İlan ili Kiçik Dəhnə kənd sakini üçün heç də düşərli olmayıb
Şəkinin Kiçik Dəhnə kənd sakini təhlükəli problemlə üzləşib. Söhbət kənd sakini Gültəkin Alxasovadan gedir. Gültəkin Alxasova artıq yarım aydır ilanlarla birlikdə yaşayır. Belə ki, tək yaşayan qadının evində ilan məskən salıb. Gültəkin Alxasovanın sözlərinə görə yarım ay öncə həyətində ilana rast gəlib. Qadın əlinə kürək alıb heyvanı öldürmək istəsə də ilan evin qapısının açıq olmasdından istifadə edərək içəri qaçıb.
İlanın arxasıyla evə daxil olan qəhramanımız burda tam fərqli mənzərə ilə üzləşib. Belə ki, ilan evə girərək gözdən itir. Üstündən bir müddət keçdikdən sonra isə qadın çox qorxunc bir mənzərə ilə qarşılaşır. O, evin içərsində ilan balalarına rast gəlir. Qəhramanımız özünü itirmir və balaların hər birini o andaca öldürür. Ancaq qadının problemləri bundan sonra heç də azalmır. Canını qurtardığını düşünən Gültəkin Alxasova bundan sonra balaların anası ilə bir evdə baş başa qalır. Belə ki, evə girmiş ilan hər addım başı onun qarşısına çıxaraq qadına əsl qorxulu anlar yaşadır. Gültəkin Alxasova o gündən bu yana evə girə bilmədiyini deyir.
İlandan canını qurtarmaq üçün müxtəlif üsullara əl atdığını deyən qadın evinin hər bir künc bucağına dərmanlar tökdüyünü deyir. Ancaq ev sahibi bu dərmanların da heç bir faydası olmadığını bildirir.
Son çarə olaraq qadın kənd baytarına müraciə edib. Baytrarlıqdan Gültəkin Alxasovaya bu cür hadisəylə ilk dəfə qarşılaşdıqlarını bildiriblər. Həmçinin bu sahənin baytarlığa aid olmadığı qadının diqqətinə çatdırılıb. Ancaq buna baxmayaraq məsələ ilə bağlı ona kömək əlinin uzadılacağı bildirilib. Baytarlıqdan ilanı qaçırmaq üçün xüsusi dərman verilib.
Əlbəttə, dərmanların öz təsirini nə vaxt göstəricəyi hələlik məlum deyil. Odur ki, qəhramanımız, bu çağrılmamış qonaqla hələ bir müddət də yaşamalı olacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?