GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od qoydu”

Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od qoydu”

Tarix: 31-10-2017, 15:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 586
Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od qoydu”


Vasif Həsənov: “Çox təəssüflə qeyd edim ki, Binəqədi kənd bələdiyyəsinin sədrinə ünvanladığı müraciətim, sanki “divara dəyib sifətimə yapışdı”

Uzun illərdir ki, sosial problemlərinin varlığına görə Bakı şəhərindəki rayonlar içərisində Binəqədi rayonunun adı daha öncüllər sırasında çəkilir. Belə bir səbəblər üzündən də, bu günədək çoxsaylı media qurumlarında adı çəkilən rayonun problemləri ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub, yaşanan olaylar daha geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Atılan belə bir addımların varlığına baxmayaraq, problemlərin varlığı aradan qaldırılmır ki, qaldırılmır. Məsələn, adicə bir faktı qeyd edək ki, son bir neçə gün bundan əvvəl rayonun Rəsulzadə qəsəbəsindən Mehdiabad kəndi istiqamətinə gedən mərkəzi magistral yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olmuşdu. Buna da səbəb, həmin yolun yağış suları nəticəsində bərbad hala düşməsi idi. Baxmayaraq ki, hər ilin payız-qış fəsillərində oxşar mənzərə əmələ gəlirdi, o halda nə problemlərin varlığına cavabdehlik daşıyanlar, nə də ki, rayon rəhbərliyi “hərəkətə keçmirdilər”. Əldə etdiyimiz məlumatlara görə artıq problemin ciddiliyini dərk edənlər, bu gün onu aradan qaldırmağa başlayıblar.
Ümumiyyətlə, Binəqədinin çoxsaylı problemləri ilə bağlı “Gündəm Xəbər” qəzeti olaraq dəfələrlə tənqidi açıqlamalar dərc etmişik və yazıb onu da vurğulamışıq ki, yürüdülən dövlət siyasətinə nədənsə bu rayonun ərazisində daha çox kölgə salınır ki, bunu da zəruri edən bir çox səbəblər var. Hazırda rayon ərazisində çoxsaylı sakinlərin üz-üzə qaldıqları problemlər həllini tapmır, bu da kütləvi narazılıq hissinin əmələ gəlməsi ilə nəticələnir. Baş verənlər də onu söyləməyə əsas verir ki, sakinlərin vəzifə sahiblərinə qarşı bəslədikləri ümidlər yavaş-yavaş heçə enməkdədir. Məsələn, bu günlərdə Bakı şəhəri, Binəqədi rayonu 3-cü mədən korpus-108 ünvanda yaşayan və 2-ci qrup əlil olan Həsənov Vasif Vaqif oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, üz-üzə qaldığı probleminin ictimailəşdirilməsini xahiş etmişdir. Adı çəkilən şəxs yazır ki, “mən həqiqi hərbi xidmətdə olduğum zaman əlil olmuşam və buna görə hazırda dövlətdən müavinət alıram. Səhhətimdəki problemim mənə müəyyən fiziki işlərlə məşğul olmağa heç cür imkan vermir. Yəni həkimlərin verdikləri rəyə görə, hər hansı əmək fəaliyyəti ilə məşğul olmağım qanunla qadağandır. Hal-hazırda bizim ailə dörd nəfərdən ibarətdir və Binəqədi rayonu 3-cü mədən korpus-108 ünvanda yaşayırıq. Kiçik övladım da əlildir və maddi vəziyyətimizin ağırlığı səbəbindən, adicə onun davamlı müalicəsini heç cür həyata keçirə bilmirəm. Qeydiyyatımız göstərilən ünvana olsa da, yaşadığımız ünvanda isə, heç kirayə haqqını belə ödəyə bilmirik. Bütün bunlara da əsas səbəb, ailə üzvlərimizdən bir kimsənin evimizə gəlir gətirməməsidir.

Binəqədidə bələdiyyə sədri 2-ci qrup əlilə “od qoydu”


Ümumi vəziyyətimizin ağırlığı səbəbindən, bu gün ailəmizə məxsus evimiz yoxdur. Buna görə də bir neçə gün bundan əvvəl 2 sot torpaq sahəsinin verilməsi məqsədilə, yaşadığımız ərazi üzrə bələdiyyə rəhbərliyinə rəsmi məktubla müraciət etdim. Məqsədim bələdiyyəyə məxsus sahələrdən 2 sot torpaq sahəsi almaq və müəyyən edilmiş rüsumu ödəmək idi. Çox təəssüflə qeyd edim ki, Binəqədi kənd bələdiyyəsinin sədri Aytac xanım Əliyevaya ünvanladığı müraciətim, sanki “divara dəyib sifətimə yapışdı”. Çünki öz-özlüyümdə düşünürdüm ki, bələdiyyə rəhbərliyi həqiqi hərbi xidmət dövrü əlil olmağımı, heç bir əmək fəaliyyəti ilə məşğul olmadığımı, himayəmdə azyaşılı əlil övladımın olmasını, maddi imkansızlığımı və s. nəzərə alacaq və müəyyən mənada mənə kömək əlini də uzadacaq. Rəsmi məktubuma verilən şifahi cavab o oldu ki, “bələdiyyənin balansında torpaq sahəsi yoxdur, odur ki, sənə nəinki 2 sot torpaq sahəsi, heç yarım sot da verə bilmərik”. Belə bir cavabı eşidərkən sanki şoka düşdüm və bundan sonra hansı addımımı atıb ailəmizin hansı yolla evə sahib olacağını müəyyən edə bilmədim. Axı, mən də Binəqədi rayon sakiniyəm və Binəqədi kənd bələdiyyəsi ərazisində yaşadığım üçün, mənim də torpaq sahəsi ilə təmin olunmaq hüququm var. Çünki 2013-2018-ci illəri əhatə edən “Dövlət Proqramı”nda, əlillərin də sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması xüsusi qeyd olunub. Bələdiyyə rəhbərliyinin bəslədiyi bu cür yanaşma isə, heç cür başadüşülən hal deyil. Yuxarıda qeyd etdiyim kimi, mən həqiqi hərbi xidmətim dövrü əlil olmuşam və səhhətimdəki problemim hər hansı fiziki işlə məşğul olmağa imkan vermir. İndi mən nə etməliyəm ki, ailəmi evlə təmin edə bilim? Maddi imkansızlığım hansısa ərazidən ev almağa imkan vermir, bələdiyyə sədri də “yox” deyir. Budurmu sağlamlığını Vətən yolunda itirənlərə verilən qiymət, bəslənilən münasibət? Amma onu da vurğulayım ki, bu gün ümidimi tam itirməmişəm. İnanıram ki, səlahiyyət sahibi olanlar mənimlə bərabər, azyaşlı övladımın da əlil olmasını nəzərə alıb müvafiq addımlarını atacaqlar”.
Bu həqiqi hərbi xidməti dövründə 2-ci qrup əlil olan Vasif Həsənovun, redaksiyamıza ünvanladığı müraciəti əsasında hazırlanan açıqlamadır. Düşünürük ki, bugünkü zəmanəmizin çətinliyinə baxmayaraq, səlahiyyət sahibi olan hər kəs, o cümlədən Binəqədi kənd bələdiyyəsinin sədri Aytac xanım Əliyevaya da müxtəlif kateqoriyadan olanlara, həmçinin həqiqi hərbi xidməti dövrü əlil olanlara qarşı həssaslıq nümayiş etdirməli və problemlərinin həllinə də çalışmalıdır. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Problemin varlığını diqqətdə saxlayacağıq.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda icra başçısı ölkə rəhbərinin etimadını doğrultmur

    Beyləqanda icra başçısı ölkə rəhbərinin etimadını ...

    14-12-2016, 23:21

  • 
  • Nəqliyyat sahəsini iflic edən səbəblər nədir?

    Nəqliyyat sahəsini iflic edən səbəblər nədir? ...

    10-05-2017, 23:20

  • 
  • Gədəbəydə saxta media əməkdaşları peyda olub

    Gədəbəydə saxta media əməkdaşları peyda olub ...

    24-05-2015, 01:08

  • 
  • Maştağada sakinlər “qan ağlayır”

    Maştağada sakinlər “qan ağlayır” ...

    25-12-2016, 14:20

  • 
  • Ağstafadakı vəzifə sahibinin “müəmmaları”

    Ağstafadakı vəzifə sahibinin “müəmmaları” ...

    7-03-2017, 19:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu