GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zərərçəkmiş xanım nümayəndəsini niyə “topa tutur?”

Zərərçəkmiş xanım nümayəndəsini niyə “topa tutur?”

Tarix: 25-10-2017, 18:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 588
Zərərçəkmiş  xanım nümayəndəsini niyə “topa tutur?”


“Həmin vaxt adı çəkilən redaksiyada problemlərimlə bağlı canlı çəkiliş həyata keçirildi və bir müddətdən sonra da, xəbər portalında ictimailəşdirildi”

“Gündəm Xəbər” qəzetinin ötən saylarında Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov 2A ev-72 ünvanda yaşayan Musayeva Tamella Gümüş qızının redaksiyamıza ünvanladığı müraciətlər əsasında, onun ailə üzvlərinin üz-üzə qaldıqları problemlərdən, ələllxüsus adı çəkilən xanımın iki doğma qardaşının eyni gündə müəmmalı şəkildə dünyalarını dəyişmələrindən və s. bəhs etmişdik. Hətta, o, ünvanladığı müraciətlərində onu da qeyd etmişdi ki, “baş verənlərlə bağlı hüquq-mühafizə orqanı əməkdaşlarına ünvanladığım müraciətlər bu günə kimi ətraflı araşdırılmadığından, problemlərim elə problem olaraq qalmaqdadır”.Tamella Gümüşqızı özünün və övladı Türanənin müəyyən olaylarla üz-üzə qalmasında, əslən Cəbrayıl rayonunun Mahmudlu kəndindən olan və qonşuluğunda yaşayan Musayeva Nəzakət Qulu qızını və onun həyat yoldaşı Musayev Əlövsət İsrafil oğlunu da ittiham edir. Adı çəkilən xanım bir neçə aylıq çəkçevirdən sonra, problemlərinin həlli məqsədilə məhkəməyə müraciət etdiyini vurğulayır və onu da bildirir ki, “mən məhkəməyə müraciət edərkən Nəzakət Musayeva özünə ruhi-əsəb xəstəsi olması haqda, Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb xəstəxanasından saxta sənəd düzəltdi. Həmin sənədin hazırlanmasında onun nümayəndəsi Abbasav Etiqad İsaq oğlu yaxından iştirak edir. Belə bir sənədin əldə olması isə, məhz mənim bütün məhkəmə proseslərində uduzmağıma səbəb oldu. Çünki, proseslər zamanı Nəzakət Quluqızı müəyyən rolllara girdi və hakimin göstərdiyi 50 manata 1 manat , 100 manata 1 şirvan dedi və digər oxşar addımlarını atdı.
Belə olan halda Səadət adlı xanım, məni əslən Xocalı rayon sakini olan və hal-hazırda Sabirabad rayonunda qeydiyatda olan Əzizova Ceyran Əkbər qızı ilə tanış etdi və onu da bildirdi ki, “bu xanım problemlərinin həllində sənə nümayəndə ola bilər”. Ümumi tanışlıqdan sonra o, sənədlərlə yaxından tanış olacağını və Nəzakət Musayevanın saxta yollarla əldə etdiyi xəstəlik sənədlərini araşdırtdıracağını, hətta həmin sənədləri TSEK-nın qərarı ilə də ləğv etdirəyini də vurğuladı. Ceyran xanım verdiyi vədləri yerinə yetirmək üçün bir neçə aylıq möhlət vaxtı istəsə də, təəssüflər olsun ki, o, məni getgələ salmaqdan başqa bir iş görmədi.

2016-cı ilin 03 oktyabrında iki doğma qardaşım müəammalı şəkildə dünyalarını dəyişmişdi. Həmin vaxt ağır günüm olduğundan və çarəsiz qaldığımdan, qardaşlarımın ölümü ilə bağlı Ceyran Əzizova müraciət etməli oldum. O, belə bir problemin araşdırılması üçün, məndən hissə-hissə 700 manat “haqq-hesab” aldı. Hətta, yaşanan problemlərlə bağlı müəyyən çəkilişi həyata keçirmək üçün, bizə Vüsalə adlı xanımı da göndərdi. Ölüm faktının baş verdiyi gündən xeyli vaxt keçsə də, Ceyran Əzizova heç bir iş görmədi. Belə olan halda ondan imtina etməyə məcbur oldum və hissə-hissə verdiyim 700 manat pulumu geri tələb etdim.

Xoşagəlməz hal o oldu ki, xanım Əzizova hər dəfə minbir bəhanə danışmaqla verdiyim pulları geri qaytarmadı. Belə olan halda onun bu cür hərəkətləri ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, Nərimanov RPİ-nin 18-ci polis bölməsinə yazılı şikayətlərimi ünvanladım. Təəssüf hissi ilə qeyd edim ki, bir kimsə etdiyim şikayətlərlə bağlı maraqlanmadı, hər hansı araşdırmalar aparılmadı.

Yəni, mənim Konstitusion hüquqlarım tapdalandı, bir müddət getgələ salındım, bir sözlə problemim həll olunmadı. Son anda məcbur oldum ki, üz-üzə qaldığım problemimin ictimailəşdirilməsinə qərar verim. Bu məqsədlə ilk əvvəl Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə “Azərbaycan” nəşriyyatında fəaliyyət göstərən MEDİA İNFORM-TV xəbər portalının redaksiyasına üz tutdum. Həmin vaxt adı çəkilən redaksiyada problemlərimlə bağlı canlı çəkiliş həyata keçirildi və bir müddətdən sonra da xəbər portalında ictimailəşdirildi. İndi mən o hala da acıyıram ki, barəsində ayrı-ayrı qurumlara şikayətlər ünvanladığım, problemlərimin həlli məqsədilə məndən aldığı 700 manat pulumu geri qaytarmayan və məcbur olduğumdan qol qoyduğu əməllərini ictimailəşdirdiyim Ceyran Əzizova, bu gün də pulumu qaytarmaq üçün özündə “təpər” tapmır. Bu gün onu da ehtimal edirəm ki, adı çəkilən xanım pulumu kimlərləsə mənimsədiyindən, belə bir duruma düşüb”.
P.S. Dərc olunan bu açıqlamada əsas ittiham olunan Ceyran Əzizova ilə bağlı müraciət, hələ bir müddət bundan əvvəl Musayeva Tamella Gümüş qızı tərəfindən redaksiyamıza təqdim olunmuşdu. Ona görə də redaksiya olaraq bir neçə dəfə Ceyran xanımla əlaqə saxladıq və yaşananlarla bağlı münasibət bildirməsini də xahiş etdik. Düzdür, o, hər dəfə etdiyimiz telefon zənglərimizə normal yanaşdı və redaksiyamıza təşrif buyurub yaşananlarla bağlı münasibətini bildirəcəyini bir neçə dəfə vəd versə də, təəssüflər olsun ki, xanım Əzizova verdiyi vədlərə əməl etmədi. Odur ki, açıqlamanı bitərfli qaydada dərc etməyə məcbur olduq. Problemin varlığını diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abşeronda müəmmalı ölümlər və açılmayan həqiqətlər

    Abşeronda müəmmalı ölümlər və açılmayan həqiqətlər ...

    22-09-2017, 20:31

  • 
  • Pəhləvan qardaşları  “topa tutuldu”-ŞOK İTTİHAM

    Pəhləvan qardaşları “topa tutuldu”-ŞOK İTTİHAM ...

    22-09-2017, 20:38

  • 
  • Altı övlad anasının axan göz yaşları “ürəkləri dağıdır”

    Altı övlad anasının axan göz yaşları “ürəkləri ...

    12-10-2017, 09:30

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    14-04-2015, 22:10

  • 
  • Qaçqın ailəsi yaşamağa yer tapmır

    Qaçqın ailəsi yaşamağa yer tapmır ...

    31-03-2015, 18:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (267)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu