“Nərimanov RİH-nin başçısı və Azərbaycan Gözdən Əlilər Cəmiyyətinin sədri mütəşəkkil cinayətkar qrupun ideyaçıları, həmçinin təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar”
Bu günlərdə sosial vəziyyətləri ağır olan və təqribən 160 nəfəri əhatə edən çoxsaylı sakinlər adından “Gündəm Xəbər”in redaksiyasına növbəti müraciət daxil olub. Sakinlər daxil olan müraciətlərində 2015-ci ildən bir qrup vəzifə sahibi olan, həmçinin heç bir vəzifə sahibi olmayan ayrı-ayrı şəxslər tərəfindən aldadıladıqlarını, aidiyyəti üzrə dövlət orqanlarına ünvanladıqları müraciətlərinin heç bir effekt vermədiyini, həmçinin qanunsuzluq əməllərinə qol qoyan cinayətkarların dolayısı yollarla yüksək çinli vəzifə sahibləri tərəfindən müdafiə olunduqlarını bildirməklə bərabər, ayrı-ayrı qurumların baş verən cinayət əməllərinə göz yummalarını da xüsusi qeyd edirlər. Bundan əlavə, şikayətçilər media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə ünvanladıqları müraciətlərində vurğulayırlar ki, “biz Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyevin, ÇOVDAROVÇULARDAN daha dəhşətli və mütəşəkkil FƏRZƏLİYEVÇİLƏR formalaşdırdığı üçün, məhz Sizin sərəncamınızla adı çəkilən şəxsin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə əlaqədar, Sizə növbəti dəfə müraciət etmək məcburiyyətində qaldıq. Bildiririk ki, FƏRZƏLİYEVÇİLƏR sosial vəziyyətləri ağır olan şəxslərdən mənimsədikləri 8 (səkkiz) milyon manatın, eləcə də daşıdığı vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi çirkli pulların yuyulması məqsədilə, Rusiya Federasiyasının Həştərxan vilayətində müxtəlif lahiyələr və investisiya qoyuluşları həyata keçirmiş Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunmasının nə dərəcədə ədalət anlayışı ilə üstüstə düşməsi ilə bağlı, Rusiya Federasiyasının prezidenti cənab Vladimir Vladimiroviç Putinə də müraciət etmişik. Bildiririk ki, ÇOVDAROVÇULAR yalnız dövlətin onlara verdiyi statusdan, təmsil etdikləri orqanın statusundan, vəzifə səlahiyyətlərindən, həmçinin status və səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə, sosial vəziyyətləri ağır olan insanların pullarını müəyyən adlar adı altında mənimsəmişlərsə, deməli FƏRZƏLİYEVÇİLƏR ÇOVDAROVÇULARDAN betər olaraq sosial vəziyyəti ağır olan 160 ailənin (yəni bizlərin) dövlət məmurlarına olan etimadından və dövlət sənədlərinə olan inamından sui-istifadə etməklə, açıq-aydın şəkildə mütəşəkkül korrupsiya və dələduzluq əməllərinə qol qoyub, bizim 8 (səkkiz) milyon manat pullarımızı mənimsəmişlər. Əgər ÇOVDAROVÇULAR müxtəlif kateqoriyalardan olan imkanlı şəxslərə məxsus pulların bir hissəsinə qənim kəsilmişdirlərsə, deməli FƏRZƏLİYEVÇİLƏR sosial vəziyyətləri çıxılmaz durumda olan ailələri (bizləri) aldatmaqla, həmin şəxslərin kiçik evlərini, torpaq sahələrini satdırıb, banklardan kredit götüzdürüb, qohum-əqrabadan borc pul aldırıb və s. kimi yollarla hər kəsin pullarını mənimsəmişlər. ÇOVDAROVÇULAR yalnız bir dövlət qurumunun məmurlarından ibarət idilərsə, FƏRZƏLİYEVÇİLƏR bir neçə dövlət qurumlarının mütəşəkkil formada birləşmiş məmurlarından və qeyri-sağlam düşüncəyə malik sadə vətəndaşlardan ibarət olublar. FƏRZƏLİYEVÇİLƏRİN fəaliyyəti birbaşa “PİRAMİDA” formasında təşkil olunmuş və “PİRAMİDA”nın üzvləri, Nərimanov RİH-in başçısı, Nərimanov RİH-in müvafiq qurumları, Nərimanov RPİ-in müvafiq qurumu, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (Az. GƏC) sədri, Az.GƏC-in müvafiq qurumu, Bakı şəhər İcra Hakimiyyətinin Aparatının müvafiq qurumları, Məzahir Nəsibov adlı şəxs və onun kimi qeyri-sağlam əqidəyə malik olan ayrı-ayrı şəxslər olmuşlar. Bakı şəhəri, Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev və Az. GƏC-in sədri Səmyar Abdullayev mütəşəkkil cinayətkar qrupun ideyaçıları, həmçinin təşkilatçıları olmaqla bərabər, həm də birbaşa icraçıları olmuşlar. Belə bir səbəb üzündən də, bu gün Bakı şəhəri, Nərimanov RİH-in adı “korrupsiya və dələduzluq universiteti” adı altında bir növ məşhurlaşmaqdadır. Onu da vurğulayaq ki, adı çəkilən şəxslər olduqca böyük və bağışlanılmaz cinayət hadisəsini həyata keçirmək məqsədilə, Nərimanov rayonu gözdən əlillərə məxsus ərazidə - F.Yusifov küçəsi-40 ünvanda tikilən 12 mərtəbəli 132 mənzilli binanın üst 8 mərtəbəsini bizlərə satış kimi alət etmişlər. Bu məqsədlə yuxarıda adları çəkilən dövlət məmurları, Azərbaycan Respublikasının müvafiq normativ hüquqi akt və sənədlərinin tələblərini kobud surətdə pozmuşlar. Belə ki, onlar saxta və qanunsuz yollarla dövlət sənədləri hazırlamışlar və respublikamızın müxtəlif bölgələrində yaşayan, amma gözdən əlil olmayan və təqribən 160 nəfər şəxsi qeyri-qanuni olaraq rəsmi sənədlərdə əlil kimi göstərmişlər. Bununla da hər birimizin ailəsini qanunsuz olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi-123A ünvanında yerləşən və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus yataqxanaya qeydiyyata alırlar. Hətta, Bakı şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri Rasim Quliyevin birbaşa razılığı ilə, hər birimizi Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qanunsuz sərəncamları əsasında, əlil kimi mənzil növbəsinə də götürürlər. Bu cür saxta və qanunsuz dövlət sənədləri, yalnız kasıb və imkansız ailələrin pullarına sahib olmaq məqsədi daşıyır. Beləliklə, dövlət məmurlarının və dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən vəzifəli şəxslər tərəfindən törədilən və yuxarıda göstərilən cinayətin məqsədi, sosial vəziyyətləri ağır olan ailələrin (bizlərin) pullarını mənimsəmək, vəzifəli şəxslər öz statusundan, təmsil etdiyi orqanın statusundan və səlahiyyətlərindən, həm də digər status və səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə, sosial vəziyyətləri çətin olan ailələrdən (bizlərdən) mənimsədikləri pulları, öz şəxsi məqsədləri üçün istifadə etmək olmuşdur. Belə bir səbəb üzündən də hesab edirik ki, baş vermiş cinayətin əsas amili və motivi korrupsiya faktıdır. Dələduzluq faktları isə, qol qoyulan korrupsiya nəticəsində baş vermişdir. Tərəfimizdən FƏRZƏLİYEVÇİLƏRİN korrupsiya və dələduzluq əməlləri aşkarlanarkən, onların əməllərinə hüquqi qiymət verilməməsi və həmin şəxslərin mənimsədikləri 8 (səkkiz) milyon manata sahib olmaq planları, həmçinin korrupsiyanın gücünü nümayiş etdirmək məqsədilə hazırladıqları sənədlər, o cümlədən mənzil növbəliliyinə götürülməyimiz barədə verdikləri sərəncamlar, eyni zamanda əvvəlki qeydiyyatlarımız bərpa olunmadan vətəndaşlıq qeydiyyatlarımızın ləğv olunması, bu gün əsas mübahisə predmetinə çevrilməkdədir. O hala da diqqət yetirilməlidir ki, 160 nəfərə qədər sosial vəziyyəti ağır olan insanların başlarına oyun açanlar, vaxtilə özlərinin ortağı hesab etdikləri Məzahir Nəsibov adlı şəxsi Almaniyada yaşamağa məcbur etmişlər. Bütün bunlarla bərabər, FƏRZƏLİYEVÇİLƏR bir qədər vaxt keçdikdən sonra, özlərinin mütəşəkkil korrupsiya və dələduzluq əməllərini Məzahir Nəsibov adlı şəxsin üzərinə yönəltməklə, barəsində 09 iyul 2016-cı il tarixdə Nərimanov rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci – “Külli miqdarda dələduzluq” maddəsi üzrə cinayət işi açdırmış və Məzahir Nəsibovun respublika ərazisində olmaması səbəbindən (qəsdən gətirilmir), başlanmış cinayət işi Nərimanov RPİ-də dayandırılmışdır. Nəhayət, 1 il 6 aydan sonra, yəni 2017-ci ilin may ayında həmin məsələ yenidən baxılması üçün Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Bu gün FƏRZƏLİYEVÇİLƏR tərəfindən planlı və məqsədli şəkildə törədilmiş və bağışlanılmaz cinayət hadisəsinə yüksək səviyyəli dövlət məmurları, o cümlədən Baş Prokurorluq tərəfindən şəbəkə halında himayədarlıq olunur. Buna görə də, Korrupsiya Qarşı Mübarizə Baş idarəsində aparılan istintaq araşdırmaları, baş vermiş cinayət işinin mahiyyətini lazımınca əhatə etmir. Belə ki, həmin cinayət işi üzrə araşdırma iki istiqamət üzrə aparılır: I istiqamət – mütəşəkkil korrupsiyadan yayınma, yəni ana xətt: Baş vermiş mütəşəkkil korrupsiyanın əsas fiquru olan Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin “toxunulmazlığı” gözlənilir. Bu baxımdan da dövlət məmurları tərəfindən, o cümlədən birbaşa Abdin Fərzəliyevin iştirakı ilə normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla hazırlanmış əsassız və saxta sənədlərə, həmçinin bizlərdən alınmış 8 (səkkiz) milyon manatın alınması səbəbindən imzalanmış qanunsuz sərəncamların araşdırılmasına, bu işdə iştirakı olan 10 nəfərdən çox olan “makler”lərinin dələduzuq əməllərinə, bu gün hüquqi qiymət verilmir. İstintaq zamanı dövlət məmurları tərəfindən respublikanın müxtəlif regionlarından olan 160 sosial vəziyyəti ağır olan (kasıb) ailələrin dövlət məmurlarına olan etimadından, dövlət sənədlərinə olan inamlarından istifadə olunaraq, mənzil verilməsi adı ilə 8 (səkkiz) milyon manat pullarının mənimsənilməsi faktı təsdiqlənməsinə baxmayaraq, 15 günə kimi əsassız olaraq bu işə baxılmasının rəsmi qaydada dayandırılması gözləniir. Səbəb: Abdin Fərzəliyevin Almaniyaya “ezam etdiyi” Məzahir Nəsibov adlı ortağının (160 nəfərdən birbaşa 8 milyon manatın alınmasında iştirak edən) Azərbaycanda olmamasıdır. Baxmayaraq ki, adı çəkilən şəxs skayp vasitəsilə istintaqa cəlb olunmuşdur.Almaniya dövlətinə göndərilən cinayətkar Məzahir Nəsibovun tutularaq Azərbaycan Respublikasına gətirilməsi barədə 09 iyul 2016-ci il tarixdə məhkəmə qərarının olmasına baxmayaraq, Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin qeyri-sağlam məqsədli fəaliyyəti nəticəsində, adı çəkilən cinayətkar bu günədək məqsədli şəkildə Azərbaycana gətirilmir (hətta İNTERPOLA da verilməmişdir). Hüquq-mühafizə orqanı əməkdaşları da, cinayətkarın məskunlaşdığı ərazi barəsində dəqiq məlumata malikdirlər və Məzahir Nəsibovla skyp, telefon danışıqları da mövcuddur. II istiqamət – I istiqamətə aid olmayan, amma baş vermiş mütəşəkkil korrupsiyadan sui-istifadə edərək ayrı-ayrı şəxslərin 8 milyon manatdan əlavə, bizlərin Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin yataqxanasına qanunsuz olaraq qeydiyyata alınmağımızın Abdin Fərzəliyevin “toxunulmazlığına” zərər gətirməyən hissəsi üzrə araşdırma işləri aparılır və bu prosesdə 2-3 nəfərin Azərbaycan Respublikası CM-nin dələduzluq və saxta sənəd düzəltmə maddələri ilə ittiham olnması gözlənilir. Bu da verilən məlumatlara görə, təqribən 15 günə yekunlaşmaq üzrədir. Qeyd olunanlarla əlaqədar sual olunur: Dövlət məmurları tərəfindən əsassız və saxta sənədlərin hazırlanması, normativ hüquqi akt və sənədlərin tələbləri pozulmaqla, qanunsuz sərəncamların verilməsinə səbəb olan 160-a yaxın ailədən 8 (səkkiz) milyon manat məbləğində pulların mənimsənilməsi – korrupsiya amili deyilmi? Bununla da hesab etmək olar ki, Korrupsiya Qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılan istintaq da, Nərimanov RİH başçısı Abdin Fərzəliyevin və FƏRZƏLİYEVÇİLƏRİN “eviniz olacaq” adı altında, 160 ailəni aldatmaqla mənimsədikləri 8 milyon manata sahib olmalarına köməklik məqsədi daşıyır. Qeyd olunanlarla bağlı iki ilə yaxındır ki, dəfələrlə (600-dən çox) Sizə, Azərbaycan Respublikasının ali və yüksək səviyyəli müvafiq icra və hüquq-mühafizə orqanlarına, Milli Məclisə (hətta 125 deputatın hər birinə), Ombudsmana, Konstitutsiya Məhkəməsinə ünvanladığımız müraciətlərimizin varlığına baxmayaraq, hakimiyyətdə təmsil olunan dövlət məmurlarının bir-biri ilə sıx korrupsiya əlaqələri olması səbəbindən, bu günə kimi FƏRZƏLİYEVÇİLƏRlə bağlı heç bir tədbir görülməmiş, onların dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə, kasıb ailələrə və s. vurduqları maddi və mənəvi zərərlərə göz yumulmuş, eyni zamanda onların fəaliyyətlərinə heç bir hüquqi qiymət verilməmişdir. Nərimanov RİH-in başçısı Abdin Fərzəliyevin və FƏRZƏLIYEVÇILƏRIN baş rolda olduqları müdhiş mənimsəmə faktları ilə əlaqədar keçirilmiş qısamüddətli mədəni piketlərdə, ölkə mediasında – internet TV-lərdə, saytlarda, ayrı-ayrı mətbu orqanlarda silsilə açıqlamalar dərc olunmuş və Sizin təyin etdiyiniz Abdin Fərzəliyev, həmçinin FƏRZƏLIYEVÇILƏR ictimaiyyətin, o cümlədən sosia şəbəkələrdə olan minlərlə şəxsin qəzəbinə və lənətinə səbəb olmuşlar. Möhtərəm Prezident! Abdin Fərzəliyevin 160 ailəni “ev vermək” adı ilə aldatması, onların kiçik evlərini, torpaq sahələri satdırması, banklardan kredit götürməyə vadar etməsi, qohum-əqrəbadan borc pul aldırmaqla onların 8 milyon manatını mənimsəməsi, bunların nəticəsi olaraq həmin ailələrin 7 (yeddi) ildir ki, acınacaqlı və ağır şəraitə, qohum-əqraba yanında, kirayələrdə yaşamağa vadar etməsi, intihar vəziyyətinə çatdırması, acınacaqlı həyat tərzi və sağalmaz xəstəliklərə üz-üzə qoyması, hətta bəzilərinin ölümünə səbəb olması, ictimaiyyətin qəzəbinə, lənətinə tuş gəlməsi, öz xalqından və dövlətində daşıdığı vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi çirkli pulları Rusiya Federasiyasının Həştərxan vilayətində investisiya qoyuluşlarına yatırması, əksəriyyətin dövlət orqanlarına olan inamını heçə endirməsi, dövlətə, dövlətçiliyə, siyasi hakimiyyətə zərbə vurması, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması, nə dərəcədə ədalətlilik prinsipi ilə üstüstə düşür? Ona görə də biz anladıq ki, hüquq-mühafizə orqanlarının yüksək səviyyəli şəxsləri tərəfindən “Sizin kimi balaca adamlara görə cənab PREZİDENTİN qohumu və onun sərəncamı ilə təyin olunan Nərimanov RİH-in başçısı Abdin Fərzəliyev barədə heç bir araşdırma aparılmayacaq” sözləri, bu gün bizim bilmədiyimiz hansısa qanunauyğunluğun məhsuludur. Onların fikrincə belə şəxslər toxunulmazdır və toxunulmazlıq “MUMYALANMIŞDIR”. Bu baxımdan da, korrupsiyanın quldurluqla sintezinin müəllifi olan Abdin Fərzəliyev, lal-hazırda xüsusi statusa malikdır. Yuxarıda göstərilənlərdən belə qənatə gəlirik ki, Abdin Fərzəliyevin adı çəkilən ordenlə təltif olunması FƏRZƏLIYEVÇILƏRƏ əlavə olaraq, fövqaladə divident də qazandırmışdır. Bundan sonra ehtimal etmək olar ki, Abdin Fərzəliyev sürü ilə olan itlərini insan əti ilə yemləyəcək, ovladıqları insanların mənzillərini isə quldurcasına tar-mar etdirəcək. Artıq dövlət məmurlarının qeyri-sağlam fəaliyyətləri nəticəsində, korrupsiyanın «qanun», korrupsionerin isə «ədalətli» hökmdar olmasına, o cümlədən onların öz korrupsiya qurbanları barədə içtimaiyyətdə mənfi rəy, «yaramaz obraz» formalaşdırmasına və s. səbrimiz çatmayacaq. Ona görə də Sizdən xahiş edirik ki, yuxarıda göstərilən dövlət məmurlarının qanunsuz hərəkətləri və qanunsuz hərəkətlərin ört-basdır edilməsində bir-birlərinə göstərdikləri yardım, yəni şəbəkə halında korrupsiyalaşmış dövlət məmurlarının əməlləri barədə tədbir görəsiniz, müvafiq qanunvericiliyə uyğun hüquqlarımızın bərpasına, bizə vurulmuş zərərin ödənilməsinə görə aidiyyəti üzrə göstəriş verəsiniz”. Bu yöndə araşdırmamız davam edəcək. Daha ətraflı növbəti saylarımızda.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?