GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fərhad Əliyevin dönüşü Kərəm Həsənovun “dalağını sancdı” - Təfsilat

Fərhad Əliyevin dönüşü Kərəm Həsənovun “dalağını sancdı” - Təfsilat

Tarix: 11-10-2017, 12:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 934
Fərhad Əliyevin dönüşü Kərəm Həsənovun “dalağını sancdı” - Təfsilat


Sabiq nazirin yarımçıq qalmış hesablaşması üçün “X” günü yaxınlaşır: komitə sədri 2018 hakim komandasında olmaya bilər

Həmyerlisini istintaqda ələ vermiş, eks-nazirin həbsindən sonra əmlaklarını qəsb etmiş Həsənovun “ustadına kəm baxanın gözlərinə qan damar” sınağı başlanıb...
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qayıdışı bəzi məmurların “dalağını sancdı”.
Həbsdən çıxdıqdan sonra özünü reabilitasiya edən keçmiş nazirə “yaşıl işıq” yandırmağa başlayıblar.
Onun siyasi iqtidarla münasibətlərinin yoluna düşməsi və təzədən etimad qazanması bəzi dairələrin canına vəlvələ salıb.
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, hazırda təşviş içində olan məmurlardan biri F.Əliyevin həmyerlisi, vaxtilə karyera yüksəlişinə dəstək verdiyi, amma həbs olunanda əleyhinə ifadə vermiş Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovdur.
K.Həsənov F.Əliyevin dönüşünü gözləmirdi. Siyasi hakimiyyət daxilindəki islahatçı qanad keçmiş nazirin həbsə qədər etmək istədiyi iqtisadi proqramları reallaşdırmağa ona zəmanət verib.
Əgər vəzifədə olduğu dövrdə F.Əliyev inflyasiya, inhisarçılıq, monopolistlərlə mübarizə aparmasına hasar çəkən qüvvələr var idisə, 2015-ci ildən başlanmış iqtisadi böhrandan sonra sabiq nazirin həyata keçirmək istədiyi sosial-iqtisadi proqramlara ciddi zərurət yaranıb.
Postneft dövrünün başlanması, qeyri-neft sektorunun dirçəldilməsi fonunda keçmiş iqtisadçı nazirə böyük ehtiyac yaranıb.
Doğrudur, Sumqayıt Texnologiyalar Parkı bu müəssissəyə F.Əliyevin rəhbər gətirilməsini təkzib etmişdi.
Amma STP-nin rəhbərliyindəki şəxsin sabiq nazirin adamı olduğu sirr deyil. Yəni mütləq deyil ki, F.Əliyev özü rəsmi post tutsun.
Üstəlik, prezident İlham Əliyevin eks-nazirə münasibətdə körpülərin yenidən bərpa olması, etimad göstərilməsi anti-Fərhad qüvvələrini ciddi şəkildə həyəcanlandırıb.
Və onlardan biri olan komitə sədri Kərəm Həsənov onsuz da itirməkdə olduğu nüfuzu və etimadının F.Əliyevdən sonra sürətlə vəzifəsindən getməsini sürətləndirəcəyi istisna edilmir.
İkinci tərəfdən, K.Həsənov hakimiyyətin yaxasını qurtarmaq istədiyi korrupsiyaya bulaşmış sahələrdən birinə rəhbərlik edir.
Postneft dövrü isə sosial islahatların intensiv icrasını diktə edir. Hökumət neftin bahalaşmayacağını anlamağa başlayıb. Başqa tərəfdən isə sürətlə yoxsullaşan əhalinin sosial və bürokratik əngəlləri aqressiyanı artırır.
Elə əmlak komitəsi də vətəndaşların kütləvi şəkildə narazı olduğu bir sektordur: rüşvət, süründürməçilik, qanunsuzluq, müctəlif maxinasiyalar...
Bu situasiyada F.Əliyevin dönüşü, ona ölkənin iqtisadiyyatını reanimasiyadan çıxarmaq tapşırığının verilməsi əzəli düşmənlərinin tək-tək dənlənməsi ilə müşayiət olunacaq. K.Həsənovun da həmin cərgədə olduğu aydındır.
Həmyerlisinin əleyhinə istintaqa ifadə vermiş, bu “yaxşılığı” hesabına qabağa çəkilmiş komitə sədri yalnız MTN hadisələrində barmağının olması ilə barmağını dişlədi.
K.Həsənovun Eldar Mahmudovla işbirliyinin de-şifrə olunması az qala həbsinə gətirib çıxarırdı.
Yəni, bir yandan həbsdə olan nazirə qarşı verdiyi ifadə hakimiyyət üçün sərfəli olsa da, o bir tərəfdən prezidentə qarşı iş aparmış E.Mahmudov şəbəkəsinin əlinə oynayıb.
Qardaşı Malik Həsənovun da MTN-nin himayəsi altında deputat seçilməsi işləri əməllicə mürəkkəbləşdirib.
Son olaraq Çexiyadakı biznesinin ifşası iqtidarla olan bağları qoparmağa sürətli keçid etdi.
“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, K.Həsənovun hakimiyyət yanında vəziyyəti gərgindir.
Komitə rəhbəri bir müddət əvvəl MTN işindən bəzi media emissarları hesabına qurtula bilmişdisə, bu dəfə durum ürəkaçan deyil.
Onun 2018-ci il komandasında yer alacağı gözlənilmir. Seçki ilində hakim komandada ciddi dəyişikliklər planlaşdırılır.
Prezident 7 illik prezidentliyə refreş edilmiş heyətlə getməyi, gərginliyi yüngülləşdirməyi, xalqın narazı olduğu sahələrdə sosial islahatlar aparmağı hədəfləyib.
