GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

Tarix: 3-08-2016, 14:30 Bölmə :Siyasət Baxış: 1 001
Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

Diqqəti cəlb edən hal odur ki, cənab Şamxal Həşimov 08 iyun 2016-cı il tarixdə imzaladığı cavab məktubunda onu da vurğulayıb ki, “obyektin inşa olunduğu torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir”

“Gündəm Xəbər” qəzeti müstəqil ictimai-siyasi qəzet olaraq, işıq üzü gördüyü illər ərzində daim ictimai həyatımızda əmələ gələn sosial-iqtisadi problemlərin varlığını ictimailəşdirmiş və lazım gəldikdə onların həlli istiqamətində, aidiyyəti qurumlar qarşısında məsələ də qaldırıb. Belə bir səbəblər üzündəndir ki, mütəmadi olaraq sosial problemlərlə üz-üzə qalan sakinlər tərəfindən redaksiyamızın ünvanına çoxsaylı şikayət məktubları ünvanlanır və onların ictimailəşməsini də xahiş edirlər. Ünvanlanan məktublarda sakinlər daha çox məmur özbaşnalığından, süründürməçilik amillərinin tüğyan etməsindən, çoxsaylı sosial problemlərin varlığından və s. bəhs edirlər.

Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

Bir neçə gün bundan öncə Tovuz rayonu Qovlar qəsəbəsi A.Kazımov küç. ev-15 ünvanında yaşayan İsmayılov Yusif İsmayıl oğlu “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı şikayət məktubunda yazır ki, “21 fevral 2007-ci il tarixdə Qovlar qəsəbə bələdiyyəsinə, bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılması və həmin sahədə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə müraciət etdim. Qeyd olunan tarixdə ünvanladığım müraciəti nəzərə alan bələdiyyə rəhbərliyi çox keçmədi ki, bələdiyyənin ehtiyat fondundan, hansı ki, kənd təsərrüfatına faktiki yararsız olan torpaq sahəsindən, yəni qəsəbənin Şəhriyar küçəsinin kənarından (Qovlar-Saratovka yolu) 114.0 kv.m-lik torpaq sahəsi ayırdı. Qovlar qəsəbə bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixdə vermiş olduğu 35/03 saylı qərarına əsasən, bələdiyyənin ehtiyat fondundan ayrılmış torpaq sahəsinə görə “Kapital Bank”ın Tovuz filialına müəyyən edilmiş məbləğdə dövlət rüsumunu da ödədim. Eyni zamanda, ayrılmış torpaq sahəsində obyekt tikdirmək və onun tikintisinə icazə verilməsi üçün, Tovuz rayon İcra Hakimiyyətinə yazılı ərizə ilə də müraciət etdim. Hətta, inşa etdirəcəyim obyektin tikintisi ilə bağlı, layihə planı hazırlatdığımı da bildirdim. Etdiyim müraciətləri nəzərə alan rayon rəhbərliyi, inşa etdirəcəyim obyektin tikintisi ilə bağlı 06 fevral 2011-ci il tarixdə sərəncam da imzaladı.

Tovuzda bir dövlət qurumu digərlərinin rəyini inkar edir, nəticədə Yusif İsmayılov çıxılmaz duruma düşür

Elə ki, qəsəbənin Şəhriyar küçəsində inşaasını başa çatdırdığım birmərtəbəli obyektimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədim ki, gələcəkdə sahibi olduğum obyektimə aid çıxarış da əldə edə bilim. Həmin vaxt adı çəkilən qurumun səlahiyyətliləri ortaya bir çox “əmmalar” qoydular. Yəni, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı ərazi idarəsinin rəisi cənab Şamxal Həşimov, 08 iyun 2016-cı il tarixdə imzaladığı cavab məktubunda göstərir ki, “tikintisi başa

çatdırılmış obyektin istismara qəbul edilməsi barədə dövlət qəbul komissiyasının aktında, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Normativ Əsaslar şöbəsi rəisinin imzalayıb ünvan üzrə göndərdiyi cavab məktubunda, nə rəisin imzası, nə də ki, möhürü yoxdur”. Şamxal Həşimovun verdiyi belə bir cavab olduqca maraqlı və qeyri ciddiliyə kifayət qədər əsas verən bir cavabdır. Çünki, inşa etdirdiyim obyektin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi barədə, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Normativ Əsaslar şöbəsinin rəisi cənab Mehdi Əsgərov, 14 aprel 2016-cı il tarixli məktubuna həm imzasını atmış, həm də tikintisi başa çatdırılmış obyektin yanğın təhlükəsizliyi tələblərinə cavab verilməsi barədə tərtib olunmuş aktda da göstərilmişdir ki, “Yusif İsmayılova məxsus obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə də keçirilərək müəyyən olunmuşdur ki, obyektdə elektrik qurğularının quraşdırılması qaydalarına tam əməl olunub”.

Diqqəti cəlb edən hal odur ki, cənab Həşimov 08 iyun 2016-cı il tarixdə imzaladığı cavab məktubunda onu da vurğulayıb ki, obyektin inşa olunduğu torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Amma, Qovlar qəsəbə bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixdə vermiş olduğu 35/03 saylı qərarına əsasən, qəsəbənin Şəhriyar küçəsində Yusif İsmayılova ayrılmış 114.0 kv.m-lik torpaq sahəsi, bələdiyyənin ehtiyat fonduna aid torpaq sahəsidir. Başqa bir ziddiyyətli an da ondan ibarətdir ki, DƏDRX-i 15 saylı ərazi idarəsinin rəisi obyektin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini də bildirir. Amma, “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi cənab Mirzəyev, imzalayıb ünvan üzrə göndərdiyi cavab məktubunda yazır ki, “Qovlar şəhəri Şəhriyar küçəsində Yusif İsmayılova məxsus təkər təmiri sexinin sağ tərəfində, yəni 2 m-yində olan 10kv-luq yüksək gərginlikli elektrik xətləri tam kabelləşdirilmişdir”.

Ayrı-ayrı dövlət qurumları tərəfindən Qovlar şəhəri Şəhriyar küçəsində Yusif İsmayılovun inşa etdirdiyi obyektlə bağlı vermiş olduqları rəyi nəzərə almayan DƏDRX-i 15 saylı ərazi idarəsinin rəisi Şamxal Həşimov, hələ ki, Yusif İsmayılovun inşa etdirdiyi qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına və obyektə dair çıxarış verilməsinə razı olmur. Amma, o halı da nəzərə almaq lazımdır ki, DƏDRX-i 15 saylı ərazi idarəsinin rəisi 08 iyun 2016-cı il tarixdə imzalayıb ünvan üzrə göndərdiyi imtina məktubuna imzasını atsa da, o da həmin məktuba möhürünü vurmayıb. Belə bir halların varlığı onu söyləməyə əsas verir ki, Tovuz rayonunda bir qurumun təsdiq edib ünvan üzrə göndərdiyi rəyi başqa bir qurumun səlahiyyətlisi inkar edir. Bu da çoxsaylı sosial problemlərin əmələ gəlməsinə, daha çox isə, vətəndaş narazılığının baş qaldırmasına səbəb olur. O halda sual oluna bilər ki, bəzi vəzifə sahiblərinin, o cümlədən DƏDRX-i 15 saylı ərazi idarəsinin rəisi cənab Şamxal Həşimovun, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Yusif İsmayılovu çıxılmaz duruma salmaqda istəyi nədir? Axı, ölkə rəhbəri cənab İlham Əliyev etdiyi çıxışlarında daim vurğulayır ki, “yerlərdə vəzifə sahibləri sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara şərait yaratmalı, süni maneələri aradan qaldırmağa da çalışmalıdırlar” deyə müvafiq tapşırıqlarını verir. Əgər ölkə rəhbəri tərəfindən hər bir vəzifə sahibinə

belə bir tapşırıq verilirsə, o halda Yusif İsmayılovun düşdüyü duruma nə ad vermək olar?

P.S. Hörmətli oxucular! Bu yöndə araşdırmamız bundan sonra da davam edəcək və əgər problem ədalətli həllini tapmazsa, o halda Yusif Hüseynovun üz-üzə qaldığı problemin varlığı ilə bağlı, növbəti saylarımızda yeni-yeni açıqlamalarla da çıxış etməyə məcbur olacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məhbus hərbiçidən ölkə rəhbərinə müraciət

    Məhbus hərbiçidən ölkə rəhbərinə müraciət ...

    1-05-2015, 11:39

  • 
  • Tərtər sakini probleminin həllini istəyir

    Tərtər sakini probleminin həllini istəyir ...

    4-07-2015, 11:22

  • 
  • Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir

    Beyləqandakı haqsızlığın həddi-hüdudu bilinmir ...

    27-09-2015, 16:25

  • 
  • “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik edirmiş

    “Bakı Metropoliteni” QSC-nin əməkdaşı “makler”lik ...

    25-01-2016, 17:51

  • 
  • Beyləqanda “bruja” inqilabı hazırlanır

    Beyləqanda “bruja” inqilabı hazırlanır ...

    23-08-2015, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu