“Hikmətin beşbarmaqla vurulması və belə bir səbəb üzündən də xəsarət alması ilə bağlı nə hal şahidi, nə də ki, əsaslı sübutlar var idi”
Son vaxtlar bir çox məhkəmə hökmləri ilə bağlı hakimiyyətin qollarından biri hesab olunan məhkəmələrə və onların hakimlərinə qarşı ictimai fikirdə şübhəli yanaşmalar ortaya qoyulmaqdadır. Belə bir yanaşmaların əmələ gəlməsinə, məhz bir çox amillərin varlığı səbəb olur. Düşündürücü hal odur ki, bəzi məhkəmə hakimləri ədalətsiz qərarlar çıxarmaqla, hansısa sifarişləri həyata keçirməklə reallıqları nəzərə almamaqla və digər qanundankənar addımlarını atmaqla, açıq-aşkar şəkildə məhkəmələr və onların hakimləri ilə bağlı formalaşan fikiri heçə endirirlər. Toxunacağımız mövzu da, mahiyyət etibarı ilə belə bir motivlərlə bağlı olduğundan, biz yaşanan problemlərin varlığını ictimailəşdirmək qərarına gəldik. Çünki, zərərçəkən şəxsin redaksiyamıza ünvanladığı müraciətində bir çox məqamlarla tanış olmaq mümkün olur ki, bu da məqalənin dərcinə müəyyən qədər əsaslar verir. Onu da bildirək ki, dünən “GündəmXəbər”in redaksiyasına Tərtər rayonu, Yenikənd kənd sakini Abbasov Əbülfət Sevindik oğlu adlı şəxsin ərizəsi daxil olub. Adı çəkilən şəxs yazmış olduğu ərizəsində qeyd edir ki, “10 iyun 2017-ci il tarixdə axşam saat təqribən 20:00 radələrində böyük övladım Abbaszadə Nurmurad Əbülfət oğlu ilə, Beyləqan rayon sakini Əsədov Hikmət Əli oğlu arasında göyərçin quşunun üstündə dava-dalaş baş verir. Həmin vaxt Hikmət Əsədov sərxoş vəziyyətdə olur və belə bir səbəb üzündən də o, qəflətən oğlum Nurmuradın bel nahiyəsindən ağır zərbə vuraraq onu yerə yıxır. Hadisənin necə baş verməsini yaxınlıqda yaşayan qonşular Şahnaz və oğlu Elman da görürlər. Hər iki şəxs baş verən hadisə ilə bağlı canlı şahid olsalar belə, təəssüflər olsun ki, onların istintaq orqanlarına, məhkəmə hakimlərinə vermiş olduqları ifadələr heç bir halda nəzərə alınmadı. Həmin anlarda oğlum Nurmuradın yaxın dostları Azad və Ruslan adlı şəxslər, həmçinin onların tanışları olan Heydər adlı şəxslə birlikdə ərazidən keçirmişlər. Onların hər üçü oğlumun vəziyyətini görürlər və ləngimədən onu Heydərgilin şəhərdəki evlərinə aparıb səhərə qədər həmin evdə saxlayırlar. Bunu Heydərin atası Nəsib Əmrahov və ailənin digər üzvləri də təsdiq edirlər. Hadisə baş verən gün saat təxminən 22-23 radələrində kiçik oğlum Fuad Abbaszadə şəhərdən evə qayıdarkən eşidir ki, Hikmət Əsədovla qardaşı Nurmurad Abbasazadənin arasında bərk dava-dalaş olub. Ona görə də o, Hikmətə mobil telefonla zəng edir və problemin başvermə səbəblərini dəqiqləşdirmək istəyir. Çox keçmir ki, hər iki şəxs arasında da dava-dalaş baş verir və mübahisə zamanı Hikmət yerə yıxıldığından, onun başı yerdəki mişar daşına dəyir. Belə bir səbəb üzündən də, Hikmət göz nahiyəsinin üst hissəsindən bir qədər zədə alır. Baş verən dava-dalaş zamanı hadisə yerində başqa bir kimsə olmur. Hikmət Əsədov gözünün üst hissəsindən zədə aldıından, çox keçmir ki, yaxınları onu Beyləqan rayonuna həkimə aparırlar. Eyni zamanda onun yaxınları bir qədər də vaxt keçməsinə nail olmaq istəyirlər ki, o, sərxoşluqdan ayıla bilsin. Səhəri gün yaxınları Hikməti Bakı şəhərinə Z.Əliyeva adına Göz Xəstəlikləri İnstituna gətirirlər. Adı çəkilən səhiyyə müəssisəsində onu ixtisasca göz həkimi olan İlham Zərgərli müalicə edir. Onu da bildirim ki, dava-dalaş zamanı o, göz nahiyəsinin üst hissəsindən yalnız bir yerdən zədə alır ki, onun müalicəsi ilə bağlı bütün dərmanları mən aldım və digər xərclərini ödədim. Hikmət baş verən hadisə ilə bağlı xəstəxanada bir neçə dəfə “Yıxılmışam, belə bir səbəb üzündən də zədə almışam və heç bir şikayətim də yoxdur” dedi. Adı çəkilən şəxs tam sağaldıqdan bir neçə gün sonra, onun atası Əli adlı şəxs “Oğlumun göz nahiyyəsinin üst hissəsinə xəsarət yetirilib, xəsarəti yetirən şəxslə bağlı lazımi tədbir görün” deyə, yazılı ərizə ilə polisə müraciət edir. Onu da qeyd edim ki, Hikmət Əsədov xəstəxanaya aparılarkən dəfələrlə yıxıldığını və belə bir səbəb üzündən də, xəsarət aldığını, heç bir halda şikayətçi olmadığını da qeyd etmişdi. Bütün bunlara baxmayaraq, az sonra mənə “Əgər sən onlara 5500 manat pul verməsən, o halda hər iki oğlunu şərləyib həbs etdirəcəklər” deyə xəbər çatdırdılar. Bəli, bu belə də oldu. Çox keçmədi ki, istintaq araşdırmaları yekunlaşdı və toplanmış iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi. O halda Hikmət əvvəlki mövqeyini tamamilə dəyişdi və keçirilən məhkəmə prosesi zamanı “Hər ikisi məni vurdu, amma biri beşbarmaqla vurdu” deyib, hər iki oğlumun üzünə durdu. Onun beşbarmaqla vurulması və belə bir səbəb üzündən də xəsarət alması ilə bağlı nə hal şahidi, nə də ki, əsaslı sübutlar var idi. Biz Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı təkrar ekspertizanın keçirilməsi ilə bağlı bir neçə dəfə vəsatətlər qaldırsaq da, hakim Əfqan Hacıyev qaldırılan vəsatətlərin heç birini qəbul etmədi, şahidlərin vermiş olduqları ifadələrə əhəmiyyət belə vermədi. Beləliklə, 28 may 2018-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı hər iki oğlum Azərbaycan Respublikası CM-nin 126.2-ci maddəsi ilə təqsirli bilindilər və Fuad Abbaszadə 6 il, Nurmurad Abbasazadə isə 6 il altı ay müddətinə azadlıqdan məhrum edildilər. Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış məhkəmə hökmündən qanuna müvafiq qaydada etdiyimiz apelliyasiya şikayətimiz lazımınca araşdırılmadı və 29 avqust 2018-ci il tarixdə çıxarılmış məhkəmə hökmü, Bakı Apelliyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanıldı. Bu gün hər iki övladım heç bir əsaslı səbəb olmadan Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədirlər. Atılmış belə bir addımlar heç bir hüquqa sığmayan, heç bir halda ədalət anlayışı ilə üstüstə düşməyən addımlar oldu ki, bu gün həmin addımların cəzasını həm övladlarım, həm də biz çəkməkdəyik”. Baş verənlərlə bağlı belə bir qənaətə gəlmək olar ki, istər ilkin istintaq araşdırmaları zamanı, istərsə də keçirilən məhkəmə prosesləri zamanı əsl həqiqətlərin aşkara çıxarılması yöndə lazımi addımlar atılmadığından, məhz Əbülfət Abbasovgilin ailə üzvləri belə bir olayla üz-üə qalırlar. Məqalədə adı çəkilən qurumlarda səlahiyyət sahibi olan şəxslərin də mövqeyini dinləyə bilərik. Mövzi diqqətimizdədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?