GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Londonda yaşayan azərbaycanlı məmur övladları - onlar kimlərdir...

Londonda yaşayan azərbaycanlı məmur övladları - onlar kimlərdir...

Tarix: 5-05-2018, 10:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 437
Londonda yaşayan azərbaycanlı məmur övladları - onlar kimlərdir...


Onlar Dumanlı Albionda ancaq pul xərcləmirlər, həm də qazanırlar

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbəri gündəmin əsas mövzularından birinə çevrilib. Yada salaq ki, A.Məmmədov manat ekvivalentində təxminən 25 milyon xərcləməklə Böyük Britaniya vətəndaşlığı aldığı iddia olunur.

“Yeni Müsavat”ın məlumatına görə, onun qaynı, son prezident seçkilərindən sonra postunu itirən kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. O da cibində Britaniya vətəndaşı olmasını təsdiqləyən sənəd gəzdirdiyi xəbəri var. Yada salaq ki, 2017-ci ildə Asif Əsədzadə London küçələrində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” ilə “avtoşluq” etməsi əks olunan video ilə gündəmə gəlmişdi.

Video yayılandan sonra Hafiz Hacıyev “İngiltərədə heç bir məmurun, biznesmenin oğlunun etmədiyi qələti Heydər Əsədovun oğlu edir” deyə qəzəblənib naziri rüşvətxorluqda suçlamışdı. O, hüquq-mühafizə orqanlarını Heydər Əsədovu və Ziya Məmmədovu həbs etməyə çağırmışdı: “Görün o, nə qədər özündən çıxıb ki, avtomobilini təyyarəyə qoyub Londona aparır”.

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu İlqar Bəşirov da Azərbaycanın zəngin adamları sırasına daxil edilir. İlqar Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. Ona məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Böyük Britaniya vətəndaşı olduğu bildirilən İlqar Bəşirovun adı əsasən neft qaçaqmalçılığı ilə bağlı xəbərlərdə mərkəzi fiqur kimi keçib. İlqar Bəşirovun biznesinin coğrafiyası Türkiyə, Rusiya və vətəndaşlığını daşıdığı Böyük Britaniyanı əhatə edir.

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadəni şıltaq övlad adlandırmaq olar. Adı ilk dəfə Azərbaycan mətbuatının gündəminə təhsil aldığı Londonda özünün əvəzinə digər bir şəxsi imtahana yollaması ilə gəlmişdi. Məlum olmuşdu ki, Elnar Əsgərov Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahan verməyin mümkünlüyünə inandırıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi(manatın indiki kursu ilə təxminən 4 min 500 manatdan artıq). Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazmışdılar. Sonradan isə Elnar Əsgərovun Bakıya qayıtması barəsində məlumat yayılmışdı.

Elnar Əsgərovun London macəraları bununla bitmir. O, Londonda təhsil alarkən adam bıçaqlaması haqda da xəbərlər vardı. E.Əsgərovun bıçaqladığı şəxsin milliyyətcə ingilis olduğu və hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilirdi.

Dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - “Formula-1"in ”Qran Pri" yarışının təşkilatçısı Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdır. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib. Arif Rəhimov evlidir və hazırda Londonda yaşayır. Onun da Böyük Britaniya vətəndaşlığı alması haqda məlumatlar var.

Məmur övladları maqnit kimi çəkən Avropa dövlətlərinin vətəndaşlığını alma qaydaları necədir? Hansı şərtlər, meyarlar əsas götürülür? Çamadanları yığmazdan əvvəl nələri bilmək vacibdir?

Avropa dövlətlərində vətəndaşlıq almaq üçün alternativ yollar var. Mülk alırsan, yatırım qoyursan və vətəndaşlığı avtomatik olaraq satın almış olursan. “Washington Post” qəzeti bu xüsusda “Pulun varsa, vətəndaşı ola biləcəyin və ya yaşayış icazəsi ala biləcəyin 7 ölkə” sərlövhəli yazıya diqqət etmək lazımdır. Qəzet yazır ki, Macarıstanda vətəndaşlıq almaq istəyən əcnəbinin 322 min dollarlıq bond alması kifayətdir. Avropa Birliyi ölkələrindən fərqli olaraq Macarıstan investorlardan daşınmaz əmlak almağı və ya ölkədə daimi yaşamağı tələb etmir. Maltada vətəndaşlıq almaq istəyən 1,57 milyon dollar verməlidir. Ən bahalı vətəndaşlıq verən ölkə Kiprdir. Burada vətəndaşlıq almaq istəyən şəxs 6,2 milyon dollar verməlidir. Böyük investor qrupu daxilində investisiya edənə vətəndaşlıq isə 2,48 milyon dollaradır. Dominikan Respublikasında vətəndaşlıq almaq istəyən fərd 100 min dollar ödəməlidir. Həyat yoldaşı ilə birlikdə vətəndaşlıq almaq istəyən isə 175 min dollar verməlidir. Müqəddəs Kits və Nevlis - Karib dənizində 2 adadan ibarət olan bu ölkədə vətəndaşlıq almaq istəyən adalarda daşınmaz əmlaka 400 min dollar qoymalıdır. Bundan başqa ölkənin Şəkər Sənayesi Fonduna 250 min dollar ianə verməlidir. Antiqua və Barbuda - bu ölkələr də Müqəddəs Kits və Nevils adalarından şərqdə yerləşir. Burada da vətəndaşlıq almaq üçün gərək 400 min dollarlıq daşınmaz əmlak alasan ya da xeyriyyəyə 200 min dollar verəsən. Karib adalarında yerləşən Qrenada vətəndaşlıq almaq istəyənlərdən burada fəaliyyət göstərən şirkətlərin 311 min dollarlıq səhmini almasını tələb edir. Azərbaycanlı məmur övladlarının sevimli məkanı - Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt(2 milyon 340 min manat) ödəmək kifayətdir. İnvestor 750 funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır.

Avstraliyada 4,7 milyon dollarlıq investisiya qoyanlar viza alaraq yerləşə bilir. Almaniyada nisbətən ucuzluqdur. Burada isə minimum kapital 250 min avro təşkil edir. Makedoniyada 40 milyon avroluq daşınmaz əmlak alan xaricilərə bir illik vətəndaşlıq icazəsi, 400 min avro dəyərində yatırım edənlər və ən az 10 işçisi olanlar vətəndaşlıq ala bilərlər. Bolqarıstan azı bir il ölkədə daimi yaşayan və 1,2 milyon dollarlıq yatırım edənlərə vətəndaşlıq verir.

Portuqaliya və İspaniyada 500 mindən çox avro ödəyərək daşınmaz əmlak alanlara vətəndaşlıq verirlər. Kanada əcnəbi şəxs ölkə iqtisadiyyatına 800 min Kanada dolları sərmayə yatırmalıdır ki, vətəndaşlıq ala bilsin. ABŞ-da varlı investorlar amerikan start-uplarına minimum 500 min dollar sərmayə yatırdıqda və minimum 10 leqal iş yeri yaratdıqda, biznesmen məşhur amerikan Green Card-nı əldə edə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əsədov kənd təsərrüfatının pullarını Londona daşıyıb - FOTO (VİDEO)

    Heydər Əsədov kənd təsərrüfatının pullarını ...

    27-04-2018, 16:15

  • 
  • Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

    Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya ...

    4-05-2018, 14:13

  • 
  • "Ziya Məmmədov kimi görməmiş İlham Əliyevin hesabına milyardlar yığdı"

    "Ziya Məmmədov kimi görməmiş İlham Əliyevin ...

    14-02-2017, 23:27

  • 
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23

  • 
  • LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR OĞLU – Fotolar + VİDEO

    LONDONDA ƏRƏB ŞEYXLƏRİLƏ RƏQABƏTƏ GİRƏN NAZİR ...

    17-05-2017, 20:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu