GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağsaçlı ananın axan göz yaşları, oğlunu həbsdən xilas edəcəkmi?

Ağsaçlı ananın axan göz yaşları, oğlunu həbsdən xilas edəcəkmi?

Tarix: 15-08-2017, 19:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 481
Ağsaçlı ananın axan göz yaşları, oğlunu həbsdən xilas edəcəkmi?


“Oğlum 11 aydan çoxdur ki, həbs olunub və hal-hazırda Kürdəxanı Təcridxanasında saxlanır”

Yerlərdə sosial problemlərin varlığı ilə bərabər, ayrı-ayrı şəxslərin hüquqlarının pozulması, onlara qarşı atılan bir çox qanunsuzluqların varlığı və s. bu gün hər kəsi daha çox narahat edən məsələlərdəndir. Düzdür, belə bir problemlərin əmələ gəlməsini zəruri edən obyektiv amillərlə bərabər, subyektiv amillərin varlığı da başlıca səbəblərdəndir. Çox zaman isə, hansısa şəxsin ona verilmiş hüquq və səlahiyyətlərin nədən ibarət olması haqda elementar təsəvvürə malik olmaması, vətəndaş hüquqlarının pozulması ilə nəticələnir, bəzən hansısa acı sonluqla da nəticələnir. Belə ki, bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına üz tutan və tək oğul övladı olan Tamerlan Rəsulovun, ötən ilin oktyabr ayında Abşeron RPŞ əməkdaşları tərəfindən qanunsuz həbs olunduğunu iddia edən Kifayət xanım Qədirli bildirir ki, “mən Bakı şəhəri, Xətai rayonu Elçin Əliyev küç. ev-4 ünvanda qeydiyyatda olsam da, faktiki olaraq Bakı şəhəri, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi S.Ə.Şirvani küçəsi, ev-3 ünvanda yaşayıram. Tək övladım olan 1993-cü il təvəllüdlü Rəsulov Tamerlan Kamil oğlu, 06 oktyabr 2016-cı il tarixdə şəxsi avtomobili ilə işə gedərkən, yol kənarında dayanan iki nəfər şəxs ona yaxınlaşaraq bildirirlər ki, “Abşeron rayonunun “Sevil” masivində iki baş qoyun var, onu Xırdalana apara bilərsənmi?” Oğlum həmin şəxslərlə danışıb razılaşır və onların dedikləri qoyunları Xırdalana aparır. Həmin şəxslər göstərilən xidmətin müqabilində ona 10 manat pul da verirlər.

Ağsaçlı ananın axan göz yaşları, oğlunu həbsdən xilas edəcəkmi?