Belədə bir neçə iri fiqurun başının gedəcəyi şübhəsizdir. Çünki bəzi məmurlar hakimiyyətlə xalq arasında ciddi qarşıdurma yaradacaq qırmızı xətləri keçməyə başlayıblar.
Elə K.Həsənovun fəaliyyəti də bu baxımdan mənfi qiymətləndirilir. Eyni zamanda Ziya Məmmədov kimi ona da etimad azalıb. 2018 komandasında Kərəm Həsənova yer olmadığı iddia edilir.
F.Əliyevin gəlişi bu mənada həm də əhəmiyyətlidir ki, onun təklif edəcəyi sosial-iqtisadi reformalar K.Həsənovun rəhbəri olduğu komitənin ləğvini şərtləndirir.
Artıq Azərbaycanda ən yüksək səviyyədə nəzarətdə saxlanan islahatlar prosesi heç kəsin toxunulmaz olmadığını və dövlət etimadından sui-istifadənin cəzasız qalmadığını təsdiqləyir.
Mətbuat yazır ki, Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi.
90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, "Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.
K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi.
Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir.
Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: "Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”
Çox keçmir ki K.Həsənov nəinki "əyin başını” həm də həyatını, komandasını dəyişir və açıqdan açığa Fərhad Əliyevin "quyusunu” qazmaqa başlayır, onunla bağl hazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütün təlimatlarını yerinə yetirir.
Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olan planları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər, torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həm rəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuata ötürüldü.
Həsənovun əsas rol aldığı bu kampaniyanın sonunda F.Əliyev həbs olundu. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur.
İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb.
Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazımdır...
K.Həsənov bu gün həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkirsə, bunu "timsahın göz yaşları” adlandırmaq olar.
Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verir, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsir.
K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur. Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib.
Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı.
Fərhad Əliyev aid "Mingəçevir Regenerat” ASC, "Mingəçevir Texniki Rezin” ASC, "Bakı Elektroavtomat” ASC, "Siyəzən Broyler” ASC, "Azərbaycan Aliminiumu” ASC, "Daşkəsən Filizsaflaşdırma” ASC, "Azərelektroterm” ASC, "Azərboru "ASC, "Bakıelektrikşəbəkə” ASC, "Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu. Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir.
Hazırda bu müəssisələrin gəliri komitənin "katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı
Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var - silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin.
Amma bu dəfə daha sərt sınaq var. Bu dəfə isə qardaşların adı 3 milyardlıq səs-küylü korrupsiya əməliyyatında keçir.
Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər.
Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Məlum olduğu kimi, Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) 3 milyardlıq korrupsiya əməliyyatı araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçir.
Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var.
Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən.

Zöhrab Təmrazov
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Kərəm Həsənovu hədəfə gətirən ŞOK səbəb - Eldar Mahmudovla Fərhad Əliyev faktoru

    Kərəm Həsənovu hədəfə gətirən ŞOK səbəb - Eldar ...

    21-04-2017, 16:12

  • 
  • Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - Qardaşı danışdı

    Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - ...

    12-02-2014, 13:11

  • 
  • Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə çıxdı

    Deputat Malik Həsənovun da Çexiyada əmlakı üzə ...

    18-09-2017, 15:13

  • 
  • Hakimiyyət  Fərhad Əliyevə “yaşıl işıq” yandırdı

    Hakimiyyət Fərhad Əliyevə “yaşıl işıq” yandırdı ...

    12-05-2017, 21:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu