GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İmişli sakini oliqar-məmurun əməllərindən “cana doyub”

İmişli sakini oliqar-məmurun əməllərindən “cana doyub”

Tarix: 28-03-2018, 15:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 474
İmişli sakini oliqar-məmurun əməllərindən “cana doyub”


Məhbub Zülfüqarlı: “Saleh Səmədov Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış postamenti də yerlə-yeskan etdirib”

Hal-hazırda İmişlidə məmur özbaşınalığı o həddə çatıb ki, sakinlər məcbur qaldıqlarından ölkə rəhbəri cənab İlham Əliyevlə bərabər, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Nazir cənab Artur Rasizadəyə, bir çox nazirlərə və digər vəzifə sahiblərinə aramsız şikayətlərini ünvanlamaqda davam edirlər. Bütün bunlara da başlıca səbəb, yerli vəzifə sahiblərinin daşıdıqları vəzifələrindən sui-istifadə etmələri olur. Prezident keçirdiyi müşavirələrdə daim məmurlara tapşırır ki, “sakinlərlə səmimi rəftar edin, onlara məxsus problemlərin həlli ilə məşğul olun”. Bu yöndə lazımi tapşırıqlar verilsə də, əfsuslar olsun ki, yerlərdə vəzifə sahibləri sakinlərə qarşı təzyiqlərini hələ də artırmaqda davam edirlər. Yəni, kim pulludur, arxalıdır, onu müdafiə edirlər. PA-a ünvanlanan şikayətlər isə, kimlərdən şikayətlər olunubsa araşdırılması üçün həmin vəzifə sahibinə göndərirlər. 08 fevral 2018-ci il tarixdə Bakıdan cənab Prezidentə şikayət ərizəsi göndərdim və qeyd etdim ki, bu gün İmişlidə ikihakimiyyətlilik mövcuddur. Başçı qanunsuz əməllərinə görə kimləri işdən azad edirsə, o halda məmur-oliqarx adı ilə tanınan Saleh Səmədov, qovulmuşları ya öz idarəsinə, şirkətlərinə işə götürür, ya da ki, “Azəriqaz”a, “Azərişıq” ASC-nə və digər strateji obyektlərə yerləşdirir. Bu cür əməlləri, bəlkə də müxalif kəsim heç cür edə bilməz. Məmur-oliqarx vermiş olduğu sifariş nəticəsində hələ bir müddət bundan əvvəl qondarma şahidlərin vasitəsilə, məni məhkəmə sədri və prokurorla olan dostluğundan sui-istifadə edib CPM-nin 147.1-ci maddəsi ilə həbs etdirdi.
Keçirilən məhkəmə prosesləri zamanı məmur-oliqarxla heç bir vəkil müqavilə bağlamadı. O, öz işçisi, sektor müdiri Elnur Tağıyevi özünə nümayəndə seçmişdi. Amma, qanun bu cür addımın atılmasını yasaq etsə də, məhkəmə hakimi bunlara göz yumdu. Mənim nümayəndəm isə hüquq müdafiəçisi Oqtay Güləliyev idi. 06 iyul 2017-ci il tarixdə prosesi elə başa vurdular ki, sanki elə bil bir neçə saatdan sonra “Stolipinə” minməli idim. Həmin gün onlar məni Şüvəlan İT-na yola saldılar, özləri isə bayramı xaricdə qeyd etməyə getdilər. 23 iyun 2017-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak edən oliqarx ilk çıxışına belə başladı. “Oqtay Güləliyev şərəfli şəxsdir, başa düşə bilmirəm ki, o, bu şərəfsizi niyə müdafiə edir” çıxışına cavabım heç də gecikmədi. Cavab verdim ki, mən sən tərbiyədə, sən səviyyədə deyiləm. 08 fevral 2018-ci il tarixdə Prezident Administrasiyasına ünvanladığım şikayətimin Standartlaşdırma Metrologiya və Patenet üzrə Dövlət Komitəsinə göndərilməsinə heç də təəccüblənmədim. Çünki, bu şəxsi himayə edənlərdən biri də, adı çəkilən komitənin sədri R.Həsənovdur.
Hər bir insanın beş duyğu hissi altıncı duyğunun məhsuludur. Hal-hazırda sakinlər səviyyəsiz və arxalı məmurlardan olduqca narazılıqlarını ifadə edirlər. Ölkədə qanunlar az-çox cəzaçəkmə müəssisələrində işləyir. Məmurların əksəriyyəti oturduqları “kreslo”ları sanki şəxsi mülkiyyətləri hesab edirlər. İmişlidə 30-40 ildir ki, eyni şəxslər daşıdıqları vəzifələrini bu gün daşımaqdadırlar. Əhməd Əhmədzadənin İmişlidəki rəislərinin və digər vəzifəli şəxslərin ciblərində, seyflərində təqribən 50-100 ədəd əmək haqqı kartları var. Onlar sanki avropalılar kimi yaşayırlar, tabeçiliklərində olan şəxslərlə isə, bir növ qul təki davranırlar. Onların əksəriyyətinin də himayəçisi, məhz oliqarx-məmur olan Saleh Səmədov və məhkəmənin sədri Qurban Hacıyevdir.
S.Səmədov İmişlidə “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış postamenti yerlə yeksan etdirib, ətrafındakı 30-40 illik ağacları kötüyündən çıxartdırıb, strateji əhəmiyyət kəsb edən dəmir yoluna gedən yolu dağıtdırıb və yerində şəxsi uşaq bağçası tikdirib. 1980-cı illərdə dövlətin vəsaitləri hesabına tikilən bağçaları özəlləşdirib, marketlərə çevirib. Məgər “20 Yanvar” şəhidlərinin adlarına salınmış xiyaban bu xalqa lazım deyilmi? Bundan əlavə, adı çəkilən bu şəxs Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış postamenti də yerlə-yeskan etdirib. Yəqin ki, yaxın vaxtlarda həmin ərazilərdə də marketlər saldıracaq.
23 fevral 2018-ci il tarixdə Xocalı faciəsi RİH-də toplantıya oxşar formada xatırladıldı. Əslində siyasi partiyalar, rayon sakinləri həmin günü hüzn günü kimi qeyd etməli idilər. 1980-cı illərdə inşa olunan kinoteatr da özəlləşdirildiyindən, bu gün həmin kinoteatrdan çayxanaya kimi istifadə olunur. Görəsən bundan sonra İmişli sakinlərinə kinoteatr lazım olmayacaqmı? S.Səmədov sovet dönəmində salınmış hərbi əhəmiyyətli lokotoru da yerlə yeksan etdirib, hərbi-hissənin ərazisini şumlatdırıb, əhalinin örüş sahəsində qiymətli yulğun ağaclarını kötüyündən çıxartdıraraq, həmin ərazidə 18 hektar istixana saldırıb. Görəsən müdafiə naziri cənab Zakir Həsənov bunu görmədimi, eşitmədimi? O halda bu cür fəaliyyət 5-ci kalonun fəaliyyəti kimi hesab olunmalı deyilmi?
Qarabağ şəhidlərinin uyduqları ərazidə şadlıq saray tikdirmək istəyi, rayonun Yalavac kənd sakinləri tərəfindən alındı. 2008-ci ildə Şəhidlər Xiyabanına qarşı edilən haqsızlığı isə, biz QAT-nın sədri Akif Nağı ilə birlikdə aldıq. 28 mart 2016-cı ildə oliqarx S.Səmədov bizim evə gəlmişdi. Həmin vaxt məni zəhərləmişdilər, ona görə də bir ay idi ki, canımla əlləşirdim. Həyətə girən kimi onun ilk kəlməsi belə oldu: “Məhbub Zülfüqarlının evi budurmu? Ev başına uçur, buna görə “borzuluq” edirdin, axırın bu deyilmi?” Bu cür danışıqlarına görə qardaşlarım onu həyətdən qovmaq istədilər, o halda belə bir addım atılmasına imkan vermədim. Qoyun danışsın, özünü biabır etsin, kimliyini göstərsin. Çay süfrəsində əyləşdi və dedi ki, “Şəhidlər Xiyabanı” ərazisində obyekt tikmək istəyimdən sən yazırdın?” Həmin an böyük qardaşım Davud içəri girdi və “Saleh nə əcəb bu həyətə gəlmisən?” deyə ona sual etdi. O, ünvanlanan suala “Məhbub bəyə dəyməyə gəlmişdim” deyərək cavab verdi və 200 manat pul çıxarıb stolun üstünə qoyduqda qardaşım buna qəti etirazını bildirdi.

İmişli sakini oliqar-məmurun əməllərindən “cana doyub”


İndi ölkədən çıxıb getmək istəyirəm, bu bəlkə də mənim sizlərə sonuncu harayım ola bilər. Ölkədən çıxıb getməyimi ona görə istəyirəm ki, qəlbim rahatlıq tapsın, heç olmazsa vicdanım ağrımasın. İndi xahişim odur ki, Ali Məhkəmə İmişli rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarlarını ətraflı araşdırsın və ədalətli qərarlar qəbul etsin ki, günahsız məhkumluğum ləğv oluna bilinsin. Qanunun aliliyi naminə ədalətli addımlar atılmasını rica edirəm. Günahsiz şəkildə həbs olunsam da, Apellyasiya Məhkəməsinə yazdığım “şanlı məktub”larıma nə həbsxanada olduğum zaman, nə də ki, azadlıqda olduğum vaxtlarda heç bir cavab əldə edə bilməmişəm. 2017-ci ildə həyatım altüst oldu. Əslində məsuliyyətə S.Səmədov cəlb olunmalı olduğu halda, o, məni məhkəmənin sədri Q.Hacıyevin “qanunları” və sifarişi ilə həbs etdirdi. Ona görə də cənab Prezidentdən xahiş edirəm ki, üzüzə qaldığım problemlərin həllində mənə köməklik etsin. Eyni zamanda şikayətlərimin araşdırılması şikayət etdiklərim şəxslərin üstünə göndərilməməsi üçün, aidiyyatı orqanlara bu yöndə müvafiq göstərişlərini versə, o halda lazımi nəticəni əldə etmək olar.

Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsinin anım mərasimində iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    26-02-2016, 13:09

  • 
  • Oliqarx məmurun dustaq etdirdiyi jurnalist azadlıqda

    Oliqarx məmurun dustaq etdirdiyi jurnalist ...

    7-12-2017, 18:59

  • 
  • Məhbub Zülfüqarlı kəsişən maraqların qurbanı oldu

    Məhbub Zülfüqarlı kəsişən maraqların qurbanı oldu ...

    8-08-2017, 18:28

  • 
  • “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə sahiblərinin hücumuna məruz qalıb--ŞOK OLAY

    “Gündəm Xəbər” xaker hücumuna deyil, vəzifə ...

    18-02-2018, 21:48

  • 
  • Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

    Bərdədə vəzifə sahibləri yerli sakini ...

    16-08-2017, 14:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu