Bir il öncə prezident İlham Əliyev kənd təsərüfatının inkişafı ilə bağlı mühüm addımlar atdı və rayon icra hakimiyyəti başçılarına xüsusi tapşırıqlar verildi.
Amma bu gün aydın olur ki, bəzi rayon rəhbərləri bundan sadəcə öz şəxsi məqsədləri üçün istifadə ediblər. Redaksiyamıza daxil olan bilgiyə görə hazırda görülən işlərin hesabatları Prezident Admnistrasiyasına göndərilir və şəxsən Ramiz Mehdiyevlə, baş nazir Artur Rasizadə hesabatların təhlilini aparırlar. İlkin informasiya isə budur ki, 5 rayon nəin ki, qarşıya qoyulan məqsədləri yerinə yetirə biliblər, hətta durumdan istifadə edərək həm büdcədə yeyintiyə yol veriblər, həm də rayon sahibkarlarını müflis ediblər. Mənbə bildirir ki, dekabr ayında bununla bağlı xüsusi toplantı olacaq və bu icra başçılarının hətta həbsi də mümkün ola bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?