GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ABŞ-da xüsusi prokuror seksual model Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

ABŞ-da xüsusi prokuror seksual model Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir

Tarix: 6-11-2017, 15:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 462
ABŞ-da xüsusi prokuror seksual model Nigar Talıbovanın hesablarını araşdırır, Trampa doğru irəliləyir


ABŞ-da Rusiyanın president seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsini araşdıran xüsusi prokuror, FTB-nin keçmiş direktoru Robert Müller yaxın günlərdə prezidentin yaxın ətrafına daxil olmuş şəxslərə qarşı yeni ittihamlar irəli sürəcək.

gundemxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda NBC News telekanalına təhqiqatla tanış olan mənbələr deyiblər. Gözlənilir ki, xüsusi prokuror ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnə və oğlu Maykla ittiham irəli sürəcək.

Maykl Flinn Trampın keçid komandasının üzvü olub və daha sonra milli təhlükəsizlik müşaviri təyin edilib. Lakin cəmi 24 gün bu vəzifədə işlədikdən sonra qalmaqala istefa verib. Səbəb isə general Flinnin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla təmasları barədə vitse-prezident Maykl Pensə yalan məlumat verməsinin üzə çıxması olub. Maykl Flinn Moskva ilə Trampın komandası arasında gizli sövdələşmə şübhələri fonunda nəzərləri ilk cəlb edən fiqurlardan biridir.

Xatırladaq ki, bundan əvvəl xüsusi prokuror Trampın seçki qərargahının rəhbəri olmuş Pol Manaforta və onun biznes ortağına qarşı ittiham irəli sürüb. Lakin bu ittihamlarda Rusiyanın adı çəkilmir, Manafort Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin xeyrinə lobbiçilik fəaliyyəti həyata keçirərək əldə etdiyi on milyonlarla dolları vergidən yayındırmaqda ittiham olunur. Bununla belə istisna deyil ki, Manaforta Rusiya ilə bağlı ittiham istintaqı gedişində irəli sürülə bilər.

Maykl Flinnə qarşı irəli sürülməsi gözlənilən ittihamlar da onun lobbiçilik fəaliyyəti ilə bağlıdır. Hazırda Müllerin komandası ona qarşı ittiham irəli sürmək üçün əlavə şahidləri dindirir. Flinnin oğlu, atasının işlərində ona kömək edən Maykla da analoji ittihamlar irəli sürülməlidir.

Mənbələr deyiblər ki, Müllerin komandası Maykl Flinnin Amerika-Türkiyə münasibətlərinə təsir göstərmək, türkiyəli və amerikalı siyasətçilər arasında görüşlər təşkil etmək üçün milyonlarla dollar aldığına dair məsələni araşdırır. Belə ki, NBC telekanalının mənbələrinin bildirdiyinə görə Trampın inauqurasiyasından bir neçə həftə sonra Ağ ev Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı yeni mövqe işləyib hazırlamağa çalışıb. İndi Müllerin komandası araşdırmaq istəyir ki, Flinn Türkiyə hakim dairələrində aldığı milyonlar hesabına bu mövqenin formalaşmasına təsir edibmi.

Flinn Trampın seçki komandasının üzvü olarkən Türkiyənin xeyrinə gizli lobbiçilik edib. Ona pulları Ekim Alptekin adlı iş adamı özünün Hollandiyada qeydiyyatdan keçmiş “İnovo BV” konsaltinq şirkəti üzərindən köçürüb.

Flinnin FTB-yə təqdim etdiyi sənədlərə əsasən o, ötən il sentyabrın 9-dan noyabrın 14-nə qədər “İnovo BV” firmasından üç dəfəyə olmaqla cəmi 530 min dollar alıb. Alptekinin amerikalı vəkillərinin bildirdiyinə görə, bu pulların heç biri Türkiyədən göndərilməyib. Bu ilin aprelində Alptekin Hollandiya mətbuatına deyib ki, Flinnin layihəsi üçün pullar onun arvadının və İsrailin təbii qaz şirkəti “Ratio Oil Exploration”un hesabından ödənilib. Ancaq İsrail şirkəti Alptekinlə hər hansı əlaqələrinin olduğunu təkzib edib.

Bəs Alptekinin arvadı kimdir? Amerika mətbuatı yazır ki, bu, azərbaycanlı model, bir vaxtlar iki digər modellə birlikdə Türkiyənin “Adrenalin” adlı populyar olmayan pop-qrupunda solist olan Nigar Talıbovadır (Nigar Alptekin). Həmin pop-qrupun YouTube-də 2012-ci ildə yerləşdirilmiş videoklipi cəmi 4387 dəfə izləyib. Nigar Alptekinin Tvitter bloquna isə cəmi 155 nəfər yazılıb.

Lakin internetdə Nigar Talıbovanın çoxsaylı açıq-saçıq, hətta lüt fotolarına rast gəlmək mümkündür. Bu gözəlçə ilə bağlı xəbərlər vaxtaşırı olaraq Azərbaycanın sarı mediasının da səhifələrində özünə yer tapır. Onun türkiyəli milyonçu Ekim Alptekinlə evlənməsi barədə xəbərlər də o cümlədən.

Hazırda Müllerin komandası Alptekinin general Flinnə ödədiyi pulların mənbəyini də araşdırır. Və təbii ki, bu araşdırmada azərbaycanlı seksual modelin də adı keçir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA -  General Flinn və 530 min dollar…

    BAKILI MODELİN ADI TRAMPLA BAĞLI TƏHQİQATDA - ...

    29-05-2017, 19:09

  • 
  • Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində

    Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin ...

    21-05-2017, 19:32

  • 
  • Dövlət katibi prezidentə “gicbəsər” deyibmi...

    Dövlət katibi prezidentə “gicbəsər” deyibmi... ...

    5-10-2017, 16:18

  • 
  • Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür

    Ağalarov-Tramp-Veselnitskaya qalmaqalı böyüyür ...

    12-07-2017, 11:51

  • 
  • Trampın baş bəlasına çevrilmiş səfir Kislyak geri çağırılır

    Trampın baş bəlasına çevrilmiş səfir Kislyak geri ...

    25-06-2017, 13:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu