” deyir. Bəli, bu ilin iyul ayında yüksək çinli məmur övladına görə atasının cəzalandırılması, məhz bunun bariz nümunəsi oldu. Atılan addım da, məhz Azərbaycan Prezidentinin xalqının yanında olduğunu isbata yetirdi.
Təəssüflər olsun ki, ölkə rəhbəri bu yöndə hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını versə də, bu gün mənə məlum olmayan səbəblər üzündən İmişli rayon Polis Şöbəsi ilə bərabər, İmişli rayon Prokurorluğu da cinayətkar qrupun rəhbəri Mustafayev Vaqif Əli oğlunun “əsiri” olmuşlar. Düz bir ildən çoxdur ki, özünü “qolçomaq” kimi aparan, “mənim arxamda İmişli RİH-nin başçısı Vilyam Hacıyev durur” deyən bu şəxsin tapşırığına görə, üz-üzə qaldığım problem aidiyyəti qurumlar tərəfindən araşdırılmır. Mən bu qurumları anlada bilmirəm ki, İmişli rayonu da Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir. Yəni, bu rayonun polisi də, prokurorluğu da dövlət idarəsidir və həmin qurumlar dövlətə və xalqa xidmət etməlidirlər. Amma, bu gün İmişlidə bəzi məmurlar, onların ailə üzvləri qanunlarımızı saya salmırlar, qulluq mövqeyindən düşünülmüş və məqsədli şəlikdə istifadə edirlər. Daşıdıqları vəzifələrinə sanki şəxsi obyektləri kimi yanaşıb, hər cür özbaşınalıqlara imza atırlar.
Ölkə rəhbəri cənab İlham Əliyev etdiyi çıxışlarının birində qeyd etdi ki, “jurnalistlər mənim köməkçilərimdir”. Bəli, möhtərəm Prezidentin bu cür açıqlaması olduqca təqdirəlayiq açıqlama oldu. Bütün bunları nəzərə alaraq, düz bir il bundan öncə üz-üzə qaldığım problemlərlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanladığım teleqram və müraciətlərin nəticəsini görmədiyimdən, məcbur olub media qurumlarına müraciət etdim. Bu ilin iyul ayında “Gündəm Xəbər” qəzetində cinayətkar qrupun və onların havadarlarının başımıza gətirdikləri müsibətlərlə bağlı tənqidi açıqlama dərc olunsa da, təəssüflər olsun ki, problemlərin araşdırılmasına və lazımi tədbirlər görülməsinə cavabdehlik daşıyan qurumlarda çalışan vəzifə sahibləri, hələ də əməli addımlarını atmayıblar.
Mən bu gün bir vətəndaş, bir ana olaraq ölkə rəhbərimiz cənab İlham Əliyevə media vasitəsilə müraciət edərək xahişimi çatdırıram ki, təqribən bir il bundan öncə başımıza gətirilən hadisələrin nəzarətə götürülməsi, cinayətkar qrupun və onların havadarlarının əməllərinə hüquqi qiymətin verilməsi üçün, aidiyyəti üzrə lazımi tapşırıqlarınızı verəsiniz. İnanıram ki, ölkə rəhbərimizin verəcəyi tapşırıq İmişlidə hüquq-mühafizə orqanı əməkdaşlarını hərəkətə gətirəcək və baş verənlərlə bağlı, hər kəsin məsuliyyətinin müəyyən olunması ilə də nəticələnəcək.
Mövzunu diqqətdə saxlayacağıq.

Zöhrab Təmrazov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmurların  zülümünə məruz qalan ana fəryad edir

    Məmurların zülümünə məruz qalan ana fəryad edir ...

    5-07-2017, 14:14

  • 
  • ŞOK XƏBƏR - İmişlidə intihar hadisəsi baş verə bilər

    ŞOK XƏBƏR - İmişlidə intihar hadisəsi baş verə ...

    26-10-2015, 20:47

  • 
  • İmişli sakini “makler”lik edən şəxsin dələduzluq əməlinin “qurbanı olub”

    İmişli sakini “makler”lik edən şəxsin dələduzluq ...

    26-07-2017, 14:55

  • 
  • İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

    İmişlidə avtomobil aşıb, ölən və yaralanan var ...

    11-12-2013, 12:47

  • 
  • ŞOK XƏBƏR-Gəncədə notariat kontoru notariusunun diplom problemi

    ŞOK XƏBƏR-Gəncədə notariat kontoru notariusunun ...

    16-12-2015, 00:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu