gundemxeber.az xəbər verir ki, Bibiheybət məscidinə yaxın ərazidə fəaliyyət göstərən və “Xəzər balıq evi” kimi tanınan restoranının Ramin Fərəcli adlı müştərisi həmin məkanda avqustun 23-ü axşam saatlarında rastlaşdığı maraqlı bir hadisə ilə bağlı fikirlərini Azinforum.az-la bölüşüb. Müştəri deyir ki, dünən axşam saatlarda onun övladı həmin ərazidə real təhlükə ilə üzləşib:
“Həmin məkan məşhur “Nar Şərab” adlı restorandan sonra yerləşir. Hər zaman da müştərisi boldur. İnsafən deyim ki, yaxşı balıq verdikləri üçün, tez-tez ora gedirik. Amma dünən rastlaşdığım bir mənzərə məni həqiqətən təəccübləndirdi. Restoranın ərazisində balaca uşaqların oynaması üçün xüsusi yer düzəldilib. Onun yanıda isə əl yumaq üçün yer var. Balaca övladım əlini yumaq üçün ora yaxınlaşdı. Birdə gördüm ki, “İlan, ilan” -deyərək qışqırır. Yaxınlaşıb gördüm ki, əl-üz yuyanın içində orta ölçüdə olan diri ilan var. Dərhal personalı çağırdım. Onlar sanki heç nə olmamış kimi yaxınlaşıb “burda belə şeylər tez-tez olur, dənizdən gəlirlər” -deyib ağacla ilanın başını əzib kənara atdılar. Çox maraqlıdır, restoranın rəhbərliyi niyə bu məsələyə barmaqarası yanaşır. Sabah həmin ilan bir uşağı çalsa, kim buna cavab verəcək?”
Şikayətçi hadisə zamanı çəkdiyi fotonu da Azinforum.az-a təqdim edib. Mözvu ilə bağlı sözügedən restoranla əlaqə saxladıq. Özünü təqdim etməyən bir şəxs bildirdi ki, həmin ilanlar çox xırda olur və zəhərli deyillər: “Narahatlıq üçün əsas yoxdur”.
Azinforum.az olaraq bildiririk ki, sözügedən yer zoopark kimi deyil, restoran olaraq fəaliyyət göstərir. Buna görə də, körpə uşaqların orada müxtəlif heyvanları seyr etməsi təhlükəsizlik baxımından da məqbul deyil. İlan zəhərli olmasa da, hər halda, uşaqların qorxamsına təsir edir və belə hallar körpələrdə psixoloji zədələrə səbəb ola bilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?