GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Pəhləvan qardaşları “topa tutuldu”-ŞOK İTTİHAM

Pəhləvan qardaşları “topa tutuldu”-ŞOK İTTİHAM

Tarix: 22-09-2017, 20:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 760
Pəhləvan qardaşları  “topa tutuldu”-ŞOK İTTİHAM


“Biz bu obyektdə “kliyent”lərlə “görüşürük” və hər 15-20 dəqiqəlik “görüşümüz” zamanı əldə etdiyimiz 20-25 manatın faizini obyekt sahibinə çatdırırıq”

Son vaxtlar “Gündəm Xəbər”in redaksiyasına sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olur ki, həmin müraciətlərdə onlar daha çox üz-üzə qaldıqları sosial problemlərin varlığından bəhs edib, ictimailəşdirilməsini də xahiş edirlər. Biz də bir media qurumu olaraq sakinlərin ümidlərini, inamlarını doğrultmaq üçün, imkan daxilində əməli addımlarımızı atırıq ki, bizə bəslənən ümidlər heçə enməsin. Düzdür, ünvanlanan müraciətlərdə bir çox sahələrdə yaşanan olaylardan, hətta ailə-məişət məsələlərində əmələ gələn qarşıdurmalardan, fikir ayrılıqlarından və s-dən də bəhs olunur. Məsələn, bir müddət bundan əvvəl “Gündəm Xəbər”in redaksiyasına Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olan, hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi İ.Hüseynov küçəsi ev-53 ünvanda yaşayan Ramazanova Xalidə Məmməd qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdu. Adı çəkilən xanımın ünvanladığı şikayət ərizəsini ilk əvvəl oxuduqca, sanki dəhşətə gəldik. Çünki, Xalidə Ramazanova yazmış olduğu ərizəsində hansısa kənar şəxsləri deyil, birbaşa həyat yoldaşı Habil adlı şəxsin qardaşları olan Mübariz və Qabil Ramazanovları ittiham edərək bildirir ki, “uzun müddətdən bəri üz-üzə qaldığım problemlərlə bağlı dövlət qurumlarına yazdığım şikayətlərimin heç bir nəticəsi olmadığından, son anda həmin problemlərin ictimailəşdirilməsinə qərar verdim. Onu da bildirim ki, mən iki övlad anasıyam və bizim ailə vaxtilə nümunəvi ailələrdən biri hesab olunurdu. Əsl xoşbəxtliyim onda oldu ki, qızımı lazımınca tərbiyə etdim və onun ailə qurmasına da səbəb oldum. İndi bir ana olaraq övladımın xoşbəxtliyini gördükcə sevinirəm, onun adı ilə qürur duyuram.
Digər övladım Vəli Ramazanovun taleyi isə, uzun müddətdir ki, məni sızıldadır. Buna da səbəb, onun azyaşlı vaxtlarından olmazın xəstəliyə düçar olmasıdır. Yəni, onun ödündə şiş (palip) xəstəliyi əmələ gəlib. Buna görə də, oğlumun müalicəsi ilə bağlı bir çox qurumlara müraciətlərimi ünvanlasam da, təəssüf hissi ilə qeyd edim ki, bir kimsə bizə diqqət ayırmadı və dövlət tərəfindən hər hansı müavinətlə də təmin olunmadıq. Bütün bunlar mənim üçün hansısa formada keçici olsa da, ən ağrılı anım isə, vaxtilə hər kəsə nümunə ola biləcək ailəmin dağılması oldu. Belə ki, doğma qayınlarım Mübariz və Qabil Ramazanov qardaşları, hələ bir neçə il bundan əvvəldən başlayaraq mənə qarşı aqressiv mövqedə dayandılar və birbaşa ailəmin dağılmasına da səbəb oldular. Onlar həyat yoldaşım Habili və oğlum Vəli Ramazanovu hiylə işlədərək evimdən aparıb, Bakı-Sumqayıt yolunun üstündə fəaliyyət göstərən “Pəhləvanların obyekti” adı ilə tanınan obyektdə işlətməyə başladılar. Onu da bildirim ki, həmin obyekt Ramazanov qardaşlarına məxsusdur. Hal-hazırda “Pəhləvanların obyekti” adı ilə tanınan obyekt ən böyük əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Çox təəssüflər olsun ki, hüquq-mühafizə orqanı əməkdaşları bu qardaşlara qol qoyduqları çirkin, iyrənc əməllərinə görə, hansısa səbəblər üzündən “qaşın üstə qara var” demirlər. Bu cür yanaşmanın varlığı nəinki məni, hətta tam əksəriyyəti də düşündürməkdədir.

Pəhləvan qardaşları  “topa tutuldu”-ŞOK İTTİHAM


Bundan əlavə onu da bildirim ki, adı çəkilən şəxslər rəhbərlik etdikləri obyektdə oğlumu narkotiklə məşğul omağa vadar edirlər və mənə hədə-qorxu gələrək öldürəcəklərini də bildirirlər. Dəfələrlə elə hallar olub ki, Mübariz və Qabil Ramazanov qardaşları məni şantaj edərək, barəmdə polisə müraciət də etmişlər. Bir neçə dəfə üstümə maşın sürüb öldürməyə cəhd etsələr də, müəyyən səbəblər üzündən cəhdləri baş tutmayıb. Ən dəhşətli hal isə odur ki, işlətdikləri obyekt faşihəxanadır və həmin ünvanda narkomaniya ilə məşğul olurlar. Belə bir eyiblərinə “kor olmaq” əvəzinə, mənim üzümə tüpürürlər. Hətta, bir dəfə yaşadığım mənzilə gəldilər və üstümə silahdan atəş açıb öldürməyə cəhd də etdilər. Baş verənləri yaxınlıqda yaşayan qonşularım da gördülər. Bax budur, Ramazanov qardaşlarının mənə qarşı münasibətləri, mənə qoyduqları hörmət!”
Biz çoxsaylı müraciət müəlliflərindən biri olan Xalidə Ramazanovanın ünvanladığı ərizədə qeyd etdiklərini diqqətlə oxuyub belə bir qənaətə gəldik ki, adı çəkilən obyekt hüquq-mühafizə orqanı ənməkdaşları tərəfindən nəzarətə götürülməli və həmin ünvanda lazımi araşdırmalar da aparılmalıdır. Çünki, şikayətçi xanımın söylədiklərinə əsaslansaq, “Pəhləvanların obyekti” adı ilə tanınan ünvanda nəinki milli-mənəvi dəyərlərimiz tapdaqlar altına atılır, hətta müəyyən yaş həddində olan gənclər narkomaniyaya da sürüklənir.
Bundan əlavə onu da vurğulayaq ki, Xalidə Ramazanovanın redaksiyamıza ünvanladığı şikayət ərizəsini əsas tutaraq, bir neçə gün bundan əvvəl adının çəkilməsini istəmədiyimiz əməkdaşlarımızı qeyd olunan ünvana ezam etdik. Məqsədimiz şikayətçi xanımın sadaladıqlarının həqiqət olub-olmamasını dəqiqləşdirmək idi. Elə ki, əməkdaşlarımız adı çəkilən obyektin həyətində olurlar, o halda qarşılaşdıqları ilk mənzərə sanki onları “valeh edir”. Buna da səbəb, həmin günün axşamçağlarında “Pəhləvanların obyekti” adı ilə tanınan ünvanda təqribən 25-30 nəfər əxlaqsızlıqla məşğul olan 17-28 yaş həddində qadının olması olub. Əməkdaşlarımızın obyektin həyətində əyləşərək pivə içmələrii və baş verənləri kənardan seyr etmələri, onların yaşananlarla bağlı daha məlumatlı olmalarına da səbəb olur. Belə ki, onlar adını dəqiqləşdirə bilmədikləri “xanım”dan iş fəaliyyətlərinin nələrdən ibarət olduğunu soruşduqda, “biz bu obyektdə “kliyent”lərlə “görüşürük” və hər 15-20 dəqiqəlik “görüşümüz” zamanı əldə etdiyimiz 20-25 manatın faizini obyekt sahibinə çatdırırıq. Həmin “xanım” əməkdaşlarımıza onu da təklif edir ki, “istəsəniz görüşə bilərik”, sizə endirim də olacaq. Yəni, “görüşümüz” 20 manat “haqq-hesab”a başa gələcək ki, həmin pulun 6 manatı yer pulu, qalanı mənə çatacaq” dedikdə, əməkdaşlarımız o zaman sadalananların həqiqət olduğunu tam təsdiqləyirlər.

P.S. Növbəti saylarımızda Xalidə Ramazanovanın qeyd etdiyi digər faktlardan da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Açıqlamada adı çəkilən hər kəsi dinləyə bilərik.

Aslan
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Pəhləvanların obyekti”ndə nələr baş verir?

    “Pəhləvanların obyekti”ndə nələr baş verir? ...

    29-08-2017, 14:10

  • 
  • Mehdiabadda sakinlər “ayağa qalxıb”

    Mehdiabadda sakinlər “ayağa qalxıb” ...

    16-06-2017, 19:10

  • 
  • Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

    Tovuzda bir dövlət qurumu digərlərinin rəyini ...

    3-08-2016, 14:30

  • 
  • KİV nümayəndələrindən “müdrik” addım

    KİV nümayəndələrindən “müdrik” addım ...

    3-05-2015, 13:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu