GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”

Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”

Tarix: 31-10-2017, 16:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 509
Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”


“Axı, bizim də Konstitusiya ilə tənzimlənən vətəndaş hüquqlarımız var və bu hüquqlarımız da qorunmalıdır”

Bir neçə gün bundan əvvəl “Gündəm Xəbər”ə müraciətini ünvanlayan və 17 ildən bir qədər çox müddət ərzində yaşadıqları mənzildən zor gücünə bayıra atılan, açıq-aşkar şəkildə küçələrə salınan, müəyyən hədələrlə üz-üzə qalan Məmmədovagilin ailə üzvlərinin başlarına gətirilən müsibətləri eşidib dinlədikcə, sanki şoka düşdük. O halda öz-özümüzə sual etdik ki, axı bu gün nə qudarlıq, nə də feodalizm dövründə yaşamırıq ki, kim nəyi necə düşünürsə o cür də addımlarını atmalıdır. Bu gün 21-ci əsrdir, yəni sivil dünyanın inkişaf etdiyi, insan hüquq və azadlıqlarının qorunduğu, müdafiə olunduğu bir zamandır. Belə bir dövrdə illər uzunu alın təri ilə zəhmət çəkib, özünə ev-eşik edən bir ailəni bayıra atmaq nə deməkdir? Axı, belə bir addımı atmaq, hansısa ailəni isti yerindən çölə tullamaq nə insanlığa, nə də ki, mənəviyyata sığası məsələ deyil. Amma, Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev-3d ünvanda kirayədə yaşamağa məcbur olan Məmmədova Sünbülxanım Firuddin qızı “Gündəm Xəbər”ə bildirir ki, “bizi çölə zorla atanlar nə Allahdan, nə də ki, onun bəndəsindən qoxdular. Başımıza gətirilən müsibətləri, məhz Beyləqan rayonundan yaşadığımız ünvana gələn vəzifə sahibləri hansısa maraqlar əsasında həyata keçirdilər.

Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”


Əvvəla onu bildirim ki, mənim həyat yoldaşım Məmmədov Arif İdris oğlu səhhətində əmələ gələn problemlər səbəbindən 1995-ci ildə dünyasını dəyişdi. Baş verən ölüm hadisəsindən sonra himayəmdə qalan dörd qız övladımla birlikdə kəndimizdə yaşasaq da, günlər keçdikcə dolanışıq vəziyyətimiz ağırlaşmağa başladı. Belə olan halda məcburiyyət qarşısında qalıb kənddəki evimizi satdıq və 2000-ci ildə övladlarımla birlikdə Bakı şəhərinə gəldik. Az sonra Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr-n ərazisində yerləşən və təcili tibbi yardım yarımstansiyasına məxsus ərazidə kənar bir şəxsdən 2500 dollar pula 2 sot torpaq sahəsi aldıq. Onu da bildirim ki, qeyd olunan ərazidə torpaq sahəsi aldığımız vaxt, həmin ərazinin içərisində təqribən 20 kvm həcmində tikili bir ev də var idi. Həmin ildən başlayaraq yaşayış şəraitimizi bir qədər yaxşılaşdırmaq məqsədilə, qeyd olunan ərazidə şəxsi vəsaitimiz hesabına digər tikililər tikdik və 13 oktyabr 2017-ci il tarixədək həmin evlərdə yaşadıq. Qeyd olunan ünvanda uzun illər ərzində yaşamağımıza baxmayaraq, 13 oktyabrdan bir neçə gün əvvəl Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin tapşırığı ilə, onun 1-ci müavini Telman Məstanov və Beyləqan rayon Polis Şöbəsinin rəis müavini Taleh müəllim yaşadığımız ünvana gəldilər və illər uzunu halal zəhmətimizin müqabilində tikdiyimiz evlərdən dərhal çıxmağımızı tələb etdilər. Əks halda müvafiq addımlar atacaqlarını bildirdilər. Hətta, bu azmış kimi onlar onu da bildirdilər ki, “bu ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqdır, mütləq icra olunmalıdır”.

Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”


Onu da vurğulayım ki, 17 ildən bir qədər çox müddət ərzində eyni həyətdəki evdə mən bir qızım və onun övladı ilə, yaşadığımız evdən təqribən 5-6 metr aralı məsafədə olan evdə isə, digər qızım ailə üzvləri ilə birlikdə yaşayırdılar. Ötən illər ərzində qeyd olunan ünvanda birlikdə yaşasaq da, 13 oktyabrdan bir neçə gün əvvəl adlarını çəkdiyim vəzifə sahibləri bizi evimizdən çıxmağa məcbur etməklə bərabər, ölkə rəhbərinin adından da sui-istifadə etdilər. Təəssüf doğuran hal o oldu ki, onlar atdıqları addımlarının müqabilində bizi nə mənzillə təmin etdilər, nə də ki, təqribən 70 kvm-lik sahəsi olan evimizə görə kompensasiya ödədilər. Yalnız evdəki əmlaklarımızın daşınması üçün iki ailəyə cəmi 3 (üç) min manat pul verdilər. Axı, ölkə rəhbəri cənab İlham Əliyev televiziya çıxışı zamanı tapşırmışdı ki, “hər kəs sakinləri yaşadıqları mənzillərdən köçürərkən, onlara məxsus mənzillərin hər kvm-nəgörə bazar qiymətinə münasib kompensasiya ödəməlidirlər”. Ölkə rəhbərinin vermiş olduğu belə bir tapşırığın varlığına baxmayaraq, adı çəkilən vəzifə sahibləri minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz evlərdən bizi bayıra atdılar və açıq-aşkar şəkildə cənab Prezidentin vermiş olduğu tapşırığa da əməl etmədilər. İndi biz nə etməliyik, nə müddətə qədər kirayələrdə yaşamalıyıq? Axı, bizim də Konstitusiya ilə tənzimlənən vətəndaş hüquqlarımız var və bu hüquqlarımız da qorunmalıdır. Hazırda mən ağbirçək bir qadınam və qaraciyər serrozu xəstəliyindən olduqca əziyyət çəkirəm. Hər iki qızımın oğul övladları 14-15 yaş həddinə çatıblar ki, onlar bir-iki ildən sonra Vətənimizin əsgərləri olacaqlar. Onu da bildirim ki, ötən illər ərzində yaşadığımız həyətdə digər ailələr də yaşayırdılar ki, onlar da bizim kimi oxşar problemlərlə üz-üzə qaldılar. Yəni, həmin ailələri də vəzifə sahibləri yaşadıqları evlərindən məcburi şəkildə bayıra atdılar və onlara da nə mənzil verdilər, nə də ki, kompensasiya ödədilər”.
Bəli, belə bir hasızlıqları eşitdikcə dəhşətə gəlirik, bu cür addımlarını atan vəzifə sahiblərini, hətta ittiham etməkdən də çəkinmirik. İndi sual oluna bilər ki, yaşadıqları mənzillərini minbir əzab-əziyyətlə ərsəyə gətirən Məmmədovagilin ailə üzvləri bu gün nə etməlidirlər ki, pozulmuş hüquqlarının bərpasına nail ola bilsinlər? Bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev müvafiq tapşırıqlarını verir, digər tərəfdən bəzi vəzifə sahibləri, o cümlədən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin 1-ci müavini Telman Məstanov və Beyləqan rayon Polis Şöbəsinin rəis müavini Taleh müəllim verilmiş tapşırıqlara əməl etmirlər. Sözsüz ki, adları çəkilən vəzifə sahibləri onlara verilmiş tapşırıqlar əsasında addımlarını ataraq, Sünbülxanım Məmmədovagilin ailə üzvlərini belə bir haqsızlıqla üz-üzə qoyublar. Təəccüb doğuran hal odur ki, görəsən ölkə rəhbərinin, yəni hər kəs sakinləri yaşadıqları mənzillərdən köçürərkən, onlara məxsus mənzillərin hər kvm-nə görə bazar qiymətinə münasib kompensasiya ödəməlidirlər” deyə vermiş olduğu tapşırıq, adları çəkilən və çəkilməyən vəzifə sahiblərinə aid deyilmi? Aiddirsə, niyə icra olunmur? Aid deyilsə, o halda onlar hansı səlahiyyət sahibidirlər ki, verilmiş tapşırığı icra etmirlər?
Bu yöndə araşdırmamız davam edəcək.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini “altüst edib”

    Beyləqanlı vəzifə sahibləri iki ailənin mənzilini ...

    31-10-2017, 16:48

  • 
  • Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir

    Gədəbəyli sahibkar mübarizə yolundan çəkinmir ...

    11-11-2016, 17:25

  • 
  • İmişli sakininin Konstitusiya ilə qorunan hüquqlarını kim təmin etməlidir?

    İmişli sakininin Konstitusiya ilə qorunan ...

    22-09-2017, 20:48

  • 
  • Sahibkardan bəzi xəbər portallarına müraciət

    Sahibkardan bəzi xəbər portallarına müraciət ...

    14-11-2016, 16:50

  • 
  • Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı niyə müdafiə olunub?

    Bakı Metropoliteninin dələduzluq etmiş əməkdaşı ...

    1-08-2016, 22:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu