GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları

Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları

Tarix: 15-03-2018, 12:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 543
Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları


Oqtay Şirəliyevin dostu xəstəxanaları bazara çevirib

Gəncədən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, şəhərin səhiyyə ocaqlarında baş verən özbaşınalıqlar və qanunsuz tələblər artmaqla vətəndaşlar arasında narazılığa səbəb olub.
Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovun istəkləri və xəstəxanaların baş həkimlərindən tələb etdiyi qaydalar, müayinə üçün səhiyyə ocaqlarına üz tutan insanları şoka salıb.
Gəncənin demək olar ki, bütün xəstəxanalarında rüşvət xəstəliyini yayan Əlikram Məmmədov özünü Səhiyyə naziri Oqtay Şirəliyevin yaxın qohumu adlandırır. Qanunsuz tələblərə etiraz edən həkimləri isə cəzalandırmaq Məmmədov üçün çətinlik yaratmır. “Burda mənəm Bağdadda kor xəlifə” – deyib xəstəxana və poliklinikaları bazara çevirən Əlikram Məmmədovun özəl qaydaları aşağıdakı kimidir:

Gəncə səhiyyəsində Əlikram Məmmədovun özəl qaydaları


- Sadə cərahiyyə əməliyyatları adlanan, kor bağlırsağın kəsilib götürülməsi, boğazda artıq ətlərin kəsilməsi, burun üzərində cərahiyyə əməliyyatlarının aparılması və s. bu kimi əməliyyatlar 300-400 manat təşkil edir.
- Bir az ağır əməliyyatlar- qasıqda, qarın nayihəsindəki yırtıqların tikilməsi, qəza zamanı yaranmış zədələrin əməliyyat olunması 400-500 manat civarındadır.
- Ağır əməliyyatlar- daxili orqanlar zədələnən zaman aparılan əməliyyatlar, görmə orqaninin müalicəsi zamanı və doğuş zamanı aparılan əməliyyatlara görə vətəndaş 1500- 2500 manat ödəmək məcburiyyətindədir.

Aparılan araşdırmalar göstərir ki, xəstəxanalarda cərahiyyə şöbələrində tətbiq olunan qiymətlər şöbə müdirləri tərəfindən dəqiqləşdirilmir. Bu tapşırıqlar və qiymətlərin bu cür yazılaraq tələb edilməsi, şəhərin Səhiyyə idarəsinin qoyduğu tələblər əsasında gerçəkləşir. Səhiyyə idarəsindən baş həkimlərə verilən "qiymət cədvəli” ikincilər tərəfindən də şöbə müdirlərinə paylanır ki, nəticədə rüşvətin alınmasına nəzarət mexanizmi işə düşür. Xəstəxanalarda hər cərrah apardığı əməliyyata görə alınan rüşvətdən 10% - əldə edir. Bir əməliyyata görə alınan rüşvətin 10 % - şöbə müdiri və baş həkimə çatır. Pulun qalan hissəsi isə Gəncə səhiyyəsinin rəhbərinə çatır.

Xəstəxanalarda cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstələr, orda bir həftə "soyulmaqla” əməliyyat olunurlar. Belə ki, xəstənin qohumları hər gün reanimasiya şöbəsinin şöbə müdirinə, həkimlərinə və tibb bacılarına gündə 100 manat ödəməli olurlar. Bundan əlavə, bütün dərman avadanlıqlarını da xəstənin yaxınları almaq zorundadırlar. Çünki Gəncə səhiyyəsinin baş rüşvət yığanı xəstəxanalara ayrılan iynə və dərmanları apteklərdə satdırmaqla yeni biznesini qurub.
Bir neçə il öncə Gəncə Səhiyyə idarəsinə Əlikram Məmmədov rəis təyin olundu. Bu təyinatdan sonra, Gəncənin bütün xəstəxana və poliklinikalarında həkimlərə nəzarət mexanizmi işə düşdü. Əslində bu nəzarət sözü oxucuları diqqətini qanunu nəzarətə yonəldə bilər. Amma, Əlikram həkim öz şəxsi maraqlarını həyata keçirmək üçün tətbiq etdiyi qaydaların icrasına nəzarətdən söhbət getdiyini xatırlayaq. Xəstəxanaların və poliklinikaların baş həkimlərinə aylıq "haqq” qoyan səhiyyə şefi çox keçmədi ki, şöbələrə də nəzarəti artırdı. Burda baş həkimlərin onu aldadacağından şübhələnən Əlikram Bayramov, özü birbaşa xəstələrdən nə qədər rüşvət alındığını jurnallarda qeyd etdirdi. Həmin jurnallar Əlikram həkimin xəstəxana və poliklinikalarda etibarlı adamları tərəfindən yazılmaqdadır. Baş həkimləri bu yolla tam nəzarətə götürməklə, səhiyyə ocaqlarına daxil olan gəliri də özününküləşdirməkdə çətinlik çəkmədi. Nəticədə xəstələrdən zorla yığılan rüşvəti özünün tapşırığı ilə, yuxarıda qeyd etdiyim qaydalarla bölüşdürən səhiyyə idarəsinin rəhbəri indi şəhərdə varlı məmurlardan biri sayılır.

Gəncənin döğuş prosesini həyata keçirən səhiyyə ocaqlarında vəziyyət daha acınacaqlıdır. Belə ki, hər doğuşa görə tətbiq olunan 500 manat rüşvəti bu gün ödəmək iqtidarında olmayan vətəndaşlarımız çoxdur. Lakin buna baxmayaraq, Əlikram Məmmədovun istəyini yerinə yetirməyənlər Gəncədə xəstəxanalarının döğuş şöbəsində uşaq dünyaya gətirə bilməzlər. Həkimlər, hörmətli səhiyyə şefinin "pulun yoxdur, doğma” devizinə sadiqdirlər. Döğuşun əməliyyat üsulu ilə həyata keçirənlər isə Əlikram müəllimin ikiqat tələbini, yəni 1000 manat ödəməlidirlər.

Gəncədə yerləşən və Əlikram Məmmədovun tabeliyində olan uşaq poliklinikalarında vəziyyət digərlər səhiyyə müəssisələrindəki kimidir. Burda valideynlər uşaqlarını müayinəyə gətirəndə mütləq həkimləri və tibb bacılarını razı salmalıdırlar. Şəhərin uşaqların müalicəsi üçün fəaliyyət göstərən xəstəxanasında isə durumun daha ciddi olduğunu gördük. Həmin səhiyyə ocağında isə bi gün uşağı ilə qalan və uşağının müalicə olunmasını istəyən valideyin günə 100 manat pul ödəməlidir. Uşaqlara dərmanları xəstəxanada tapmaq olar, amma həmin dərmanlar üçün pul ödənilməlidir. Gəncədə pulu olmayanın isə uşağını xəstəxanada müalicə etdirmə arzusu gerçəkləşə bilmir.gundemxeber.az bildirir ki,realliq.info- nun verdiyi məlumata görə ilk girişdə irəli sürülən tələblər Gəncənin Səhiyyə idarəsinin rəisini narahat etməsədə, sadə və uşağı xəstə olan vətəndaşı çətin duruma salır. Kimisi borc, kimisi də müxtəlif vasitələrtə əl atıb Əlikram Məmmədovun tətbiq etdiyi qaydaları icra edir.

Şəhərin səhiyyə ocaqlarında baş verən digər qanunsuzluq vətəndaşlara sağlamlıq arayışının verilməsi zamanı baş verir. Poliklinika baş həkimlərinin 30 manat tələbini yerinə yetirəndən sonra məqsədinə çatan vətəndaşların narazılıqlarının əsaslı olduğunun bir şahidinə çevrildik. Baş həkimlərin aldığı 30 manat rüşvətin neçə faizinin səhiyyə şevinə verildiyini dəqiqləşdirə bilmədik. Lakin, onu öyrənə bildik ki, bu qaydanıda Əlikram həkim tətbiq edib.

Gəncə səhiyyə ocaqlarında baş verən neqativ hallar, rüşvətxorluq, gündən-günə artmaqda davam edir. Qeyd edək ki, səhiyyə ocaqlarında xəstələrin və işçi kollektivinin qidalanması üçün nəzərdə tutulan ərzaqlar da mağazalarda satışa çıxarılır. Ərzaqın bir hissəsi isə bəzi şəxslərin, eləcədə səhiyyə şefinin yaxınlarının evlərinə pay olaraq daşınır. Nəticədə səhiyyə ocaqlarını şəxsi mülkü kimi talan edən Əlikram Məmmədov, gəncəlilərin haqlı narazılıqlarından çəkinmir. Özünü, Səhiyyə naziri Oktay Şirəliyevin ən yaxın dostu sayan idarə rəisinin şikayətçilərə qeyri-eti davranışı da diqqətdən yayınmır. Baş verənlərlə bağlı Səhiyyə idarəsi ilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, şəhərdə tədbir olduğu üçün sorğularımıza cavab vermək mümkün deyil. Biz qarşı tərəfin mövqeyini hər zaman öyrənməyə hazır olduğumuzu diqqətə çatdırmaqla əlaqəni bitirmiş olduq.

Biz ümid edirik ki, səhiyyə naziri Gəncə səhiyyəsində baş alıb gedən rüşvətxorluğa son qoyulması üçün tapşırıqlar verəcək və Əlikram Məmmədovun qanunsuz tələblərinə hüquqi qiymət verəcəkdir./realliqinfo.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı

    Bakı Mədəniyyət və Turizm İdarəsində maaş böhranı ...

    25-11-2013, 17:40

  • 
  • Oqtay Şirəliyevin də adamları düzəlmir ki, düzəlmir

    Oqtay Şirəliyevin də adamları düzəlmir ki, ...

    13-05-2014, 10:10

  • 
  • Hilal Məmmədovun Əlikram Hümbətovla birgə videosu yayıldı

    Hilal Məmmədovun Əlikram Hümbətovla birgə videosu ...

    11-05-2013, 12:46

  • 
  • Oqtay Şirəliyevin pulsuz müayinə oyunu

    Oqtay Şirəliyevin pulsuz müayinə oyunu ...

    30-03-2014, 14:33

  • 
  • Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq qalmaqal

    Nazirin qardaşı məkəməyə verilir – 4 milyonluq ...

    27-08-2013, 11:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu