GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanlı modelin güdazına gedən “qanuni oğru”nun məhkəməsi başlayır

Azərbaycanlı modelin güdazına gedən “qanuni oğru”nun məhkəməsi başlayır

Tarix: 7-10-2017, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 570
Azərbaycanlı modelin güdazına gedən “qanuni oğru”nun məhkəməsi başlayır


“Şakro Molodoy”la dizayner Fatimə Misikovanı nə birləşdirir?


Gələn həftə-oktyabrın 10-da Moskvanın Nikulinski Rayon Məhkəməsində Rusiya kriminalında bir nömrəli “qanuni oğru” hesab olunan yezidi kürd Zaxari Kalaşovun (“Şakro Molodoy”) mühakiməsi başlayacaq. Son illərin ən qalmaqallı məhkəməsi olacağı gözlənilən bu prosesdə “Şakro” ilə bərabər onun yaxın adamı, “İtaliyalı” ləqəbli Andrey Koçuykov da oturacaq. Amma prosesi daha maraqlı edən iş üzrə yüksək rütbəli istintaqçıların da ittiham olunmasıdır.

“Şakro Molodoy”un həbsinə səbəb olan hadisə 2015-ci ilin dekabrda Moskvadakı “Elements” restoranının sahibəsi Janna Kimlə azərbaycanlı olduğu deyilən dizayner Fatimə Misikova arasındakı borca görə baş verib. Belə ki, Janna Fatiməyə “Elements” restoranın yenidən dizayn edilməsini sifariş verib. Amma görülən iş onu qane etməyib. Görülən işə görə 600 min avro ödəyən biznesmen xanım azərbaycanlı dizaynerlə əlaqələrini kəsib. Misikova isə öz növbəsində çoxdan tanıdığı “Şakro”ya müraciət edərək restoran sahibəsinin 9 milyon rubl borclu qaldığını iddia edib. Janna Kimin restoranına “İtaliyan”ın silahlı adamları gələrək qarşı tərəflə “razborka”ya çıxıb. Keçmiş OMON-çulardan ibarət restoranın mühafizə xidməti işə qarışdıqda baş vermiş mübahisə atışma ilə nəticələnib. Hadisə nəticəsində iki nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hadisəyə görə tutulan “İtaliyalı”nın azadlığı üçün çalışan “Şakro” hüquq-mühafizə orqanlarına çıxış axtarıb. Tezliklə bu işi görmək müqabilində onda 500 min avro istənilib. Xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat çərçivəsində Rusiya İstintaq Komitəsinin generalı Denis Nikandrov pulu alarkən həbs edilib. Daha sonra bu iş üzrə İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşı Mixail Maksimenko, habelə onun müavini Aleksandra Limonov da həbs ediliblər.

“Şakro Molodoy”un həbsindən sonra Rusiyanın internet portalları bu həbsi Rövşən Canıyev (“Lənkəranski”) və müttəfiqlərinin əməli kimi izah edirdilər. Rusiya kriminal aləminin “marşalı” hesab olunan “Şakro Molodoy”un həbsi əlbəttə ki, o zaman sağ olan “Lənkəranski”nin gücü deyildi. Rusiyanın bütün tirajlı elektron KİV-ləri, o cümlədən “Rossiya-24" və digər telekanalları həbslə bağlı mövzuya geniş verməsi ”qanuni oğru"nun tutulmasının daha ciddi səbəbləri olduğunu göstərdi.

O, “Ded Xasan”ın varisi kimi tanınırdı və yeni müharibələrə həvəsli qruplaşmaların “ağzını bir yerə” yığmaq istəyirdi. Üstəlik, kriminal aləmdə “apelsinçikləri”-yəni müəyyən yollarla “qanuni oğru” adı almış adamları “təmizləməyə” başlamışdı. “Şakro” ilkin dövrdə bu işdə bəzi qaydalar yarada bildi və kriminal aləmdə müharibələr səngidi. Amma 2016-cı ilin əvvəllərində Rusiyanın bir sıra böyük şəhərlərində bazarlar və iri ticarət mərkəzlərinə nəzarət uğrunda yeni savaşın başlandığı barədə xəbərlər yayılmağa başlamışdı ki, bu işdə “Şakro”nun da adı qırmızı xətlə keçirdi.

Zaxari Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir. Ona qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki “Şeraton” hotelinin dayanacağında “Şakro Molodoy”la birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də biznesmenin hələ də öldü-qaldısı bilinmir.

“Şakro Molodoy”un başlayacaq məhkəmədə həbsdən yaxa qurtaracağı mümkünsüz görünür. Onun uzunmüddətli həbsə göndərilməsi isə Rusiya kriminal aləmində liderlik uğurunda növbəti qanlı savaşlara səbəb olacaq./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi

    “Şakro” “Ded Xasan”ın məzarı üstə and içdi ...

    1-11-2014, 13:55

  • 
  • “Kriminal generallar” son 15 ilin ən böyük toplantısını keçirəcəklər – “Şakro”

    “Kriminal generallar” son 15 ilin ən böyük ...

    20-11-2014, 01:23

  • 
  • "Atəşkəs" bitdi: "Lənkəranski" və "Ded Xasan"ın adamları “Şakro”ya qarşı

    "Atəşkəs" bitdi: ...

    12-11-2015, 17:35

  • 
  • “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu

    “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev ...

    28-09-2016, 22:25

  • 
  • Bakılı məşhur "qanuni oğru" İspaniyadan Moskvaya deportasiya olundu

    Bakılı məşhur "qanuni oğru" İspaniyadan ...

    5-12-2014, 13:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu