Belə bir səbəblər üzündən də, bu gün qeyd olunan marşurut xətti üzrə hərəkətdə olan avtobuslarda, sanki feodaliz dövründən qalma ab-hava yaşanmaqdadır
Artıq bir neçə ildir ki, ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edən və siyasi hakimiyyətin yuxarı eşalonunda vəzifə sahibi olan şəxslərin diqqətini cəlb edən sahələrdən biri olan nəqliyyat sahəsində əmələ gə(tiri)lən problemlərin varlığı, yenidən gündəmi zəbt etməkdədir. Həqiqət naminə etiraf edək ki, indiyə kimi bu sahədə bir çox addımlar atılmış, əmələ gələn problemlərin çoxu da aradan qaldırılmışdır. Amma, atılan addımların varlığına baxmayaraq, bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzaldan Abşeron rayonunun Masazır qəsəbəsinə işləyən 569 saylı maşrutda əmələ gələn acınacaqlı durumun varlığı, hələ də bu sahədə çoxsaylı problemlərin varlığından xəbər verir. Çünki bu xətt üzrə hərəkətdə olan, baxımsızlıq ucbatından sanki antisanitariya mənbəyinə çevrilən avtobusların salonlarındakı ab-hava, əslində həyacan təbili çalmağa tam əsas verir. Onu da vurğulamaq yerinə düşər ki, Masazır qəsəbə sakinlərinin haqlı narazılığına səbəb olan və bu xətt üzrə hərəkətdə olan avtobuslarda interval olmadığından, sakinlər sanki birbirinin belində gedir. Təəssüf doğuran hal odur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin günahı ucbatından, bu xətt aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə bağlansa da, hal-hazırda yenə də fəaliyyət göstərməkdədir. Redaksiyamıza çatdırılan məlumatlara görə sakinlər baş verənlərlə bağlı, yəni qeyd olunan marşrut xətti üzrə hərəkət edən kiçiktutumlu avtobuslar arasında intervalın olmaması, antisanitariyanın baş alıb getməsi və digər neqativ halların varlığı ilə bağlı rəhbərliyə daim iradlarını bildirsələr də, bir kimsə haqlı iradlarla bağlı hansısa addımını atmayıb. Belə bir səbəblər üzündən də, bu gün 569 saylı marşurutda sanki feodaliz dövründən qalma ab-hava yaşanmaqdadır. Baş verənlər də onu söyləməyə əsas verir ki, adı çəkilən xətt üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsi sakinlərin taleyi, rahat gedib-gəlmələri deyil, birbaşa gün ərzində nə qədər “haq-hesab” qazanacağı düşündürür. Bu marşrut xətti üzrə nə qədər acınacaqlı durum yaşansa da, biz o hala da inanırıq ki, bu sahəyə cavabdehlik daşıyan qurumlar, ələlxüsus Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi və digər səlahiyyət sahibləri 569 saylı marşurut xəttinə “əl qoyub” lazımi addımlarını atacaqlar. P.S. Növbəti saylarımızda 569 saylı marşurut xəttinin hərəkət trayektoriyasından, əmələ gələn çoxsaylı problemlərinin varlığından və digər olaylardan bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?