Tamerlan Rəsulov Xırdalan şəhərindəki marketlərdən birində işlədiyindən, o, hər dəfə işə gedib-gələrkən yolboyu müştəri düşdükcə onları da götürürmüş.
Elə ki, oğlum qoyunları Xırdalanda düşürür və həmin şəxslərdən aralanır, o halda polis əməkdaşları Tamerlana yaxınlaşaraq bildirirlər ki, “sənin gətirdiyin qoyunlar oğurluq heyvanlardır”. Az sonra o da məlum olur ki, Ələkbər Rəsulov, Rusif Mehrəliyev, Eldəniz Cəfərov və Anar Piriyev “Sevil” massivində çobanlıq fəaliyyəti ilə məşğul olan şəxsdən nağd pulla qoyun almaq istəsələr də, çoban onlara qoyun vermir. Belə bir səbəb üzündən də, tərəflər arasında mübahisə düşür. Son anda həmin şəxslər iki baş qoyunu məcburi şəkildə aparırlar. Dərhal qoyun sürüsünə çobanlıq edən şəxs DİN-nin 102 xidmətinə zəng edir və oğluma məxsus avtomobilin nömrəsini qaynar xəttin əməkdaşına bildirir. Oğlum 11 aydan çoxdur ki, həbs olunub və hal-hazırda Kürdəxanı Təcridxanasında saxlanır. Baş verən hadisə ilə bağlı istintaq araşdırmaları Abşeron RPŞ tərəfindən aparılır və ötən müddət ərzində üç dəfə müstəntiq dəyişdirilib. Hal-hazırda iş materialları adı çəkilən qurumun müstəntiqi Yaşar İsgəndərovun icraatındadır və beş nəfərlə bağlı CPM-nin 181.1 maddəsi ilə cinayət işi başlanılıb.
Bu gün zərərçəkmiş şəxs şikayətçi olmadığını bildirir və bu haqda imzasını notarial qaydada təsdiq etdirsə də, hələ ki, oğlumun işində heç bir yenilik yoxdur. Artıq iki aydır ki, Anar Piriyev və Rusif Mehrəliyev adlı şəxslər ev dustaqlığına buraxılıblar və hər iki şəxs, yalnız oğurluq maddəsi ilə ittiham olunurlar. Onu da vurğulayım ki, Anar Piriyev üç dəfə məhkumluq həyatı yaşasa da, o da, iki aydır ki, azadlıqda gəzir. Mənim oğlum isə quldurluq maddəsi ilə ittiham olunur və yaxın günlərdə onunla bağlı toplanmış iş materialları Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə göndəriləcək.
Mən baş verənlərlə bağlı, xüsusilə də oğlumun ağır maddə ilə ittiham olunmasını heç cür qəbul edə bilmirəm. Bəyəm, oğlum hansı qatı cinayət işlərində iştirak edib ki, o, quldurluqda ittiham olunur?. Aparılan istintaq işlərinin bitərəfli qaydada aparılması, açıq-aydın şəkildə oğluma qarşı edilən qərəzçilikdən xəbər verir. Ona görə də istərdim ki, adı çəkilən qurumun rəhbərliyi oğlumun işi ilə bağlı istintaq araşdırmalarını aparan müstəntiqi dəyişdirilməsini təmin etsin ki, az-çox şəffaflığı təmin etmək mümkün olsun.
Mən həyat yoldaşımı vaxtsız itirmişəm qadınam və Tamerlan Rəsulov tək övladımdır. Onun 12 aprel 2017-ci il tarixdə ilk övladı dünyaya gəlib. Artıq müəyyən yaş həddinə çatmış bir anayam və övladımın bu cür həbsi, məni olduqca sızıldadır. Odur ki, bir ağsaçlı ana olaraq daxili işlər naziri cənab Ramil Usubovdan dönə-dönə xahiş edirəm ki, övladımın həbsdən azad olunması üçün lazımi köməkliyinizi bizsən əsirgəməyin, məni gözüyaşlı qoymayın. Əgər oğlum qeyd olunan cinayət işlərində iştirak edibsə, o halda mən də onun həbsinə razı olaram”.
Dərc olunan açıqlamada qeyd olunanlar Kifayət xanım Qədirliyə məxsus olduğundan, yaşananlarla bağlı nəsə deyə bilmərik. Sadəcə olaraq istərdik ki, yaşadığımız cəmiyyətdə bir kimsənin haqqına toxunulmasın, hüquqları tapdaqlar altına atılmasın, hər kəsin şərəf və ləyaqəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada qorunsun. O halda haqqa da qovuşa bilərik, ədalət də qələbə çalar. Qarşı tərəfi də dinləyə bilərik.

Rahib
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər yaradır?

    Dilənçiliklə məşğul olmaq, nə kimı problemlər ...

    20-02-2015, 00:59

  • 
  • KİV nümayəndələrindən “müdrik” addım

    KİV nümayəndələrindən “müdrik” addım ...

    3-05-2015, 13:48

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Çirkin piştaxtalar xəstəlik mənbəyidir

    Çirkin piştaxtalar xəstəlik mənbəyidir ...

    20-02-2015, 01:01

  • 
  • İmişli sakini “makler”lik edən şəxsin dələduzluq əməlinin “qurbanı olub”

    İmişli sakini “makler”lik edən şəxsin dələduzluq ...

    26-07-2017, 14:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu