Sabiq polis rəisi Cəbrayıl Vəliyev rayonu doqquz il sərasər əsarətində saxladığından, sanki sakinləri qul kimi istismar edirdi
2017-ci ili də birtəhər yola verdik, nələr dəyişdi? Söz və sərbəst fikir söyləmək azadlığı əlindən alınan qara camaat nə qədər ki, sözünü deyib haqqını tələb etməyir, o halda hər kəsin günü it günündən də betər olacaq. El arasında əbəs yerə deyilmir ki, Saatlı rayonu arıq məmurların “Cənnət yaylağıdır”. Vəzifəyə sahib olan hər kəs çapıb talama yolu ilə yaxşıca pulunu yığır, bahalı maşınlara, hektarlarla torpaq sahələrinə, lazımi şəraiti olan mənzillərə və s. sahiblənirlər. Hansı pullar hesabına? Bax bunun bir hesabını soruşan yoxdur. Sabiq polis rəisi Cəbrayıl Vəliyev də nə az, nə də çox duz doqquz il Saatlıya qənim kəsildi. “İti görüm, qurdu görüm, lakin təmiz vicdanlı bir kimsəni görməyim” deyən Cəbrayıl Vəliyev, ötən illər ərzində rayonda işverənlərin, üzə duranların və s. sayını artıraraq, bu peşə sahiblərinin siyahısını rekord həddə çatdırdı. Adı çəkilən şəxsin idarəçilik üsulu, ancaq və ancaq özünün şəxsi maraqlarının təmin olunmasına hesablanmışdı. Rayonda azyaşlıdan tutmuş böyüyə kimi hər kəs yalnız ona sitayiş etməli idi və bu prinsip də, mütləqi-hakimə çevrilmişdi. Bir sözlə, bu şəxs rəis vəzifəsini daşıyarkən, polis əməkdaşları açıq-aşkar şəkildə reketçiliklə məşğul olurdular. Rayonda gözə görünən və gəlir gətirən sahələrin hamısını hesaba və faizə otuzduran Cəbrayıl Vəliyev, belə bir yolla istədiyi məqsədinə nail ola bilirdi. 2014-cü ildə şərlənərək həbs olunan yaxın bir tanışım, məhz Saatlı RPŞ-də yaşananları bu cür ifadə edirdi.
Sorğu
Yeni dizaynımız necədir?